Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1190/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), X2 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, bəraət almış şəxs Təqsirləndirilən şəxs, Məhkum müdafiəçisi – “XXX10” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2023-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə id arəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Murad Vəliyev tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.R.Qurbanov) Təqsirləndirilən şəxs (xx xxxxxx 1979-cu ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar qismən, əlavə cəza isə tamamilə toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum (xx xxx 1971-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsini n 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar qismən, əlavə cəza isə tamamilə toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqd a verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər T.L.Kazımov və Ə.C.Seyidovdan ibarət məhkəmə tərkibi) məhkumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və mə ruzəçi hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum digər müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə isə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 12 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi üzrə yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1391.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilm iş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar qismən, əlavə cəza isə tamamilə toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 avqust 2021-ci il tarixdən hesablanması, Məhkum “qabaqcadan əlbir olan bir qrup şəxs halında” ifadəsinə dair müddəaların elan edilmiş ittihamdan xaric ediməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vemişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəx slər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədilə və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3 ünvanında yerləşən «XXX25» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi, barmen qismində işə götürməklə həmin klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış, həmin klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan saat 04.00 radələrinə kimi sosial məsafə gözləmədən, mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulan qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetin «Koronavirus (Covid- 19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi ilə bağlı tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər haqqında» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqqında» 16 yanvar 2021-ci il tarixli 09 saylı Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzad ılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər haqqında» 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarının və Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli 220 saylı Qərarının tələblərinə əməl etməyərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus» (Covid-19) infeksiyasının yayılmasına real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən «XXX25» adlı kluba baxış keçirilmiş və baxış zamanı həmin klubun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla, gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar edilərək götürülmüşdür. Eyni hökmə əsasən, Məhkum ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə xidməti vəzifələrinin icrası ilə bağlı özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib gəlir və sair üstünlük əldə etmək üçün və tamah niyyəti ilə karantin rejimi dövründə ünvan 3-də olan «XXX25» adlı kluba müxtəlif şəxsləri mühafizəçi, xidmətçi və barmen kimi işə götürməklə, klubun qanunsuz fəaliyyət göstərməsinə şərait yaratmış və klubda müxtəlif sayda müştərilərin gecə saat 00.00-dan saat 04.00 radələrinə kimi sosial məsafə gözləmədən, mütəmadi qarşılıqlı ünsiyyətdə olmalarına və çoxdəfəli istifadə üçün nəzərdə tutulan qəlyan avadanlıqlarından istifadə etmələrinə şərait yaratmış və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetin Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının q arşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi ilə bağlı tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» 15 may 2020-ci il tarixli 176 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 saylı Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejimin müddətinin uzadılması, sərtləşdirilmiş karantin rejimdə tətbiq edilən bəzi məhdudiyyətin aradan qaldırılması barədə» 16 yanvar 2021-ci il tarixli 09 saylı Qərarının, Nazirlər Kabinetinin «Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan q aldırılması ilə bağlı tədbirlər haqqında» 26 may 2021-ci il tarixli 151 saylı Qərarının və Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» 22 iyul 2021-ci il tarixli 220 saylı Qərarının tələblərinə əməl etməyərək, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliklərin yayılması, yəni «Koronavirus» (Covid-19) infeksiyasının yayılmasına real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşə kkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanında yerləşən «XXX25» adlı kluba baxış keçirilmiş və baxış zamanı həmin klubun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla, gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yuxarıda təsvir olunan Məhkum əməllərində Samiq Bağırovun iştirak etməməsi, ümumiyyətlə onun “XXX25” klubu ilə hər hansı hüquqi bağlılığının olmaması haqında nəticəyə gəlib S.Bağırova bəraət vermiş, eyni zamanda Cinayət Məcəlləsinin 139-1.1 və 308. 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin müstəsna olaraq Məhkum tərəfindən yuxarıda təsvir edilən qaydada törədilməsi haqqında nəticəyə gəlib, sonuncunun cinayət əməllərinin təsvirindən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətini xaric etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşərək törətmələri kifayət qədər sübuta yetirildiyi halda, aqpellyasiya inst ansiyası məhkəməsinin hökmü ilə əsassız və qanunsuz olaraq Təqsirləndirilən şəxs bəraət verilmiş, Məhkum əməlinin təsvirindən isə əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti çıxarılmış və onun cəzası bunun üçün kifayət qədər əsaslar olmadan (o cümlədən, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi lazımınca nəzərə alınmadan) ləğv edilmiş birinci instansiya məhkəməsinin hökmü ilə müqayisədə yüngülləşdirilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini və işin apell yasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, nəticədə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda, o, sübutların ziddinə olaraq həmin maddələrlə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi4 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Məhkum barəsində cinayət işi üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 139-1.1, 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verildiyini, Məhkum isə Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələri ilə cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 oğlu kassasiya şikayətində işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki hallarını, o c ümlədən təqsirkarın əməllərinin “Koronavirus” (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmasını inkar edərək, məhkəmənin sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinə əməl etmədiyini, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum barəsində ittiham hökmünün çıxarıldığını iddia edib, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsilə Məhkum barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini kassasiya şikayətində istinad olunmuş Azərbaycan Respublikası CPM-in 416.1.1 416.1.3, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla yanaşı şikayətin məzmununa görə CPM-in 416.1.11-ci maddəsində göstərilən halla əlaqələndirmişdir. Müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müv afiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində ittiham hökmünün çıxarılmasına dair iddianın) əsaslılığını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gə tirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərdiklərindən deyil, məhz apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum müdafiəçiləri tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da (apellyasiya şikayətində və ona əlavədə) irəli sürülmüş, lakin həmin dəlillərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cinayət əməllərini təşkil edən faktiki hallar müəyyən edilərkən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; h ər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır (sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda Məhkum münasibətdə sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməllərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələrinin dispozisiyalarından, eləcə də cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmü ilə Məhkum CM-in 139-1.1, 308.1-ci mad dələri ilə təyin olunmuş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün də əsas görmür. Çünki, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin ədalət prinsipini, cəzanın təyin edilməsinin ümümi əsaslarını təsbit edən 8, 58.3-cü maddələrinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmyyətli olan halları lazımınca nəzərə almış və Məhkum Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələri ilə ədalətli, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəza təyin etmişdir. Odur ki, məhkəmə heyəti dövlət ittihamçısının kassasiya protestinin Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəli lləri ilə də razılaşmır. Kassasiya protestinin Təqsirləndirilən şəxs CM-in 139-1.1, 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin hökmünün mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.1 - 42.1.4-cü maddələrində cinayət hadisəsinin olmaması, şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, şəxsin cinayətin törədilməsinə aidyy ətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisənin baş vermə faktının və hallarının, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş CM-in 139-1.1, 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə hər hansı şəkildə rolu, yəni iştirakı olmamışdır. Məhkəmə öz qənaətini Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə baxılmış sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs özünün verdiyi “XXX25” klubu ilə hər hansı hüquqi bağlılığını inkar edən ifadəsi və onun məlumatlarını təsdiq edən şahidlər X5, Şahid10, Şahid6, Şahid11, Şahid4, Şahid5, Şahid8, Şahid12, Şahid14, Şahid13, Şahid15 oğlunun, təqsirləndirilən şəxs Məhkum ifadələri, “XXX25” klubunun Məhkum tərəfindən Təqsirləndirilən şəxs deyil, digər şəxsdən icarəyə götürülməsi haqında müqavilə, həmin kluba götürülmüş işçilərlə əmək müqaviləsinin Təqsirləndirilən şəxslə deyil, Məhkum ilə bağlandığını göstərən bildirişlər və digər sənədlərlə əsaslandırmışdır. İttiham tərəfi məhkəmə baxışında adları çəkilən şəxslərin ifadələrini və digər sübutları təkzib edən, beləliklə də Tə qsirləndirilən şəxs Məhkum ilə qabaqcadan əlbir olmaqla cinayət törətməsini, sonuncunun əməllərində hər hansı şəkildə iştirak etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Adları çəkilən şəxslərin Təqsirləndirilən şəxs münasibətdə məhkəmədə verdikləri məlumatların həqiqiliyi kifayət qədər təkzib olun madığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin ona Cinayət Məcəlləsinin 139-1.1, 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Odur ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs bəraət verilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin mübahisələndirilməsinə həsr olunmuş dəlilləri də əsaslı hesab edilə bilməz. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları müdafiəçinin və dövlət ittihamçısının kassasiya müraciətləri ilə ehtiva olanan (apellyasiya insta nsiyası məhkəməsinin cinayət-prosessual qanunun 416.1.1-416.1.3, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddiaları təkzib etməklə bu müraciətlərin əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisinin və bəraət almış şəxs Təqsirləndirilən şəxs - kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının – kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 06 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmal ıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan 6 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1190/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1190/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver