Məhkəmə qərarları › İş №1(102)-119/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-119/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-119/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Məhkum və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına d air cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 99, mənzil 82-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum, Təqsirləndirilən şəxs1, X2, Təqsirlən dirilən şəxs2 və şəxsiyyətləri ibtidai istintaqla müəyyən olunmayan digər şəxslər satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və daşımaq barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyıb saxlamış və əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 bir ədəd göy rəngli sellofan torbaya qoyulmuş həmin narkotik vasitələri Bakı şəhərində satışının həyata keçirilməsi üçün qrupun digər üzvlərinə təhvil vermək məqsədi ilə xx.xx.2020-ci il tarixdə sərnişin kimi əyləşdiyi, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan və onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Şahid3 idarə etdiyi «Opel Astra» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində Cəlilabad şəhərindən Bakı şəhərinə daşımış, Bakı şəhərinə çatdıqdan sonra avtomobildə əyləşmiş cinayətə aidiyyəti olmayan digər sərnişin Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində düşərkən sonuncunun əri Şahid1 «Opel Astra» markalı həmin taksi avtomobilinin yük hissəsindən həyat yoldaşına məxsus torbaları götürərkən Təqsirləndirilən şəxs1 özü ilə Bakı şəhərinə daşıdığı, içərisində kü lli miqdarda narkotik vasitələr olan göy rəngli sellofan torbanı da bilmədən öz əşyaları ilə birlikdə götürmüş, Şahid2 və əri Şahid1 yaşadıqları ünvan 2 ünvanında onlara məxsus torbaları boşaldan zaman bir ədəd göy sellofan torbada olan həmin narkotik vasitələri aşkar etdikdən dərhal sonra Şahid1 Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə könüllü müraciət edərək külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmiş və cinayətin iştirakçılarının ifşa olunmasında polisə kömək etmək istədiyini bildirərək həmin tarixdə cinayətin iştirakçılarının ifşa olunması məqsədi ilə təşkil edilən əməliyyat-axtarış tədbirinin gedişində narkotik va sitələr nəzarət və müşahidə altında Şahid1 qaytarılmış, həmin tarixdə halhazırda artıq ölmüş Təqsirləndirilən şəxs2 qardaşı Sadıq Qurbanov və Təqsirləndirilən şəxs1 özlərinə məxsus külli miqdarda narkotik vasitələri geri almaq məqsədi ilə sonuncunun istifadəsində olan +**********49 mobil telefon nömrəsindən Şahid1 istifadəsindəki +**********91 mobil telefon nömrəsinə zəng edərək arvadının taksi avtomobilindən onlara məxsus torbanı səhv götürməsini bildirib torbanın geri qaytarılmasını xahiş etmiş, bundan sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirinin gedişində Şahid1 polis əməkdaşlarının nəzarəti altında saat 23:30-da əvvəlcədən görüş yeri olaraq təyin edilmiş ün van 3 ünvanında yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkındakı çayxanada Təqsirləndirilən şəxs1 və Sadıq Qurbanov tərəfindən göndərilmiş qrupun digər üzvləri Məhkum və Təqsirləndirilən şəxs2la görüşüb içərisində külli miqdarda təsir maddəsinin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs2 təhvil verdikdən dərhal sonra polis əməkdaşları tərəfindən Məhkumvə Təqsirləndirilən şəxs2 hadisə yerində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda təsir maddəsi nin ümumi çəkisi 28,52 qram təşkil edən 713 ədəd narkotik vasitə metadon həbləri və külli miqdarda 770 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(101)-89/2022 nömrəli hökmü ilə (hakim Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər X5 və X7 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılm ası, Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən Məhkum narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin digər məhkumların təqsirliliyi məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)868/2022 nömrəli qərarı ilə (hakimlər X11 oğlunun sədrliyi, X4 və X1 ibarət məhkəmə tərkibində) apel lyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 9 (doqquz) il müddətinə artırılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 (altı) il 6 ay müddətinə artırılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarix li, 1(103)868/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(102)-1157/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:

8. Kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən cəza təyin edilərkən ekspert rəyinə əsasən, ona “emosional, davamsız, şəxsiyyət p ozuntusu” diaqnozunun qoyulmasını, həmçinin himayəsində bir azyaşlı övladının olmasını, xəstə valideyinlərinin himayəsində olması və ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və digər məhkumlar tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası m əhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cin ayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən t örədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəz asını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təy in olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(101)-89/2022 nömrəli hökmü ilə təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 6 il 6 aya artırmışdır.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini artırarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

27. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə tə yin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici hallara qiymət verərək, həmin halların məhkum barəsində həddindən artıq yüngül cəza təyin edilməsinə əsas olmaması qənaətinə gəlmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və y oxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-868/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar