Məhkəmə qərarları › İş №1(102)-1190/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1190/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1190/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1969/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-547/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu apellyasiya şikayətinə əlavə verərək hökmün ləğv edilməsini və Məhkum b arəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1969/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin və müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-547/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum həmin maddə ilə təqsirli bilinib, ona cəza təyin olunmaması, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin müddəalarının hökmdən xaric edilməsi, Məhkum üzərində Bakı Ağır Cinayətlər Məh kəməsinin 1(101)-547/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi üzrə təyin edilmiş 08 (səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayəti vermişdir.

6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kass asiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyi nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual q anunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1969/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1969/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar