Məhkəmə qərarları › İş №1(102)-1194/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1194/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1194/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: CM-in) 178.3.2-ci maddəsi ilə nəzərdə tutu lmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 4 (dörd) uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkir.

2. İttiham aktına əsasən Məhkum etirbardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ ke çirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında 100.000 manat pul vəsaitini və eyni adla 2018-ci ilin aprel ayının əvvəllərində saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesində 150.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 250.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir.

3. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əl ə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 birlikdə iş görüb qazanc əldə etməsinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 30 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospketi 149 ünvanında yerləşən “Smoke” kafesində 10.000 manat pul vəsaitini, 01 noyabr 2019-cu il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Volkswagen Tiguan” markalı, **-VR*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirib satmaqda köməklik etməsinə dair yalan vəd verib aldadaraq onun xahişi ilə Zərərçəkmiş şəxs1 tərəfindən ünvan 6 ünvanında yerləşən “Cıdır” atçılıq kompleksinin qarşısında saxlanılmış “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun göstərişi ilə qardaşı Şahid1 tərəfindən idarə edilərək həmin vaxt olduğu Bakı şəhəri, Nə rimanov rayonu, Azadlıq prospekti 149 ünvanında yerləşən “Smoke” kafesinin qarşısına gətirilərək avtomobili qardaşı Şahid1 təhvil almış və 08 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 ünvanında yerləşən 51 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 adından “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Şahid3 adına təmsilçilik üçün verilmiş vəkalət hesab edilən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni Zərərçəkmiş şəxs1 əldə etdikdən sonra “Volkswagen Tiguan” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək, həmin avtomobili dəyərindən ucuz qiymətə, yəni həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları müqabilində Şahid3 Zərərçəkmiş şəxs1 məlumatı olmadan satmış, 04 mart 2021-ci tarixdə yenidən birlikdə iş görüb qazanc əldə etmək adı ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanında Zərərçəkmiş şəxs1 3.000 manat manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir.

4. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 avtomobil salonunda satışda olan “Bentley Continental” markalı avtomobilə 30.000 ABŞ dolları ilkin ödəniş verdiyi halda həmin avtomobili onun adına sənədləşdirdikdən sonra lizinq yolu ilə 150.000 manat pul vəsaiti təşkil edəcəyinə dair Zərərçəkmiş şəxs3 yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 tanışı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş olduğu həmin dövrün məzənnəsinə görə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul vəsaitini 16 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 110 ünvanı ilə X22 küçəsinin kəsişməsində yerləşən “Albert Aqarunov” abidəsinin yaxınlığında Şahid2 alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 51.000 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 4 sentyabr 2023-cü il tarixli, 1(101)-133/2023 nömrəli hökmü ilə Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyi n edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və ona təyin edilmiş cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində çıxış etməklə cinayət işinə əlavə edilmiş və özündə səs yazılarını əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiklərindən təqsirləndirilən şəxs Məhkum qarşı mülki mühakimə icraatı qaydasında vurulmuş ziyanla bağl ı iddia qaldırmaq hüquqlarının onlara izah edilməsi hökm edilmişdir.

6. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri X4 və X7 tərəfindən və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən, məruzəçi hakim), X10 və X2 ibarət məhkəmə tərkibində) 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçiləri X4 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 1(101)-133/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Məhkum kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işinin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, heç bir fakt və sübuta əsaslanmadan formal əsaslarla barəsində ittiham hökmü çıxarılmış, nəticədə onun bu cinayət işinə heç bir aidiyyətinin olmamasına baxmayaraq o, Azərbaycan Respublikası CM -in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Həmçinin, onun barəsində olan cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır.

10. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarının ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını, həmçinin əgər məhkəmə onun təqsirli olması qənaətində qalarsa barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və ya təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı zərərçəkmiş şəxs X11 yazılı etiraz təqdim edərək, məhkumun qeyd etdiklərinin şər-böhtan olmasının, onu aldadaraq pu lunu almasının nəzərə alınmasını xahiş etmişdir.

12. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübu tlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya i nstansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

19. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbl əri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

23. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla y anaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

27. Məhkumun kassasiya şikayətindən görünür ki, onun heç vaxt heç kəsin pulunu və ya əmlakını qanunsuz yolla əvəzsiz mənimsəmək kimi niyyətinin olmaması, cinayət işi materiallarında onun əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

28. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki halları nı yenidən müəyyən etməyə dəvət edir.

29. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya inst ansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahi sələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

32. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prose ssual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

33. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqs irləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi if adələri, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

34. Bundan əlavə, kollegiya məhkumun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı kasssasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 1(101)133/2023 nömrəli nömrəli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

35. Apellyasiya məhkəməsi birinci instansiya m əhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (cavan və ali təhsilli olmasını, habelə onun 4 (dörd) uşağının olmasını, onun zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini, eləcə də Zərərçəkmiş şəxs3 onunla barışmasını), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

36. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə barəsində əsassız ittiham hökmünün çıxarılmasının mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun barəsində daha yüngül cəza növünün təyin edilməsinə zərurət görməyərək, hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şika yətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Beləlik lə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 1(103)-93/2024 nömrəli qərarı Məhkum tərəfindən v erilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar