Məhkəmə qərarları › İş №1(102)-1198/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1198/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1198/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Abbaslı Abbas Ələkbər oğlunun, Müdafiəçi iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2017-ci il tarixli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), Ə.Z.Süleymanov və R.İ.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1982-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Göyçay rayonu, 1Ərəbcəbirli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 263-1.3-cü maddəsi ilə 3 (ü ç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 avqust 2015-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellya siya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmamverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 05 yanvar 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum CM-in 264-cü maddəsi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) a y müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarından müdafiəçi kassasiya şikayəti verərək cinayət işi üzrə CM-nin 264-cü maddəsi ilə olan hissədə müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsi, Məhkum həmin hissədə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və CM-nin 263-1.3-cü maddəsi ilə olan hissədə cəzaçəkmə müəssisəsinin növü nün məntəqə tipli cəzaçəkmə müəssisəsi kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 10 avqust 2015-ci il tarixdə gecə saat 01 radələrində özünə məxsus «QAZ-31105» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndindin tələblərini pozmaqla sərxoş vəziyyətdə Göyçay şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət etdirməklə, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğun olaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarı ilə piyadanın eyni istiqamətdə hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli və hərəkətin təhlüksizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunları etməmiş, nəticədə idarə etdiyi avtomobil ilə piyada X5 ehtiyatsızlıqdan vuraraq, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə sonuncunun ölümünə səbəb olmuş, eyni zamanda həmin vaxt piyada Zərərçəkmiş şəxs Elburus oğlunu da ehtiyatsızlıqdan vuraraq ona sağ ayağın İ barmağın iç səthinin çapıq toxumasından ibarət dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma ya aid xəsarət yetirmiş və bundan sonra həmin qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və həmin cinayətin törədilməsindən 2 il müddət keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Məhkum barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə olan hissədə müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsi, Məhkum həmin hissədə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və CM-nin 263-1.3-cü maddəsi ilə olan hissədə cəzaçəkmə müəssisəsinin növünün məntəqə tipli cəzaçəkmə müəssisəsi kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində cinayət işi üzrə Azərbaycan Respublikası C M-nin 264-cü maddəsi ilə olan hissədə müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması, həmin Məcəllənin 264-cü maddəsi ilə təsbit edilir və sanksiyada üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı o lmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Cinayət məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müst əqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 358.2-cimaddəsinə əsasən Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin məcəllənin 407.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinay ət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işində olan materiallardan görünür ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264 maddələr üzrə cinayət əməli 10 avqust 2015-ci il tarixdə baş vermiş, həmin cinayət əməli ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı 05 yanvar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd olunan Məhkum barəsində olan cinayət işində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə olan hissədə müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsinə dair dəlillər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirdiyi digər məsələ məhkumun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən eh tiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ciil tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarı dəyi şdirilsin. Məhkəmə aktlarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş cəza və CM-nin 66.3-cü maddəsinə aid müddəa xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar