Məhkəmə qərarları › İş №1(102)-1191/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1191/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1191/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “FİDES” Vəkil Bürosunun vəkili Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 235.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, “FİDES” Vəkil Bürosunun vəkili Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), S.H.Hacıyev və E.Ə.Mikayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1 və 235.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 235.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gün ünə hesabı ilə hesablanmaqla 01 (bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır C inayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum tanışı Şahid2 yaşadığı evində müxtəlif növ narkotik vasitələrin saxlandığını bilərək həmin narkotik vasitələri talama qərarına gəlmiş, 14 mart 2020-cİ il tarixdə saat 20 radələrində Şahid2 yaşadığı ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilə daxil olub orada sonuncunun qanunsuz olaraq əldə edib mənzilin qonaq otağında yerləşən dolabında saxladığı narkotik vasitələri bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, iki ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini oğurlamaqla talamış, taladığı narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 16 mart 2020-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələr əynindəki göy rəngli üzərində “Nike” yazısı olan idman köynəyinin sol qolun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbacığın içərisində ayrı-ayrı bükümlərdə aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçıs ı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, məhkəmələr Məhkumla birlikdə həmin narkotik vasitələrin və psixotrop maddələrin oğurlanmasında iştirak etmiş, lakin anlaqsız olması səbəbindən CM-in 21.1-ci maddəsinə əsasən, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə məcburi müalicə təyin olunmuş Şahid1 aşkar olunmuş narkotik vasitələri və cinayətin subyekti olmadığına görə Şahid1 də iştirakını Məhkum ittihamından xaric etmişlər. Protest müəllifinin fikrincə, Şahid1 anlaqsız olsa da, Məhkum həmin cinayəti törətməyə o, dəvət etmiş və onların cinayət əlaqəsində olmaları iş materialları ilə təsdiq olunduğu halda, məhkəmələr həm cinayətdə iştirakçılığı, həm də Şahid1 təqdim etdiyi narkotik vasitələri əsassız olaraq Məhkum ittihamından xaric etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsi ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, müdafiə tərəfinin verdiyi vəsatətlərə münasibət bildirilməmişdir. Müdafiəçi hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham mötəbər sübutlara əsaslanmadığından qanunsuz və əsassızdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi O.Zeynalovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməm əli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mü bahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum əməlin in tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-in 235.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə cinayət əməlini törətməməsi və həmin maddə ilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 235.1-ci maddəsində “Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası ilk olaraq kassasiya protestində göstərilən dəlillərlə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərində olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məh kəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 235.4.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 235.1-ci maddəsinə - narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etməyə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə Şahid1 CM-in 234.1 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə CM-in 21.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş, CM-in 21.2 və 95.0.3-cü maddələrinə əsasən, Şahid1 ixtisaslaşdırılmış p sixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Cinayət məsuliyyətinin ümumi şərtlərini müəyyən edən CM-in 19-cu maddəsinə əsasən, cinayətin subyekti həmin Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmalı və anlaqlı olmaqla, göstərilən iki əlaməti özündə ehtiva etməlidir. Cinayət Məcəlləsinin tələblərinə əsasən belə olan halda iştirakçılıqla törədilən cinayətdə şəxslərdən birinin anlaqsız olması əlbirliyi istisna edir. Qabaqcadan əlbirlik iki nəfər iştirakçıdan birinin anlaqsız olması səbəbindən aradan qalxdığı halda, əlbirliklə bağlı bütün hüquqi nəticələr də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrüb əsi haqqında” qərarının 9-cu bəndinə əsasən, yaşına görə (Azərbaycan Respublikası CM-in 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CM-in 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iş üzrə digər şəxs – Şahid1 cinayət qanununda nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən və cinayətlərin subyekti olmadığından, onun ifadələri və iştirakı ilə keçirilmiş müvafiq istintaq hərəkətləri iş üzrə sübut kimi qəbul edilə bilməz, onların Şahid2 mənzilindən tapıb oğurladıqları narkotik vasitələrin də öz aralarında bölünməsi ilkin ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmur və belə olan halda Məhkum əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş əməl kimi tövsif edilə bilməz, o, üzərində aşkar edilmiş narkotik vasitələrə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Qanunvericiliyin bu mənasından görünür ki, iki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Şahid1 müvafiq ekspertiza rəylərinə əsasən anlaqsız hesab edildiyi üçün hər hansı cinayətin subyekti hesab edilə bilməz və Cinayət Məcəlləsinin tələblərinə əsasən belə olan halda iştirakçılıqla törədilən cinayətdə şəxslərdən birinin anlaqsız olması əlbirliyi istisna edir, eyni zamanda Şahid1 ifadələri və iştirakı ilə keçirilmiş müvafiq istintaq hərəkətləri iş üzrə Məhkum təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum aşkar edilmiş narkotik vasitələr 0.286 qram marixuana, 0.644 qram həşiş qətranı, 1.860 qram heroin, 1.215 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla alınmış tiryək külli miqdar hesab edilmir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasi tələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsiüçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin, həmin siyahının 7-ci bəndinə görə 40 qram və daha artıq narkotik vasitə olan həşiş qətranı, həmin siyahının 12-ci bəndinə görə 500 qram və daha artıq narkotik vasitə olan qurudulmuş marixuana, həmin siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin M əhkum əməlinin CM-in 235.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 234.1 və 235.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Az adlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 235-ci maddəsi ilə tövsif etmə zamanı əməlin əlavə olaraq narkotik vasitələri qanunsuz əldə etmə kimi tövsif edilməsinə ehtiyac qalmır, çünki bu əməl adları çəkilən predmetləri talama və ya hədə-qorxu ilə tələb etmə anlayışı ilə tam əhatə olunur. Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl cinayətlərin məcmusu üzrə CM-in 235ci və 234-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsi rli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı ” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassaiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və ya kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kasssasiya şikayətində onların ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar