Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1197/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Quliyev Nazim Həsənxan oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.H.Quliyev tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmü ilə (hakim Kamranov Hafiz Eldar oğlu) Məhkum, 6 fevral 1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-nin Nərimanov filialında mikromaliyyələşmə üzrə qrup rəhbəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunma mış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 206-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmetinin dəyərinin 40 % (qırx faizi), yəni 831.144,092 manat miqdarında cərimə edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə üsulu ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğu l olmuşdur. Belə ki, Məhkum 2023-cü ilin fevral ayında tanışları, Azərbaycan Respublikası vətəndaşları - X9, X4, X2, Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən “İmam Rza” məscidində inzibatçı qismində fəaliyyət göstərən və həmin şəhərdə yaşayan Türkiyə Respublikasının vətəndaşı X və digərləri ilə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq gizli əvəzləşdirmə üsulu ilə Azərbaycan Respublikasından Almaniya Federativ Respublikasına, eləcə də Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmalarına dair əvvəlcədən sövdələşərək razılığa gəlmiş, əldə edilmiş ümumi razılığa və aralarındakı rol bölgüsünə əsasən, Xın tapşırığı və başçılığı ilə qrupun digər üzvləri ilə birlikdə Məhkum 2023-cü ilin fevral ayından avqust ayınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də Bakı şəhərinin Nərimanov rayonu ərazisində nağd şəkildə əldə etdiyi “MilliÖn” və “eManat” ödəniş terminallarından, həmçinin özünə məxsus “m10” elektron pulqabından istifadə edərək köçürməsini həyata keçirtdiyi xüsusilə külli miqdarda, yəni vahid niyyətlə ümumilikdə 746 əməliyyat üzrə 2.077.860,23 manat məbləğində pul vəsaitlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, qanunsuz olaraq Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından Almaniya Federativ Respublikasına gizli əvəzləşdirmə üsulu ilə kö çürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əkbərov Sehran Yaqub oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Şahid49 Zöhrab oğlundan ibarət tərkibdə) 3 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi N.H.Quliyev ayrı-ayrılıqda kassasiya şikayətləri verərək məhkum olunmuş şəxsə cərimə cəzasının təyin edilməsinə d air müddəaların iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından xaric edilməsini və ona daha yüngül cəzanın təyin olunmasını (müdafiəçinin kassasiya tələbinə görə, Məhkum barəsində həmçinin CM-in 62-ci maddəsi tətbiq edilməklə) xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Ayrı-ayrılıqda, lakin eyni məzmunlu kassasiya şikayətlərində Məhkum və onun müdafiəçisi N.H.Quliyev cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit olunmuş CM-in 8, 41 və 58-ci maddələrinə, Məhkum təqsirli bilindiyi CM-in 206-1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il 24 dekabr 2021-ci il tarixli Qərarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək öz şikayətlərini belə əsaslandırmışlar ki, Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən pullar cinayət yolu ilə əldə edilmiş əmlak, yəni «çirkli» pullar olmamış, həmin pullar Almaniyada təhsil alan uşaqlara və ya xaricdə müalicə olunan şəxslərə göndərilən, yaxud da xaricdə işləyən şəxslərin oradan ailəsinə göndərmək istədikləri pullar olmuşdur. Bu pullar qanuni yolla, yəni bank vasitəsi ilə göndərilsə idi, bank tərəfindən pulun 1 faizi məbləğində haqq tutulacaqdı. Halbuki, Məhkum məxsus 13.260 avro (mövcud məzənnə ilə təxminən 23.400 manat) məbləğində, yəni bank faizindən daha çox məbləğdə pul vəsaiti dövlət nəfinə müsadirə edilmişdi r. Birinci instansiya məhkəməsi çıxardığı hökmdə Məhkum cəzasını yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən bir sıra müsbət halların olduğunu, onun istintaqla və məhkəmə ilə müsbət, səmimi əməkdaşlıq etdiyini, təqsirini səmimi boynuna aldığını vurğulayaraq, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini göstərsə də son nəticədə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Halbuki, CM-in 206-1.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qanunsuz və əsassız olaraq Məhkum həm də cinayətin predmeti olan pul vəsaitinin 40 faizi, yəni 831.144,092 manat miqdarında cərimə cəzası da təyin etmişdir ki, ka ssasiya şikayətləri müəlliflərinin qənaətlərinə görə bu cəza yalnız məhkum olunmuş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda təyin oluna bilərdi. Apellyasiya instansiyası məhkəməsi də bu barədə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla bu məsələyə münasibət bildirməmiş və müdafiə tərəfinin mövqeyindən fərqli mövqedə olmasına aydınlıq gətirməmişdir. Bununla yanaşı, işə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə müstəsna hesab edilə bilən cəzanı yüngülləşdirən halların müəyyən edilməsini də nəzərə almamış və onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişlər. Halbuki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edili r ki, Məhkum törətdiyi cinayət nəticəsində hər hansı vətəndaşa, hüquqi şəxsə və ya dövlətə heç bir maddi ziyan dəyməmiş, ondan kiminsə şikayəti və tələbi olmamış, o, istintaq orqanı ilə və məhkəmələrlə ilə müsbət, səmimi əməkdaşlıq edərək törətdiyi əməldən peşman olmasını bildirmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Məhkum atası Rövşən İsmayılov əlil olduğundan işləyə bilmir, əlilliyə görə pensiya alır, anası isə evdar qadın olmaqla əlil ərinə xidmət edir, qardaşı İsmayılov Binhamin də hal-hazırda heç bir yerdə işləmir, özü də tutduğu vəzifədən azad edilmişdir. Bu baxımdan ona həm azadlıqdan məhrum etmə, həm də əlavə olaraq ömür boyu ödəyə bilməyəcəyi külli miqdarda cərimə cəzasının təyin edilməsi onun özünün və ailə üzvlərinin vəziyyətinə mənfi təsir göstərilməklə nəticələnmişdir. Şə rh olunan dəlillərə əsaslanaraq Məhkum və onun müdafiəçisi N.H.Quliyev onların kassasiya şikayətlərinin təmin edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunun bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi N.H.Quliyevin rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi N.H.Quliyevin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, onun müəllifləri həmin şikayətlərində Məhkum məhkəmələr tərəfindən müvafiq cəzalar, o cümlədən külli miqdarda cərimə cəzası təyin edilərkən, CM-in 206-1.3-cü maddəsinin sanksiyasında əksini tapmış tələblərinin və cəzanı yüngülləşdirən bir çox halların kifayət qəd ər nəzərə alınmamasını iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək məhkum cəzasının yüngülləşdirilməli olması haqqında tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi N.H.Quliyevin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə adı çəkilən məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu b axışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sü butlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiy ada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçini n hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətlərinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətlərin məzmununa görə, onun müəllifləri öz müraciətlərində Məhkum barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edil miş faktları, onun ittiham olunaraq təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmirlər və məhkəmələr tərəfindən məhkum olunmuş şəxsə cəza təyini ilə bağlı onun haqqında qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edirlər. Buna görə məhkəmə kollegiyası hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və bu hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarında) araşdırılmış sübutlar ətraflı şərh edildiyindən hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür, lakin CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq cinayət işinin bütün materiallarını yoxlayıb qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə münasibətdə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun t örətdiyi həmin əməlləri CM-in 206-1.3-cü maddəsi ilə ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onu n hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin h əyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların m övcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət iş lərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və m əqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanı n ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş və kassasiya şikayətlərində də istinad olunan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəs i ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngü llük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46 -cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallara uyğun olm aması, habelə ona külli miqdarda cərimə cəzası təyin edilərkən cinayət qanunu normasının tələblərinin pozulmasına yol verilməsi barədə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-in 206-1.3-cü maddəsinin sanksiyasında cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göstərilən maddənin sanksiyasının tələblərinə diqqət yetirilikdə müəyyən edilir ki, qanunverici həmin maddə ilə təqsirli bilinmiş şəxsin azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə yanaşı, həmçinin cinayətin predmetinin dəyərinin q ırx faizindən altmış faizinədək miqdarında cərimə cəzası ilə cəzalandırılmalı olmasını nəzərdə tutarkən həmin sanksiyada “və” yox “və ya” söz birləşməsindən istifadə etmişdir. Bu isə o, deməkdir ki, qanunverici cərimə cəzasını azadlıqdan məhrum etmə cəzasından ayırmamış və bunun üçün əsaslar olduqda həmin cəzalar təqsirkara birlikdə təyin edilməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə, CM-in 206-1.3-cü maddəsinin sanksiyasının bu şəkildə quruluşu həmçinin belə nəticəyə gəlməyə əsas verir ki, həmin sanksiyada nəzərdə tutulmuş miqdarda cərimə cəzası bu maddə ilə təqsirli bilinmiş şəxsə azadlıqdan məhrum etmə ilə yanaşı, həm də azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edildiyi halda da təyin oluna bilər. Bundan istisna isə, yəni cərimə cəzasının təyin edilməməsinin mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, iş üzrə müstəsna hesab edilə cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş olsun və bu hallar şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə əsas yaratsın. Təsadüfi deyil ki, müdafiəçi N.H.Quliyev də öz kassasiya şikayətində faktiki olaraq məhkəmə kollegiyasının CM-in 206-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddəalara yuxarıda təsvir edilən şəkildə verdiyi təfsirlə razılaşması barədə fikir sərgiləmiş və hüquqlarını müdafiə etdiyi şəxsə cərimə cəzasının təyin edilməsi haqda hissənin məhkəmələrin yekun aktlarından xaricə edilməsi barədə dəlillər və bu dəlillər üzərində qurulmuş tələb irəli sürərkən Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. CM-in 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və moti vi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə görə isə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan da ha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərql əndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğ unsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum törətdiyi cinayətin və onun özünün ictimai təhlükəliliyini azaldan heç bir hal müəyyən edilməmiş, kassasiya müraciətlərində də müvafiq sübutlarla təsdiq olunan belə müstəsna hesab edilə bilən hallara i stinad olunmamış, həmin müraciətlərdə göstərilən və Məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərən hallar isə məhkəmələr tərəfindən nəzərə alınmışdır. Belə ki, Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə onun barəsində təqsirli bilindiyi CM-in 206-1.3-cü maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-in 59.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onun ilk dəfə məhkum olunmasını, cinayət təqibinin bütün mərhələlərində özünün müsbət cəhətli şəxs olmasını göstərib törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi, CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həm azadlıqdan məhrum etmə, həm də cərimə növündə cəzaların ən aşağı hədlərində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmış və məhkum olunmuş şəxsə təyin olunmuş həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün heç bir yeni hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, Məhkum və onun müdafiəçisi N.H.Quliyevin kassasiya şikayətlərinə baxılarkən də həmin məhkəmələrin cəza təyini zamanı nəzərə almadıqları və müvafiq sübutlarla təsdiq olunan hər hansı yeni hal müəyyən edilməmiş və həmin şikayətlərin müə llifləri müvafiq sübutlarla təsdiq olunan və məhkum olunmuş şəxsə təyin olunmuş cəzaların bu və ya digər şəkildə yüngülləşdirilməsinə əsas yarada bilən halların olması barədə yetərli və inandırıcı dəlillər irəli sürməmişlər. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı CPM-in 139.0-cı maddəsində göstərilən digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məhkəmələrin gəldikləri nəticəni qanuni, əsaslı və ədalətli hesab edir və eyni zamanda vurğulayır ki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o halda nəzərdən k eçirilə bilər ki, birinci və ya apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırılmış sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı halı nəzərə almasınlar, yaxud da məhkəmələrin cəzanı ağırlaşdıran hal kimi nəzərə aldıqları hal və ya hallar CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış olsun. Məhkum barəsindəki cinayəti işinin materiallarından və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələr tərəfindən bu kimi nöqsanlara yol vermələri görünmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi N.H.Quliyevin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır, məhkum olunmuş şəxsə ona təyin edilmiş cəzaların yüngülləşdirilmə sini mümkün bilmir və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin yekun qərarından Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini bir daha nəzərdən keçirib həmin şikayətlərin təmin edilməsi barədə müdafiəçi N.H.Quliyevin, kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını din ləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarı isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi N.H.Quliyevin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qəra rı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1197/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1197/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver