Məhkəmə qərarları › İş №1(102)-1194/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1194/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1194/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 və müdafiəçi X9 iştirakları ilə, X1nun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət verən X7 və nümayəndəsi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışan, Ağdaş rayonunun Abad kəndində yaşayan X1 barəsində xüsusi ittiham qaydasında şikayətlə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, 06 avqust 1992-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində doğulmuş, hazırda Ağdaş rayonunun Aşağı Zeynəddin kəndinin ferma ərazisində yaşayan X1nun məhkəmə məsuliyyətinə verilməsinə və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ciddi cəzaya məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 1(040)-01/2019 saylı hazırlıq iclasının qərarı ilə X3 X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə) 30 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, X1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının k eçirilməsindən imtina edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu tarixli qərarından X7 və nümayəndəsi Müdafiəçi birgə kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına baxarkən apellyasiya şikayətində təqdim edilən şikayətin dəlillərl hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmə si, apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərarı qəbul etməməsi, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1nun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 -ci maddəsinin cinayət tərkibinin mövcud olmasına baxmayaraq sonuncunun bu maddə ilə cinayət məsuliyyətinə cəlb olmasını nəzərə almayaraq cinayət və cinayət prosessual qanunvericiliyin normalarını pozmaqla, qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən belə səhv nəticəyə gəlmişdir ki, xüsusi ittihamqaydasında irəli sürülən halların X1 tərəfindən törədilməsini təsdiq edən sübutlar və X2 barəsində İnternet saytında məhz hansı qanunsuz məlumatların yayılması sübut olunmamışdır. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət tərtib olunarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.4-ci maddəsinin tələblərinə əməl edilməmiş, şikayətə Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin məhz X1 tərəfindən törədilməsini təsdiq edən sübutlar əlavə olunmamış və Xüsusi ittihamçı barəsində İnternet saytında məhz hansı qanunsuz məlumatların yayılması da, təsdiq olunmamışdır. Lakin, apellyasiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına baxarkən apellyasiya şikayətində X2 məhkəməyə təqdim etdiyi, irəli sürdüyü ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək kağız üzərində olan sənədlərdən və elektron daşıyıcı üzərində olan mötəbər sübutların tədqiqindən əsass ız olaraq imtina etmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. X1nun sosial şəbəkələrdə paylaşdığı məlumatlar, onun hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlər yoxlanılmış və göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, Ağdaş rayon prokurorluğunun köməkçisi Sərxan Muradovun 28 dekabr 2018-ci il tarixdə qəbul edildiyi qərarı ilə toplanmış materialda polis əməkdaşları tərəfindən X3 məxsus iribuynuzlu mal-qaranın oğurlanmasına cəhd edilməsi faktı öz təsdiqini tapmadığı üçün X2 barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bu qərarla tanış olmaqla bu barədə məlumatlı olan X16 heç bir oğurluq etmədiyini və heç vaxt oğurluğa cəhd etmədiyini bilərək qəsdən onun barəsində müvafiq hüquq mühafizə orqanlarına böhtan x arakterli müraciət etmiş və X2i yalan olmasını bilə-bilə qəsdən oğurluqda təqsirlindirməklə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yalan məlumatları yaymışdır. X1un yalan olduğunu bilə-bilə qəsdən X2in şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan, məlumatları çox saylı izləyicisi olan «youtube» videopaylaşma saytında yerləşdirməsi və onların yalan olduğunu bilə-bilə qəsdən yayması heç də dövlətin başçısına müraciət xarakteri daşımır, həmin məlumatların «Prezident.az.» saytı ilə ünvanlaması yox, sosial şəbəkədə yayılması xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələmək, və onu nüfuzdan salmaqla böhtan atmaqdır. Həmçinin «facebook» sosial şəbəkəsində «X1» profilində xüjsusi ittihamçının barəsində yaydığı eyniməzmunlu böhtan xarakterli məlumatların X1un özü tərəfində n yayılması və qeyd edilən profilin məhz ona məxsus olması ilə bağlı müvafiq sənədləri X2 şikayət ərizəsinə əlavə etsə də, apellyasiya instansiya məhkəməsi həmin sübutları heç bir əsas olmadan nəzərə almamışdır. Həmçinin Kəlbəcər rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarda qeyd olunduğu kimi, X1un «Youtube» video paylaşma saytında «X5rdaşı bizi ölkədən getməyə məcbur edir» adlı video görüntünün hal-hazırda «Youtube» video paylaşma saytından silinməsi, həmin məlumatların bu saytda məhz X1 tərəfindən yerləşdirilməsini və X1un öz cinayət əməllərini gizlətməklə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün bunu etməsini bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli apellyasiya şikayəti üzrə məhkəmə baxışını n yekununa dair qərarın ləğv edilməsini, həmin xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi və apellyasiya məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməsindən imtina haqqında Kəlbəcər rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hazırlıq iclasının qərarının ləğv edilərək, xüsusi ittiham qaydasında şikayətinin Kəlbəcər rayon məhkəməsinin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin kassasiy a şikayətinin təmin edilməsi barədə, müdafiəçinin qərarın dəyişdirilmədən saxlanması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası həmin qanunun tələbinə uyğun olaraq kassasiya şikayətinin dəlillərini təhlil edib hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Xüsusi ittiham qaydasında şikayət verən X7 və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin başlıca dəlili xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsinin qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsinin müddəalarına əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Birinci instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə X3 xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edərkən Azərbaycan Respublikası CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsaslanmışdır. Məhkəmə qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin məhz xüsusi ittiham qaydasında şikayət verilmiş X1 tərəfindən törədilməsini təsdiq edən sübutlar və ümumiyyətlə X2 barəsində İnternet saytında məhz hansı qanunsuz məlumatların yayılması sübut olunmamışdır. İşin materiallarına əlavə edilmiş X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsindən görünür ki, X1,X2dən qisas almaq və onun şərəf və ləyaqətini ləkələmək, həmçinin onu nüfuzdan salmaq məqsədi ilə ondan həqiqətə uyğun olmayan, yalan, böhtan xarakterli məlumatlarla hüquqi ünvanı ABŞ, Kaliforniya, Menlo parkında olan «Facebook» sosial şəbəkəsində özünə məxsus «X1» profilində 22 dekabr 2018-ci il tarixdə «Əziz dostlar bu videoda və şəkildə gördüyünüz şəxs Ağdaş rayon polis şöbəsinin baş təhqiqatçısı polis X2dir... onu gecə yarısı bizim obyektdən oğurluq edərkən tutmuşuq» cümləsi ilə başlayan yazısında, 21 yanvar 2019-cu il tarixli «DİN ümid edirəm Rəhbərlik bu polis zabiti haqda tədqiqat aparacaq və cəzalandıracaq, Ağdaşda oğurluq edən X2 kimi gizlətməyəcəklər...» cümləsi olan yazısında və həmçinin 27 yanvar 2019-cu il tarixdə «Youtube» video paylaşma saytında «X5rdaşı bizi ölkədən getməyə məcbur edir» 14 dəqiqə 17 saniyə davam edən ( 31 yanvar 2019- cu il tarixədək 20778 nəfər izləyəcisi olan) adlı videogörüntüdə X2 haqqında «oğru», «polis mayoru X2i mənə məxsus fermada oğurluğa cəhd edərkən tu tdum» və sair ifadələr işlətmişdir. Həmin videoya 3 nəfər tərəfindən baxış olmuşdur. Qeyd olunan maddi sübutlar kağız sənədlər üzərində və videodaşıyıcı diskin üzərində X2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxılarkən X1 tərəfindən X2ə qarşı törədilən əməlləri özündə əks etdirən xüsusi ittiham qaydasında şikayət verən tərəfindən təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edilməs i zərurətinə yetərincə diqqət vermədən nəticəyə gəlmişdir. Kollegiya işin hallarına əsasən hesab edir ki, məhkəmələrin nəticəsi işin obyektiv hallarına uyğun deyil. Şikayətin icraata götürülməsindən imtina edilməsini məhkəmə kifayət qədər əsaslandırmamış, birinci instansiya məhkəməsinin həmin qərarını qüvvədə saxlamaqla Apellyasiya Məhkəməsi prosessual qanunvericiliyin normalarını pozmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq. Birinci instansiya məhkəməsi isə xüsusi ittiham qaydasında verilmiş şikayətə baxarkən belə nəticəyə gəlmişdir ki, xüsusi ittiham qaydasında şikayət verən və onun nümayəndəsi şikayətdə qeyd edilən faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Habelə, şikayətdə istinad edilən əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyini təsdiq edən mötəbər və yolverilən sübutları məhkəməyə təqdim etməmiş, həmin dəlillər yalnız heç bir əsası olmayan sözlərdən ibarət olmuşdur. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nü mayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab olunur. Cinayət qanunu normasının mənasına görə, hər hansı bir məlumat başqa şəxsə, bir neçə və ya qeyri-müəyyən şəxslər dairəsinə çatdırıldıqda yayılmış hesab edilir və kütləvi çıxış kimi qiymətləndirilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarınıda qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin mənasına əsasən kütləvi çıxış dedikdə, şəxsin ləyaqətini və şərəfini alçaldan və onu nüfuzdan salan məlumatı ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı ma ddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ni il tarixli Ümumdünya İnsan Hüquqları Bəyyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin alçaldılmasına əsas ola bilməz. Kollegiya işin hallarına əsasən hesab edir ki, X1un sosial şəbəkədə səsləndirdiyi polis əməkdaşının onun şəxsi əmlakının oğurlamağa cəhd etməsi, X2in oğru olması barədə ifadələri onun peşə fəaliyyətinin hədəfə alınması, ümumilikdə polis orqanın fəaliyyətinin şübhə altına qoyulub bu barədə ictimai rəy yaratm asi kimi hallara qiymət verilməsi hallarını tam, hərtərəfli və obyektiv araşdırılması məhkəmə istintaqının aparılmasının zəruriliyinə məhkəmələr əsassız olaraq əhəmiyyət verməmişdir. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə işə baxarkən qanunvericiliyin tələblərini pozmuşdur, ona görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. X3 xüsusi ittiham qaydasında şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar