Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1197/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Ənvər Əhməd oğlu Şadiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Ə.Ağayev) 13 sentyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 05 sentyabr 2017-ci il tarixdə, saat 00:10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətindən Hava Limanı istiqamətinə doğru hərəkətdə olarkən yolun Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, ehtiyyatsızlıqdan öz hərəkət zolağında əvvəl X2 idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avto mobilin arxa hissəsi ilə yüngül toqquşaraq dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato” markalı, **-GD-*** dölət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, sonuncu zərbədən “Kia Cerato” markalı, **GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş sürücü Zərərçəkmiş şəxs1 sol bud-çanaq və sağ aşıq-baldır oynaqlarında şişkinlik, hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol qalça-qasıq, bud nahiyyələrinin və sağ ayaq-iç topuq nahiyyələrinin, sağ baldırın aşağı 1/3-nin geniş ölçülü əzilmiş cırılmış yaraları, sol saidin geniş ölçülü əzilmiş cırılmış yarası, sol qaşüstü, sol bazu nahiyyələrinin əzilmiş yaralan, döş qəfəsinin sıyrığından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır z ərər vurmaya aid bədən xəsarətləri almış, həmçinin “xxxx” MMC-nin mülkiyyətində olan “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində isə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 4421 manat maddi ziyan vurulmuş, “Kia Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs2 21814 manat maddi ziyan vurulmuş, “Mercedes-Benz C180” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs3 3700 manat ziyan vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 03 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli h ökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən cinayət prosessual normalarına əməl etməmiş, heç bir araşdırma aparmamış, şikayətdə göstərilən dəlilərin heç birini müzakirə etməmiş və qiymət verməmişdir. İş üzrə keçirilmiş ekspertizanın rəyində göstərilmişdir ki, zərərçəkmiş aldığı xəsarətlər avtomaşın ın salonunun qabarıq hissələrinin, eləcə də sınmış şüşə parçalarının qüvvətli təsirindən törənmişdir. Xəsarətlərin hamısının öndən olmasını, ekspert rəyinə əsasən də bu xəsarətlərin avtomaşının salonunun qabarıq hissələrinin qüvvətli təsirindən törənməsini nəzərə alsaq, bir daha təsdiq edilir ki, bu yalnız zərərçəkmişin öz avtomaşının qarşıdakı avtomaşına qüvvətli toqquşması zamanı yetirilə bilərdi, çünki əks təsir qanununa əsasən, avtomaşının qabağı ilə digər avtomaşına toqquşma zamanı sürücü əks təsir qanununa görə irəli atılır və məhz buna görə də həmin xəsarətlər yalnız bu halda baş verə bilərdi. Lakin nə ittiham orqanı, nə də məhkəmə bu fakta düzgün hüquqi və tibbi qiymət verməmişlər. Hazırkı işin ilkin araşdırılması zamanı müstəntiq X1 bu xəsarətlərin zərərçəkmişin özünün təqsiri ucb atından törənməsini əsas gətirərək, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, lakin sonradan bu qərar prokuror tərəfindən ləğv edilərək yenidən istintaqa göndərilmiş və işin ibtidai araşdırmasını aparan digər müstəntiq X2 də bu xəsarətin məhz hansı şəraitdə yetirilməsini müəyyən etmək üçün ekspert qarşısında məhz bu barədə sual qoymuş, lakin digər suallara cavab verən ekspert məhz bu suala- xəsarətlərin hansı şəraitdə törənməsi sualına öz rəyində ümumiyyətlə cavab verməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən ekspertə niyə müstəntiqin qərarında qoyulmuş bu suala cavab verməməsi barədə soruşulduqda bildirdi ki, hazırkı şəraitdə bu xəsarətin məhz nə zaman- zərərçəkmişin özü tərəfindən qarşıdakı avtomaşınla toqquşduğu və ya onun olduğu avtomaşının arxadan dig ər avtomaşınla vurulduğu zaman alması barədə konkret rəy verə bilməmişdir, ona görə də bu sualı rəyində cavablandırmamışdır. Hansı ki, işin ilkin araşdırmasını aparan müstəntiq məhkəmə iclasında bildirdi ki, xəsarətin xarakterindən və işin hallarından tam görünür ki, zərərçəkmiş bu xəsarəti məhz özü qarşıdakı avtomaşınla toqquşan zamanı almışdır, çünki arxadan onun avtomaşını vurulduqda o, bu xəsarətləri ala bilməzdi. Amma məhkəmə öz hökmündə nəinki həmin ifadəyə hüquqi qiymət verməmiş, hətta bu şahidin ifadəsini məhkəmə hökmünə salmamışdır. İkinci müstəntiq isə ittihamın verilməsi üçün zəruri saydığı bu halı aydınlaşdırmadan, əlində başqa heç bir sübut olmadan əsassız ittiham verərək işi məhkəməyə göndərmiş, məhkəmə də əsassız olaraq ittiham hökmü çıxarmışdır. Bütün yuxanda göstərilənlər bir daha təsdiq edir ki, məhkumun bu iş üzrə təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübut edilməmiş, işin halları təhrif edilmiş, iş üzrə araşdırılmış hallar üzrə məhkəmə düzgün nəticəyə gəlməmiş, onun təqsirliliyi barədə mövcud olan ziddiyyətlər, aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilməmiş, məhkəmə mötəbər olmayan, biri digərini təkzib edən əsaslarla onun təqsirli bilmiş və məhkum etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair hazırkı cinayət işinə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, məhkəmələrin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mö təbərliyi müəyyənləşdirilir. İşin materiallarından görünür ki, həm ibtidai araşdırma zamanı, həm də birinci və apellyasiya instansiyası məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2017-ci il tarixdə, gecə saat 00:10 radələrində idarə etdiyi "London TX-4" markalı avtomobil ilə Heydər Əliyev prospekti ilə Hava Limanı istiqamətində hərəkət etmişdir. Həmin yol 6 zolaqlıdır və o, yolun maksimal sürət 100 km/saat nəzərdə tutulmuş birinci zolağı ilə hərəkət etmişdir. Bakı Olimpiya Stadionunun qarşısından keçən zaman görmüşdür ki, ondan qabaqda sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi "Kia Creato" markalı avtomobil onun hərəkət yolunda dayanmışdır. Həmin avtomob il qabaq hissəsi ilə özündən qabaqdakı "Mercedes" markalı avtomobilin arxa hissəsinə vurub dayanmışdır. "Mercedes" markalı avtomobil onun hərəkət etdiyi zolaqdan sağdakı, yəni maksimal sürəti 80 km/saat nəzərdə tutulmuş 4-cü zolağa çıxarılmışdı. O, "Kia" markalı avtomobilin qarşısında dayandığını gördüyü anda aralarında təxminən 3-4 metr məsafə olmuşdur. Həmin anda öz hərəkəti üçün təhlükə yarandığını görüb, bu təhlükənin aradan qaldırılması üçün tormoz etmişdir. Lakin gördüyü tədbirin heç bir əhəmiyyəti olmamışdır. Avtomobilinin qabaq hissəsi ilə "Kia Cerato" markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Sonra sükanı sola burduğuna görə avtomobili "Kia Cerato" markalı avtomobilin sol böyrünü sürtərək, yolun sol kənarındakı dəmir məhəccərə dəyib dayanmışdır. Həmin vaxtı arvadı X3 də avto mobildə olmuşdur.X3sağ qolunun əzildiyini bildirmişdir və o da arvadını xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə zamanı onun qolunun əzilməsini bildirmişlər. Tibbi yardım aldıqdan sonra arvadını evinə aparmışdır. Sonra özü hadisə yerində olmuşdur. Həmin "Mercedes" markalı və "Kia Creato" markalı avtomobillərin toqquşması ondan təxminən 5-6 dəqiqə əvvəl olduğundan yoldan keçən kənar şəxslər oraya toplaşıb maşınlara baxırdılar. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 onun tərəfindən toqquşma baş verən vaxtı deyil, əvvəlcədən özü Mercedes markalı avtomobillə toqquşan zaman xəsarət almışdır. Buna görə də Zərərçəkmiş şəxs1 həmin hadisələr zamanı xəsarət almasına görə o məsuliyyət daşımamalıdır. Bunun günahı onun öz üzərində qalır. İbtidai araşdırma zamanı təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisə ləri ekspertizasının 12 fevral 2018-ci il tarixli 2242 №-li rəyində göstərilir: Tədqiqatın nəticəsi:
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Hadisə zamanı “Mercedes Benz” markalı, **XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü X2 hərəkətlərində Qanunun 52.1 maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanı, yaxud məhkəmə tərəfindən qiymətləndirilə bilər.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Cerato” markalı, 90- GD-038 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "London TX-4” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi, Məhkum ilə yanaşı həm də Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə olan halda Zərərçəkmiş şəxs1 az ağır zərərvurmaya aid xəsarət almasının kimin təqsiri üzündən baş verməsi dəqiq müəyyən edilməlidir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2017-ci il tarixli 39/1496 №-li rəyində göstərilir ki, vət.Zərərçəkmiş şəxs1 sol bud-çanaq və sağ aşıq-baldır oynaqlarında şişkinlik, hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol qalça-qasıq, bud nahiyyələrinin və sağ ayaq-iç top uq nahiyyələrinin, sağ baldırın aşağı l\3nin geniş ölçülü əzilmiş cırılmış yaraları, sol saidin geniş ölçülü əzilmiş cırılmış yarası, sol qaşüstü. sol bazu nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin sıyrığı müyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən 05.09.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə əsasən demək olar ki, həmin xəsarətlər vət.Zərərçəkmiş şəxs1 sükanı arxasında olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunun qabarıq hissələrinin, eləcə də sınmış şüşə parçala rının qüvvətli təsirindən törənmişdir. Müstəntiq X2nin “Əlavə məhkəmə tibbi ekspertizasının keçirilməsi haqqında” 19 noyabr 2017-ci il tarixli qərarından görünür ki, müstəntiq ekspertin qarşısında digər suallarla yanaşı belə bir sual da qoymuşdur ki, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər qarşıda dayanmış olan “Mercedes Benz” markalı avtomobillə toqquşma nəticəsindəmi, yoxsa "London TX-4” markalı avtomobillə toqquşma nəticəsində alması müəyyən edilsin. Lakin, məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2017-ci il tarixli 39/1496 N-li rəyindən görünür ki, ekspert müstəntiqin yuxarıda qeyd edilmiş sual üzrə tədqiqat aparmamış və tərtib etdiyi rəyində sual cavabsız qalmışdır. Gözləmək olardı ki, müdafiəçinin vəsatəti əsasında əlavə şahid kimi çağırılmış 06 dekabr 2017-ci il tarixli 39/1496 N-li rəyi tərtib ekspert X5 məhkəmə iclasında dindirilməsi bu suala aydınlıq gətirəcəkdir. Lakin, məhkəmə iclas protokolundan görünür ki, ekspert X5 cəmi iki sual verilmiş (dövlət ittihamçısı tərəfindən), onun da cavabları belə olmuşdur:
1. Qabarıq hissələri deyəndə salondakı qabarıq hissələri nəzərdə tutulub. 2. 2-ci suala cavab vermədim ki, o sualın bizə verilməsi absurtdu. Göründüyü kimi, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərin qarşıda dayanmış olan “Mercedes Benz” markalı avtomobillə toqquşma nəticəsində və yaxud "London TX-4” markalı avtomobillə toqquşması nəticəsində yaranması məsələsi sonadək aydınlaşdırılmamışdır. Bundan əlavə, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadələri ilə təqsirləndirilən şəxs Məhkum ifadələri arasında olan ziddiyətlərin aradan qaldırılması t əmin edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı avtomobilin qabaq hissəsi çox zəif zərbə ilə “Mercedes” markalı avtomobilin arxa sağ küncü ilə toqquşmuşdur. Lakin, işin materiallarına əlavə edilmiş foto şəkillərdən, “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, “Mercedes Benz” markalı avtomobilin arxa sağ hissəsi möhkəm əzilmişdir və avtomobilə 3700 manat məbləğində ziyan dəymişdir. Həmçinin, işə əlavə olunmuş “Kia Cerato” markalı, 90- GD-038 dövlət qeydiyyat nişanlı avtomobilin foto şəklindən görünür ki, avtomobilin qabaq sol hissəsi möhkəm əzilmişdir. İşin bu halları belə güman etməyə əsas verir ki, “Kia Cerato” markalı avtomobilin “Mercedes Benz” markalı avtomobilin arxa sağ hissəsi ilə toqquşması heç də Zərərçəkmiş şəxs1 bildirdiyi kimi çox zəif olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum təqsirli olmasını müəyyən edərkən sübutların Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrində göstərilmiş qaydada toplanması, yoxlanılması və qiymətləndirilməsini təmin etməmişlər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedur lara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Bundan əlavə, De Kubber Belçikaya qarşı işdə Avropa Məhkəməsi qeyd edir ki, apellyasiya instansiya baxışı faktları müəyyən etmədən keçirməsi təqsirləndirilən şəxslərin müdafiəsinə ziddir. Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin hallar araşdırsın və şəxsin əsassız məhkum edilməsinin qarşısını alsın. Apellyasiya Məhkəməsinin şəxsin təqsirsizliyinə dəlalə t edən halları araşdırmaması ədalətli mühakimə olunmaq hüququnu pozmaqla yanaşı apellyasiya instansiyasını səmərəsiz edir. Müdafiə tərəfi hesab edir ki, apellyasiya instansiya məhkəməsində olan icraat səmərəsiz olmuş və şəxsin ədalətli məhkəmə araşdırması hüququnu pozulması ilə nəticələnmişdir. Müdafiə tərəfinin qaldırdığı məsələlərə apellyasiya məhkəməsi tərəfindən cavab verilməmişdir. İşdən görünür ki, hökmdən narazı qalan Məhkum ondan apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinin tələbinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduq da, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum apellyasiya şikayətində göstərdiyi dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı ləğv edil sin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.