Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-119/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum X13 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Məhkum Təqsirləndirilən şəxs10 və müdafiəçisi Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi9, Məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Bakı şəhəri “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2, onların və digər maraqlı şəxs X9 nümayəndəsi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Maraqlı şəxs X5 nümayəndəsi, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkilləri Müdafiəçi9 və Nümayəndə2 iştirakları ilə, X13 Azərbaycan Respublikası CM-in 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 179.4, 308.2 v ə 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs10 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 CM-in 32.5,179.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs8 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs9 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,19.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarından məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayə tinə əlavəyə (bundan sonra mətndə: kassasiya şikayəti), Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum X24 xx xxxx 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Prezidenti yanında X3 X30 Fondunun icraçı direktoru vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, ünvan 1 ünvanda yaşamışdı r.
2. Məhkum Təqsirləndirilən şəxs10 xx xxx 1974-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin Memarlıq şöbəsinin müdir vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 2 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamışdır.
3. Məhkum Təqsirləndirilən şəxs5 8 dekabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin tikinti üzrə sahə rəisi vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, məhəllə 943, ev 45, mənzil 85-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamışdır.
4. Məhkum Təqsirləndirilən şəxs7 6 fevral 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, «Altun» restoranının inzibatçısı vəzifəsində işləmiş, məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 26, mənzil 30-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşamışdır.
5. Cinayət işinin faktiki halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, qərarında ətraflı təsvir edilmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X39 (sədrlik edən), X25 və X14 ibarət məhkəmə tərkibində) 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə X13 CM-in 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, X20 CM-in 179.4–cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308-2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddət ə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X20 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, X13 cəzaçəkmə müddətinin əvvəlinin 14 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X20 CM-in 3 13-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi; Təqsirləndirilən şəxs10 CM-in 179.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs10 CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci və 62-ci maddələri tətbiq edilməklə 02 (iki) il 06 (altı ) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddət ə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs10 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs10 CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, CMin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs10 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq ed ilməsi, onun barəsində 03 (üç) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Təqsirləndirilən şəxs10 təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Təqsirləndirilən şəxs10 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs10 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv olunması, Təqsirləndirilən şəxs10 barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan t ədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; Təqsirləndirilən şəxs5 CM-in 179.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs5 CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci və 62-ci maddələri tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 03 (üç) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs5 CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, CM-in 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, onun barəsində 03 (üç) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mind iyi vaxtdan hesablanması, Təqsirləndirilən şəxs5 təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Təqsirləndirilən şəxs5 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv olunması, Təqsirləndirilən şəxs5 barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; Təqsirləndirilən şəxs7 CM-in 32.5,179.2.1, 32.5,17 9.2.3, 32.5,179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs7 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, onun barəsində 01 (bir) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Təqsirləndirilən şəxs7 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüquq undan məhrum etmə cəzasının əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanması, Təqsirləndirilən şəxs7 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışına nəzarətin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv olunması, barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; X13 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən 19,9 kv.m. qeyri-yaşayış sahəsi (101 saylı mağaza), ünvan 5 ünvanında yerləşən 0,03013 ha torpaq sahəsində 481,8 kv.m. fərdi yaşayış evi, Bakı şəhəri, Binəqədi rayonu, Gö radil kəndi, «Rabitəçi» bağçılıq yoldaşlığında 0,100455 ha 176 saylı bağ sahəsi, ünvan 6 ünvanında yerləşən 49,11 kv.m. 97 nömrəli mənzil, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 ha torpaq sahəsində 190,8 kv.m. fərdi yaşayış evi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 ha torpaq sahəsi, “Mercedes Benz ML 350” markalı Az **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobil, “Volksvagen Touareg” markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X48” markalı Az **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil, X15 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 ha torpaq sahəsində 192,8 kv.m. 701 nömrəli bağ evi, Maraqlı şəxs1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m. 701Q nömrəli bağ evi, “Kia Optima” markalı Az **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, Maraqlı şəxs2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli evin 1-ci mərtəbəsində 39,9 kv.m. qeyri-yaşayış sahəsi (127 saylı mağaza), X13 "xxxx" ASC-də olan 300.000 (üç yüz min) manat məbləğdə əmanət və Maraqlı şəxs1 "xxxx" ASC-də olan 550.000 (beş yüz əlli min) manat məbləğdə əmanət və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 200.000 (iki yüz min) manat pul vəsaiti, Təqsirləndirilən şəxs10 məxsus ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzil, Təqsirləndirilən şəxs3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, Təqsirləndir ilən şəxs4 məxsus olan Bakı şəhər, Yasamal rayonu, 525-ci məhəllə, Mətbuat prospekti, 23L ünvanında yerləşən ümumi sahəsi 12535,9 kv.m olan əmlak və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 1.000.000 (bir milyon) manat pul vəsaiti, Təqsirləndirilən şəxs5 məxsus olan ünvan 10 ünvanında yerləşən 85 nömrəli mənzil və ünvan 11 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 50.000 (əlli min) manat pul vəsaiti, hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində 676 kv.m. qeyri-yaşayış sahəsi və bir ədəd “TEREX 820” markalı Az 10 R 460 qeydiyy at nömrəli traktor, bir ədəd “TEREX CTT 181/B-8 TS21” markalı qülləli kran və onun teleskopu, bir ədəd “RDK-25-2” markalı tırtıllı kran, bir ədəd “Ford Transit” markalı 90JT489 qeydiyyat nömrəli avtomaşın, bir ədəd beton nasosu, bir ədəd məhlulqarışdırıcı sıva pompası, bir ədəd “Amkador 333B” markalı Az 90 E 610 qeydiyyat nömrəli frontal yükləyici, 5 ədəd metal konstruksiyada istifadə edilən şaxta bərkidicisi, 2 ədəd beton tökmək üçün taxtabənd məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, mülki iddia, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
7. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4, məhkum X13 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi6 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi Müdafiəçi9, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs6, maraqlı şəxslər Maraqlı şəxs1, X22 və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X44 (sədrlik edən, məruzəçi), X32 və X16 ibarət məhkəmə tərkibində) 29 mart 2022-ci il tarixli, 1(103)561/2022 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, X13 Azərbaycan Respublikası CM-in 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs10 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 CM-in 32.5,179.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs8 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs9 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,19.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünün məhkum Təqsirləndirilən şəxs3 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4, məhkum X13 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi Müdafiəçi9, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs6, maraqlı şəxslər Maraqlı şəxs1, X22 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Həmin qərardan Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3, məhkum X13 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi Müdafiəçi9, maraqlı şəxs X10 nümayəndəsi - vəkil Müdafiəçi10 və Maraqlı şəxs1 nümayəndəsi - vəki l Müdafiəçi10 tərəfindən kassasiya şikayətləri verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən), X33 və X11 ibarət məhkəmə tərkibində) 28 mart 2023-cü il tarixli, 1(102)574/2023 nömrəli qərarı ilə Məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3 və məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi3, məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi Müdafiəçi9, maraqlı şəxs X10 nümayəndəsi - vəkil Müdafiəçi10 və Maraqlı şəxs1 nümayəndəsi - vəkil Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edi lməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə X13 CM-in 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs10 və Təqsirləndirilən şəxs5 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 CM-in 32.5,179.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3 və məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən X13, Təqsi rləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 qərarın əsaslandırıcı hissəsində göstərilən əmlaklarının məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə aid hissəsində qismən ləğv edilməsi və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(103)-561/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X27 (sədrlik edən və məruzəçi), X35 və X12 ibarət məhkəmə tərkibində) 13 dekabr 2023-cü il tarixli, 1(102)-1795/2023 nömrəli qərarı ilə X13 CM-in 179.4, 193-1.3.2,308.2, 308-2.4 və 313-cü maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 CM-in 179.4, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs1 CM-in 179.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs8 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri, Təqsirləndirilən şəxs6 CM-in 32.5,179.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı Təqsi rləndirilən şəxs3 aid olan hissədə dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X19 və X8 ibarət məhkəmə tərkibində) 8 avqust 2024-cü il tarixli, 1(103)36/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3 və məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin X13, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 qərarın əsaslandırıcı və nəticə hissəsində göstərilən əmlaklarının məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə aid hissəsində qismən təmin edilməsi, X13 CM-in 179.4, 193-1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 179.3.2, 308.2 və 313cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs10 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 CM-in 32.5,179.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs8 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs9 CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,19.2.4-cü maddələri ilə məhku m edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmünün əmlak müsadirəsi hissəsində dəyişdirilməsi, X20 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, 39.9 kv.m qeyri-yaşayış sahəsində yerləşən 101 saylı mağazanın, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, Rabitəçi 176 saylı bağ sahəsinin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli - 9, ev 14, 481,8 kv.m yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Lütvizadə küçəsi, ev 18A, 97 nömrəli mənzilin, Təqsirləndirilən şəxs5 məxsus, ünvan 10 ünvanında yerləşən 85 saylı mənzilin və ünvan 11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş, 220,4 kv.m sahəsi olan, 9 saylı evin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmündən xaric edilməsi və qeyd olunan əmlakların müvafiq olaraq X20 və Təqsirləndirilən şəxs5 qaytarılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 50.000 (əlli min) manat pul vəsaitinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsi hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs7 vurduğu zərərə mütənasib olaraq 24.310,74 (iyirmi dörd min üç yüz on manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin onun tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyul muş 50.000 (əlli min) manat pul vəsaitindən çıxıldıqdan sonra qalan məbləğ, yəni 25689.36 qəpik (iyirmi beş min altı yüz səksən doqquz manat iyirmi altı qəpik) Təqsirləndirilən şəxs7 qaytarılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarından məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəl illəri və etirazlar:
15. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində məhkəmələr tərəfindən gəlinən nəticələrə və çoxsaylı qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, apellyasiya icraatı zamanı üzərinə həbs qoyulmuş əmlaklar Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, 39.9 kv.m qeyri-yaşayış sahəsinin, 101 saylı mağazanın, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, Rabitəçi 176 saylı bağ sahəsinin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli - 9, ev 14, 481,8 kv.m yaşayış evinin və Bakı şəhəri, Xətai rayonu, Lütvizadə küçəsi, ev 18A, 97 nömrəli mənzilin X20, ünvan 10 ünvanında yerləşən 85 saylı mənzilin və ünvan 11 ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş, 220,4 kv.m sahəsi olan, 9 saylı evin isə Təqsirləndirilən şəxs5 məxsus olması b ir daha təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət qanunun normalarını pozaraq, X24 və Təqsirləndirilən şəxs5 məxsus müvafiq əmlaklara dair hissədə CM-in 99-2-ci maddəsinin tətbiqinin mümkünsüzlüyü ilə bağlı heç bir əsaslandırma aparmadan həmin əmlakları xüsusi müsadirədən azad etmişdir.
16. Kassasiya protestinin müəllifi protestində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli qərarının X20 və Təqsirləndirilən şəxs5 məxsus bəzi əmlakların və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş pul vəsaitinin 25689,36 manat hissəsinin xüsusi müsadirədən xaric edilməsi hissəsində əsassız olduğundan ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla məhkəmələr tərəfindən gəlinən nəticələrə, məhkum Vüqar Səfərlinin və maraqlı şəxslərin mülkiyyətində olan və müsadirə edilən əmlak siyahılarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmə Vüqar Səfərlinin üzərinə həbs qoyulmuş qərarda göstərilən özünə və ailə üzvlərinə məxsus olan əmlakları cinayət yolu ilə mənimsədiyi pul vəsaiti hesabına əldə etməsi qənaətinə yanlış gəlmişdir. Məhkəmə həmin əmlakların alınma mənbəyini araşdırmamış və əmlakların alınma tarixini verilmiş ittihamın əhatə etdiyi dövrlə doğru qarşılaşdırmamışdır. Müdafiəçi qeyd etdiklərinə əsasən, məhkəmədən Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)36/2024 nömrəli qərarının qismən dəyişdirilməsini və X13 özünə və yaxın qohumlarına məxsus müsadirəyə təklif edilmiş qeyd edilən əmlaklara dair xüsusi müsadirə cinayəthüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Maraqlı şəxs X22 və onun nümayəndəsi Müdafiəçi6 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə, məhkəmələr tərəfindən gəlinən qənaətlərə, bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində heç bir araşdırılma aparılmamış, şikayətdə qeyd etdiyi halların heç biri yoxlanılmadan məhkəmə qərar vermişdir. Məlum edi r ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 ha torpaq sahəsində 192,8 kv.m. 701 nömrəli bağ evi onun xüsusi mülkiyyətindədir. Məhkəmə hökmü ilə qeyd edilən əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Lakin məhkəmə öz hökmündə (nə də ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında) onun həyat yoldaşı X13 barəsində gedən cinayət işı üzrə işə heç bir əlaqəsi olmayan onun xüsusi mülkiyyətindəki əmlaklara xüsusi müsadirə cinayat-hüquqi tədbirinin nə üçün və hansı səbəbdən tətbiq edilməli olmasını əsaslandıra bilməmişdir. Göründüyü kimi, məhkəmə heç bir araşdırma aparmamış, həmin əmlakların X13 yox, onun mülkiyyətində olmasını aydınlaşdırmamış və nəticədə onun xüsusi mülkiyyətində olan əmlakları müsadirə etmişd ir ki, bu da yol verilməzdir. Qeyd etdiklərinə əsasən məhkəmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)36/2024 nömrəli qərarının ləğv edilməsini, onun xüsusi mülkiyyətində olan əmlaka (Bakı ş, Binəqədi ray, Novxanı kəndində yerləşən 0,223 ha torpaq sahəsində 192,8 kv.m. 701 nömrəli bağ evi) dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
19. Maraqlı şəxs1 və onun nümayəndəsi Müdafiəçi6 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə, məhkəmələr tərəfindən gəlinən qənaətlərə, bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqadi rayonu. Novxanı kəndində yerləşə n 0,10055 ha torpaq sahəsində 291,4 kv m 701Q nömrəli bağ evi, “Kia Optima” markalı AZ **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, həmçinin “Rabitə bank" ASC-də olan 550 000 (beş yüz əlli min) manat məbləğdə pul vəsaiti onun xüsusi mülkiyyətindədir. Məhkəmə hökmü ilə qeyd edilən əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır, lakin məhkəmə öz hökmündə onun atası X13 barəsində gedən cinayət işi üzrə işlə heç bir əlaqəsi olmayan onun xüsusi mülkiyyətindəki əmlaklara xüsusi müsadirə cinayət-hüquqi tədbirinin nə üçün və hansı səbəbdən tətbiq edilməli olmasını əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə heç bir araşdırma aparmamış, həmin əmlakın X13 yox, onun mülkiyyətində olmasını aydınlaşdırmamış və nəticədə onun xüsusi mü lkiyyətində olan əmlakı müsadirə etmişdir ki, bu da yol verilməzdir. Qeyd etdiklərinə əsasən məhkəmədən, Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-36/2024 nömrəli qərarının ləğv edilməsi, onun xüsusi mülkiyyətində olan əmlaklara (Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv m 701Q nömrəli bağ evi, "Kia Optima” markalı AZ 90-SV-S88 dövlət qeydiyyat nişanlı minik avtomobili və "Rabitəbank” ASC-də olan 550 000 (beş yüz əlli min) manat məbləğdə pul vəsaitinə) dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
20. Maraqlı şəxs2 və onun nümayəndəsi Müdafiəçi6 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin dəlilləri ilə eynilik təş kil etməklə, məhkəmələr tərəfindən gəlinən qənaətlərə, bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli evin 1-ci mərtəbəsində 39.9 kv.m qeyri-yaşayış sahəsi (127 saylı mağaza) onun xüsusi mülkiyyətindədir. Məhkəmə hökmü ilə qeyd edilən əmlak xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır, lakin məhkəmə öz hökmündə onun atası X13 barəsində gedən cinayət işi üzrə işlə heç bir əlaqəsi olmayan onun xüsusi mülkiyyətindəki əmlaklara xüsusi müsadirə cinayət-hüquqi tədbirinin nə üçün və hansı səbəbdən tətbiq edilməli olmasını əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə heç bir araşdırma aparmamış, həmin əmlakın X13 yox, onun mülkiyyətində olmasını ayd ınlaşdırmamış və nəticədə onun xüsusi mülkiyyətində olan əmlakı müsadirə etmişdir ki, bu da yol verilməzdir. Qeyd etdiklərinə əsasən məhkəmədən, Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-36/2024 nömrəli qərarının ləğv edilməsi, onun xüsusi mülkiyyətində olan əmlaklara (Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 23 nömrəli evin 1-ci mərtəbəsində 39.9 kv.m qeyri-yaşayış sahəsi (127 saylı mağaza)) dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
21. Maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən gəlinən qənaətlərə, cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, digər şəxslərlə qabaqcadan əlbir olan bır qrup şəxslə razılaşmaya gəlmə hissəsində Təqsirləndirilən şəxs10 nə Vüqar Səfərli ilə, nə Təqsirləndirilən şəxs5, nə də qeyriləri ilə heç bir razılaşması mümkün deyil və buna heç bir zəmin olmamışdır. İş materiallarından və işin obyektiv hallarından məlum olur ki, Təqsirləndirilən şəxs10 CM-in 99-1cimaddəsində qeyd edilən 99-1.1.2-ci maddəsində şəxsin cinayət yolu əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər xüsusi müsadirə yolu müsadirə edilməlidir. Faktiki olaraq, "xxxx" MTK tərəfindən inşa edilmiş Bala şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 46 ünvanında yerləşən 56 saylı mənzil Təqsirləndirilən şəxs10 tərəfindən hələ cinayət işi başlanmamış, hətta layihə be lə tərtib edilməmiş 2010-cu ildə əldə edilmişdir. “İMPERİAL-AS“ MMC-nin xx.xx.2010-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs10 1 saylı binadakı 10cu mərtəbə 4 otaqlı 59 saylı 155.6 kv.m yaşayış sahəsinin tam dəyərini ödəmişdir. Müqavilədən görünür ki, həmin bina Bakı şəhəri, Nizamı rayonu Ə. Hacıyev 46 ünvanda yerləşir. Yuxarıda qeyd olunan bu hissədə Təqsirləndirilən şəxs10 CM-in 99-1 maddəsində qeyd edilən 99-1.1.2-ci maddəsində şəxsin cinayət yolu əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər xüsusi müsadirə edilməsi qeyd edilmişdir. Hansı ki, bu qənaətlə razı deyillər. Belə ki, müsadirəsi tələb olunan əmlak mənzil əldə edilərkən cinayət yolu ilə pul vəsaiti əldə edilməmiş və bu əmlakın göstər ilən pul məbləğinə heç bir aidiyyəti olmamışdır. Həmin əmlakın mənzilin alınmasında Mətanət Qəhrəmanovanın iştirakı və vəsaiti ilə alınmışdır. Həmin mənzildə ailə olaraq Təqsirləndirilən şəxs10, M.Qəhrəmanova və iki az yaşlı uşaqları yaşayırlar. Qeyd edir ki, məhkəmə çəkişmələri getdiyi zaman M.Qəhrəmanova ilə əri Təqsirləndirilən şəxs10 arasında ailə mübahisələri olmuş və nəticədə M.Qəhrəmanova tərəfindən Binəqədi Rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia tələbi qaldırılmış və məhkəmənin e-2(001)-4036/2022 nömrəli, 11.8.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilərək, ünvan 7 ünvanında yerləşən 56 saylı mənzil bərabər paylara bölünməklə həmin mənzilin ½ hissədə iddiaçı X5, ½ hissədə Təqsirləndirilən şəxs10 payları müəyyən o lunması qət edilmişdir. Odur ki, qeyd olunan əmlak birgə nikah dövründə alındığına görə müsadirə edilə bilməz.
22. Nümayəndə müraciətinin dəlillərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.3 və 416.1.21-ci maddələrinin pozuntusu kimi qiymətləndirərək, məhkəmədən Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-36/2024 nömrəli qərarının Təqsirləndirilən şəxs10 mənzilinin xüsusi müsadirə hissəsində ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya protestinə qarşı məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 yazılı etiraz ərizəsi ünvanlayaraq, protestin əsassız olmasını, onun dəlil və sübutlara deyil, ümum i ifadələrə, subyektiv mülahizə və ehtimallara əsaslandığını qeyd edərək, məhkəmədən protestin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-36/2024 nömrəli qərarının məhkum Təqsirləndirilən şəxs5 əmlakına münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
25. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
26. Kassasiya icraatı zamanı məhkəmə ic lasında iştirak edən məhkum X13 müdafiəçisi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X9 nümayəndəsi Müdafiəçi6 tərəflərindən verilmiş kassasiya şikayətlərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini, eyni zamanda, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
27. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 hər biri ayrı-ayrılıqda çıxış edərək tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini, eyni zamanda, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdil ər.
28. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi, həmçinin maraqlı şəxs X5 nümayəndəsi Müdafiəçi9 və həmçinin maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini, eyni zamanda, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
29. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
30. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müd afiəçi3 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
31. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
32. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
33. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarların ın ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
34. Məhkum X13 müdafiəçisi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X22 və onların nümayəndəsi, vəkil Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində müvafiq olaraq həmin şəxslərin əmlakının xüsusi müsadirə edilməsinə dair məhkəmələr tərəfindən tətbiq edilən cinayət-hüquqi xarakterli tədbirin qanuni və əsaslılığı mübahisələndirilsə də, xahişlərini Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmu ş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən hər hansı əsaslarla əlaqələndirməmişlər.
35. Maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkum Təqsirləndirilən şəxs10 əmlakının qanunsuz və əsassız olaraq xüsusi müsadirə edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-in 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
36. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində məhkumlar X13, Təqsirləndir ilən şəxs7 və Təqsirləndirilən şəxs5 əmlaklarının xüsusi müsadirə hissəsində apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi nəticəyə gəlinməməsi iddia edilsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən hər hansı əsaslarla əlaqələndirməmişdir.
37. Bununla yanaşı, kollegiya müdafiə tərəfinin və maraqlı şəxslərin kassasiya şikayətlərini, həmçinin dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarın ın qanuniliyini və əsaslılığını yoxlayıb, ilkin olaraq kassasiya protestinin və məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
38. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.
39. Həmin Məcəllənin 99-1.2 və 99-1.3-cü maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanun i sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
40. Azərbaycan Respublikası CPM-in 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdl ərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir).
41. Azərbaycan Respublikası CPM-in 248.1, 248.1.2 və 249.1-ci maddələrinin tələblərindən göründüyü kimi, əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqe yinə görə, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 24 fevral 2022-ci il).
43. Kassasiya kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli qərarının X20 və Təqsirləndirilən şəxs5 məxsus bəzi əmlakların və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş pul vəsaitinin 25689,36 manat h issəsinin xüsusi müsadirədən xaric edilməsi hissəsində əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(102)-574/2023 nömrəli qərarında göstərilən xüsusatları və apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs5 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs7 müdafiəçisi Müdafiəçi3 və məhkum X13 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətləri X13, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 qərarın əsaslandırıcı və nəticə hissəsində göstərilən əmlaklarının məcburi qaydada və əvəzsiz olara q dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə aid hissəsində qismən təmin edilməlidir.
44. Belə ki, kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmaması, CM-in 99-2-ci maddəsinin tətbiqinin mümkünsüzlüyü ilə bağlı heç bir əsaslandırma aparmadan məhkəmə tərəfindən həmin əmlakların xüsusi müsadirədən azad edilməsi qeyd edilsə də, apellyasiya kollegiyası məhkəmə istintaqı zamanı müvafiq sorğular verərək əldə edilmiş, eyni zamanda cinayət işi materiallarında olan sübutlar əsasında müəyyən etmişdir ki, X24 Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 290 saylı Sərəncamı ilə 4 il müddətə, 3 iyun 2013cü il tarixli 2922 saylı Sərəncamı ilə növbəti 4 il müddətə və 13 iyun 2017-ci il tarixli 2976 saylı Sərəncamı ilə növbəti 4 il müddətə Azərbaycan Respublikasının Prezidenti yanında X3 X30 Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilmiş və 4 aprel 2020-ci il tarixli 1968 saylı Sərəncamı ilə həmin vəzifəsindən azad edilmişdir, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Sərəncamı ilə həmin tarixdən 4 aprel 2020-ci il tarixdə vəzifədən azad edildiyi dövr ərzində ona elan ittihamdan göstərilən cinayət əməllərini törətmişdir. İş üzrə digər məhkum Təqsirləndirilən şəxs5 23 iyul 2014-cü ildən başlayaraq 15 mart 2019-cu ilədək dövr ərzində ona elan ittihamdan göstərilən cinayət əməllərini törətmişdir. İş üzrə digər məhkum Təqsirləndirilən şəxs7 1 yanvar 2008-ci il tarixdən 1 mart 2021-ci il tarixədək ünvan 13 ünvanında yerləşən “Altun” restoranında inzibatçı vəzifəsində işləməklə 2008-2017-ci illər ərzində həmin restorana faktiki rəhbərliyi həyata keçirdiyi dövr ərzində ona elan ittihamdan göstərilən cinayət əməllərini törətmişdir.
45. Apellyasiya kollegiyası məhkum X20 məxsus, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, 39.9 kv.m qeyri-yaşayış sahəsində yerləşən 101 saylı mağazanın, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, Rabitəçi 176 saylı bağ sahəsinin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9, ev 14, 481,8 kv.m yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Lütvizadə küçəsi, ev 18A, 97 nömrəli mənzilin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsinin hökmdən xaric edilməsi və həmin əmlakların müvafiq olaraq X20 qaytarılması qənaətinə gələrkən müvafiq araşdırma materialları əsas ında həmin əmlakların Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Sərəncamı ilə X13 vəzifəyə təyin edildiyi həmin tarixdən 4 aprel 2020-ci il tarixdə vəzifədən azad edildiyi tarixədək olan dövr ərzində ona elan olunmuş ittihamda göstərilən cinayət əməllərini törətdiyi vaxt deyil, cinayət əməllərini törətməmişdən öncə əldə etməsi və Mülki Məcəllənin 146-cı maddəsinə əsasən qanuni əsaslarla daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etməsinə istinad etmişdir.
46. Belə ki, apellyasiya instansiya məhkəməsi həmin istinadlarını qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı verilmiş sorğular və həmin sorğulara alınmış cavablara əsasən əsaslandırmışdır: - - - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, 39.9 kv.m qeyri-yaşayış sahəsi, 101 saylı mağaza "xxxx" MMC-nin təsisçisi X43 adlı şəxs tərəfindən 21 fevral 2007-ci il tarixli alğı-satqı müqaviləsi üzrə X1. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, Rabitəçi 176 saylı bağ sahəsinə dair 15 may 2013-cü il tarixdə X13 adına mülkiyyət sənədi verilib. Lakin “Rabitəçi” Bağlar Tikinti Kooperativinin xx.xx.1993-cü il tarixli 03 saylı iclas protokoluna əsasən bu sahə 15 iyul 1993-cü ildə bağçılıq cəmiyyətinin üzvü olan X13 istifadəsinə verilib. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 7 mart 2013-cü il tarixli qərarına əsasən torpağa kadastr sənədi verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9, ev 14, 481,8 kv.m yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarı şa əsasən X24 6 iyul 2011-ci ildə həmin yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. X6 bu evə onun mülkiyyət hüququnu təsdiq edən sənədi ilk dəfə 16 iyun 1993-cü ildə əldə etmişdir. X24 24 noyabr 1998-ci ildə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, 1953-cü ildə tikilmiş evin yarasız olmasını göstərmiş, evin sökülüb, yenidən tikilməsi üçün icazə istəmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının 24 noyabr 1998-ci il tarixdə sərəncamı ilə evin sökülüb yenidən tikilməsi üçün icazə verilmişdir, həmin ev yenidən tikilərək, xx.xx.2000-ci ildə hazır olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X20 Bakı şəhəri, Xətai rayonu, Lütvizadə küçəsi, ev 18A, 97 nömrəli mənzilə dair mü lkiyəti təsdiq edən çıxarış 07 yanvar 2016-cı il tarixə verilmişdir. (küçə əvvəllər Xocalı küçəsi, daha sonra sonra Telnov küçəsi kimi adlandırılmış, hazırda isə Lütvizadə küçəsidir). X7 həmin evə dair orderi 27 yanvar 1986-cı ildə əldə etmiş, sənədlərdə olan maliyyə arayışına əsasən mənzilin dəyəri 10.000 manat olmuş və X24 tətəfindən 1990-cı ildə bu məbləğ tam ödənilmiş, malliyyə sənədinə əsasən onun MTK ya heç bir borcunun olmadığı qeyd olunmuşdur. Bununla bağlı X13 arvadı Güllər Səfərli 23 dekabr 2015-ci ildə ərizə yazaraq, qeyd edilən mənzilin X24 adına özəlləşdirilməsinə razı olduğunu göstərmişdir.
47. Apellyasiya kollegiyası məhkum Təqsirləndirilən şəxs5 məxsus, ünvan 10 ünvanında yerləşən 85 saylı mənzilin və ünvan 11 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş, 220,4 kv.m sahəsi olan, 9 saylı evin xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsinin hökmdən xaric edilməsi və həmin əmlakların müvafiq olaraq Təqsirləndirilən şəxs5 qaytarılması qənaətinə gələrkən müvafiq araşdırma materialları əsasında həmin əmlakların ona elan olunmuş ittihamda göstərilən cinayət əməllərini törətdiyi vaxt deyil, cinayət əməllərini törətməmişdən öncə əldə etmiş və Mülki Məcəllənin 146-cı maddəsinə əsasən qanuni əsaslarla daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququ əldə edilməsinə istinad etmişdir.
48. Belə ki, apellyasiya instansiya məhkəməsi həmin istinadlarını qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı verilmiş sorğular, həmin sorğulara alınmış cavablara və şahi d qismində dindirilmiş X26 ifadəsində göstərdiyi nüanslara əsasən əsaslandırmışdır: - - ünvan 10 ünvanında yerləşən 85 saylı mənzilin dəyərinin ödənılməsinə dair 26 yanvar 2008-ci il tarixli maliyyə arayışına əsasən Təqsirləndirilən şəxs5 tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs5 adına həmin mənzilə dair order 18 noyabr 2005-ci il tarixdə verilib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Təqsirləndirilən şəxs5 ünvan 10 ünvanında yerləşən 85 saylı mənzilə dair mülkiyəti təsdiq edən çıxarış 10 aprel 2008-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(102)574/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, cinayət işinin materiallarına əl avə olunmuş Abşeron rayonu notariusu tərəfindən təsdiq olunmuş AN-1 seriyalı ******* nömrəli, 25 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini X23 10.000 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs5 adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 147 nömrəli vərəqində 31 yanvar 2013-cü ildə qeydiyyata alınmışdır. El ə 2013-cü ildə Təqsirləndirilən şəxs5 tərəfindən həmin torpaq sahəsində 220 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tam inşa olunaraq istifadəyə verilmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 istinad edilən cinayət əməllərinin törədilməsi 23 iyul 2014-cü ildən başlayaraq 15 mart 2019-cu ilədək olan müddəti əhatə edir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs5 tanıyır, özünə məxsus olan və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini 25 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncuya satmışdır. Həmin torpaq sahəsində o, ev də inşa etmiş, ev təmirsiz olmuşdur. Pula ehtiyacı olduğuna görə torpaq sahəsini ora inşa etdiyi evlə birlikdə satmışdır. Onun torpağa dair çıxarışı olmuş, ancaq evə dair hər hansı mülkiyyəti təsdiq edən sənədi olmamışdır. Alqı-satqı müqaviləsində evin yox, sadəcə torpaq sahəsinin qiyməti göstərilmişdir.
49. Kollegiya həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarının məhkum Təqsirləndirilən şəxs7 aid hissəsi ilə əlaqədar ittiham tərəfinin müraciətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 50.000 (əlli min) manat pul vəsaitinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edi lməsi hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs7 vurduğu zərərə mütənasib olaraq 24.310,74 (iyirmi dörd min üç yüz on manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin onun tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 50.000 (əlli min) manat pul vəsaitindən çıxıldıqdan sonra qalan məbləğin, yəni 25689.36 qəpik (iyirmi beş min altı yüz səksən doqquz manat iyirmi altı qəpik) Təqsirləndirilən şəxs7 qaytarılması qənaətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs7 depozitə qoyulmuş pulu cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına artırması barədə birinci instansiya məhkəməsi qənaətə gələrkən və bu səbəbdən bütün 50000 manat məbləğində pul vəsaitini xüsusi müsadirə edərkən, bunu əsaslandırmamışdır.
50. Dövlət ittihamçısı tərəfind ən verilmiş kassasiya protestinin dəlilləri qismində heç bir hüquqi əsaslandırma aparılmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən təhqiq edilərək gəlinən nəticələri təkzib edəcək heç bir sübuta istinad edilməmiş, yalnız apellyasiya instansiya məhkəməsinin nəticəsi və bir sıra qanunvericilik normalarına istinadlar edilərək məhkəmənin nəticəsinin qanunsuz və əsasssız olması qeyd edilmişdir ki, bu da məhkəmə kollegiyası tərəfindən müraciətin formal xarakterli olmaqla ittiham tərəfinin subyektiv mülahizəsi kimi qiymətləndirilir.
51. Kollegiya eyni zamanda, məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6 tərəfindən verilmiş, müvafiq olaraq m üraciətlərinin dəlilləri qismində istinad etdikləri əmlaklar üzərindən xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsinə dair iddialarına münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya müraciətlərinin dəlillərində qeyd edilən əmlakların faktiki olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Sərəncamı ilə X13 vəzifəyə təyin edildiyi həmin tarixdən 4 aprel 2020-ci il tarixdə vəzifədən azad edildiyi tarixədək olan dövr ərzində X20 elan olunmuş ittihamda göstərilən cinayət əməllərini törətdiyi müddətdə əldə edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmin qənaətini əsaslandırarkən qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı əldə edilmiş sübutlara – müvafiq sorğulara verilmiş cavab məktublarına, şahid ifadələrinə ist inad etmişdir. Maraqlı şəxslər tərəfindən verilmiş kassasiya müraciətlərinə münasibətdə kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya icraatı zamanı məhz hazırki kassasiya müraciətinin dəlilləri qismində mübahisələndirilən həmin əmlakların mənsubiyyətinin müəyyən edilməsi məqsədi ilə X13 ailə üzvü olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına dəvət olunması barədə bildiriş göndərilmiş, əlavə olaraq 2012-2014-cü ilədək (2014-cü il daxil olmaqla) olan dövr ərzində hansı sahədə fəaliyyət göstərməyi, bu dövrə aid maliyyə imkanlarını (dividentlər, bank hesabları, mülkiyyətinizdə olan daşınar və daşınmaz əmlaklar, gəlirlər, əmək haqqı və.s) təsdiq edən sübutları məhkəməyə təqdim olunması xahiş olunmuş, həmçinin yaranmış zərurətlə əlaqədar olaraq X13 ailə üzvü olan maraqlı şəxs X17 məhk əmə iclasına dəvət olunması barədə bildiriş göndərilmiş, əlavə olaraq 2012-2013-cü illər ərzində hansı sahədə fəaliyyət göstərməyi, bu dövrə aid maliyyə imkanları (dividentlər, bank hesabları, mülkiyyətinizdə olan daşınar və daşınmaz əmlaklar, gəlirlər, əmək haqqı və.s) təsdiq edən sübutları, bağ evinin ona bağışlanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim olunması xahiş olunmuş, buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, bildirişdə qeyd olunan dövrləri əhatə edən, yuxarıda göstərilən sübutları məhkəməyə təqdim etməmişlər.
52. Apellyasiya instansiya məhkəməsi də haqlı olaraq belə qənaətə gəlmişdir ki, X13 ailə üzvlərinin adına olan Bakı şəhəri, Binəqədi rayonunun Novxanı kəndində yerləşən 0,223 ha torpaq sahəsində olan 192,8 kv.m 701Q saylı bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nobe l prospekti 39,9 kv.m, 127 saylı mağaza (qeyri-yaşayış sahəsi) və “KİA-OPTİMA” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də X24 tərəfindən ona elan edilmiş cinayət əməllərini törətdiyi dövrdə elə onun tərəfindən əldə edilmiş və formal olaraq sonuncuların adlarına rəsmiləşdirilmişdir.
53. Kassasiya kollegiyası qeyd edir ki, həmin əmlakların X24 tərəfindən deyil, onun ailə üzvlərinin müstəqil gəliri hesabına əldə olunmasına dair kassasiya müraciətinin (eyni müraciət apellyasiya instansiya məhkəməsi qarşısında da irəli sürülmüşdür) olmasına baxmayaraq, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, kassasiya müraciətlərinin dəlilləri qismində qeyd edilən halları təsdiq edən heç bir sübuta istinad edilməmişdir.
54. Qeyd edilənlərlə yanaşı, kassasiya kollegiyası hesab edir ki, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən verilmiş, məhkum Təqsirləndirilən şəxs10 məxsus ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzilin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə dair dəlillərini hazırki cinayət işinin materialları və qəbul edilmiş məhkəmə qərarlarının istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, Təqsirləndirilən şəxs10 qarşı verilmiş ittihama əsasən onun törətdiyi cinayət əməlləri 29 mart 2012-ci il tarixdən 2019-cu ilin noyabr tarixinə kimi olan dövrü əhatə edir. Öz növbəsində maraqlarına toxunan şəxsin nümayəndəsinin kassasiya şikayətinə qeyd etdiyi xüsusi müsadirə olunmuş daşınmaz əmlakın əldə edilmə əsasları və hüquqi rejimindən görünür ki, həmin əmlakın əldə edilmə tarixi cinayət əməli törədilən dövrə aid deyildir.
55. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiya məhkəməsinin 8.8.2024-cü il tarixli qərarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs10 məxsus ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzilin əldə edilmə vaxtı, əldə edilmə əsasları, həmçinin onun mülkiyyətində olan yeganə yaşayış yeri olması araşdırılmamışdır.
56. Belə ki, həmin halla bağlı məhkəmələr tərəfindən müəyyən edilən yeganə hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs10 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 16.928.086,44 manat məbləğində vəsait mənimsənildiyindən, ibtidai istintaq zamanı ona məxsus olan 254.514,4 manat dəyərində ünvan 7 ünvanında yerl əşən 59 nömrəli mənzilin üzərinə Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs10 üzərinə həbs qoyulmuş əmlakı, yəni ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzili cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, qeyd edilən əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməlidir.
57. Halbuki, cinayət işi materiallarından müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Təqsirləndirilən şəxs10 (alıcı) arasında bağlanmış 09 sentyabr 2010cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46-da inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 saylı binasının 10-cu mərtəbəsində 59 saylı mənzili alıcıya satmağı, alıcı isə mənzilin dəyərini müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 58. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 09 avqust 2010-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, payçı Təqsirləndirilən şəxs10 09 avqust 2010-cu il tarixdə kooperativə 1 saylı binadakı 10-cu mərtəbə, 4 otaqlı, 59 saylı, 155.5 kv.m-lik yaşayış sahəsinin tam dəyərini ödəmişdir.
59. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, mənzil 59-a mülkiyyət hüququ Təqsirləndirilən şəxs10 adına 15 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır.
60. Göründüyü kimi, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs10 mülkiyyətində olmaqla, barəsində xüsusi müsadirə cinayət-hüquqi xarakaterli tədbir tətbiq edilən məzilin hansı dövrdə əldə edilməsi, onun əldə edilmə dövrünün ittiham olunduğu cinayət işi üzrə həmin əməlin törədilmə dövrünə təsadüf edib-etməməsi araşdırılmamışdır.
61. Bununla yanaşı, kassasiya kollegiyası qeyd edir ki, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, mənzil 59-un alınmasında maraqlı şəxs X18 da iştirak etmiş və hazırda o, iki azyaşlı uşaqları ilə həmin mənzildə yaşayır, bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(001)-4036/2022 nömrəli qətnaməsi ilə id dianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, 59 saylı mənzilin bərabər paylara bölünməklə, həmin mənzilin ½ (ikidə bir) hissəsinə iddiaçı X5, ½ (ikidə bir) hissəsinə cavabdeh Təqsirləndirilən şəxs10 paylarının müəyyən olunması qət edilmişdir.
62. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 99-1.1, 99-1.1.2 və 99-2-ci maddələrinin ümumi məzmununa görə, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, belə əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəf inə alına bilinmədiyi halda isə həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməlidir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin müəyyən etdiyi qayda ilə də, Azərbaycan Respublikası CM-in 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 15, § 77, 24 dekab r 2021-ci il).
64. Göründüyü kimi, maddi cinayət-hüquqi normaları və məhkəmə təcrübəsini tənzimləyən Ali Məhkəmənin Plenumunun qərarının müvafiq müddəaları, həqiqətən bilavasitə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın xüsusi müsadirəsinin həyata keçirilməsinin mümkün olmadığı halda, həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlakın müsadirəsinin yekun qərarla təmin edilməsi vəzifəsini məhkəmələr üzərinə qoymuşdur.
65. Lakin məhkəmə kollegiyasının fikrincə, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinin mümkün olub-olmadığını araşdırarkən məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyinə görə, Razılığa gələn Dövlətin daxili hüquq sistemi tərəfindən məhkəmə prosesinin tərəfləri üçün məcburi xarakter daşıyan yekun məhkəmə qərarının icra edilmədən qalmasına imkan verilməsi, 6-cı maddə ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu xəyali edir. Bu səbəbdən məhkəmələrin çıxardığı istənilən qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi kimi qəbul edilməlidir (Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-İİ, s. 510, § 40; İlqar Maraqlı şəxs3baycana qarşı, № 15172/13, § 215, 25 sentyabr 2019-cu il tarixli qərar).
66. Avropa Məhkəməsinin istinad edilən hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası nəzərə alır ki, 27 dekabr 2001-ci il tarixli, 243-İİQ saylı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində qeyd edildiyi kimi, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
67. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndində göstərilən imperativ şərtlə müəyyən edilir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) yönəldilməsinə yol verilmir.
68. Odur ki, məhkəmə kollegiyası i ttiham tərəfinin və məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6 müraciətinin dəlillərini əsassız heab edir, eyni zamanda yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 kassasiya şikayətini əsaslı sayır və xüsusi müsadirənin tətbiqinə dair cinayət-prosessual normaların və yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə riayət edilməklə, məhkum Təqsirləndirilən şəxs10 mülkiyyətində olmaqla, barəsində xüsusi müsadirə cinayət-hüquqi xarakaterli tədbir tətbiq edilən ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzilinin hansı dövrdə əldə edilməsi, onun əldə edilmə dövrünün ittiham olunduğu cinayət işi üzrə həmin əməlin törədilmə dövrünə təsadüf edibetməməsi, xüsusi müsadirə tətbiq edildiyi təqdirdə onun icrasının təmin edilməsinin mümkün olub-olmaması məsələsinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün mübahisələndirilən qərarın həmin hissədə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir.
69. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nü mayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs10 əmlakının, yəni ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzilinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə aid hissəsində ləğv edilməli və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
70. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs10 əmlakının, yəni ünvan 7 ünvanında yerləşən 59 nömrəli mənzilinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməsinə aid hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(103)-36/2024 nömrəli qərarı kassasiya şikayətlərinə və kassasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs X5 nümayəndəsi, vəkil Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum X13 müdafiəçisi Müdafiəçi6, Maraqlı şəxs1 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, Maraqlı şəxs2 və onun nümayəndəsi, vəkil Müdafiəçi6, maraqlı şəxs X22 və onun nümayəndəsi, vəkil Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.