Məhkəmə qərarları › İş №1(102)-1193/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1193/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1193/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə 4 avqust 1996-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəmkir rayonu, Şiştəpə kəndində qey diyyatda olan və faktiki olaraq ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2409/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov) 1(101)-1283/2024 nömrəli 27 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il mü ddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 1 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2409/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), İ.A.İbrahimli və Ə.Q.Ələkbərov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1283/2024 nömrəli 27 sentyabr 2024- cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qər arlarına əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,951 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 28 nömrəli ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum 1 sentyabr 2023-cü il tarixdə saat 12:30- da Nərimanov rayonu, X5 küçəsi, 28 nömrəli ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda - 11,951 qram çəkidə narkotik vas itə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2409/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum polislər tərəfindən tutulduğu vaxt üzərim baxış keçirilməyib, habelə tutulduqdan sonra Baş İdarəyə gətirilməsinə baxmayaraq, dərhal deyil, müəyyən müddət keçdikdən sonra şəxsi axtarış istintaq hərəkəti keçirilib və bütün bu müddət ərzində polisin sərəncamında olub, buna görə də, qeyd edilən bu nüanslar polislərin Məhkum qarşı sui-istifadəyə yol verdikləri ni deməyə haqq qazandırır. Onun evlərindən götürülmüş 100.000 dollar pulun geri qaytarılması ilə bağlı bütün dövlət orqanlarına təkrar- təkrar şikayətlərin edilməsi, Məhkum polislər tərəfindən tutulması ilə nəticələnmişdir. Polislərin sərəncamında olduğu müddət ərzində Məhkum yeganə çıxış yolu, tərtib edilmiş sənədlərə qol çəkməkdən ibarət olmuşdur. Məhkum tutan polislər dolayısıyla ona qarşı ittiham mövqeyində olan şahidlərdir. Belə olduğu təqdirdə hər üç şahidin ifadə verərkən onların qabaqcadan razılaşdırılmış ifadələr verən şahidlər olması müəyyən olunur. Hər üç şahidin Məhkum tutarkən deyil, CPM-in 86.8.3-cü maddəsinə zidd olaraq, onu Baş İdarəyə apardıqdan sonra üzərinə şəxsi axtarış keçirmələri artıq açıq-aşkar sui-istifadəyə gətirib çıxarır. Bütün bunlar əməliyyat məlumatına istina d edib, həqiqətən əməliyyat məlumatı olduğunu sübut edə bilməyən şahidlərin Məhkum şübhəli şəxs kimi yaxınlaşaraq onun üzərinə yerində deyil, Baş İdarədə şəxsi axtarış aparmaları, sonradan eyni məzmunlu ifadələr vermələri, polisdən olan şahidlərin ifadələrinin mötəbərliyini aradan qaldırır. Həmçinin Məhkum məhkəmə icraatı zamanı özünü təqsirli bilməmişdir. Bundan başqa, Məhkum xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində polislər tərəfindən saxlanılsa da, barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti gec həyata keçirilmişdir. 2 saat 27 dəqiqə ərzində Məhkum barədə hansı prosedurlann həyata keçirilməsi ümumən bəlli olmadığı kimi, şübhəli məqam kimi diqqət çəkir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103) -2409/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmələr məhkumlar barəsində yüngülləşdirici hallar kimi şəxsin cavan olmasını nəzərə almışdır. Bu halın CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi əsassızdır. Mübahisələndirilən hökm və yekun qərardan görünür ki, aşağı instansiya məhkəmələri tərəfindən sadəcə bu hala istinad edilmiş və ümumi sözlərdən istifadə olunmuş, lakin həmin halın nəyə əsasən yüngülləşdirici hal kimi qəbul edilməsi göstərilməmiş, ümumiyyətlə, həmin halın törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsirin kifayət qədər olduğu, nəyə görə aşağı həddə azadlıqdan məhrum etmə c əzası təyin edilməsinə əsas olması, cəzanın məqsədləri ilə uzlaşması əsaslandırılmamışdır. Təbii ki, məhkəmələrin bu cür yanaşması ilə məhkum edilmiş şəxsə aşağı həddə cəza təyin olunmasına haqq qazandırmaq və bunu ədalətli mövqe hesab etmək mümkün sayıla bilməz. Belə ki, şəxsin məhz cavan olmasında hansı xüsusi əlamətin olması, bunun hansı cəhətlərinə görə həmin şəxsə başqa yaşda olanlara münasibətdə üstünlük verilməsi və məsuliyyətinin yüngülləşdirməsi hökm və yekun qərardan aydın deyildir. Həmçinin, yaş əlamətinə görə bu formada şəxslər arasında diskriminasiyaya yol vermək cinayət qanununun 6-cı maddəsində təsbit olunan qanun qarşısında bərabərlik prinsipinə də ziddir. Yüngülləşdirici hal kimi şəxsin xəstəliyinin olması nəzərə alınmışdır. Şəxsin xəstəlikdən əziyyət çəkməsini məhkəmələri n yüngülləşdirici hal qismində nəzərə almaları onların qanuni mövqeyi ilə bağlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, bununla əlaqədar, birinci instansiya məhkəməsi zamanı müdafiəçi tərəfindən təqdim edilmiş sadəcə bir arayışa istinad edən məhkəmə bu xəstəliyin həqiqətən mövcud olub-olmamasını araşdırmamış, əgər varsa, bu xəstəliyin xarakterini müəyyənləşdirməmiş, sadəcə arayışa istinadən xəstəliyin adını çəkməklə şəxsin barəsində məsuliyyəti yüngülləşdirici xarakterə malik olmasını qeyd etmişdir. Aşağı instansiya məhkəmələrinin cəzanı yüngülləşdirən hallarla bağlı mövqeyi Məhkum özünün və törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hal kimi dəyərləndirməsi əsassız olmuş, cəzanı yüngülləşdirən hallar kimi hesab etdikləri halların törədilmiş cinayətlə əlaqəsini, onun i ctimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını əsaslandırmamışlar. Bu isə məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Məhkum tərəfindən birbaşa qəsdlə törədilmiş ona istinad olunan CMnin 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir. Lakin həmin cinayət əməli xarakterinə görə bilavasitə ictimai təhlükəsizliyi qoruyan sosial münasibətlər sisteminə qəsd edən cinayətdir, əlavə olaraq əməlin ictimai təhlükəliliyi fərdin özü ilə bərabər digər cəmiyyət üzvlərinin, vaxtında düzgün tədbirlər görülməsə, bütövlükdə sosial mühitin sağlamlığının da təhlükəyə alınması ilə xarakterizə oluna bilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi3, verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müra ciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiy ası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur, kassasiya protestində isə məhkuma təyin edilən cəzanın ədalətli olmadığı mübahisələndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayəti n tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmi yyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hö kmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, “Xirvisari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqla rı səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırm anın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn əliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq h ərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarından görünür ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 1 sentyabr 2023-cü il tarixli protokola əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildikdən və şübhəli şəxs Məhkum buna etiraz etmədiyini bildirdikdən sonra Məhkum şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sən ədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü, bir ədəd "İPhone” markalı mobil telefonu və sürücülük vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkum təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum aşkar edilmiş heroinə oxşar maddəni təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olarkən yerdən tapmasını, özünün əvvəllər narkotik vasitə istifadə etdiyini, məhkumluğunun olmasını, tapdığı maddəni heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, polisə təhvil vermək üçün üstündə gəzdirdiyini, 2 gün ərzində bu barədə düşündüyünü bildirmişdir. Bundan sonra Məhkum üstündən aşkar olunmuş bir ədəd şəffaf sellofan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum üstündən aşkar edilmiş "iPhone” markalı mobil telefonu və sürücülük vəsiqəsi götürülmüşdür. Həmçinin məhkəmə qərarlarında istinad olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 1 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N 6” dairəvi möhür əksi və "Məhkum aşkar olunan maddə” yazı əlavəsi qeyd e dilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 11,951 qram olan qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə qərarlarında olan məhkəmə-narkoloji ekspertizasının 2 sentyabr 2023-cü il tarixli 5643 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 4 sentyabr 2023-cü il tarixli 354/MEŞ nömrəli rəyindən görünür ki, Məhkum bədən səthində aşkar edilmiş xəsarət sol dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlə rə aid edildiklərindən dərəcələri təyin olunmur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 3313/K nömrəli rəyindən görünür ki, Məhkum götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəmə qərarlarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 7 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi qərara alınmış, üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 8 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə qərarlarından görünür ki, Məhkum qarşı qanunazidd davranışın olubolmaması ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda müvafiq araşdırma aparılmış, həmin araşdırma nəticəsində Məhkum Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat öz təsdiqini tapmadığından prokurorlu ğun 5 oktyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkumun törətdiyi əməl iş üzrə ifadə vermiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində də öz təsdiqini tapmışdır Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin - külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 14-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda - CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda - CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkə mə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarmın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 N°-li qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmın dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə kı, həmin qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, y axud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dıspozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyas ı hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsaslan, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1 -ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmad ıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə məhkuma təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təq sirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM- nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzə rdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-ın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın t örədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya o nun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci i l tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şərait inə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən şəxsin xəstəliyinin olmasını və cavan olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması isə müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apelyasiya protestinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli c əza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, məhkəmələr cəza təyin edərkən yüngülləşdirici halları düzgün olaraq nəzərə almış və məhkum barəsində ədalətli cəza təyin etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahısələndiri lən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin və protestin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar