Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1197/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi Müdafiəçi2 iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023- cü il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim X19)1(012)-523/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, barəsində şikayət etdiyi şəxs onun bacısı X9r. X20 oğlu X24 qızı X16 təcavüz etməkdə ittiham edərək böhtan atmış, oğlu və ailəsi barəsində bilə-bilə yalan məlumatlar yaymış və bu əməlini hələ də davam etdirmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X20 27 avqust 2020-ci ildə oğlu barəsində prokurorluq orqanlarına şikayət edərək guya oğlu X21 onun qızı X16 25 avqust 2020-ci il tarixində təcavüz etməsini bildirmişdir. Prokurorluq orqanlarına həmin şikayəti ünvanladıqdan sonra sosial şəbəkələrdə aktiv şəkildə oğlu və ailəsi barəsində həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla şərəf və ləyaqətlərini alçaltmışdır. Belə ki, şikayətə də əlavə etdiyi "Facebook” sosial şəbəkəsində Zümrüd Abıyeva tərəfindən paylaşılmış 18 noyabr 2021-ci il tarixli paylaşımda göründüyü kimi, A.Zümrüd oğlu barəsində "təcavüzkar” kəliməsini istifadə etmişdir, halbuki Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezu mpsivası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. X44 barəsində hər hansı ittiham hökmü çıxarılmadığı halda A.Zümrüd tərəfindən həmin tarixdə 18 mindən çox insanın izlədiyi sosial şəbəkə hesabında bu şəkildə paylaşımların edilməsi oğlunun, həmçinin onun, həyat yoldaşının şərəf və ləyaqətini alçaltmaqdan başqa bir şey deyildir. Eyni zamanda həmin paylaşılan mətndə "analar da var təcavüzkar oğlunu həbsdən çıxarmaq üçün bütün ləyaqətsizliyi edir” ifadəsinin işlədilməsində də məqsəd onun nüfuzunu və ləyaqətini alçaltmağa yönəlmişdir. Eyni zamanda 23 fevral 2022-ci ildə həmin "Facebook” sosial şəbəkəsində ona məxsus ola n hesabdan paylaşılmıs mətndə yenə ona qarsı "təcavüzkarın anası” ifadəsini işlətmişdir. 14 yanvar 2022-ci il tarixində həmin sosial şəbəkə hesabındakı yazıda göstərilmişdir ki, “təcavüzkar oğlunu qorumaq üçün öz bacısının qızına böhtan demək elə o təcavüzkar oğluna layiq ana olduğunu bəyan etməkdir”. Paylaşılan bu mətndə Zümrüd Abıyeva tərəfindən yenidən barəsində nalayiq və ləyaqəti alçaldan ifadələr işlədilməklə, onun tərəfindən Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində göstərilmiş cinayət əməli törədilmişdir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostların, tanışların) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Nəzərə alınsa ki, o, hal-hazırda Beyləqan rayon 1 nömrəli tam orta məktəbdə kimya-biologiya müəlliməsi olaraq fəaliyyət göstərir, onun, ailəsi və oğlu barəsində bu kimi ifadələrin istifadə edilməsi onun bütün ölkədə, eyni zamanda işlədiyi kollektivdə, şagirdləri arasında nüfuzunu zədələməklə şəxsiyyətini alçaltmış, cəmiyyət içərisində onun və ailəsi barədə mənfi rəyin formalaşmasına səbəb olmuşdur. Eyni zamanda, Zümrüd Abıyeva "Facebook” sosial şəbəkəsində 18 noyabr 2021-ci il tarixində etdiyi paylaşımda qeyd etmişdir ki, guya o, oğlu Əsgər Ağazadəni "əyri yollarla”, yəni qanunsuz şəkildə hərbi xidmətdən saxlatdırmışdır. Həmin faktı təsdiq edəcək bir sübutu belə olmadan həmin məlumatı minlərlə insanın izləməsi üçün öz hesabında paylaşaraq Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində göstərilən cinayəti törətmişdir. Hətta həmin əsassız məlumatı 14 fevral 2022- ci ildə paylaşdığı mətndə də qeyd etmişdir. Bununla yanaşı, 26 oktyabr 2021-ci ildə Zümrüd Abıyevaya məxsus olan "Zümrüd Yağmur” adlı "Facebook” sosial internet şəbəkəsindəki hesabla paylaşılan mətndə qeyd edilmişdir ki, X44 narkotik vasitələrdən istifadə edir və qanında narkotik çıxmışdır. Bu məlumat tamamilə əsassız və yalan məlumat olmaqla yanaşı, şəxs tərəfindən kütləvi nümayiş etdirilməklə oğluna böhtan atılmışdır. Eyni zamanda Zümrüd Abıyeva özünə məxsus "Facebook” sosial şəbəkəsində mövcud olan hesabında ekspert rəyləri paylaşaraq, təcavüzü sübut etdiyini bildirməklə oğlu barəsində yanlış təsəvvürlər yaratmaqla böhtan atmışdır. Bundan əlavə, Zümrüd Abıyeva özünə məxsus "Facebook” sosial şəbəkəsində qızı Humay Ağayevanın fotoşəkillərini özünün icazəsi və razılığı olmadan bu hadisəyə aidiyyəti olmadığı halda paylaşaraq qızının hüquqlarını da pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndində qeyd edilmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Z.Abıyeva tərəfindən qızının fotoşəkillərinin sosial şəbəkədə icazəsiz paylaşılması, onun şəxsiyyətin toxunulmazlıq hüququnu pozmuşdur. Eyni zamanda qızını "təcavüzkar qardaşını müdafiə edən” bir bacı kimi göstərərək onu nüfuzdan salmağa çalışmışdır. Zümrüd Abıyeva tərəfindən əsassız və yalan məlumatların kütləvi informasiya mənbəyi olan sosial şəbəkələrdə yayılmasının nəticəsidir ki, "Facebook” sosial şəbəkəsində "Ulviyya Xalil” adlı hesabın sahibi tərəfindən onun, oğlunun və ailəsi barəd ə nalayiq ifadələr və heç bir əsası olmayan yalan məlumatlar yazılaraq paylaşıİmışdir. Belə ki, həmin hesabdan paylaşılan mətndə oğlunun "cani, təcavüzkar” adlandırılmış, eyni zamanda, oğlu Əsgər Ağazadənin hərbi xidmətdən qanunsuz olaraq saxlatdırmağı qeyd edilmişdir. Həmçinin həmin mətndə qeyd edilmişdir ki, "Caninin anası Ağayeva Sürəyya dediyi kimi, müəllimdir. Sənayın başına gətirilən bu hadisəni bir gün oğlu X34 başqa qızların başına gətirəcəyinə şübhə etməyin. Çünki anası müəllimdir və evə dərs almaq üçün gənc qızlar gəlir. Hələ biz bilmirik bəlkə də adı gedən cani neçə-neçə gənc qızın həyatını məhv edib”. Mətnin məzmunundan göründüyü kimi paylaşımı edən şəxs oğlu Əsgər Ağazadəni heç bir sübut olmadan, oğluna böhtan ataraq başqa qızlara təcavüz etməkdə şübhəli şəxs halına salır və cəmiyyətin gözündə oğlunun barəsində mənfi rəy yaratmaqla, ali təhsilli oğlumu nüfuzdan salır. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının arasında, hər hansı təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Eyni zamanda "Aytac Agazade” hesabından 14 oktyabr 2021-ci ildə paylaşılmış mətndə "öz bacısı qızına böhtan atmaqla cinayətkar oğlunu, Əsgər Ağazadəni qoruyan, prokurorluğa rüşvət verən, onlarla əlbir olub cinayətə göz yuman Sürəyya Ağayevaya övladlarınızı etibar etməyin” cümlələri qeyd edilmişdir. Şəxs tərəfindən yazılan həmin mətndə oğlunun cinayətkar adlandırılmış, bununla yanaşı onun prokurorluğa rüşvət verdiyi qeyd edilmişdir. Həmin məlumatların isə heç bir əsası olmamış və bu yalan məlumatın sosial şəbəkələrdə ictimailəşdirilməsi A.R. CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaratmışdır. Bütün bunların səbəbi isə Zümrüd Abıveva tərəfindən sosial şəbəkələrdə ailəsi barəsində paylaşılan əsassız məlumatlar və atılan böhtanlardır. Bununla yanaşı, Zümrüd Abıyevanın digər qızı X10 məxsus olan ’’Seljan Yaghmurova” adlı hesabdan 14 oktaybr 2021-ci ildə paylaşılmış mətndə də şəxs tərəfindən barəsində mənfi rəy yaradılaraq böhtan atılmışdır. Belə ki, Selcan Qəhrəmanlı paylaşdığı mətndə qeyd etmişdir ki, guya onun evinə gələn qız uşaqları üçün təhlükə vardır. Bütün bunlarla yanaşı, "Meydan TV” youtube kanalı tərəfindən 2 həftə əvvəl paylaşılmış "Feministlər məhkəmə şikayəti ilə bağlı Prezident Administrasiyasına yürüş edir” adlı videoda Zümrüd Abıyeva tərəfindən ailə si, xüsusilə də oğlu barədə yalan məlumatlar söylənmişdir. Belə ki, həmin videonun 4-cü dəqiqə 21-ci saniyəsində olan hissədə Zümrüd Abıyeva "nazirliklər, daxili islər nazirliyi, dövlət təhlükəsizlik komitəsinə qədər təcavüzkarın ailəsivlə is birliyi edir” şəklində fikirlər söyləmiş, evni zamanda videonun 18-ci dəqiqə 20-ci saniyəsində də dövlət orqanları ilə, videonun 22-ci dəqiqə 45ci saniyəsində Dövlət Təhlükəsizlik Xidməti ilə onların iş birliyi etdiklərini iddia edərək onlara qarşı böhtan atmışdır. Hər hansı bir fakt və ya sübut olmadan bir vətəndaş və ailəsi ilə bağlı bu şəkildə fikirlərin söylənilməsi böhtan cinayətinin tərkibini yaratmaqla, ailəsini nüfuzdan salır. Bununla yanaşı, qeyd edilən həmin videonun 6-cı dəqiqə 30-cu saniyəsində Zümrüd Abıveva ailəsinin dövlət orqanlarına 1 00000 manat rüşvət verdiyini iddia etmişdir. Həmin yalan məlumatı videonun 24-cü dəqiqə 06-cı saniyəsində yenidən təkrar edərək tərəflərindən oğlu Əsgər Ağazadəyə bəraət verilməsi üçün dövlət orqanlarına rüşvət verdikləri barədə yalan məlumat bildirmişdir. Bununla da Zümrüd Abıyeva onların A.R. CM-nin 312-ci maddəsində nəzərdə tutulan rüşvət vermə cinayətini törətdiklərini iddia etmişdir. Eyni zamanda Zümrüd Abıyeva qeyd etdiyi həmin videonun 17-ci dəqiqə 06-cı saniyəsində oğlu Əsgər Ağazadənin qanında narkotik maddə aşkar edildiyini bildirmişdir. Halbuki iş materiallarında bunu təsdiq edən hər hansı bir ekspertiza rəyi mövcud deyildir. Zümrüd Abıyeva bununla da oğlunun narkotik maddə istifadəçisi olduğunu iddia edərək onun barəsində cəmiyyətə yalnış məlumat verməklə böhtan atmışdır. Əksin ə, xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspertizanın rəyinə görə, oğluna böhtan atmaqda davam edən X11 qanında etil spirti aşkar edilmiş, həmin etil spirtinin qəbulu xx.xx.2020-ci il tarixə təsadüf etmir. Bununla yanaşı, oğlu Əsgər X1 Qəhrəmanlıya təcavüz etməsi ilə bağlı məhkəmə iclasları qapalı şəkildə keçirildiyi halda, Zümrüd Abıyeva məhkəmə iclaslarından sonra həmin iclasda sübut edilən halların əksinə ifadələr vermişdir. Belə ki, həmin məhkəmə iclasında tədqiq edilmiş ekspert rəylərində oğlu Əsgər Ağazadənin qanında narkotik maddə aşkar olunmadığı halda, bundan əvvəldə də qeyd etdiyi sübutlardan göründüyü kimi Z.Abıyeva bütün sosial şəbəkələrdə və informasiya vasitələrində oğlunun qanında narktik maddə aşkar olunduğunu bildirmişdir. Qeyd etdiyi bütün sübutlarda yazılmış və söyləni lmiş fikirlər oğlunun, ailəsini və onun nüfuzunu, ləyaqətini alçaltmışdır. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranıısna, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi- sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Göründüyü kimi, Zümr üd Abıyeva onu, ailəsini və oğlunu onu tanıyanların, bu işlə yaxından maraqlanan insanların ətrafında, bununla yanaşı Azərbaycan xalqının qarşısında nüfuzdan salmış, şərəf və ləyaqətimi alçaldan yalan və böhtandan ibarət məlumatlar yayaraq oğlumu təcavüzkar kimi, ailəsi isə təcavüzkarı müdafiə edən ləyaqətsiz bir ailə kimi qələmə vermişdir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Təqdim etdiyi sübutlardan da göründüyü kimi ailəsi və oğlu barəsində məlumatlar "Facebook” sosial şəbəkəsində, eyni zamanda "Youtube” proqramında mövcud olan videolarda verdikləri ifadələrində həqiqətə uyğun olmayan məlumatlar hər kəsin görüb eşidə biləcəyi şəkildə yayılmışdır. Ona görə də X6 əməlinə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən hüquqi qiymət verilərək cinayət təqibinin başlanması xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X22 və X13 ibarət tərkibdə) 18 yanvar 2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-523/20 22 saylı, 27 sentyabr 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, X5 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında Sürəyya Ağayevanın şikayəti hazırlıq iclasında yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayəti təmin edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 yaşlı, 11-ci sinif şagirdi X16 25 avqust 2020-ci ildə gecə saat 3-dən sonra Bakı şəhəri, Yasamal rayonu, Rastropoviç küçəsi 18-də yerləşən xalası X7 məxsus evdə xalası oğlu 27 yaşlı X30 tərəfindən təcavüz edilmişdir. Cinayət işinin başlanması 27 avqust 2020-ci ildə Səbail Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 11 sentya br 2020-ci ildə yetkinlik yaşına çatmayan, xx.xx.2004-cü il təvəllüdlü X11 xalası oğlu X30 tərəfindən zorlanması ilə bağlı Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanılmiş, xx.xx.2020ci il tarixli qərarla X25 iş üzrə zərərçəkmiş şəxs, anası X8 isə qanuni nümayəndəsi qismində tanınmışır. 15 oktyabr 2021-ci ildə Baş Prokuror cənab Kamran Əliyevin nəzarəti ilə iş araşdırılması üçün İstintaq İdarəsi müstəntiq Teymur Qarayevə verilmiş, 19 oktyabr 2021-ci il tarixdə X30 Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2021-ci il tarixli qərarla X30 Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsi ilə təsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə il ə ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X21 barəsində əvvəli 19 oktyabr 2021-ci il tarixindən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə X30 CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxsin anası və bacısı sosial şəbəkələrdə “Əsgərə Azadlıq” adlı səhifə açıb, həmin səhifədə Sənay və anasını, Sənayın bacısını və vəkillərini nalayiq sözlərlə təhqir edir, iş materiallarını yayır, təhdid edirlər. Xüsusi ittiham qaydasında verilən şikayətdə şikayət olunmuşdur ki, 18 noyabr 2021-ci ildə facebook sosial ş əbəkəsində “təcavüzkar” sözünü işlədib və bununla da təqsirsizlik prezumpsiyasını pozub; analar da var təcavüzkar oğlunu həbsdən çıxarmaq üçün bütün ləyaqətsizliyi edir; 23 fevral 2022-ci il paylaşımında təcavüzkarın anası sözünü işlədib; 14 yanvar 2022-ci ildə paylaşımında yazıb- təcavüzkar oğlunu qorumaq üçün öz bacının qızına böhtan demək elə o təcavüzkar oğluna layiq ana olduğunu bəyan etməkdir; 18 noyabr 2021-ci ildə paylaşıb- oğlunu “əyri yollarla” hərbi xidmətdən saxlatdırıb; 26 oktyabr 2021-ci ildə paylaşıb- oğlu narkotikdən istifadə edir, qanında narkotik çıxıb; qızının şəkillərini paylaşıb, təcavüzkar qardaşını müdafiə edən bacı kimi göstərib; Ülviyyə Xəlil adlı hesab paylaım edib; Aytac Agazade hesabından paylaşım olub; Seljan Yagmurova hesabından paylaşım olub; Meydan TV kanalı nda dövlət qurumları ilə, DTX ilə iş birliyi edir deyilib; rüşvət verdiyi deyilir. Birinci instansiya məhkəməsi CPM-in 302.1.3-cü və 302.1.6-cı maddəsinin tələblərini araşdırıb və qərar qəbul etmişdir. Belə ki, xüsusi ittihamçı şikayətində konkret ərizəçini ittiham etdiyi ifadələri təsdiq edən heç bir sübut olmamış, hətta guya ərizəçinin rüşvət alıblar deməsi ifadəsini təsdiq edən videonu da təqdim edə bilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilən şikayətdə nə cinayət hadisəsi, nə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsi barədə xüsusi ittihamçı ərizəçini təcavüzkar sözünü işlətməkdə ittiham edib. Bu ittiham tamamilə əsassızdır. Belə ki, S.Ağayevanın oğlu CM-n in 149.2.3-cü maddəsi ilə, yəni yetkinlik yaşına çatmayan şəxsi zorlamada ittiham edilir. Təcavüzkar sözünün mənası elə zorakılıq edən, zorlayan deməkdir. S.Ağayeva ərizəçini oğlunun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib. Bu ittiham əsassızdır. Birincisi, əgər həqiqətən də təqsirsizlik prezumpsiyası hüququ pozulubsa, bu hüququ olan şəxs şikayət etməlidir. X46 bu iddia ilə çıxış edə bilər. Sürəyya Ağayeva belə bir ittihamla müraciət edə bilməz. S.Ağayeva iddia edir ki, “analar da var təcavüzkar oğlunu həbsdən çıxarmaq üçün bütün ləyaqətsizliyi edir” ifadəsi onun nüfuz və ləyaqətini alçaldıb. Lakin S.Ağayeva bu ifadənin məhz ona aid olduğunu sübut edən sənəd təqdim etməyib. İfadədən də göründüyü kimi, konkret ittihamçının adı çəkilməyib. İfadə ümumi mənada yazılmış ifadədi r. Belə olduğu halda, S.Ağayeva bu ifadənin özünə aid olduğunu sübut etməli idi və həmçinin ifadənin işlədilməsi ilə nüfuz və ləyaqətinin necə alçaldığı və nəticədə nə baş verdiyini sübut etməli idi. Lakin ittihamda bu barədə heç bir sübut təqdim edilməyib. S.Ağayeva ittiham edib ki, ərizəçi bu ifadəni işlədib: təcavüzkar oğlunu qorumaq üçün öz bacının qızına böhtan demək elə o təcavüzkar oğluna layiq ana olduğunu bəyan etməkdir. Ərizəçinin yazısından məlum olur ki, yazı həmin vaxt mediada yayılan hadisə ilə bağlı yazılıb. Üstəlik, S.Ağayevanın oğlu ərizəçinin yetkinlik yaşına çatmayan qızını zorlamaqda ittiham edilir. Həmçinin 25 oktyabr 2021-ci ildə Sürəyya Ağayeva və əri X42 TV-nin efirində jurnalist Cavanşir Abbaslının hazırladığı verilişdə Sənay və Zümrüd Abıyeva barədə təhqir və böht an xarakterli ifadələr işlətmişlər. S.Ağayeva iddia edir ki, ərizəçi onları rüşvət verməkdə ittiham edib. Lakin belə bir ittihamı təsdiq edən sübut təqdim etməyib. Çünki Ərizəçi heç vaxt rüşvət barədə heç bir ifadə işlətməyib. Beləliklə, X4 şikayətinin tamamilə əsassız olduğu sübut olunur. S.Ağayeva Ərizəçinin CM-in 147, 148-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməsini sübut edə bilməmişdir. X29 nüfuzdan salınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərarında tərəflərin bərabərlik və çəkişmə hüququnun olduğuna istinad etsə də, buna nə üçün istinad etdiyini əsaslandırmamışdır. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyan ın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X23 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham tərəfin sonradan təqdim etdiyi SD diskdə qeyd olunan görüntülərə dair sübutlar şikayət ərizəsinə əlavə edilməmişdir. Təqdim edilmiş “fleş kart” məlumat daşıyıcısında deyilən cinayət əməlinə dair faktlar öz əksini tapmamışdır. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü i l tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə materialdan görünür ki, birinci instansiya məhkəməsi şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkün olmaması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hansı sübutlarla təsdiq edildiyinin g östərilməməsi, şərəf və ləyaqətin ləkələndiyinin nədə ifadə olunmasının göstərilməməsi, xüsusi ittihamçısının oğlu və qızı adından da şikayət verməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CM-nin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı birinci instansiya məhkəməsinin qərarında istinad olunmuş aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini nəzərdə tutur: şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (CPM, maddə 302.1.3); xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (CPM, maddə 302.1.6); şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (CPM, maddə 302.1.7). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Apellyasiya məhkəməsi təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarına əsasən müəyyən etmişdir ki, həmin qərar Cinayət-Prosessual Məcəllənin 302.1.3-cü maddəsində göstərilən halın mövcud olması barədə nəticəyə gəlmək üçün əsa s olmadan və CPM-in 302.1.6-cı maddəsində təsbit edilmiş əsas düzgün təfsir edilmədən çıxarılmışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət onu vermiş X17 haqqında məlumatları əks etdirdiyi və şikayətə onların şəxsiyyət vəsiqəsinin kserosurəti əlavə olunduğu; törədilməsi iddia edilən cinayət barədə məlumatları nəzərdə tutduğu; şikayətdə törədildiyi iddia edilən cinayətin hallarının hansı sübutlarla təsdiq edildiyini əks etdirdiyi və şikayətə həmin sübutlar (facebook, youtube sosial şəbəkəsindən çıxarılmış surətlər (screenshot), flashcart əlavə olunduğu; cinayət törətməsi iddia edilən şəxsin - X5 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xahişi nəzərdə tutduğu halda, məhkəmə bu halların ziddinə olaraq xüsusi ittiham qaydasında şikayətə s übutların əlavə olunmadığı -təqdim olunmadığı haqqında nəticəyə gəlmişdir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normaları, o cümlədən CPM-in 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM, maddə 33) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanı n həcminə, araşdırmanın məqsədlərinə görə bir-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin hazırlıq iclasının nəticələrinə görə "əməldə cinayətin əlamətləri olmadıqda”, habelə "şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə” xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən (şikayətin icraata qəbul edilməsindən) imtina etmək səlahiyyətinə də həmin müddəaların və onlardan irəli gələn CPM-in digər normalarının müqayisəli təhlilində baxılmalıdır. Belə ki, Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində "...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə "cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatınd a tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (maddə 32.2.1) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (maddə 32.2.2) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (maddə 32.2.3), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və CPM-in 32.2.4-cü maddəsində təsbit olunmuş digə r funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən "sübutetmə i ttihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən "cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır”. Cinayət-Prosessual Məcəllənin 145.1 -ci maddəsində təsbit olunmuş qaydaya görə "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir”. "Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Məcəllənin 346.1, 346.1.1 və 346.1.2-ci maddələrinə əsasən cinayət hadisəsinin və təqsirləndiril ən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi - bunlar məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həl edilməli olan məsələlərdir. Qeyd edilən cinayət-prosessual normalardan göründüyü kimi məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş normalarından isə aydın görünür ki, qanunverici bu instansiyada ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. Məhkəmə baxışından və məhkəmə baxışının qeyd olunan (məhkəmə istintaqı, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyi- nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılması nı və qiymətləndirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 299.1-ci maddəsinə görə "məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir”. CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin "məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri "sübutlar siyahısı”, "məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Apellyasiya məhkəməsinin qənaətinə əsasən, CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında "şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə” müddəası xüsusi ittihamçının gətirdiyi sübutlarının tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Sözügedən müddəa şikayətdə faktik əsaslar gətirilmədən ittihamın irəli sürülməsini və yaxud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktik hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsini, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların gətirilməməsini və təqdim edilməməsini nəzərdə tutur. Lakin, hazırki işin materiallarına yuxarıda gətirilən normalarla və məhkəmə kollegiyası nın hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda, müəyyən olunur ki, Sürəyya Ağayeva xüsusi ittiham qaydasında şikayətində Zümrüd Abıyevaya qarşı Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq konkret faktik hallarla Z.Abıyevanın facebook və youtube sosial şəbəkəsində barələrində təhqir və böhtanlar yazaraq onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu qəsdən alçaltması ilə əsaslandırmış və iddianı təsdiq edən sübutlar kimi facebook və youtube sosial şəbəkəsindən müxtəlif şəkilləri (screenshot) və flaşkartda video formatda xüsusi ittiham qaydasında şikayəti ilə birlikdə məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasın da Zümrüd Abıyevanın əməlində birbaşa qəsdin olmasını təsdiq edən sübutların təqdim olunmaması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurda tədqiq etmədən ittihamı təsdiq etməyən sübutlar kimi qiymətləndirmiş və Z.Abıyevanın əməlində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin qəsdin olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında S.Ağayevanın təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət edib-etməməsi nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəllənin ümumi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrinin tələblərini pozması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən mövcud sübutlar araşdırılmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərarın qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, böhtan xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, el ektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və l əyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Qərarın 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququ nda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X18rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbua t müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Sözügedən Qərarın 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa itti ham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Kassasiya məhkəmə kollegiyası hesab edir edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, xüsusi ittiham qaydasında şikayət ərizəsi və toplanmış materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsə qənaətinə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi i ttiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittiham qaydasında şikayətə dair material üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1197/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1197/2023
12.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver