Məhkəmə qərarları › İş №1(102)-1195/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1195/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1195/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, ev 19/2-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penite nsiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 86,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 02 ayrı-ayrı kibrit qutusuda ümumi təmiz çəkisi 6,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 07 avqust 2021-ci il tarixdə saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, ev 19/2-nin yaxınlığında Sumqayıt ŞPİnin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən sol əlində saxlamış olduğu ağ-qara rəngli sellofan torbanın içərisindəki karton qutusundan 03 ədəd şəffaf polietilen bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 9,851 qram, 4,543 qram və 72,417 qram olan külli miqdarda ümumi təmiz çəkisi 86,811 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,781 qram və 2,262 qram olan ümumi təmiz çəkisi 6,043 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində metamfetaminin izləri olan qara rəngli 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X8 və X3 ibarət məhkəmə tərkibində) 23 dekabr 2022-ci il tarixli 1(124)-115/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 avqust 2021-cü il tarixdən hesablanması, narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçi si Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və “məhkumun əməlində cinayət tərkibi olmadığı və təqsiri sübuta yetirilməməsi” əsası ilə işə bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində cinayət tərkibinin olmamasına və təqsirinin sübuta yetirilmədiyinə baxmayaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.

8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Mə cəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini x ahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilə n hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəy yən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1. 2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar k imi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərki binin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamə tlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

26. Müdafiəçi kassasiya şikayətindən görünür ki, o, psixotrop maddə olan metamfetaminin və narkotik vasitə marixuananın Məhkum üzərinə qoyulduğunu, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alındığını, cinayət işi materiallarında onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, hüquqlarını müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəmə sinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

27. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

28. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Bu normaların mə nasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddə sində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələ blərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, «şəxsi axtarış aparılması və götürmə» haqqında protokol, məhkəmə-kimyəvi ekspertizasının 07 avqust 2021-ci il tarixli, 6/3356 nömrəli rəy, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

33. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə q eyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

34. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhk əməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi səbəbindən yeni məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur.

35. Bununla yanaşı, məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.

36. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların isə mövcud olmamasını nəzərə almaqla, da ha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

37. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

38. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

39. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

40. Belə ki, məhkumun himayəsində 2 azyaşlı uşağının olması, həmçinin aşkar edilən narkotik vasitənin miqdarının, yəni ümumi təmiz çəkisi 86,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ayrı-ayrı kibrit qutusuda ümumi təmiz çəkisi 6,043 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın onun əməlinin ictimai təhlükəliliyinə təsiri kifayət qədər məhkəmələr tərəfindən cəza təyinində nəzərə alınmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci madd əsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

42. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

43. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanar aq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın məqsədəmüvafiqdir. şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi

45. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarı məhkuma cəza təyini hissəsində dəyişdirilməlidir.

46. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azə rbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(105)-175/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 6 (altı) il 6 (altı) ay müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar