Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1191/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və müdafiəçi Məmmədov Eyvaz Mehdi oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəm əsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarə t tərkibdə) Məhkum, xx xxxxxx 1978-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, ünvan 1 də qeydiyyatda olmaqla, yaşayan CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.5, 206.3.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq ona 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Mə hkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmə və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasından olan şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd polietilen torbada iki ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram və 990 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kiloqram 10,0 qram olan bitki mənşəli kü tlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üç ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 qram, 935,0 qram və 915,0 qram olmaqla külli miqdarda, yəni ümumi çəkisi 2835,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd selofan bağlamada külli miqdarda, yəni təmiz çəkisi 801,775 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini tamah niyyəti ilə əldə edərək saxlamaqla naməlum vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Cəlilabad rayonu ərazisində Ələt-Astara şossesinin 122-ci kilometrliyindəki uçqun vəziyyətdə olan tikilinin ar xasına gətirməsini təşkil etmiş, aralarındakı cinayətkar razılığa görə cinayətkar qrupunun digər üzvü Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çəkidə narkotik vasitəni qeyd edilən yerdən Bakı şəhərinə daşımaqla haqqında əvvəlcədən məlumat veriləcək müştəriyə təşkil etmək məqsədi ilə idarə etdiyi «XXX» markalı, AZ ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə qoymaqla əldə edərək saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2014-cü il tarixdə saat 00.45 radələrində Cəlilabad rayonu ərazisində, Ələt-Astara şossesinin 122-ci kilometrliyində Məhkum yaxalanmış, onun idarə etdiyi «XXX» markalı, AZ ** XX*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıyaraq satışını həyata keçirmək niyyətində olduğu bir ədəd polietilen torbada iki ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram və 990 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kiloqram 10,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üç ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 qram, 935,0 qram və 915,0 qram olmaqla külli miqdarda, yəni ümumi çəkisi 2835,0 qram olan maddələr - xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə t iryək və bir ədəd selofan bağlamada külli miqdarda, yəni təmiz çəkisi 801,775 qram olan maddə - tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 11 (on bir) il 6 (altı) ayadək endirililmişdir. xx xxxx 2020-ci il tarixdə Məhkum müdafiəçisi E.M.Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müdafiəçi apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Zeynalov Zeynal Ağabala oğlund an ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan Müdafiəçi kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Müdafiəçisi E.M.Məmmədov kassasiya şikayətini belə əsaslandırmışdır ki, özünü ona ittiham olunmuş cinayət əməllərini törətməkdə təqsirli bilməmiş və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onun haqqında bəraət hökmünün çıxarılmasını xahiş edən Məhkum iş üzrə apellyasiya icraatı zamanı hüquqlarını təyinatla ayrılmış vəkil müdafiə etdiyindən, o maddi imkansızlığı səbəbindən apellyasiya instansiyası məhkəməsinin onun barəsindəki qərarından kassasiya şikayə tinin verilməsi üçün müdafiəçi ilə müqavilə bağlaya bilməmiş və buna görə də ondan asılı olmayan səbəbdən xx xxxxxxx 2015-ci il tarixli qərardan kassasiya şikayəti verilməmişdir. Bundan başqa, müdafiəçi qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İİ qrup əlil olmaqla uzun müddət bir sıra xroniki xəstəliklərdən əzab çəkdiyinə görə uzun müddət müalicə müəssisəsində müalicədə olmuş və bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Kassasiya şikayətində göstərdiyi hallara əsaslanaraq müdafiəçi onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və xx xxxxxxx 2015-ci il tarixli qərardan ka ssasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd e dir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəm əsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. CPM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərdi. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2020-ci i tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulm uş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhmə, həm də yeni normalarına və xx xxxx 2020-ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum - ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum birinci və apellyasiya instansiya məhkəmələrində hüquqlarını, Müdafiəçi E.M.Məmmədov kassasiya şikayətində göst ərildiyi kimi, təyinatla deyil, müqavilələr əsasında müvafiq olaraq vəkillər X4 və X8 müdafiə etmişlər. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarının surəti xx xxxxxx 2015-ci il tarixdə məhkəmə baxışı iclasında dövlət ittihamını müdafiə etmiş A1 verilmiş və həmin tarixli 2(106)-522/2015 saylı məktubla məhkuma verilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına, məhkumun müdafiəçisi X5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik və İnformasiya Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, istər Məhkum, istərsə də onun müdafiəçisi U.M.Əhmədova qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək imkanında olsalar da məhkəməyə təkrar müraciət etmək hüququndan istifadə etməmiş və nəticədə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş həmin müddəti buraxmış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da həmin müddətin bərpa edilməsi üçün aşağıda göstərilən əsasları müəyyən etməyərək özünün xx xxxxxx 2020-ci il tarixli qərarı ilə bu haqda Müdafiəçi vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası bu qərarı qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPMnin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu və onun müdafiəçiləri istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, məhkumun müdafiəçisi E.M.Məmmədov Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından həmin qərarın qəbul edildiyi gündən 04 (dörd) il 08 (səkkiz) ay 23 (iyirmi üç) gün sonra, yəni CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumun müəyyən etdiyi səbəblərlə - müxtəlif xəstəliklərdən əzab çəkməsi və hüquqi savadsızlığı ilə izah etmişdir. Bununla belə, Müdafiəçi E.M.Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı xəstəlikdən əzab çəkməsini və bununla əlaqədar müalicədə olmasını təsdiq edən sənədləri öz vəsat ətinə əlavə etməmiş, onun apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi tibbi sənədlər isə cinayət işinə apellyasiya qaydasında baxıldıqdan sonrakı müddətə deyil, bundan on il əvvəlki müddətə aiddirlər. CPM-nin 411.2-ci maddəsinin mənasına görə isə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən qeyd olunan maddədə göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarında, o cümlədən müdafiəçinin vəsatətində hüquqlarını müdafiə etdiyi şəxsin barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərz ində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum xx xxxxxxx 2015-ci il qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Müdafiəçi E.M.Məmmədov xx xxxxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinə əlavə olunmuş Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin tibbi arayışından da Məhkum uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulm ası görünmür. Belə ki, həmin arayışda göstərilmişdir ki, Məhkum xx xxxxxx 2015-ci il tarixdə 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş, müəssisədə saxlandığı müddətdə bir neçə dəfə “Kəskin respirator xəstəlik. Qastroduodenit. Qastrit” diaqnozları ilə müəssisəsnin sanitar hissəsində ambulator müalicədə olmuşdur. Hal hazırda Məhkum vəziyyəti yaxşıdır, “Sağ bud sümüyünün güllə yarasından sonrakı vəziyyət” diaqnozu ilə dispanser qeydiyyatındadır, İİ qrup əlildir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Müdafiəçi E.M.Məmmədov xx xxxxxx 2020-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Müdafiəçi və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı X1 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, bu qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə - təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1191/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1191/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver