Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1194/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə) 11 may 2023-cü il tarixli, 1(124)-3/2023 nömrəli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Quba rayonu, Gültəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Gültəpə kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Qaraqurtlu kəndində faktiki yaşamış Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 22 avqust 2021-ci il tarixdə təxminən saat 18-dan saat 24-a kimi olan müddət ərzində həmkəndlisi Şahid1 ilə birlikdə Quba rayonu, Gültəpə kəndi ərazisindən keçən Ağçay çayının sahilində yerləşən Şahid9 işlətdiyi kafedə spirtli içki olan pivə qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra, 23 avqust 2021-ci il tarixə keçən gecə saat 01 radələrində Şahid1la kafedən çıxıb evlərinə qayıdarkən, yolda onlarla eyni kafedə spirtli içki içib sərxoş vəziyyətə düşən digər həmkəndliləri Zərərçəkmiş şəxs ilə rastlaşıb yollarına birlikdə davam edərkən, QubaTüləkəran yolunun Gültəpə kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs onu evinə yola salmaq istəyən Məhkum özünün və ailə üzvlərinin ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlətməklə təhqir edərək əli ilə boğazından tutub zor tətbiq etmişdir. Bu hərəkətlərdən hiddətlənən Məhkumlə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və sərxoş vəziyyətdə olan hər iki şəxs qarşılıqlı dava dalaş edərkən, Məhkum Zərərçəkmiş şəxs sifətinə yumruq və şillə zərbələri vurmuş, Zərərçəkmiş şəxs da ona qarşı zor tətbiq etməyi davam edərək bir-biri ilə yaxalaşdıqdan sonra, Məhkum Zərərçəkmiş şəxs onun bədəninin sol tərəfi üstə daş parçaları olan nahamar yerə yıxaraq sol İV-V İİİ qabırğalarına küt travma yetirməklə ümumilikdə Zərərçəkmiş şəxs sağ üst göz qapağında qançır, ağlı qişaya qansızma, almacıq və burun nahiyəsində sıyrıq izləri, alnın və hər iki gicgah nahiyəsində yumşaq toxumaya qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, eləcə də döş qəfəsinin küt travmasından sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, qabırğanın yerdəyişən sınığı nəticəsində plevranın zədələnməsi və sol ağciyərin yuxarı və aşağı payının didilib cırılması ilə döş boşluğunda solda 300 ml. qan yığılması kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgər ova və Rəşadət Ağayev) 11 dekabr 2023-cü il tarixli, 1(105)-447/2023 nömrəli hökmü ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş ağır zərər ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2023-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətin in dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırmaması nəticəsində səhv nəticəyə gəlmişdir. Belə ki, Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb baş beyinin ödəmi fonunda döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyərin toxumasının əzilib-cırılması və plevra divarının zədələnməsindən yaranan soltərəfli geniş dərialtı emfızema və soltərəfli hemopnevmotoraks nəticəsində kəskin tənəffüs çatışmazlığı olduğu müəyyən edilmişdir. Bununla da yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqəni inkar etmək olar. Belə ki, xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşd irilməsi yarana biləcək ağırlaşmaların qarşısının alınmasına və onun sağ qalma şansının olmasını istisna etmir. Qusar rayon prokurorluğu tərəfindən 3-cü komisyon məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi” PHŞ tərəfindən verilmiş 3-cü ekspert rəyi ilə də bir daha təsdiq edilmişdir ki, Məhkum yetirdiyi travma ilə Zərərçəkmiş şəxs ölümü arasında səbəbli əlaqə olmamışdır. Belə ki, həmin birlik tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 390/KEŞ saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin ödəmi fonunda döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyər toxumasının əzilib cırılması və plevra divarının zədələ nməsindən yaranan sol tərəfli geniş dərialtı emfızema və sol tərəfli hemopnevmotoraks nəticəsində kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir. Belə ki, xəsarətlərin xarakterini nəzərə alaraq demək olar ki, zərərçəkmişin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi yarana biləcək ağırlaşmaların qarşısının alınmasına və onun sağ qalma şansının olmasını istisna etmir. Zərərçəkmiş şəxs sol ağciyər toxumasının əzilib cırılması və plevra divarının zədələnməsindən əmələ yaranan sol tərəfli geniş dərialtı emfizema və sol tərəfli hemopnevmotoraksla əlaqədar o, təcili ixtisaslaşmış tibb müəssisəsinə (məsələn Bakı şəhərinə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna) göndərilməli, müalicəsi (cərrahiyyə əməliyyatının aparılması və s.) orada davam etdirilməli idi. Bununla ə laqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuş, buna məsul şəxslər Qusar rayon mərkəzi xəstəxanası PHŞ-nin direktoru, direktorun müalicə işləri üzrə müavini - baş həkim, reanimasiya şöbəsinin müdiri və reanimaloqlardır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən göndərilən cinayət haqqında məlumatı araşdıran ibtidai istintaq orqanı müəyyən etmişdir ki, əslində zərərçəkmiş Zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə istintaq orqanın göstərdiyi kimi deyil, 30 avqust 2021-ci il tarixdə Qusar rayon mərkəzi xəstəxanasında xərəyə yerləşdirilib Bakı şəhərində "Caspian ” özəl tibb müəssisəsinə aparılan zaman vəfat etmişdir. Araşdırma zamanı ibtidai istintaq orqanı məhkəmənin gəldiyi nəticə itə razılaşmışdır ki, Qusar rayon mərkəzi xəstəxanasında Zərər çəkmiş şəxs düzgün diaqnoz qoyulub ona uyğun müalicə aparılmamış, bunun üçün o, Bakı şəhərinə ixtisaslı tibb müəssisəsinə aparılmalı olmuşdur. Lakin istintaq orqanı belə nəticəyə gəlmişdir ki, xəstənin Bakı şəhərinə ixtisaslı tibb müəssisəsinə vaxtında təxliyə edilməməsi həkim səhlənkarlığı ilə deyil, “Covid 19” pandemiyası ilə bağlı lazımı şəraitin və təxliyə üçün vasitələrin olmaması ilə bağlı olmuşdur. Lakin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilib məhkum edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ölümünə səbəb Məhkum qəsdən və ya ehtiyyatsızlıqdan yetirdiyi döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyərin toxumasının əzilib-cırılması və plevra divarı nın zədələnməsi deyil, bunun nəticəsində düzgün aparılmayan müalicə tədbirlərinə görə baş beyinin ödemi fonunda yaranan soltərəfli geniş dərialtı emfızema və soltərəfli hemopnevmotoraks nəticəsində kəskin tənəffüs çatmamazlığı olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən ölümün səbəbi ilə bağlı müstəsna sübut olan 3 ekspert rəyi və ölümün baş verməsi hissəsində preyudisial xarakter daşıyan Qusar rayon prokurorluğunun qərarı ilə müəyyən edilmiş hallara hökmdə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 11 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu hal da, heç bir əsas olmadan həmin Məcəllənin 126.3-cü maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanı və apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişlər ki, məhkumun zərərçəkmişə ağır xəsarət yetirməsi ehtiyyatsızlıqdan onun ölümünə səbəb olmuş və Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət məsuliyyəti zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurulmasına görə əmələ gəlir. CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin Məcəllənin 126.3-cü maddəsinin cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinay ət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd edilən qanun normalarının tələblərindən görünür ki, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün həmin əməl nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün baş verməsi cinayə t işi üzrə toplanmış sübutlarla müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırki cinayət işi üzrə sübutlar əsasında müəyyən edilmiş və mübahisə olunmayan hallar ondan ibarətdir ki, 23 avqust 2021-ci il tarixdə məhkum tərəfindən qəsdən zərbələr endirilməsi nəticəsində Zərərçəkmiş şəxs digər bədən xəsarətləri ilə yanaşı onun sağlamlığına ağır zərərvurmaya aid olan döş boşluğuna solda 300 ml qan, sol ağciyərin yuxarı və aşağı payının didilib-cırılması, plevranın zədələnməsi, sol İV-Vİİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqlar yetirilmişdir. Zərərçəkmiş şəxs həmin xəsarətlərlə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasında müalicə olunarkən döş qəfəsinin küt travması, soltərəfli qabırğa sınıqları, sol ağciyərin zədələnməsi, geniş emfizema, və sol tərəfli hemopnevmotoraks, plevranın zədələnməsindən yaranmış kəskin tənəffüs çatmamazlığından 30 avqust 2021-ci il tarixdə ölmüşdür. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərinin ağırlıq dərəcəsini və onun ölümünün səbəbini müəyyən etmək üçün ibtidai istintaq zamanı bir məhkəmə-tibbi ekspertizası (30 avqust 2021-ci il tarixli 51 №-li rəy), məhkəmə icraatı zamanı isə iki təkrar məhkəmə-tibbi ekspertizası ( 04 noyabr 2022-ci il tarixli T495/22 və 13 fevral 2023-cü il tarixli 1040 №-li rəyləri) keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2021-ci il tarixli 51 №-li rəyin ə əsasən Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin ödəmi fonunda döş qəfəsinin küt travmasından qabırğaların sol tərəfdən çoxlu sayda sınması, sol ağciyərin toxumasının əzilib cırılması və plevra divarının zədələnməsindən yaranan sol tərəfli geniş dərialtı emfizema və sol tərəfli hemopnevmotoraks nəticəsində kəskin tənəffüs çatmamazlığı olmuşdur. Birinci instansiyası məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizalarının 04 noyabr 2022-ci il tarixli T495/22 və 13 fevral 2023-cü il tarixli 1040 №li rəylərində ekspertlər Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri və onun ölümünə səbəb haqqında eyni nəticələrə gəlsə də, göstərmişlər ki, yetirilmiş xəsarətlərlə əlaqədar zərərçəkmişin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi yarana biləcək ağırlaşmaların qarşısını n alınmasına və onun sağ qalma şansının olmasını istisna etmir. Bununla əlaqədar 13 fevral 2023-cü il tarixli 1040 №-li rəyində ekspertlər qeyd etmişlər ki, zərərçəkmiş şəxsə yetirilən xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqəni inkar etmək olar. Məhkəmə-tibbi ekspertizalarının 04 noyabr 2022-ci il tarixli T495/22 və 13 fevral 2023-cü il tarixli 1040 №-li rəylərinə əsasən birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş yuxarıda qeyd edilən bədən xəsarətləri onun ölümünə səbəb olmamış və məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etmişdir. Məhkumun müdafiəçisi məhz məhkəmə-tibbi ekspertizalarının 04 noyabr 2022-ci il tarixli T495/22 və 13 fevral 2023-cü il tarixli 104 0 №-li rəylərini əsas götürərək hesab edir ki, zərərçəkmiş şəxsin ölümü məhkum tərəfindən ona bədən xəsarətlərinin yetirilməsi nəticəsində deyil, zərərçəkmiş şəxsə vaxtında ixtisaslaşmış tibbi yardım göstərilməməsi nəticəsində baş vermiş və məhkumun əməlləri ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə nə birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini, nə də müdafiəçinin kassasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsaslı və qanunauyğun hesab etmir. Belə ki, hazırki cinayət işi üzrə keçirilmiş hər üç məhkəmə-tibbi ekspertizalarının rəyləri zərərçəkmiş şəxsin ölümünün məhz məhkum tərəfindən ona yetirilmiş bədən xəsarətləri nəticəsində baş verməsi istisna etmi r, əksinə işin bu halı müəyyən edir. 04 noyabr 2022-ci il tarixli T495/22 və 13 fevral 2023-cü il tarixli 1040 №-li rəyləri vermiş ekspertlərin zərərçəkmiş şəxsin vaxtında ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təqdirdə onun sağ qalma ehtimalının olması barədə rəyi zərərçəkmişin ölümünün məhkum tərəfindən yetirilmiş xəsarətlər nəticəsində baş verməsini, yəni alınmış travma ilə ölümün arasında səbəbli əlaqəni aradan qaldırmır, sadəcə olaraq həmin bədən xəsarətlərinin nəticəsində zərərçəkmiş şəxsin ölümünün qarşısını almaq ehtimalın olduğunu göstərir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum tərəfindən zərərçəkmiş şəxsə qəsdən yetirilmiş xəsarətlərin ehtiyatsızlıqdan onun ölməsinə səbəb olması tam təsdiq olunmuşdur. Apellyas iya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünü əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Bundan başqa, iş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araş dırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Bundan əlavə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən hökmün dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1194/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1194/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver