Məhkəmə qərarları › İş №1(102)-1193/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1193/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1193/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, MəhkumAzərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələriilə təqsirli bilinib məhkum olunmas ı barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cuil tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 14 (on dörd) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum e dilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Nəbiyev Cəlil Cabbar oğlu) 04 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 15 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarı ndan Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzürlü səbəblərdən baş vermişdir. Məhkum xəstə olması və baş vermiş hadisələrdən şoka düşməsi səbəbindən apellyasiya şikayəti verə bilməmişdir. Müdafiəçi şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi arayışı əlavə edərək qeyd etmişdir ki, X2 2 saylı cəzaçəkmə müəssisəsinə 16 iyun 2016-cı il tarixdə daxil olmuşdur, müəssisəyə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş "Virus hepatiti sarılıqlı forma yüngül gedişli" diaqnozu ilə müalicə təyin olunmuşdur. 17.06.2016-cı il tarixdə "İsterik nevroz" diaqnozu ilə yanaşı müalicə başlanıb. 08.07.2016-cı il tarixədək Tibbi-sanitar hissədə müalicədə olub. Sonrakı saxlanıldığı müddətdə dövrü olaraq ambulator qəbulda olub. 05.10.2018-ci il tarixdən 19.10.2018-ci il tarixədək Tibbi-sanitar hissəsində "İsterik nevroz qıcolma tutmaları ilə" diaqnozu ilə və 11.05.2019-cu il tarixdən Tibbi-sanitar hissəsində "İsterik nevroz qıcolma tutmaları ilə", "Xroniki pielosistit" diaqnozu ilə stasionar müalicə alır. Müdafiəçi tibbi arayışın məhkəmələr tərəfindən nəzərə alınmadığını və məhkumun konstitusiyon hüquqlarının pozulmasını nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və Lən kəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsas ən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 26 may 2016-cı il tarixli hökmünün surətini Məhkum 02 iyun 2016-cı il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti 20 noyabr 2018-ci il tarixdə, yəni hökm çıxarıldığı vaxtdan 02 il 04 ay 24 gün müddətin keçməsindən sonra 20 noyabr 2018-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Müdafiəçinin kassasiya şikayətinə xəstəliklə bağlı əlavə etdiyi tibbi arayışdan görünür ki, müalicə ilə bağlı qeyd olunmuş tarixlər 17 iyun 2016-cı il tarixdən sonrakı günlərə aiddir. Lakin, müdafiəçi 02 iyun tarixdən 16 iyun tarixinə kimi apellyasiya şikayəti verməməsini əsaslandırmamış, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, təqdim olunmuş arayışdan da görünür ki, məhkuma təyin olunmuş müalicələr qısa müddətli olmuşdur. Məhkum 02 il 04 aydan çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar