Məhkəmə qərarları › İş №1(102)-1190/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1190/2019

01.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1190/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, Məhkum iştirakları ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM -nin 178.1 və 310-cu maddələri təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim R.T.Əhmədov) 14 fevral 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qərarları nəzərə alınmaqla, Azərbaycan Respublika sı CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 8 ay 7 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan, ünvan 1 saylı mənzilində yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 178.1 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən to plamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş və Məhkum Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qərarları nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmək lə, ona çəkilməsi üçün qəti olaraq, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Mirzəyev Sahibxan Arzuman oğlundan ibarət tərkibdə) 03 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əs asən, Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, Bakı şəhərində, 2017-ci ilin dekabr ayının əvvəllərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini kimi təqdim edərək, Zərərçəkmiş şəxs7 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verərək inandırıb, etibarından sui-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb, həmin ayın əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs7 200 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətl i dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən, 2018-ci ilin yanvar ayının əvvəllərində, Bakı şəhərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hava və X9 idarəsinin rəisi kimi təqdim edərək Zərərçəkmiş şəxs5 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verərək, inandırıb, etibarından sui-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb həmin ayın əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsi yaxınlığında Zərərçəkmiş şəxs5 200 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, sonuncuya əmlak xarakter li ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən, Bakı şəhərində, 2018-ci ilin yanvar ayının əvvəllərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi kimi təqdim edərək Zərərçəkmiş şəxs4 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verib, inandıraraq, etibarından süi-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb həmin ayın əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ərazisində X2 300 manat məbləğində nağd pul vəsaitini alı b ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən, 2018-ci ilin yanvar ayının əvvəllərində, Bakı şəhərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Nəqliyyat idarəsinin rəis müavini kimi təqdim etməklə, X2 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verərək, inandırıb, etibarından sui-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb, həmin ayın əvvəllərində X 2Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində 600 manat, ünvan 2 ünvanında yerləşən “Tarix Osmanlı” restoranında isə X3 adlı şəxs vasitəsilə 200 manat, ümumilikdə 800 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə alıb ələ keçirməklə dələduzluq edərək X2 əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən 2018-ci ilin yanvar ayının əvvəllərində, Bakı şəhərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hava və X9 baş idarəsinin rəisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verib, inandıraraq, etibarından sui-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb 08 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, NZS qəsəbəsi ərazisində “Məkan” çay evində Zərərçəkmiş şəxs2 100 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən 2018-ci ilin yanvar ayında, Bakı şəhərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində idarə rəisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs8 həmin idarəyə sürücü qism ində işə düzəldəcəyini vəd verib, inandıraraq, etibarından sui-istifadə etməklə işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb 28 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində 50 manat, 29 yanvar 2018-ci il tarixdə isə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında 150 manat, ümumilikdə 200 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, təkrarən 2018-ci ilin fevral ayının əvvə llərində, Bakı şəhərində özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami rayon idarəsinin rəisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verib, inandırmaqla etibarından sui-istifadə edərək işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb 05 fevral 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs3 300 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, heç bir dövlət və özəl fəaliyyətlə məşğul olmadığı halda, 16 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində təkrarən, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami rayon idarəsinin rəisi kimi təqdim edərək, Zərərçəkmiş şəxs6 həmin idarəyə sürücü qismində işə düzəldəcəyini vəd verib, inandırmaqla etibarından sui-istifadə edərək işə qəbul olunmaq üçün sığorta haqqı adı ilə aldadıb həmin gün Bakı şəhəri, Nizami rayonunun ərazisində fəaliyyət göstərən “Laçın” Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs6 300 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, sonuncuya əmlak xarakterli ziyan vurmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Kassasiya ş ikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində özünü təqsirli bilmədiyini, məhkəmələr tərəfindən işin hallarının düzgün araşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkum kassasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtında 8 ay 7 gün əvvəl azadlığa buraxılmış, həmin müddət 09 fevral 2018-ci il başa çatmış, lakin 16 fevral 2018-ci il tarixdə yenidən həbs edilərkən məhkəmələr cəza təyini zamanı əsassız olaraq şərti buraxıldığı 8 ay 7 gün müddəti yeni cəzaya əlavə etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum ona istinad edilən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkumun cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı mаddələrinin tələblərinə müvafiq hərtərəfli, tam və oby ektiv tədqiq edilmişdir. Məhkumun təqsirsiz olması barədə dəlili tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona istinad edilən cinayət əməllərində təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar yoxdur Kassasiya şikayətində mübahisələndirilən digər məsələ məhkuma Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qərarı ilə şərti hesab edilmiş 8 ay 7 gün müddətinin yeni cəzaya əsassız olaraq əlavə edilməsi barədədir. Azərbaycan Respublikası C M-nin 76.6.3-cü maddəsinə əsasən Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Kollegiya hesab edir ki, məhkəmələrin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar