Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1191/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İbrahimov Taleh Vəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi T.V.İbrahimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, 29 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşaqları ol an, ali təhsilli, daimi iş yeri olmayan, təqaüdçü, əvvəllər Ağdam Rayon Məhkəməsinin 23 iyul 2008-ci il tarixli hökmü ilə CM-nin 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 2100 (iki min yüz) manat məbləğində cərinə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq isə onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni cəmisi 07 (yeddi) ay 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 (doqquz) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 93.1.2-ci maddəsinə məhkum olunmuş şəxsin narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu il ə keçirmə barədə 2019-cu ilin may ayının əvvəlində şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən qəsdən qanunsuz olaraq əldə olunmuş külli miqdarda, ayrı-ayrılıqda hər birinin çəkisi 494 qram, ümumi çəkisi 988 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 28 may 2019-cu il tarixdə gecə saatlarında, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, birinin üzərində «Golestan», digərinin üzərində «Tabiat Tea» yazıları olan 2 ədəd 500 qramlıq çay qutularının içərisində qablaşdırılıb saxlayaraq gizlədilmiş, Azərbaycan Respublikasına daşınması üçün İra n İslam Respublikasının Biləsuvar şəhərində İran İslam Respublikası vətəndaşı «Scania» markalı 87E640-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü X16 Mousaya təqdim edilmiş və 28 may 2019-cu il tarixdə, saat 06 radələrində, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda qeyd olunan narkotik vasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 11 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində gömrük əməkdaşları təlimat üzrə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Bakı Beynəlxalq Avtovağzalı»nın dayanacağında sürücü X1dan içərisində külli miqdarda narkotik vas itə heroin olan torbanı təhvil alarkən saxlanılmışdır. Hökmdən Məhkum müdafiəçisi T.V.İbrahimov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilərək Məhkum qaçaqlmalçılıq cinayətinin törədilməsində köməkçilik etməsi əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5,206.3.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri i lə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) il 09 (doqquz) ayadək endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkumun həbsdə saxlanıldığı müddət, yəni 07 ay 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi T.V.İbrahimov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra normalarına, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016cı il tarixli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi T.V.İbrahimov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələr inin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi T.V.İbrahimov öz kassasiya şikayətində bildirir ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən Məhkum müdafiəçi ilə təmin olunmaq, hüqui yardım almaq hüququ kobud şəkildə pozulmuş, lakin Bakı Apellyasiya Məhkəməsi bunu və yol verilmiş digər pozuntuları nəzərə almamış, həmin hüquq pozuntularına öz qərarında hökmdə hüquqi qiymət verməmiş və münasibət bildirməmişdir. Məhkum tutularkən nə müdafiəçini, nə də ki hal şahidlərini görməmiş, Bakı şəhərində avtovağzalın ərazisində onunla heç bir prosessual hərəkət edilmə miş, onun üzərinə baxış keçirilməmiş, izahatı və ifadəsi alınmamış, əksinə, bu zaman ona qarşı fiziki və psixi zor tətbiq edilmiş, məhkəmələrin isə iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Müdafiəçinin mövqeyinə görə, Məhkum istər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, istərsə də qaçaqmalçılıq cinayətlərini törətməmiş, İran İslam Respublikasından ona narkotik vasitə göndərməyi sifariş etməmiş, Bakı şəhərinə göndərilmiş bağlamada isə narkotik vasitənin yerləşdirilməsi barədə onun ümumiyyətlə xəbəri olmamışdır. Bu baxımdan müdafiəçi hesab edir ki, Məhkum qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Bununla yanaşı müdafiəçi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi kimi, apellyasiy a instansiyası məhkəməsi də Məhkum üzərində qəti cəza müddətini müəyyən edərkən onun daha artıq müddətdə həbsdə və ev dusaqlığında saxlanılması müddətlərini nəzərə almamış və bununla da sonuncu ağır cəzaya məruz qalmışdır. Göstərilənlərə əsaslanaraq müdafiəçi T.V.İbrahimov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyin 2023-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışr, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-c ü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum ştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi T.V.İbrahimovun həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yeti rilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş, onların qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqib ini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi T.V.İbrahimovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-n in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəm əsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit ed ilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsindətətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçi T.V.İbrahimov tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etd iyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmi ş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və üm umilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişd ir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələ rin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cin ayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları n müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığ ı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhl il olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatı nda sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübut a yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edil məməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hşüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilm əsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırm alıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araş dırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini tö rətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə qismən razılaşmış və hesab etmişdir ki, Məhkum narkotik vasitələrin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılığı cinayətinin törədilməsində icraçı qismində deyil, köməkçi qismində iştirak etmişdir və buna görə qəbul etdiyi qərarla onun bu əməlini CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5, 206.3.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış sübutlara əsasən Məhkum təqsirliliyin müəyyən edilməsi hissəsində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikl əri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə Məhkum özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələri ilə yanaşı həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının əvvəlində şəxsiyyəti istintaqa məlum olmayan (məhkumun deməsinə görə - “Hüseyn” adlı) İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq ci nayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun İran İslam Respublikasında yaşayan həmin şəxs istintaqa məlum olmayan yerdə və mənbədən qəsdən qanunsuz olaraq əldə olunmuş külli miqdarda, ayrı-ayrılıqda hər birinin çəkisi 494 qram, ümumi çəkisi isə 988 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 28 may 2019-cu il tarixdə gecə saatlarında, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, birinin üzərində «Golestan», digərinin üzərində «Tabiat Tea» yazıları olan 2 ədəd 500 qramlıq çay qutularının içərisində qablaşdırıb saxlayaraq gizlətmiş, Azərbaycan Respublikasına daşınması üçün İran İslam Respublikasının Biləsuvar şəhərində İran İslam Respublikası vətəndaşı, «Scania» markalı 87E640-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücü sü X16 Mousaya təqdim etmiş və sonuncu həmin narkotik vasitəni bilmədən Azərbaycan Respublikasının ərazisinə keçirdikdən sonra 28 may 2019-cu il tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda aşkar edilərək götürülmüş, həmin tarixdə saat 11 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən «Bakı Beynəlxalq Avtovağzalı»nın dayanacağında sürücü X1dan həmin narkotik vasitəni təhvil alarkən saxlanılmışdır. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müra ciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək heç bir cinayət əməli törətməməsini bildirsə də, ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi izahatında və 30 may 2019-cu il tarixdə heç bir təsir və təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, təxminən 2015-ci ildə o, İran İslam Respublikasında yaşayan X adlı şəxslə tanış olmuş və orada ticarətlə məşğul olarkən bir neçə dəfə onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Daha sonora ailə vəziyyətinin yaxşı olmadığına görə Xlə əlaqə saxlayaraq ona pul göndərib külli miqdarda narkotik vasitə heroin əldə etməklə həmin narkotik vasitəni Azərbaycan Respublikasının ərazi sində satmaq qərarına gəlmişdir. Bu birinci dəfə imiş ki, o, Xin vasitəsi ilə narkotik vasitə almaq və həmin narkotik vasitəni satmaq istəmişdir. Xlə belə razılığa gəlmişlər ki, sonuncu ona narkotik vasitə olan heroini göndərəcək, sonra o, həmin, narkotik vasitəni satıb onun pulunu – 4000 manat məbləğində pulu Xə göndərəcək. Bu razılıqdan sonra X öz istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib bildirmişdir ki, həmin narkotik vasitəni 28 may 2019-cu il tarixdə İran islam Respublikasından Azərbaycana gələn bir avtobus vasitəsi ilə çay qutusunun içərisində göndərəcək. Bu haqda onların telefon yazışmaları isə hələ 18 may 2019-cu il tarixdə baş tutmuşdur. 28 may 2019-cu il tarixdə X ona verdiyi mobil nömrə ilə əlaqə saxlayıb İran İslam R espublikasından Bakı şəhərinə gələn avtobusun sürücüsü ilə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalda görüşüb narkotik vasitəni ondan götürməyi tapşırmış, o, da deyilənlərə uyğun hərəkət edərək Xin ona göndərdiyi bağlamanı avtobus sürücüsündən qəbul edərkən mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış və Biləsuvar gömrük məntəqəsinə apararaq orada narkotik vasitəni əldə etməsi ilə bağlı sənədləşdirmə işlərini aparmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklərini inkar etsə də, yenə də narkotik vasiənin X adlı şəxs tərəfindən göndərilməsini, lakin onun bundan xəbəri olmadığını bildirmiş, lakin həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi onun sonuncu ifadələrinə tənqidi yanaşaraq məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə üstünlük vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin bu qənaətləri qanuni olmuşdur, çünki digər sübutlarla yanaşı Məhkum ibtidai araşdırma zamanı verdikləri ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni bu zaman təhqiqat və ibtidai aradırma orqanları tərəfindən CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi halı araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Cinayət işinin təhlili göstərir ki, Məhkum verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlar iş üzrə dindirilmiş şahidlərin, o cümlədən narkotik vasitəni bilmədən Azərbaycan Respublikasına gətirmiş və hə min vasitəni Bakı Beynəlxalq Avtovağzalında Məhkum təhvil vermiş İran İslam Respublikasının X14 (avtobus sürücüsü) ifadələri ilə, habelə ilkin və ibtidai araşdırma zamanı əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış aşağıdakı sübutlarla da üstüstə düşür. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi Şöbəsinin böyük inspektoru, gömrük xidməti mayoru Şahid1 tərəfindən 28 may 2019-cu il tarixdə saat 06:00-dan 06:30 dəqiqəyədək müddət ərzində tərtib olunmuş "Malların yoxlanılması haqqında” protokoldan görünür ki, 28 may 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı X14 idarə etdiyi "SCANİA” markalı, 87E640-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusundan boşaldılmış və sürücü tərəfindən gömrük nəzarətinə təqdim edilmiş əl yükləri "Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman sürücünün yoxlanılması üçün rentgen qurğusuna qoyduğu əl yüklərinə daxil olan 1 ədəd qara rəngli sellofan torbanın içərisində şübhəli predmet olması qurğunun müşahidə monitorunda əks olunmuş, sürücüdən həmin torbanın içərisində nə olması soruşulmiş, o isə gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmamasını, ərzaq və yuyucu vasitələr olmasını bildirmişdir. Bundan sonra oraya dəvət olunmuş tərcüməçi X29, hal şahidləri X30, X31, Cənub Ərazi BGİ-nin Biləsuvar gömrük postunun böyük inspektoru X3 2in iştirakı ilə torbaya baxış keçirilmiş, baxış zamanı torbanın içərisində olan ərzaq və yuyucu vasitələrin arasında 1 ədəd üzərində "GOLESTAN”, digərinin üzərində "TABİAT TEA” sözləri yazılmış 2 ədəd quru çay qutusu aşkar edilmişdir. Həmin qutulara baxış keçirilən zaman hər qutuda 1 ədəd olmaqla cəmi 2 ədəd göy rəngli surət kağızına bükülərək şəffaf sellofanda qablaşdırılmış bağlamalar aşkar olunmuş, həmin bağlamalara baxış keçirilən zaman 2 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Göstərilən vasitə tərəzidə çəkilərkən hər bir bağlamanın çəkisi 505 qram olmaqla 2 bağlamanın çəkisi ümumilikdə 1010 (min on) qram təşkil etmişdir. X14 həmin torbaların içərisində aşkar olunmuş narkotik vasitənin mənbəyi barədə su al verildikdə sonuncu bu bağlamaların İran İslam Respublikasının Biləsuvar Gömrüyündə işləyən Hüseyn Rzazadə adlı şəxsin verdiyini, qeyd olunan torbanı Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Malı qəbul edən şəxsin müəyyənləşdirilməsi məqsədi ilə bağlamalar əvvəlki vəziyyətinə gətirilərək qablaşdırılmış və 1 ədəd 105815 saylı paketdə qablaşdırılmışdır. Qeyd olunmalıdır ki, ibtidai araşdırma zamanı tərcüməçinin iştirakı ilə şahid qismində dindirilərkən də X14 yuxarıda göstərilən protokolda əksini tapmış halları bir daha təsdiq etmişdir. Burada məhkəmə kollegiyası ona diqqət yetirməyi zəruri bilir ki, iş üzrə toplanmış sübutlara əsasən, X14 idarə etdiyi avtobusda gətirdiyi yükdə narkotik vasitə aşkar olunana qədər Məhkum narkotik vasitələrin qanunsuz dövriyyə si ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı istər Biləsuvar Gömrük Məntəqəsinə, istərsə də hüquqmühafizə orqanlarına daxil olmamış və həmin narkotik vasitə gömrük əməkdalarının səyi nəticəsində aşkar edilərək götürüldükdən sonra onu qəbul etməli şəxsin, sonradan məlum olduğu kimi, Məhkum müəyən edilərək saxlanılması üçün əməliyyat tədbiri həyata keçirilmiş, sonuncu isə məhz ona göndərilmiş narkotik vasitəni qəbul edərkən əməliyyatçılar tərəfindən saxlanılmış və bundan sonra onun barəsində cinayət təqibi həyata keçirilmişdir. Qeyd edilməlidir ki, Məhkum özü də cinayət təqibinin bütün mərhələlərində, o cümlədən məhkəmə iclasında verdiyi ifadələrində X14 gətirdiyi əl yükünün ona İran İslam Respublikasının vətəndaşı olan X adlı şəxs tərəfindən göndərilməsini inkar eməmiş, lakin ib tidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrdən fərqli olaraq sonradan verdiyi ifadələrində həmin yükün içərisində yalnız ərzaq məhsullarının və yuyucu vasitələrin olmasını, bu əşyaların isə X tərəfindən atasının vəfat etməsi ilə əlaqədar yas mərasiminin keçirilməsində istifadə olunması üçün göndərildiyini bildirmişdir. Eyni zamanda toplanmış sübutlarla yuxarıda göstərilən avtobusda aşkar edilmiş narkotik vasitənin X14 gətirdiyi yükün içərisinə istər sonuncu, istərsə də Məhkum qarşı heç bir qərəzlilik güdməyən gömrük əməkdaşları, yaxud da başqa şəxslər tərəfindən yerləşdirilməsi müəyyən olunmamış və belə halın olmasını məhkumla yanaşı onun müdafiəçisi də iddia etməmişdir. Bundan başqa, Məhkum tanışı X adlı şəxsin ona atasının vəfat eməsi ilə bağlı yas mərasimində istifadə etmək ü çün yalnız ərzaq məhsulları və yuyucu vasitələr göndərməsini, narkotik vasitəni isə borclu olduğu pulu vermədiyindən Xin ona qarşı qərəzli olduğuna görə göndərdiyi yükün içərisinə yerləşdirməsini bildirsə də, məhkəmə kollegiyası onun bu haqda verdiyi ifadələrini də inandırıcı hesab etmir ona görə ki, əvvəla Məhkum X adlı şəxsə pul borcunun olması hətta müdafiə tərəfinin təqdim etdiyi sübutlarla müəyn edilmir, digər tərəfdən isə işə əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə və fotoşəkillərə əsasən, Məhkum atası X21 24 aprel 2019-cu il tarixdə, yəni yükün göndərilməsindən bir aydan artıq müddətdən əvvəl vəfat etmiş və dəfn olunmuş və bununla əlaqədar istər 28 may 2019-cu il tarixdə, istərsə də bundan sonra məhz yas mərasiminin keçirilməsi mümkün deyildi və belə mərasimin göstərilən tarixdə n sonra keçirilməsinin nəzərdə tutulması da iş üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Bundan başqa, məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, iş üzrə ibtida araşdırma aparılan zaman "xxxx" MMC-dən 09 sentyabr 2019-cu il tarixdə BKC/LGL-15937/19 saylı məktubla daxil olmuş 1 ədəd SD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə hazırda şəxsiyyəti istintaqa X kimi məlum olan İran islam Respublikasının vətəndaşının istifadəsində olan +**********31 nömrəsi arasında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etmə, saxlama, Azərbaycan Respublikasına daşıma və gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçi rmə barədə sms mətnləri vardır. Həmçinin, həmin sms mətnlərində Məhkum istifadəsində olan nömrə ilə müxtəlif nömrələrə, müxtəlif tarixlərdə qanunsuz olaraq narkotik vasitələrin istifadəsi edilməsi, saxlanılması və qanunsuz əldə olunmasına dair yazışmalar, bundan başqa telefon zəngləri, həmin zəng sahiblərinin anket məlumatlarının qeyd olunması əks olunmuşdur. "xxxx" MMC-dən 21 avqust 2020-ci il tarixli AZF/LGL-14011/19 saylı məktubla daxil olmuş 1 ədəd SD diskdəki məlumatlardan görünür ki, həmin diskdə Məhkum istifadəsində olan ***-***-**-**, ***-***-**-** nömrələri ilə hazırda şəxsiyyəti istintaqa X kimi məlum olan İran islam Respublikası vətəndaşının istifadəsində olan +**********31 nömrəsi arasında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasın da əldə etmə, saxlama, Azərbaycan Respublikasına daşıma və gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə sms mətnləri var. Həmçinin, həmin sms mətnlərində Məhkum istifadəsində olan nömrə ilə müxtəlif nömrələrə, müxtəlif tarixlərdə qanunsuz olaraq narkotik vasiətələrin istifadəsi edilməsi, saxlanılması və qanunsuz əldə olunmasına dair yazışmalar, bundan başqa telefon zəngləri, həmin zəng sahiblərinin anket məlumatlarının qeyd olunması əks olunmuşdur. Məhkəmə kollegiyası təsvir edilmiş və Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş həm bu, həm də digər sübutların toplanılması zamanı qanunvericiliyin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əvvəla həmin sübutlarla Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu vasitələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi öz təsdiqini tapır, digər tərəfdən isə bu sübutlarla uzlaşan onun etirafedici ifadələrinin alınması, digər istintaq hərəkətlərinin aparılması zamanı, habelə məhkumun həmin ifadələri ona qarşı təsir və fiziki zorakılıq tətbiq edilməsi nəticəsində verməsi, onun CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir. Cinayət işinin materiallarında olan Ədliyyə və Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə10 dekabr 2019-cu il tarixli q ərarından da görünür ki, Məhkum Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyriinsani davranışa məruz qalması öz əksini tapmadığından toplanmış materiallar üzrə cinayət hadisəsi olmaması əsası ilə, yəni CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, o da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə iş üzrə yekun qərar qəbul edərkən qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxı şları zamanı həmçinin Məhkum Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum heç bir cinayət əməli törətməməsi barədə kassasiya şikayətində göstərilən dəlillər və həmin dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqda irəli sürülmüş tələb əsassız olmaqla məhkumun cinayət məsuliyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməli və buna görə də həmin şikayət göstərilən hissələrdə qəbul edilməz sayılaraq təmin edilməməlidir. Məhkum təyin edilmiş cəza müddətin in düzgün hesablanmaması barədə müdafiəçi T.V.İbrahimovun kassasiya şikayətində irəli sürdüyü dəlillə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin iş üzrə toplanmış sübutlara əsasən Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinərək 28 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2019-cu il tarixdə o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbsdə saxlama müddətinin əvvəli 28 may 2019-cu il tarixdən hesablanmaqla onun barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, bundan sonra isə Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə Məhkum h əbsdə saxlanlması müddəti 03 (üç) ay müddətə, yəni 28 dekabr 2019-cu il tarixədək uzadılmışdır. İbtidai araşdırma zamanı Məhkum müdafiəçisi T.V.İbrahimov tərəfindən verilmiş vəsatətə baxan Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin vəsatət təmin edilərək təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, onun ev dustaqlğında saxlanılmasının müddəti 28 dekabr 2019-cu il tarixədək müəyyən olunmuş, həmin qərardan verilmiş apellyasiya protesti isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. 28 dekabr 2019-cu il tarixdə Məhkum ev dustaqlığında saxlama müddəti bitdiyinə görə, müstəntiqin həmin tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, lakin sonuncu, özünün bildirməsinə görə, səhhətində yaranmış problemlərlə əlaqədar istintaq orqanına gələ bilmədiyindən, yəni ibtidai araşdırma orqanından asılı olmayan səbəblərdən həmin qərarın və iltizamın ona təqdim edilməsi və imzalatdırılması mümkün olmamış, bu səbəbdən də 01 yanvar 2020-ci il tarixli qərarla cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Beləliklə, Məhkum həbsdə və ev dustaqlığında 28 may 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək, yəni ümumilikdə 07 (yeddi) ay müddətində saxlanılmışdır. Bundan sonra cinayət işi üzrə icraat təzələnərək bir sıra istintaq hərəkətləri aparılmış, lakin 04 sentyabr 2020-ci il tarixli və 20 noyabr 2020-ci il arix qərarlarla iş üzrə icraat yenə d ə dayandırılmış, 08 fevral 2021-ci il tarixdə isə həmin icraat yenə də təzələnərək Məhkum istintaq orqanından yayındığına görə həmin tarixli qərarla onun axtarışı elan olunmuşdur. 22 aprel 2021-ci il tarixdə axtarışda olan Məhkum Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin İdarənin müvəqqəti saxlama yerinə təhvil verilmiş, 24 aprel 2021-ci il tarixdə, yəni 02 (iki) gün saxlanıldıqdan sonra isə oradan azad edilrək barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir ona görə ki, onun haqqında 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti və ibtidai araşqdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixl i qərarı ilə təmin edilməmişdir. Beləliklə, sadə hesablamalarla müəyyən edilir ki, Məhkum məhkəməyədək icraat zamanı ümumilikdə həbsdə və ev dustaqlığında 07 (yeddi) ay 02 (iki) gün müddətində saxlanılmış və buna görə birinci instansiyası məhkəməsi hökm çıxararkən tam əsaslı olaraq məhz həmin müddəti CM-nin 69.3-cu maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzadan çıxmaqla qəti cəza müddətini müəyyən etmiş, Məhkum barəsində isə həbs qətimkan tədbiri seçməklə onun azadlıqdan məhrum etmə cəzasının müddəinin əvvəlini hökm çıxarıldığı 23 noyabr 2021-ci il tarixdən hesablamışdır. Apellyasiya instansiyası məhkəməsinin tarixli qərarından görünür ki, həmin məhkəmə də Məhkum təyin etdiyi qəti cəzanın müddəini müəyyən edərkən eyni mövqedən çıxış edərək ona təyin olunmuş qəti cəzadan həbsdə və ev dustaqlığında saxlanıldığı cəmisi 07 (yeddi) ay 02 (iki) gün müddəti çıxmış, bununla da, birinci instansiya məhkəməsi kimi, həmin məsələnin həlli zamanı hər hansı pozuntuya, səhv hesablamaya yol verməmişdir. Belə olan məhkəmə kollegiyası, kassasiya şikayətinin təhlil edilən məsələyə həsr olunmuş dəlilləri ilə də razılaşmır və bu hissədə də həmin şikayətin təmin edilməsini mümkün bilmir. Eyni zamanda məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalçılığı cinayətinin törədilməsində koməkçi qismində iştirak etməməsinə dair dair dəlilini də aşağıda göstərilən əsaslara görə qəbuledilməz sayır, lakin CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq bu dəlildən asılı olmayaraq Məhkum həmin əməlinə cinayət qanunu normasının tətbiq edilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Məhkum hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayət əməlləri məhkəmələr tərəfindən CM-nin 234.3.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun həmin vasitənin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi əməlinin tövsifində apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Belə ki, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında verdiyi ifadələrindən, eləcə də şahid X14 ifadələrindən görünür ki, narkotik vasitənin gizlədildiyi əl yükü Məhkum çatdırılması üçün, sonuncunun və şahidin göstərdiklərinə görə, İİR-nın Bİləsuvar Gömrük Məntəqəsinin əməkdaşı X adlı şəxs tərəfindən sürücüyə verilmiş və onun həmin narkotik vasitəni çay qutularının içərisinə gizlətməsində və qaçaqmal çılıq yolu ilə, yəni gizli şəkildə gömrük sərhədindən keçirilməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etməsində başqa şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Məhkum isə dövriyyəsi qadağan olunmuş əşyanı, yəni narkotik vasitə olan heroini Azərbaycan Respublikasının ərazisində qəbul etməsini əvvəlcədən vəd edib bu hərəkəti etsə də, o, bilavasitə qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı qismində iştirak etməmiş, Xin verdiyi və içərisində gizlədilmiş əl yükünü isə avtobus sürücüsü X14 ondan qəbul edib idarə etdiyi avtobusda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirsə də onun da Hüseynlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bu əməli qəsdən törətməsi və daşıdığı əl yükündə dövriyyəsi qadağan olunmuş əşyaların yerləşdirilməsi barədə məlumatının olması araşdırlmış sübutlarla müəyyən edilməmiş və məhz buna görə ibtidaia araşdırma orqanının sübutların qiymətləndirilməsi haqqında 08 may 2021-ci il tarixli qərarı ilə adı çəkilən şahidin barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması onun təqsirliliyi sübuta yetirilmədiyinə görə rədd edilmişdir. Qeyd olunmalıdır ki, Məhkum elan olunmuş ittihamın təhlili göstərir ki, həmin itihamda da narkotik vasitənin cinayətkar qrupun bir üzvü, yəni bir şəxs tərəfindən gizlədilməsi və bu vastənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərilməsi göstərilmişdir. Bütün təsvir edilən hallar belə nəticəyə gəlməyə əsas verir ki, narkotik vasitənin qaçaqmalçıl ığını bir şəxs törətmiş, Məhkum isə həmin narkotik vasitəni qəbul etməyi əvvəlcədən vəd etmiş və vədinə əməl edib onu 28 may 209-cu il tarixdə X14 Mousadan götürərkən saxlanılmış, yəni narkotik vasitənin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Onun bu əməlinin düzgün tövsif edilməsinin zərurililiyi ilə bağlı məhkəmə kollegiyası cinayət qanununun aşağıdakı normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qaçaqmalçılıq işlərinə məhkəmələr tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarında əksini tapmış izah və tövsiyələrə mü raciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsasları təsbit olunmuş CM-nin 3-cü maddəsinin mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, cinayət in tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun i zah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamağı zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərini n pozulmasına gətirib çıxara bilər. CM-nin 32.5-ci maddəsinin tələbinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi sila hın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməmə klə keçirilməsi bu əməlləri törətmiş şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 32.5 və 206.2-ci maddələrinin dispozitiv əlamətlərinin birgə müqayisəli təhlilinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməyərək həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməllər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslər tərəfindən deyil, başqa bir şəxs tərəfindən təkbaşına törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.2-ci maddələri ilə tövsif edilməlidir. Məsələyə bu cür həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında yanaşmışdır. Belə ki, həmin Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsi nin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıq da, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törəd ilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əmə lləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Yuxarıda qeyd edildiyi kimi, cinayət işi üzrə araşdırılmış sübutlarla müəyyən edilən faktiki hallar ondan ibarətdir ki, istintaqa məlum olmayan “Hüseyn” adlı şəxs külli miqdarda narkotik vasitə heroini 2 ədəd çay qutularının içərisində qablaşdırıb gizlətməklə Azərbaycan Respublikasına daşınması üçün İran İslam Respublikasının Biləsuvar şəhərində bundan məlumatı olmayan İran İslam Respublikasının vətəndaşı, «Scania» markalı 87E640-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü X16ya təqdim etmiş və həmin şəxs vasitəsi ilə narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük n əzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, Məhkum isə, bunu əvvəlcədən vəd edərək həmin külli miqdarda narkotik vasitəni satış məqsədilə Azərbaycan Respublikasının ərazisində qəbul etmiş, yəni bir nəfər icraçı tərəfindən narkotik vasitənin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş bu faktiki hallarından, cinayət qanunvericiliyi normalarının tələblərindən və onlara yuxarıda göstərilən şəkildə verdiyi təfsirdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən çıxış edərək hesab edir ki, Məhkum narkotik vasitənin qaçaçanmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi əməli CM-nin 32.5,2 06.3.2-ci maddəsindən CM-nin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və ona ilk növbədə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, sonra isə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə törədlilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və birinci instansiya məhkəməsinin müəyyən etdiyi, 23 noyabr 2021-ci il tarixli hökmdə isə ətraflı təsvir edilmiş hallara əsasən müvafiq cəzalar təyin edilməldir. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanı nisbətən yüngülləşdirərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun himayəsində üç azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal) və CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır, buna görə məhkuma göstərilən maddələrlə təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi T.V.İbrahimovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməli və narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş Məhkum əməli CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməklə ona həm bu maddələrlə ilə, həm də CM-nin 66.3-cü maddəsinə əsasən müvafiq cəzalar edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasın a dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələrinə tövsif edilsin və ona həmin maddələr əsasında 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.3-ci maddəsinə əsasən Məhkum hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələri ilə təyin olunmuş cəza ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respub likası Cinayət Məcəlləsinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum emə cəzası ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 02 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində son olaraq 08 (səkkiz) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1191/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1191/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver