Məhkəmə qərarları › İş №1(102)-1195/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1195/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1195/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 20 21-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Akif Eyvazov (sədrlik edən və məruzəçi), Rafail Əliyev və İmanverdi Şükürov) 1(091)-05/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1968-ci il tarixdə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu Aşağı Güzdək Hərbi şəhərciyin yaxınlığındakı yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) a y müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X7 bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2018-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkət edərkən Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərə kəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, hadisənin qarşısını almayıb, öz hərəkət zolağında idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin edə bilməyib avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən 44 km/saat sürətlə keçib əks hərəkət yoluna çıxaraq, təhlükə yaradıb qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi n ölümünə səbəb olan, yəni “Mercedes 316CDİ” markalı mikroavtobusun salonunda olan sərnişinlər X5 onurğa beyninə qansızma ilə müşayiət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X2 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, xx.xx.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X9 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma il ə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X13 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol gicgah nahiyəsinin yarası, hər iki göz ətrafı nahiyənin qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Qanuni nümayəndə3 müştərək, açıq kəllə-beyin travması, sol təpə- gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyədə dərialtı hematoma, subaroxnoidal qansızmanın əmələ gəl məsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, xx.xx.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travmasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, xx.xx.2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs10 sol mil bilək oynağının yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa mü ddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 alın nahiyəsinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 burun belinin və sol yanağın sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs9 sifətin və sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Zərərçəkmiş şəxs7 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Qanuni nümayəndə2 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2013-cü təvəllüdlü, azyaşlı X6 alın qabarının şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığa zə rər vurmayan xəsarət yetirmiş, habelə “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsi nəticəsində X7 12000 (on iki min) manat və “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs8 4620 (dörd min altı yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Akif Eyvazov (sədrlik edən və məruzəçi), Rafail Əliyev və İmanverdi Şükürov) 1(107)-13/2021 nömrəli 09 aprel 2021-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi2, zərə rçəkmiş şəxslərin hüquqi varisləri X10 və X15 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə onun idarə etdiyi avtomaşının qabaq sol təkərinin partlaması ilə əlaqədar baş vermişdir. Belə ki, təkərin partlaması nəticəsində o, idarəetməni itirmiş və onun idarə etdiyi avtomaşın qarşı yola çıxmış, lakin onun avtomaşını ilə toqquşmuş avtomaşının sürücüsü Mayıs Mustafayev toqquşmanın qarşısını almaq imkanı olduğu halda bunu etməmişdir. Cinayət işi üzrə araşdırma obyektiv aparılmamış, işin halları düzgün müəyyən edilməmişdir. Məhkəmələr cəza təyin edərkən açıq aydın ona ağır cəza təyin edilmişdir. Həmçinin o, himayəsində 88 yaşılı qoca anasının olmasını, ata və anasının tək yeganə övladının olmasını, oğlu X3 İİ Qarabağ Müharibəsində şücaətlə döyüşdüyünü və yaşının 50 dən çox olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, hadisə onun idarə etdiyi avtomaşının təkərinin partlaması nəticəsində baş vermiş və bununla əlaqədar onun təqsiri olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin bu dəlili cinayət işi üzrə keçirilmiş yol-nəqliyyat hadisələrin məhkəmə ekspertizasının 16 noyabr 2018-ci il tarixli rəyi ilə təkzib olunur. Belə ki, rəyə əsasən “Howo Z Z3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol təkərinin pokrışkasının üzərində partlama xarakterli zədələr yoxdur və pokrışkanın üzərinə olan zədələr avtomobilin qabaq sol təkərinin ayrıcı zolağının beton bardürünə dəyməsi zamanı yaranmışdır. “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin hadisənin “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol təkərinin partlaması səbəbindən baş verməsi barədə dəlili əsaslı hesab etmir. Məhkumun kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, hadisə onun günahı ucbatından deyil, avtomobillə rin toqquşmasının qarşısını almaq imkanına malik olan “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Mayıs Mustafayevin təqsirindən baş vermişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən hazırki cinayət işi üzrə toplanmış sübutlar araşdırılmış və nəticəyə gəlmişdir ki, sürücü Mayis Mustafayevin avtomobillərin toqquşmasının qarşısını almaq imkanı olmamış və 01 sentyabr 2020-ci il tarixli hökmü ilə X8 bəraət verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin X4 barəsində olan 01 sentyabr 2020-ci il tarixli hökmünə apelyasiya və kassasiya protestlərinə əsasən müvafiq məhkəmələr tərəfindən baxılmış və hökm qüvvədə saxlanılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü X7 bə raət verilməsi hissəsində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CPM-in 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin yol-nəqliyyat hadisəsinin bəraət almış şəxs X11 tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verməsi barədə dəlilini də əsaslı hesab etmir və həmin dəlillə razılaşmır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də onun Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclaslarında dindirilmi ş şahidlərin ifadələri ilə yanaşı, özünün və iş üzrə bəraət almış şəxs Mayis Mustafayevin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri və işin digər sübutlarla tam təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsin i nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümk ünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin cinayət işi üzrə araşdırmanın düzgün aparılmaması barədə dəlili əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarından Məhkum verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, müb ahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2021-ci il tarixli qərarı dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar