Məhkəmə qərarları › İş №1(102)-1190/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1190/2018

16.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1190/2018 16.08.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1190/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 16 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1, 29,177.3.1, 181.3.1, 181.3.2, 28,181.3.1, 28,181.3.2 və 326.1-cimaddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum oğlunun və qeyrilərinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Eynulla Vəliyev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 29,177.3.1, 181.3.1, 181.3.2, 28,181.3.1, 28,181.3.2 və 326.1-cimaddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.3.1 və 29,177.3.1-ci maddələri ilə 09 (doqquz) il, Cinayət Məcəlləsinin 181.3.1, 181.3.2-ci maddələri ilə 12 (on iki) il, Cinayət Məcəlləsinin 28,181.3.1 və 28,181.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay və Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlin in xx xx 2014-cü ildən hesablanması, Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsinin onun ümumi ittihamından xaric olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Mirzəli Abbasov və Qədim Babayevdən ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, barəsində xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cina yət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xx 2017-ci il tarixli Qanununun tətbiq edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından verilən kassasiya şikayətinə baxılması üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatət verərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkum vəsatətində göstərmişdir ki, apellyasiya məhkəməsinin qərarını vaxtında almadığı üçün kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası vəsatətin təmin edilməsinə dair Məhkum və vəsatətintəminedilməməsinə dairdövlət ittihamçısı İlkin Yusifovun çıxışlarını di nləyib, vəsatətivə iş materiallarını öyrənib müzakirə edərək belə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə verilən vəsatətəsassız olduğundan təminedilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin tələblərinə görə kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: 1.Kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda; 2.Həmin şəxsi vaxtında kassasiya şika yəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə qeyd edir ki, məhkumun vəsatətində göstərdiyi hallar qanunda kassasiya şikayətinin verilməsi müddətinin bərpasına əsas verən üzrlü səbəb kimi nəzərdə tutulmamışdır. İş materiallarında olan xx xx 2016-cı il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Məhkum və müdafiəçisi Cməhkəmə iclasında iştirak etmişlər. (cild 25, iş vərəqə 110-119) İş materiallarında olan məktublardan görünürki, apellyasiya instansiyası məhkəməsinin xx xx 2016-cı il tarixli qərarının surəti Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına Məhkum təqdim olunması üçün və məhkumun müdafiəçisinə xx xx 2016-cı il tarixdə göndərilmişdir. (cild 25, iş vərəqə 222-223) Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin t ələbinə əsasən bu xarakterli qərarlardan məhkum tərəfindən onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. Lakin, məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından 27 (iyirmi yeddi) aya yaxın vaxt keçdikdən sonra, yəni xx xx 2018-ci il tarixdə kassasiya şikayəti vermişdir. Beləliklə, məhkumun kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin verilməsi üçün b uraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 410.1.4, 411-ci maddələrinin rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: Azərbaycan Respublikası CM-nin 177.3.1, 29,177.3.1, 181.3.1, 181.3.2, 28,181.3.1, 28,181.3.2 və 326.1-cimaddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum oğlunun və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair verilən vəsatət təmin olunmasın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Fərhad Əliyev Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar