Məhkəmə qərarları › İş №1(102)-1196/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1196/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1196/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 1(101)-304/2021 nömrəli (hakimlər A.Paşayev (sədrlik edən), Ə.Quliyev və İ.Həsənzadə) hökmü ilə xx xxxxxx 1982-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində nə zərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzaların qismən toplanılması və Məhkum qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması, həmin cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X9 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən C.İlyasovun müdafiəçisi R əhim Abbas-zadə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 06 aprel 2022-ci il tarixli 1(105)-109/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, qabaqcadan əlbi r olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələri əldə edib daşımış, saxlamış və satmış, həmçinin bir qrup şəxs halında silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, tanışı X9 ilə satışını birgə həyata keçirəcəkləri barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkisindən kustar üsulla hazırlanmış 59,563 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, tiryəkdən kust ar üsulla hazırlanmış 20,361 qramdan artıq çəkidə külli miqdarda narkotik vasitə heroin və 5,182 qramdan artıq çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib heroindən ayrı-ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qramını satış məqsədi ilə üzərində saxlamış, qalan narkotik vasitələr və psixotrop maddələri istifadəsində olan Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə daşıyaraq marixuananı kibrit qutularına, heroin və metamfetamini isə polietilen bükümlərə yığaraq saxlamaqla satışını həyata keçirməsini Cəbrayıl İlyasova tapşırmış, sonuncu 02 dekabr 2019-cu il saat 23 radələrində onun tapşırığı əsasında bir ədəd kibrit qutusunda 1,007 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq ünvan 3 ünvanının qarşısına gətirib Şahid1 70 manata satdıqdan sonra Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 03 dekabr 2019-cu il saat 16 radələrində Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanının qarşısında saxlanılaraq şəxsi axtarışı aparılmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri psixotrop maddə metamfetamindən üzərində saxladığı 1 ədəd polietilen bükümdə 0,122 qram çəkidə olan hissəsi əynindəki qara rəngli gödəkcənin sol cibindən və Quba şəhəri Heydər Əliyev prospekti 180 ünvanında yerləşən evə baxış keçirilməklə ayrı-ayrılıqda çəkiləri 0,142 qram, 6,061 qram, 5,729 qram, 5,633 qram, 6,168 qram, 5,422 qram, 6,247 qram, 5,287 qram, 6,395 qram, 5,894 qram, 5,307 qram olan 11 ədəd kibrit qutusunda, həmin kibrit qutularının birinin içərisində bir ədəd kağız bükülü də 0,271 qram olmaqla ümumilikdə 58,556 qram narkotik vasitə qurudulmuş marixuana, ayrıayrılıqda çəkiləri 15,248 qram, 0,423 qram, 0,440 qram, 0,458 qram, 0,427 qram, 0,446 qram, 0,455 qram olan 7 ədəd polietilen bükümlərdə ümumi çəkisi 17,897 qram külli miqdarda narkotik vasitə heroin və ayrı-ayrılıqda çəkiləri 0,103 qram, 0,102 qram, 0,127 qram, 0,114 qram, 0,125 qram, 0,127 qram, 0,116 qram, 0,130 qram, 0,115 qram, 3,112 qram, 0,399 qram, 0,258 qram, 0,232 qram olan 13 ədəd polietilen bükümdə ümumi çəkisi 5,060 qram külli miqdarda psixotrop maddə metamfetamin həmin evdən, həmçinin Quba RPŞ əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 07 dekabr 2019-cu il saat 19 radələrində Quba şəhəri Fətəlixan küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparıla rkən əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 0,791 qram, 0,852 qram və 0,821 qram olan 3 bükümdə ümumilikdə 2,464 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 03 dekabr 2019-cu il saat 01 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan təxminən 3-4 nəfər şəxslə bir qrup şəxs halında Gəndob-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində yerləşən «Qafqaz oil» yanacaq doldurma məntəqəsinin yaxınlığında aralarında telefon danışığı zamanı bir-birlərini qarşılıqlı təhqir etmələrini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər etməklə Zərərçəkmi ş şəxs sərnişin qismində hərəkətdə olduğu Şahid5 idarə etdiyi «VAZ-2107» markalı o273km05rus Rusiya Federasiyasına aid qeydiyyat nişanlı avtomobili həmin yolla Quba şəhəri istiqamətində hərəkət etdiyi vaxtda arxadan özlərinin hərəkətdə olduqları «Mersedes» markalı qeydiyyat nişanları məlum olmayan avtomobildən işıq siqnalı verməklə saxlatdırdıqdan sonra avtomobildən düşən Zərərçəkmiş şəxs sürücü Şahid5 və digər sərnişin Şahid4 yanında özü ilə gəlmiş şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birgə nalayiq ifadələrlə təhqir edərək əlləri və ayaqlan ilə bədəninin müxtəlif nahiyələrindən, həmçinin o, özündə olan silah qismində istifadə etdiyi bıçaqla onun sağ sağrı nahiyəsindən 4 dəfə və sağ bud nahiyəsindən 1 dəfə vurmaqla Zərərçəkmiş şəxs sağ sağrıda bir-birinə yaxın 4 yerdə, sağ budun orta 1/3-nin arxa səthində bir yerdə deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum vermiş kassasiya şikayətini onunla əsaslandırırlmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar güvənli və mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərl ə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Quba RPŞ-də işgəncə və təzyiqlərə məruz qalmış, bu barədə prokurora qəbulda olduğu zaman bildirmiş, ekspertiza keçirilsə də, polis tərəfindən xəsarəti yoxdur rəyi alınmışdır. Lakin hüquqlarını müdafiə etdiyi şəxs 3 saylı istintaq Təcridxanasına daxil olan kimi rəisin qəbuluna getmiş, xəsarətlərin olması barədə arayış almış, bu tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Həmçinin tərəflərindən verilmiş anten dairəsinə dair vəsatətdə aydın olur ki, onun telefonuna 04 dekabr 2019-cu il tarixdən bəri zəng daxil olmamışdır. Məhkəmə təqdim etdikləri whatsapp danışıqlarını da guya Quba RPŞ-nin araşdırmasını əsas götürərək rədd etmişdir. Həmin əməliyyatçılar narkotik vasitə satış ı ilə 2021-ci ildə işdən çıxarılmış və cəzalandırılmışlar. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin düzgün tövsif olunaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin ittihamdan xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini t əkzib etdiyini, şikayətin əsassız olduğunu bildirib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəll ənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmu şdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblər i nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcm usu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar itt ihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma, həmçinin bir qrup şəxs halında silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud s urətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində apellyasiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməklə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin ittihamdan xaric edilməli olduğu iddia edilir. Kassasiya şikayətindən göründüyü kimi Məhkum özünün Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə aid hissəni mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirliliyini mübahisələndirmədən, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittihamlar üzrə bəraət verilməsi haqqında tələblərini işin faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması haqqında 07 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:20-də Məhkum Quba rayonu Fətəlixan küçəsində saxlanılaraq müdafiəçi X3 iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən o, əynində olan gödəkcənin sağ yan cibindən 3 ədəd selofana bükülmüş vəziyyətdə narkotik vasitə heroinə oxşar sarımtıl rəngli spesifik iyə malik kütləni çıxarıb təqdim edərək onların «kokos» adlandırılan narkotik vasitə olmalarını bildirmiş, həmin bükümlər tərəzidə çəkilərək ayrı-ayrılıqda 0,7 qram, 0,7 qram və 0,6 qram olmaqla, ümumilikdə 2,1 qram çəkidə olmaları müəyyən olunmuş, Məhkum həmin narkotik vasitələri Bakı şəhərindən aldığını, onlard an başqa 1000 manat verməklə tanışı Cəbrayıl İlyasov üçün də narkotik vasitələr alıb ona verdiyini, özünün də narkotik istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2019-cu il tarixli 30229 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Məhkum üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,791 qram; 0,852 qram; 0,821 qram; ümumi təmiz çəkisi - 2,464 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskdə olan məlumatlara 12 may 2020-ci ildə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı nömrə ilə X5 istifadəsində olan ***- ***-**-** nömrəsi arasında çoxsaylı danışıqların aparılması, Məhkum istifadəsində olan həmin nömrə ilə Cəbrayıl İlyasovun 02 dekabr 2019-cu ildə narkotik vasitə satdığı Şahid1 ***-***-**-** saylı nömrəsi ilə 02 dekabr 2019-cu il saat 23:20 və 23:25, həmçinin 03 dekabr 2019-cu il saat 00:10 daxil olmaqla ondan əvvəlki tarixlərdə də çoxsaylı danışıqların olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskin yaddaşında olan məlumatlara baxış keçirilmə haqqında protokoldan görünür ki, X9 tərəfindən Şahid1 narkotik vasitə qurudulmuş marixuana satıldığı 02 dekabr 2019-cu il və həmin gündən 03 dekabr 2019-cu il tarixə keçən gecə Cəbrayıl İlyasova məxsus ***-***-**** nömrəsi ilə Şahid1 istifadəs ində olan ***-***-**-** saylı nömrə, həmçinin Məhkum istifadəsində olan ***-***-**-** saylı nömrə arasında bir neçə danışıq aparılmışdır. Həmin danışıqların tarix və vaxtları baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur. Bundan başqa, həmin məlumatlara baxış keçirilərkən Məhkum istifadəsində olan ***-***-**** saylı nömrə ilə ***-***-**-** saylı abonent arasında narkotik vasitələrin alqı-satqısına aid SMS-lər aşkar olunmuşdur. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməs i motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin, eləcə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməli olması, məhkəmədə verdikləri ifadələrin isə əsl həqiqəti əks etdirməməklə təqsirləndirilən şəxs Məhkum müdafiə etmək, onu cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrind ə aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nis bətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiy yətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fizik i və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, məhkum işgəncə faktının araşdırlması və iddia etdiyi halların müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmişdir. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum təzyi q altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 iyul 2020-ci il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 15 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 31 yanvar 2020-ci il tarixdə X2 rayon prokurorluğuna və Azərbaycan Respublikası Baş prokurorluğuna ərizə ilə müraciət edərək, əri Məhkum qanunsuz olaraq həbs olunmasını və Quba RPŞ-nin əməkdaşlarının ondan əri Məhkum azad olunması üçün 30 000 manat pul tələb etmələrini bildirmişdir. Faktla bağlı Quba rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Pərviz Nərimanov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Məhkum göstərmişdir ki, Xin tutulduğunu eşitdikdən sonra əvvəldən tanıdığı X adlı polis əməkdaşına zənş edib Cəbrayıla kömək etmək istədiyini demiş, X ona 10 000 manat pul verməli olduğunu dedikdə, o qədər pulu olmadığnı bildirmişdir. Bundan sonra həmin gün axşam o, mobil telefonunda olan “Vatsap” proqramı vasitəsilə yazaraq 3000 manat pul düzəldə bildiyini demiş, Samir üstünə 3.000 manat da qoymasını və Qubaya gəlməsini bildirmişdir. Səhəri gün o, yenidən Samirlə yazışaraq 4700 manat pul düzəltdiyini və həmin pulu tanışı Laçın adlı şəxslə göndərdiyini bildirmiş və Samir Laçınla görüşərək 4700 manat pulu almışdır. Bundan sonra Samirlə telefonla əlaqə saxlamış və ondan polis şöbəsinə getməli olduğunu soruşmuşdur. Samir ona bir yerdə onu gözləməsini və gəlib onu polis şöbəsinə aparacağını bildirmişdir. X26 gəlib onu polis şöbəsinə aparmışlar. Orada rəis müavini B.Bədəlov ondan azadlığa buraxılması üçün 30000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə həmin narkotik vasitələri arvadı Xanımananın adına sənədləşdirəcəklərini, narkotik vasitələri keçmiş CAB-ın rəisi Xin almasını deməsin tələb etmişdir. O, B.Bədəlovla razılaşmadığından, ona işgəncələr verməyə başlamışlar. Araşdırma zamanı izahatı alınmış X15 göstərmişdir ki, 01 dekabr 2019-cu il tarixdə Quba şəhər sakini Şahid1 narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-yə məlumat daxil olmuş, RPŞ-nin əməkdaşları tərəfindən Şahid1 saxlanılmış, üzərindən narkotik vasitə aşkar edilmiş və həmin narkotik vasitəni Baba ləqəbli Cəbrayıldan aldığını bildirmişdir. Polis əməkdaşları Şahid6, Şahid8 və digər pol is əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, polis əməkdaşları tərəfindən Cəbrayıl saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Cəbrayıl həmin narkotik vasitələrin Məhkum məxsus olduğunu və sonuncunun həmin narkotik vasitələri evində gizlətdiyini bildirmişdir. Bundan sonra Şahid6 Məhkum ilə əlaqə saxlamış və Quba rayonuna gəlməli olduğunu bildirmişdir. X və Y izahatlarında göstərdikləri xüsusatlar yalandır. Xalid həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə vermişdir. Məhkum pul istəməklə bağlı danışıqlar onu aldadaraq Quba şəhərinə gəlməsini təmin etmək məqsədi güdmüşdür. Məhkum qarşı Quba RPŞ-də heç bir qanunsuz hərəkət edilməmişdir. Araşdırma zamanı Quba RPŞ-nin əməliyyat müvəkkili Şahid6 Alovşan oğlu da X15 ilə eyni məzmunlu izahat verərək Məhkum tutulm ası məqsədilə onunla telefonda və “Vatsap”da danışıqlara gedərək onu polis şöbəsinə çağırdığını, Xalidin inamını qazanmaq üçün guya müəyyən məbləğdə pul qarşılığında onun cinayət məsuliyyətindən azad edilməsinə köməklik edəcəyini vəd etdiyini, lakin ondan rüşvət almaq məqsədinin olmadığını göstərmişdir. X və onun ailə üzvlərindən, o cümlədən Laçın adlı şəxsdən bu məqsədlə hər hansı məbləğdə pul almamışdır. Həmçinin polis şöbəsinə gətirildikdən sonra özü və ya digər əməkdaşlar tərəfindən Xalidə qarşı heç bir zorakı hərəkətlərə yol verilməmişdir. Araşdırma zamanı Quba RPŞ-nin əməkdaşı Şahid8 da analoji izahat vermişdir. Araşdırma zamanı izahatı alınmış Şahid10 göstərmişdir ki, Məhkum Quba şəhərində yerləşən evində təmir işləri gördürən zaman onun yanına gəlmiş və mətbəx mebeli düzəltməsini xahiş etmişdir. O, Xlə razılaşdıqdan sonra X ona 4600 manat pul vermişdir. Bundan bir neçə gün sonra Xalidin həyat yoldaşı onun yanına gəlmiş və Xalidin ona verdiyi 4600 manat pulu ondan geri alaraq Xin həbs edildiyini bildirmişdir. O, heç kimdən pul almamış və heç kimə pul verməmişdir. Məhkəmə-tibbi ekspertizasının 09.12.219-cu il tarixli 1371 saylı rəyindən görünür ki, Məhkum bədəni üzərində obyektiv olaraq tutulduğu tarix yəni xx.xx.2019-cu il və bundan sonrakı tarixə uyğun gələn hər hansı xəsarət və onun izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29 iyun 2020-ci il tarixli, 001-36278-1220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020ci il tarixli 04xid-3574 saylı məktubu əsasında xidməti təhqiqat aparılmış və müəyyə n edilmişdir ki, Quba RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 narkotik vasitələrin istifadəsində şübhəli olan Məhkum Bakı şəhərindən gətirmək məqsədi ilə onun Cəbrayıl İlyasova pul müqabilində kömək etməsi təklifi ilə razılaşmış, aparılan söhbət şəxsi maraqlara aid olmamış, məsələni rəhbərliyə məruzə etmiş, Məhkum və həyat yoldaşından pul istəməmiş və almamış, eləcə də Məhkum heç bir xəsarət yetirməmişdir. Beləliklə Quba rayon prokurorluğunda aparılmış araşdırma zamanı Məhkum cinayət məsuliyyətindən azad olunması üçün ondan pul tələb edilməsi və Quba rayon polis şöbəsində işgəncələrə məruz qalmasıbarədə xüsusatlar təsdiq edilmədiyindən Quba rayon prokurorunun müavininin 15 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Müdafiə tərəfin dən Məhkum işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edilməmiş və həmin xüsusatlar mübahisələndirilməmişdir. Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə törətdiyi cinayət əməlini etiraf etmiş, o cümlədən mübahisələndirilən ittiham üzrə təqsirliliyi, özünün ifadəsi ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin ifadələri, istifadəsində olan mobil telefonun məlumatları, ekspert rəyləri, axtarış, baxış protokolları ilə təsdiq edilir. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş qabaqca dan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstə rilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab et diyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətdə olan dəlillər birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində düzgün olub-olmaması yoxlanılmış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin hadisəsinin olmas ı, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlinmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində bir azyaşlı uşağın olması) və ağırlaşdıran (cinayətlərin rəsidivinin olmasını) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaət inə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar