Məhkəmə qərarları › İş №1(102)-1193/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1193/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1193/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakları ilə, Şamaxı Ray on Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 1(074)-52/2023 nömrəli (hakim: İsmayılov Natiq Əvəz oğlu) hökmü ilə xx xxxxx 1990-cı ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, xxx-də qeydiyyatda olmaqla, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2023-cü il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət məhkəmə tərkibində) 20 dekabr 2023-cü il tarixli 1(105)-654/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Şamaxı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmək məqsə di ilə 1 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi “Ravon” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobil ilə əvvəlcədən mobil telefon vasitəsi ilə əlaqə saxladığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən narkotik vasitənin qoyulduğu əraziyə - Şamaxı rayonu Mədrəsə qəsəbəsinə gedən yolun üzərində yerləşən “xxx” restoranının yanına gəldikdən sonra avtomobildən enərək özünə məxsus mobil telefonuna “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrləri üzrə üzərinə “Xalxal restaurant” sözləri yazılmış plakatın qarşısındakı otluq sahədən bir ədəd bükümdə narkotik vasitə olan heroini götürüb üzərində saxlamaqla avtomobilə əyləşərək Şamaxı şəhəri istiqamətinə daşımış, həmin tarixdə saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində yerləşən “xxx” restoranının qarşısında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şamaxı rayon Polis Şöbəsinə gətirilməklə həmin gün saat 19:05-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.220 (bir tam mində iki yüz iyirmi) qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərar ları qeyri-obyektiv və əsassızdır. İbtidai araşdırma dövründə də cinayət təqibi orqanı, eləcə də məhkəmə proseslərində də narkotik tərkibli vasitələrin satışı ilə bağlı heç bir dəlil-sübut əldə edilməmiş, ona qarşı tamamilə subyektiv düşüncələrə əsaslanmaqla ittiham irəli sürülmüş, belə ki, narkotik vasitələri satış məqsədi ilə deyil, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Odur ki, göstərilənlərə əsasən, əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi verilmiş kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə təqsirləndirilən şəxsin “WhatsApp” yazışmalarında iran vətəndaşının dialoqu ilə Xdialoqunun yeri qarışıq salınmışdır. Belə ki, bu dialoqdan belə ç ıxır ki, X iran vətəndaşı Hasana narkotik təklif edir, ona narkotik vasitə satmaq istəyir, halbuki bu dialoq tam tərsinədir və İran vətəndaşı X-ə mesaj yazaraq ona narkotik satmaq istəyir. Nəticə də məhz iranlı tərəfindən ona öz istehlakı üçün narkotik vasitə göndərilir. Bilavasitə təqsirləndirilən şəxsin telefon nömrələrinə daxil olan və çıxan SMS-lərə dair çıxarışların operatorlardan alınması təmin edilməmiş, CM-in 234.2-ci maddəsinin təsir dairəsinə düşən əməli törətməsinə dair təqsiri sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzər ə almamışdır. Odur ki, kassasiya şikayəti ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarının dəyişdirərək, Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasına və həmin maddə ilə ona yüngül cəza verilməsinə və ya öhdəsində olan azyaşlı övladlarını nəzərə alaraq CM-in 62.1-ci maddəsini tətbiq edərək ona daha yüngül cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədov Dilsuz Babək oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təsirli bilindiyini, lakin məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bu barədə hər hansı bir sübutun müəyyən olunmadığını, apellyasiya məhkəməsində heç bir dəlilə qiymət verilmədiyini, məhkumun evə yeganə qazanc gət irən şəxs olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, uzun müddətdir narkotik vasitə qəbul etdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlu çıxış edərək, məhkumun əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olduğunu bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlinin düzgün tövsif edilmədiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 41 6.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərək ətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibini n seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsip lərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə ed ilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkə mənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə əsasən cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin ed ilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirildiyi qeyd edilmişdir. Apellyasiya məhkəməsi də Məhkum üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkum əməlinin tövsifi məsələsində səhvə yol vermişlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyası – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası nın Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alı nmalıdır. Belə ki, işdə olan “Baxış və götürmə haqqında” 1 aprel 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, 1 aprel 2023-cü il tarixdə saat 19:05-dən başlayaraq Məhkum üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisinə baxıldıqda bükümün içərisindən narkotik vasitə olan heroin aşkar edilmiş, həmin narkotik vasitə olan heroin bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Məhkum bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə olan heroin ona məxsusdur. Bu barədə protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş videogörüntü olan DVD disk iş materiallarına əlavə edilmişdir. Bununla belə nə ibtid ai istintaqda, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və istər birinci instansiya məhkəməsinin hökmündə, istərs ə də apellyasiya məhkəməsinin qərarında öz əksini tapmış “Mobil telefona baxış keçirilməsi haqqında” 9 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum məxsus olan “Samsung Galaxy A11” markalı mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısının və mesajlar siyahısında iş üzrə əhəmiyyət kəsb edən hər hansısa bir məlumat müəyyən edilməmiş, telefondakı “WhatsApp” sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Məhkum xx.xx.2023-cü il tarixində saat 20:37-də İran İslam Respublikası vətəndaşına məxsus adının “Yavar Farajiyan” yazıldığı 98-***-***-**-** mobil nömrəsinə səs göndərildiyi, həmin şəxsin isə ona “smaylik” göndərdiyi müəyyən edilir. Növbəti gün isə yəni xx.xx.2023-cü il tarixində saat 13:24-dən etibarən həmin şəxslə yazışdığı və bir-birinə səs gön dərdiyi müəyyən edilir. Səslərə qulaq asan zaman həmçinin yazışmalara baxarkən müəyyən edilmişdir ki, İran İslam Respublikası vətəndaşı ondan narkotik vasitə istəyib-istəmədiyini soruşduqda Məhkum həmin şəxsdən narkotik istədiyi üçün İran vətəndaşı ona Şamaxı rayonuna narkotik vasitəni qoyacağını və gedib götürməsini bildirmiş, daha sonra isə ona narkotik vasitəni götürdükdən sonra birlikdə işləməyi təklif etmişdir. Məhkum isə onun təklifinə heç bir razılıq cavabı verməmiş, daha sonra həmin gün saat 15:18-də Şamaxı şəhəri istiqamətinə gələn zaman yolun şəklini çəkərək İran vətəndaşına göndərmiş, iran vətəndaşı isə ona bir qədər səbrli olmasını bildirib daha sonra ona narkotik vasitəni qoyduğu yerin xəritəsini göndərmiş və ona zəng etmişdir. Məhkum ona həmin yerin şəkilini atmasını bildirmi ş, İran İslam respublikası vətəndaşı isə ona saat 16:18-də narkotik vasitəni qoyduğu yerin şəklini göndərmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən hallar nəticəsində o qənaətə gəlir ki, Məhkum üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.220 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, yalnız şəxsi istehlak məqsədilə əldə etməsinə dair hərəkətlər icra etdiyi sübuta yetirilir. Bundan başqa “WhatsApp” sosial mesajlaşma proqramına baxıldıqda həmin proqramda Məhkum xx.xx.2022-ci il tarixində saat 02:24-də İran İslam Respublikası vətəndaşına məxsus adının iran hərfləri ilə yazıldığı 98-***-***-**-** mobil nömrəsi ilə aşağıdakı məzm unda yazışmışdır: - Məhkum - salam - iran vətəndaşı - salam kimiydi - Məhkum- Hasanam, harda itib batmısan - İran vətəndaşı - kimiydi tanımadım, eşidirəm buyur - Məhkum - işdəmirsən? - İran vətəndaşı - Nə? - Məhkum - a vəsait götürmürsən? - İran vətəndaşı - Mənim nömrəmi hardan almısan? - Məhkum - Yavaştan - İran vətəndaşı - Başa düşmədim - Məhkum - Yavar verdi - İran vətəndaşı - Hə nəyin var kimet nəçiyədi? - Məhkum - Patı kola m40, Patı-kola hər ikisi 23, M40- 80 manat - iran vətəndaşı - işləmək necə istəyirsən ? - Məhkum - səs atır və səsdə deyir sən necə istəyisən? - İran vətəndaşı - 2 gündən bir azman 10 10 - Məhkum - səs atır və səsdə deyir: işləmək yox, sadəcə sənə mal göndərə bilərəm, özün necə istəsən elə et. Amma pulun əvvəldən göndər. - İran vətəndaşı - 5 beş 5 ata bilirsən at mala baxım yaxşı mal olsa 20 pulunu verərəm sonra 30 atarsan, sənin adın nədi - Məhkum- səs atır və səsdə deyir: yox əgər pulun əvvəldən verməsən göndərə bilmərəm çünki malı alırlar çox vaxt pulu vermirlər, səndə əgər razısansa əvvəldən pulu ver göndərim. Lakin Məhkum bu yazışmalarda iran vətəndaşı ilə olan dialoqundan, X-in iran vətəndaşı Hasana narkotik təklif etməsinin, ona narkotik vasitə satmaq istəməsinin ağlabatan hesab edilməsi və ittihamın əsasını təşkil edən bu dəlilin təsdiq edilməsi üçün kifayət qədər sübutun cinayət işinin materiallarında aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Məhkum yalnız qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş, Məhkum bu əməlini ifşa etmək məqsədi ilə RPŞ-nin rəhbərliyinə rap ortla müraciət edilmiş və rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin bir ədəd bükümdə saxlanılması, ümumiyyətlə narkotik vasitənin çəkilərək çox saylı xırda bağlamalara bükülməməsi haqlı olaraq sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmamasını müəyyən edən hal kimi qəbul olunmalı, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Beləliklə, tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhvə yol vermişdir. Bütün şərh olunanlara baxmayaraq, məhkəmələr məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmada n onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təq ibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya məhkəməsi təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olmasına dair iş üzrə heç bir sübut müəyyən etmədən, “satış məqsədinə” dair gəldiyi nəticəyə dair heç bir düzgün araşdırma və əsaslandırma (apellyasiya məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən keçirilmişdir) aparmadan, baxılan işə ümumiyyətlə aidiyyəti olmayan çox saylı cinayət prosessual və cinayət qanunvericiliyinin normal arını, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarlarının normalarını və s. çox saylı digər normaları öz qərarına formal surətdə əlavə etmişdir. Aydın məsələdir ki, kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının bu formada gəldiyi nəticəni qanuni və əsaslı hesab edə bilməz. Bütün şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar məhkəmələrin gəldiyi nəticə əsassızdır və məhkəmələr qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. Bu baxımdan yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Məhkum təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində 2 azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən həmin halları nəzərə aldığını q eyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-c i maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar