Məhkəmə qərarları › İş №1(102)-1192/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1192/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1192/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelya siya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş birgə kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Günel Səmədova) 1(009)-212/2021 nömrəli 02 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru vəzifəsində işləyən, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 45 nömrəli evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 8 A nömrəli evin 66 nömrəli mənzilində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n (bundan sonra CM-in) 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci və 28-ci bəndi tətbiq edilməklə, Məhkum təyin edilmiş cəzadan azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 03 aprel 2021-ci il tarixdə, saat 17 radələrində arvadı X3 birinci əri olmuş Şahid2 Vəfa Ağazadə ilə boşandıqdan sonrakı dövrlərdə onların yaşadıqları mənzilə mütəmadi telefon zəngləri edərək onları narahat etməsi, Şahid2 onun barəsində Xətai RPİ-nin 37-ci PŞ-nə şikayət ərizəsi yazması və onu nalayiq sözlər lə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə barəsində tanışı Şahid3 ilə görüşüb bu barədə ona məlumat verərək ondan bu məsələni həll etməyi xahiş etmiş və sonuncu da Şahid2 və sonuncunun qardaşı Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayaraq, Məhkumlə onların aralarında yaranmış mübahisəni həll etmək üçün onları görüşə dəvət etdikdə, Məhkum telefonu Şahid3 alıb özü İlqar Əkbərovla danışaraq, onunla ünvan 1 ünvanda yerləşən "‘Səadət” sarayının qarşısında görüş təyin etmiş, o, 03 aprel 2021-ci il tarixdə saat 18 radələrində özünün idarə etdiyi “Porshe-Cayene” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Şahid3 və sonuncunun azyaşlı oğlu Yusif Yusifzadə ilə birlikdə həmin ünvana gəlib idarə etdiyi avtomobildən düşərək özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyə tlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, həmin vaxt küçədən keçən vətəndaşların gözü qarşısında Şahid2 ilə Zərərçəkmiş şəxs ünvanlarına nalayiq ifadələr işlətməklə, orada olan vətəndaşların rahatlıqlarını pozmaqla ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, daha sonra şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, əvvəlcə Şahid2 sağ ayağından təpiklə, sonra isə Şahid2 qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vuraraq, sonuncuya baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol üst göz qapağının və gözün bayır bucağının, sol burun çəpərinin, boyunun arxa səthinin yuxarı 1/3-nin sağ yarısının qançırları, sol üst göz qapağının əzilmiş yarası, eləcə də, təpiklə Zərərçəkmiş şəxs sağ əlinə zərbə vuraraq sağ əlin arxa səthinin yumşaq toxumalarının şişkinliyi fonunda hematoması kimi, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 221.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-429/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmi ş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq və məhkəmə istintaqı səthi aparılmış və nəticədə o, əsassız olaraq məhkum olunmuşdur. Belə ki, iş materiallarında baxılsa və kamera görüntülərində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmək niyyətini təsdiq edən sübutlar mövcud deyil. Əksinə, onun bir neçə şəxs tərəfindən döyülməsi və hücuma məruz qalması, nəticədə hadisə yerindən uzaqlaşması aydın görünür. Buna görə də onun əməli cinayət kimi deyil, baş vermiş faktiki nəticələrə görə tövsif edilməlidir. İbtidai istintaqı aparmış müstəntiq və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror və 1-ci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarları kobud şəkildə pozulmuşdur. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmamalı və ona etmədiyi əmələ görə cəza təyin etməklə amnistiya aktı tətbiq edilməməli idi. Bakı Apelyasiya Məhkəməsinin qərarı Avropa Məhkəməsinin bir neçə mövqeyinə zidd qərar hesab olunmalıdır. Belə ki, apelyasiya məhkəməsinin işə baxan cinayət kollegiyası birinci instansiya məhkəməsinin hökmünü, ekspertləri, digər şahidləri də dindirmədən məhkəmə istintaqı aparmadan qüvvədə saxlamışdır. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərindən biri apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə ç ıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutlar ın Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kol legiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri əməlin tövsifi və sübutların araşdırılması hissəsində iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəti cələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və iş üzrə digər sübutlara), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirlən dirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respu blikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hər hansı kobud prosessual pozuntuya yol verilməmiş, o cümlədən onun müdafiə hüququ tam və keyfiyyətli şəkildə təmin ed ilməklə bütün istintaq hərəkətlərində müdafiəçisinin iştirakı təmin edilmişdir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və məhkəmələrin təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticələr düzgün və əsaslıdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblər inə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apelyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 46.2, 58.3, 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən əvvəllər məhkum olunmamasını, atası Şahid1 müharibə veteranı olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, ədalətli cəzadır. Azərbayc an Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubli kası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar