Məhkəmə qərarları › İş №1(102)-1193/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1193/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1193/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən A.R.Tağıyev) 23 avqust 2021ci il tarixli 1(009)-58/2021 saylı hökmü ilə 02 avqust 2000-ci ildə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan Qaradağ rayonu "xxxx" MMC-də xadimə işləyən, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsində nəzə rdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Sarıçoban kəndində yaşayan, hazırda Bakı şəhəri Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 186-da müvəqqəti qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus kənddə yerləşən mağazadan oğurluq əməlini törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə bəraət verilmiş, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının əməli Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsindən həmin Məcəlləsinin 177.1-ci maddəsinə tövsif olunmuş, Qu liyeva (Atapur) Zeynəb Mövsüm qızı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına Qaradağ Rayon Məhkəməsinin 1(002)- 199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün müddəti hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 10 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək X2 şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzacəkmə müddətinin əvvəlinin Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı məhkum Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübutlar 3 ədəd DVD disklərin iş materiallarında saxlanılması, iş üzrə maddi sübut olan “Jinga” markalı mob il telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, İsmayıllı rayonu Zeyvə kəndində baş vermiş cinayət hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs2ya məxsus mağazadan götürülmüş iki ədəd əl-barmaq izləri və İsmayıllı RPŞnin MSK-da saxlanılan dəmir borunun hökm qanuni qüvvəyə mindikdən sonra İsmayıllı Rayon Prokurorluğuna göndərilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatın Quliyeva (Atapur) Zeynəb Mövsüm qızından tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(103)-1932/2021 saylı qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 1(009)-58/2021 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün müddəti hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq çəkilən cəza qəti cəza müddətinə hesablanaraq Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Məhkum barəsində amnistiya tət biq edilərək onun cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılaraq Məhkum üzərində qəti olaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməkdə təqsirləndirilmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 03 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində İsmayıllı rayonu Zeyvə kəndində yerləşən, həmin kəndin sakini Zərərçəkmiş şəxs2 məxsus mağazanın qarşısına gəlib, dəmir asma qıfılla bağlı olan taxta qapısının qıfıl birləşdiyi dəmir halqasını oradan götürdüyü dəmir alətlə s ıxıb yerindən çıxartmaqla saxlanc yeri hesab olunan ərzaq mağazasına qapısından qanunsuz daxil olaraq oradan 8 (səkkiz) ədəd 2 manatlıq cin, 5 (beş) ədəd 2 manatlıq nar, 2 (iki) ədəd 2 manatlıq sim danışıq kartlarını və 300 manat nəğd pulunu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat (üç yüz otuz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 08 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən avtoyumadan rəfin üzərində sonuncuya məxsus olan 470 manat pulu, bir ədəd ümumi dəyəri 190 manat olan **********65436 və **********65444 İMEİ kodlu “Jinga” markalı mobil telefonu və divardan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 30 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 690 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(103)-1932/2021 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti, o cümlədən kassasiya protestinə qarşı etiraz verilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının nəticə hissəsində apellyasiya protestinin təmin olunması qeyd olunasa da, birinci instansiya məhkəməsinin yol verdiyi yanlışlıq təkrarlanmış, protestinin dəlillərinə düzgün hüquqi qiymət verilməmiş, cinayət qanununun norması düzgün tətbiq olunmamış və nəticə etibarilə apellyasiya protesti faktiki olaraq təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin, cəza müddətinin hesablanması zamanı Zeynəb Atapurun (Quliyevanın) şübhəli şəxs qismində saxlanıldığı müddəti nəzərə almayıb CM-in 69.3-cü maddəsinin tələblərinə də riayət etməmişdir. Belə ki, CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa məhkəmə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesa blanır. Lakin mübahisələndirilən yekun qərardan görünür ki, CM-nin 66.5-ci maddəsinə istinad edən məhkəmə, Atapur (Quliyeva) Zeynəb Mövsüm qızına Qaradağ rayon məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 6 ay 4 gün müddətini 23 sentyabr 2021-ci tarixli hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tamamilə və ya qismən birləşdirilməsi isə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbitləyən CM-in 67.1-ci maddəsində nəzərdə tutulub. Qanunun normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl tö rədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Zeynəb Atapur (Quliyeva) hazırki hökm üzrə müəyyən edilmiş cinayəti barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamışdan əvvəl törətmişdir. Belə olan halda məhkəmə CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Qaradağ rayon məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini deyil, həmin hökmə əsasən təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin etməli idi. Bununla da məh kəmə bu hissədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bundan başqa, iş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 11 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin azad olunması barədə qərardan görünür ki, Zeynəb Atapur (Quliyeva) hazırki iş üzrə 1 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Lakin apellyasiya instansiyası məhkəməsi cəza müddətinin hesablanması zamanı Zeynəb Atapurun (Quliyevanın) şübhəli şəxs qismində saxlanıldığı müddəti nəzərə almayıb bu halda qanunun normasını düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı kassa siya protestində Quliyeva (Atapur) Zeynəb Mövsüm qızının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri məhkum Quliyeva (Atapur) Zeynəb Mövsüm qızına təyi n edilmiş cəzanın düzgün hesablanmaması ilə apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edil məsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə mü vafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmü n əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, “....İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Quliyeva (Atapur) Zeynəb Mövsüm qızı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 20 gününü çəkmiş və 21 sentyabr 2021-ci il tarixə 01 il 06 ay 06 gün çəkilməmiş cəzası qalmış, yekun məhkəmə aktı isə 23 sentyabr 2021-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi, M əhkum hazırda mübahisələndirilən hökm üzrə müəyyən edilmiş cinayəti barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamışdan əvvəl törətmişdir. Belə olan halda məhkəmə bu hökmlə qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsini düzgün göstərsə də də, hazırki hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini birləşdirməklə deyil, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin şərtlərinə uyğun təqsirləndirilən Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan hökmü ilə təyin edilmiş cəzanı hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə və ya qismən toplamaq yolu ilə və ya az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qə ti cəza təyin edilməli və bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı idi. Birinci instansiya məhkəməsi hökmün nəticəvi hissəsində bir tərəfdən qəti cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinə istinad etməklə Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini göstərmiş, digər tərəfdən isə həmin hökmün nəticəvi hissəsində cəzaçəkmə müddətinin əvvəlinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı məhkum X2 Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən hesablanmasını göstərmişdir. Yəni hökmdən göründüyü kimi məhkəmə hazırki iş üzrə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini hesablamaqla, əlavə olaraq qəti təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin məhz əvvəlki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin hesablandığı tarixdən müəyyən etməklə də səhvə yol vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cinayət qanununun normasını düzgün tətbiq etməmişdir....” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hökümlərin məcmusu üzrə cəza təyin edərkən cəzaların toplanması zamanı müddətləri düzgün müəyyən etməklə cəza müddətlərinin hesablanması və cazanın hesaba alınması barədə düzgün nəticəyə gəlmiş, qanuna uyğun və ədalətli qərar qəbul etmişdir. Göstərilənlər ə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Quliyeva (Atapur) Zey nəb Mövsüm qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar