Məhkəmə qərarları › İş №1(102)-1194/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1194/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1194/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2 022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən və Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1973-cü il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 30 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 nömrəli, 28 yanvar 2022-ci i l tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddətin (1 gün həbsdə və ya ev dustaqlığında olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum qarşı verilmiş ittihamda onun təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə; təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə sonuncunun bacısı Zərərçəkmiş şəxs3 43.000 (qırx üç min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə; təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs5 10.000 (on min) manat pul unu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə əlaqədar hissələrdə irəli sürülmüş ittiham epizodları üzrə Məhkum əməllərində cinayət tərkibi olmadığından, törədilən əməllərin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona ittiham epizodları üzrə bəraət verilməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq edilməsi epizodları üzrə bəraətin verilməsinə dair hissəsində ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin tam həcmdə törədilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinməklə və dövlət ittihamçısının cəzanın həddi ilə bağlı etdiyi təklifinə uyğun həddə cəza təyin etməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2022-ci tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Re spublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 iyul 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

7. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, maddi və prosessual cinayət normaların düzgün tətbiq etmədiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 aid epizodlara münasibətdə dələduzluq cinayət əməlinin tövsifində səhvə yol verdiyini, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmünün çıxarıldığını iddia etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

8. Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində Zərərçəkmi ş şəxs3 qarşı dələduzluq cinayətinin Məhkum yox, zərərçəkmiş şəxsin qardaşı olan Şahid2 törədildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir.

9. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodlara münasibətdə məhkumun əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı, buna baxmayaraq həmin hissələri əhatə edən ittiham hökmünü çıxardığı iddia edi lməklə, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş hallara istinad edilmişdir.

15. Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədiyini, məhkum edilmiş şəxsin Zərərçəkmiş şəxs3 münasibətdə dələduzluq cinayətini törətmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublik ası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldır ılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən dövlət ittihamçısının protesti əsasında birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün qanuniliyi və əsaslığını yoxlanılarkən ətraflı cavablandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə işin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə o nun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

20. Kassasiya şikayətlərinin müəllifləri apellyasiya instansiya məhkəməsinin hökmündə gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir.

21. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası mə hkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-800/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar