Məhkəmə qərarları › İş №1(102)-119/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-119/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-119/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Əliyev Mehman Əlizaman oğlunun işti rakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəribov Fikrət Atlıxan oğlu, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx xxxx 1971-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan, Bak ı şəhəri, ünvan2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə, 2014-cü ilin may ayında yaxın münasibətdə olduğu tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev və Tofiq Abbasov küçələrinin kəsişməsində yerləşən 0,07 ha torpaq sahəsini özünə məxsus o lan əmlak kimi təqdim edərək, həmin torpaq sahəsinin 130.000 manat müqabilində Zərərçəkmiş şəxs adına özəlləşdirilməsini və müvafiq sənədlərin təqdim olunmasını yalandan vəd etməklə, sonuncudan 2014-cü ilin avqust ayında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin yaxınlığında yerləşən «Görüş» kafesində 40.000 (qırx min) manat, 2014-cü ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən «Ulu Borçalı» restoranında 60.000 (altmış min) manat və 2015-ci ilin fevral ayında həmin torpaq sahəsi ilə bağlı qohumu X1 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Kadastrı kitabında 17.10.2014-cü il tarixdə 40141 nömrə ilə uçota alınmış A 523527 №-li torpaq sahəsinin planı və ölçüsünün, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 24 fevral 2015-ci il tarixdə olunmuş müraciətin qəbzinin kserosurətlərini təqdim edərək, mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınacağını bildirib «Ulu Borçalı» restoranında 30.000 (otuz min) manat olmaqla cəmi 130.000 (yüz otuz min) manat pulu alaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.Qasımov, hakimlər Ə.Bayramov və N.Məmmədovdan ibarət tərkibdə) 07 fevral 2018-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin (01 dekabr 2017-ci il tarixdən qüvvədə olan ) 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona təyin olunmuş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 02 il həddində müəyyən edilmişdir. CM-nin 70.1 və 70.3-cü maddələri ilə əlaqədar müddəalar hökmdən xaric edilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunan qərardan Zərərçəkmiş şəxs nümayəndəsi Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən hakim İ.T.Hacıqayıbov, hakimlər T.L.Kazımov və F.A.Kərimovdan ibarət tərkibdə) 23 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişd ir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 15 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ilə əlaqədar müddəalar xaric edilmiş, Məhkum üzərində 07 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiy asının 22 yanvar 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı, zərərçəkmiş şəxs və müdafiəçisinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kass asiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Mehman Əlizaman oğlu tərəfindən ve

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar