Məhkəmə qərarları › İş №1(102)-1193/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1193/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1193/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından verdiyi kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər O.Y.Cəlilov və M.Ə.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1989-cu ildə ünvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvanda qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum x xxxxxxxx 2018-ci il tarixdən x xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanıb ona təyin olunmuş cəzadan 8 (səkkiz) ay 4 (dörd) gün çıxılmaqla ona qəti olaraq 3 (üç) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qəra rı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Məhkum cəzasını daimi yaşayış yeri üzrə çəkməsi, cəzanın icrasının Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmasını, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Ləmkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində bacısı X7 həmkəndlisi X11 ilə telefonla danışmasına görə onların yaxın münasibətdə olmasından şübhələnərək X12 ünvandakı evinin həyətinə gedib, orada anası XXX XXX ilə yuxarıda qeyd edilən münasibətləri araşdırmaq məqsədi ilə XX XXXX ilə mübahisə edib dalaşdıqlarını görüb, həmin həyətə daxil olmuş və eyni əsasla XXX XXXXun bacısı X8 ilə mübahisə edib dalaşar aq, saçından tutub onun sol göz nahiyəsinə yumruğu ilə qəsdən bir zərbə vuraraq yerə yıxmış, saçından dartmaqla sürümüş, sonra əlində olan istintaqla müəyyən edilməyən predmetlə yenidən sol göz nahiyəsinə qəsdən ardıcıl zərbələr vuraraq XX XX XXya dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin daimi itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Daha sonra öz hərəkətlərini davam etdirərək orada olan X1 sol nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq yerə yıxmaqla huşunu itirməsi həddinə çatdıraraq ona alının sol yarısını və sol gözyuvası ətrafını əhatə edən hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandır mışdır ki, Məhkum heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş XX XX XXnın sağlamlığına qəsdən ağır zərər vurduğu, habelə zərərçəkmişin oğlunun və anasının yanında bu əməli törətməklə onlara xüsusi iztirab verdiyini dərk etdiyi, yəni cinayəti həm də xüsusi amansızlıqla törətdiyi halda, birinci instansiya məhkəməsi sübutların tədqiqinə dair Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərini və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının müvafiq müddəalarını pozub təqsirləndirilən şəxsin əməlini düzgün olmayaraq ittiham aktında göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən 126.1-ci maddəsinə tövsif etmiş və müvafiq əsaslar olmadan Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəza təyin etməklə Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzimləyən normalarının tələblərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının apellyasiya protestini təmin etməyib birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qəymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının x xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən 126.1-ci maddəsinə dəyişdirildiyini, eyni zamanda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməklə azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzanın təyin edildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlin də cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan 126.2.3 və 126.2.4-cü maddələridir. Kassasiya protestinin müəllifi Məhkum hərəkətlərində cinayətin “xuliqanlıq niyyəti” ilə törədilməsi əlamətinin olması barədə fikrini onunla əsaslandırır ki, Məhkum heç bir səbəb olmadan qəsdən zərərçəkmiş XX XX XXnın sağlamlığına ağır zərər vurmuşdur. Dövlət ittihamçısından fərqli olaraq, birinci instansiya məhkəməsi və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsi cinayət hadisəsinin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş verməsi haqqında nəticəyə gəlmişlər. Məhkəmələrin Məhkum hərəkətlinin onunla zərərçəkmiş şəxs arasında yaranmış şəx si münasibətlərlə şərtləndirilməsi, yəni bu münasibətlərin gərginləşməsinə və cinayətin törədilməsinə gətirib çıxarmış konkret səbəbdən törəməsi haqqında qənaətləri cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Məhkum və onun anası XXX XXXnın zərərçəkmiş XX XX XXnın olduğu evin həyətinə (hadisə yerinə) getmələrinə XX XX XXnın qardaşı XXX XXXXun mobil telefonla Məhkum evli olan bacıs ı XX X XX Xya zəng edərək ona qarşı mənəviyyatsız davranmasını güman etmələri və bu məsələni araşdrımaq niyyətləri, evin həyətində Məhkum bilavasitə XX XX XXya zor tətbiq etməsinə isə bir tərəfdən XX XX XX və onun anası XX XXXX, digər tərəfdən Məhkum anası XXX XXX arasında zorakılıqla müşayiət olunan münaqişənin baş verməsi səbəb olmuşdur. Məhkəmələrin müəyyən edilmiş saydıqları bu hallar birinci instansiya məhkəməsində bilavasitə araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs XX XX XXnın, şahidlər X9, X7, X6, X10, X4 ifadələrinə əsaslanır (bu ifadələr hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib məhkəmələr tərəfindən onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür). Yuxarıda təsvir edilmiş halların adları qeyd olunan şəxslərin ifadələri ilə uzlaşması məhkəmələrin çıxardıqları - Məhkum səbəbsiz, yəni xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində hərəkət etməsi, onun əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olmaması haqqında nəticənin düzgün olduğunu göstərir. Odur ki, məhkəmə heyəti kassasiya protestinin bu nəticənin mübahisələndirilməsinə həsr olunmuş hissəsi ilə razılaşmır. Kassasiya protestinin məhkəmələrin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş “xüsusi amansızlıq” əlaməti üzrə gəldikləri nəticənin mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə, məhkəkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hökmdən və birinci instansiya məh kəməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum hərəkətlərində həmin tövsifedici əlamətin olmaması haqqında nəticəyə gələrkən sübutların məcmusuna istinad etməklə müəyyən edilmiş saydıqları belə bir haldan çıxış etmişlər ki, “hadisə yerində çox adam olduğundan,... XX XX XXi vurarkən sonuncunun oğlunun və anasının onu görməsi, həmin an Turalın bunu dərk etməsi və arzulaması ağlabatan deyil”. Lakin, birinci instansiya məhkəməsinin məhkəmə istintaqının gedişində araşdırdığı və hökmdə təsvir etdiyi, yəni sözügedən mülahizəsini əsaslandırdığı “sübutların məcmusunu müqayisə etdikdə, aydın olur ki, əslində məhkəmə baxılmış bəzi (ittiham tərəfinin ittiham aktında “xüsusi amansızlıq” əlamətinin olmasını təsdiq edən məlumatlar kimi xüsusilə istin ad etdiyi) sübutları nəinki qiymətləndirməmiş, onları hökmdə təsvir belə etməmişdir. Həmin sübutların məzmunu isə birinci instansiya məhkəməsinin və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin müəyyən edilmiş saydıqları yuxarıda təsvir edilən nəticə ilə uzlaşmır. Belə ki, zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən və Məhkumla üzləşdirmə zamanı ifadələrində nəinki Məhkum onun anasını döyüb ona xəsarət yetirdiyini hadisənin əvvəlindən sonunadək gördüyünü, hətta aktiv şəkildə hadisəyə müdaxilə etməyə cəhd etdiyini, o cümlədən Məhkum anasını saçından tutub həyətdə sürüyərkən və daha sonra həyətdəki təndirin yanında çiyinləri üstündə oturub sol gözünə ardıcıl zərbələr vurarkən anasından aralamağa çalışdığını, lakin “nə qədər dartsa da” Məhkum gücünün ye tmədiyini, yalnız hadisə yerinə gələn qonşusu XXX Xin Məhkum dartaraq anasından ayırdığını, anasının gözündən qan dayanmadan axdığı üçün qorxduğunu, həyəcanlanıb qışqırdığını və XXX Xlə birlikdə onu xəstəxanaya apardığını göstərmişdir. Birinci instansiya məhkəməsində tərtib olunmuş məhkəmə iclas protokoluna görə şahid X15in hərbi xidmətdə olması ilə əlaqədar məhkəmə ittiham və müdafiə tərəfinin razılığını aldıqdan sonra X15in yuxarıda təsvir edilmiş ibtidai istintaq dövründə dindrmə və üzləşdirmə zamanı verdiyi (cinayət işinin 1-ci cildinin 185-186-cı və 187-188-ci vərəqlərində olan) ifadələrini məhkəmə istintaqının gedişində elan etməklə, cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq etsə də, həmin ifadələri hökmdə əks etdirməmiş və sözügedən məsələ üzrə nəticəyə gələrkən onları nəzə rə almamışdır (faktiki olaraq, motivlərini izah etmədən həmin sübutlarda olan məlumatları rədd etmişdir). Halbuki, məhkəməyə gəlməyən digər şəxsin – Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş (zərərçəkmiş şəxslə barışığa görə xitam edilmiş) ittiham üzrə zərərçəkmiş qismində tanınmış X5 məhkəmə istintaqının gedişində elan olunmuş ibtidai istintaqda dindirmə və üzləşdirmə zamanı verdiyi ifadələri hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilmişdir. Lakin, ətraflı təsvir edilməsinə və məzmunca şahid X15in ifadəsi ilə əsasən üst-üstə düşməsinə, o cümlədən XX XXXXnın Məhkum onun qızı XX XX XXnı nə cür döyüb gözündən xəsarət yetirməsini gördüyünü, nəvəsi X18 XXX Xlə birlikdə XX XX XXi X20ın əlindən aldıqlarını, hadisənin təxminən 10 dəqiqə davam etməsini, oradakı şəxslərin dairəsinin həmin şəxslərdən başqa X16ın anası XXX XXXdən və X20ın xalası XXX XXXdən ibarət olduğunu göstərməsinə baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəmələri “hadisə yerində çox sayda adamların olması”, bu səbəbdən Məhkum “XX XX XXi vurarkən sonuncunun oğlunun və anasının onu görməsinin və X16ın bunu dərk etməsinin və arzulamasının ağlabatan olmaması” haqqında nəticəyə gələrkən XX XXXXnın ifadəsinə ayrılıqda və digər sübutlarla müqayisə etməklə qiymət verməmiş, faktiki olaraq XX XXXXnın da verdiyi məlumatları rədd etsələr də, bunun motivlərini hökmdə və yekun qərarda əks etdirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları isə sübutların tədqiqini və qiymətləndirilməsini həmin tələblərə əməl edilməklə aparılmasını, məhk əmə hökümünün qanuni və əsaslı olmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-Prosessual Məcəllənin 353.2.2-ci maddəsi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əks etd irilməsini tələb edir. Sübutların tədqiqinə, hökmün əsaslandırılmasına və tərtibatına dair CinayətProsessual Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi, yəni “xüsusi amansızlıq” əlaməti xaric edilməklə Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.3cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsinin (apellyasiya instansiyası məhkəməsinin bu nəticə ilə razılaşmasının) əsaslı olması barədə nəticə çıxarmaq mümkün deyil. Məhkəmələr Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərə tutulmuş “xüsusi amansızlıq” əlamətini ziddiyyətli dəlillər gətirməklə təfsir etdikləri üçün tövsifin bu şəkildə dəyişdir ilməsinin qanuniliyi də şübhə doğurur. Belə ki, bir tərəfdən məhkəmələr Məhkum döyməklə zərərçəkmiş XX XX XXnın sağlamlığına qəsdən ağır zərər vurmasını sonuncunun oğlunun və anasının görməsini, yəni onların iztirab çəkməsini dərk etmədiyini, digər tərəfdən isə bunu arzulamadığını qeyd edirlər. Bundan görsənir ki, məhkəmələr “xüsusi amansızlıq” əlamətinin mövcudluğu üçün “dərk etmənin” və yaxud “arzu etmənin” (yəni birbaşa qəsdin) tələb olunması kimi iki fərqli yanaşma arasında seçim etmədən Məhkum hərəkətlərində həmin əlamətin olmasını inkar etmişlər. Məhkəmə kollegiyası bu hüquqi məsələ üzrə aşağıdakıları qeyd etməyi məqəsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sü rülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin sağlamlığına ağır zərərin vurulmasına yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurl u surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə Cinayət Məcəlləsinin 25.3-cü maddəsində təsvir edilmiş dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 126.2.3-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin sağlamlığına onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə ağır zərər vur maq olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Bu mülahizələrlə müqayisə etməklə birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlində “xüsusi amansızlıq” əlamətini inkar etmələrinə qiymət verdikdə, görünür ki, məhkəmələrin həmin əlamətin mövcudluğunu təqsirkar şəxsin arzu etməsi ilə (yəni, müstəsna olaraq birbaşa qəsdlə) şərtləndirmələri bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı qərarına əsasən formala şmış məhkəmə təcrübəsinə uyğun deyil. Məhkəmələrin “xüsusi amansızlıq” əlamətinin olmaması haqqında qənaətlərini Məhkum zərərçəkmiş şəxsin oğlunun və anasının onun törətdiyi əməli görmələrini (hadisə yerində çox sayda adamların olması səbəbindən) dərk etməməsi kimi mülahizədən hasil etmələri isə, artıq yuxarıda əsaslandırıldığı kimi sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini qismən əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələb lərinə riayət edilməklə, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı qərarının müddəalarını nəzərə almaqla təqsirkarın əməlində “xüsusi amansızlıq” əlamətinin olubolmaması məsələsinin tam, hərətərfli, obyektiv araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Məhkəmə baxışı yenidən keçiriləcəyindən və bunun nəticələrindən asılı olaraq cəzanın müəyyənləşdirilməsi məsələsinə yenidən baxılmalı olduğundan, məhkəmə kollegiyası hazırki kassasiya baxşında kassasiya protestinin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2020-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar