Məhkəmə qərarları › İş №1(102)-1198/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1198/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1198/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələşiki oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2021ci il tarixli qərarından məhkumun müdafiəçisi Kərimli Ruhiyə Nemət qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 08 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1997-ci ildə xxkəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun 03 noyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu tarixədək 0 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 08 oktyabr 2020-ci il tarixdən hesablanması, onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçi si Kərimli Ruhiyə Neymət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 07 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Kərimli Ruhiyə Nemət qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, ibtidai istintaq orqanının mövqeyinə görə o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 1.84 qram olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi, 1 saylı tam orta məktəbin yaxınlığında yerləşən “Ağbaba” marketin yanında əvvəldən tanıdığı Şahid4 qanunsuz olaraq 10 manata satmış, xx.xx.2019-cu il tarixdə 18 radələrində Mingəçevir ŞPŞ-nin X2 və PPBX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı binanın bərabərliyində yerləşən “Lalə” çay evində saxlanılıb Mingəçevir ŞPŞ-nə gətirilmiş, Məhkum satmış olduğu narkotik vasitə isə Şahid4 üzərinə ş əxsi-axtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Kərimli Ruhiyə Nemət qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, Məhkum işinə Mingəçevir şəhər məhkəməsində baxılarkən maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququndan məhrum edilmişdir. Belə ki, maddi imkanı olmadığından hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunması barədə müraciəti məhkəmə tərəfindən təmin olunmamışdır. Bu səbəbdən də Ruhiyyə Kərimnlinin onun hüquqlarını müdafiə etməsini bildirsədə məhkəmə həmin gün vəkilin növbətçilik günü olmadığından imtina etmiş, simvolik olaraq 50 man ata onunla müqavilə bağladıqdan sonra hüquqlarını müdafiə etməyə buraxılmışam. Apellyasiya Məhkəməsinin apellyasiya şikayətini təmin etmədiyi qərarda istinad etdiyi materiallardan görünür ki, 03 noyabr 2019-cu il tarixdə ünvan 2 ünvanda yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri əldə edib üzərində saxlaması, daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin raportdan sonra 03 noyabr 2019-cu il tarixdə Şahid4 ətrafında vətəndaşların sorğusu əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, 03 noyabr 2019-cu ildə saat 16:20-də tutulan Şahid4 üzərinə baxış keçirilərkən könüllü təqdim etdiyi marixuanaya bənzər narkotik vasitəni 26 oktyabr 2019-cu il tarixdə Ruhin adlı şəxsdən 10 manata almasın ı bildirmişdir. Həmin gün Məhkum barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri əldə edib üzərində daşıması, saxlaması, istifadəsi və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğundan vətəndaşların sorğusu əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda «vətəndaşların sorğusu» əməliyyat-axtarış tədbiri keçirildikdən sonra onun üzərinə baxış keçirilməsi, dindirilməsi və digər rəsmləşdirmənin aparılması üçün şəxsiyyəti ilə birlikdə Mingəçevir şəhər ŞPŞ-nin Təhqiqat Bölməsinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Halbuki Məhkum barəsində cinayət işi bir gün sonra, 04 noyabr 2019-cu ildə başlanılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Məhkum sanki özünü ifşa edən ifadələri buna zə rurət olmadığı halda kamera qarşısında söyləmiş və Məhkum tapdığı və içərisində qurudulmuş marixuana olan bir ədəd ağ kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan tanıdığı Ceyhun adlı şəxsə Mingəçevir şəhəri «Ağababa» marketin yaxınlığındakı zibilliyin yanında 10 manata satmış və həmin pulu ehtiyacı olduğu üçün xərcləmişdir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Məhkum isə etirafedici ifadələr verdikdən sonra «azadlığa buraxılmışdır». Məhkəmədə ifadə verən Məhkum məhz etirafedici ifadələri imzaladığı təqdirdə azadlığa çıxa biləcəyi xəbərdarlığından sonra təqdim olunmuş sənədləri imzaladığını göstərmişdir. Şəxsi axtarış zamanı Məhkum üzərindən ancaq bir ədəd alışqan və bir ədəd Vest adlı siqaret qutusu çıxdığı halda cinayət işi material larının 92-ci səhifəsində olan 05 noyabr 2019-cu il tarixli telefona baxış keçirilməsi barədə protokolun məzmunundan görünür ki, müstəntiq Pərviz Ələkbərov icraatında olan cinayət işi ilə əlaqədar şübhəli şəxs Məhkum məxsus «Samsunq» markalı telefonda zənglərin tarixçəsinə baxış keçirmişdir. Bu hal onu təsdiq edir ki, Məhkum üzərinə baxış keçirilməzdən əvvəl qanunsuz axtarışa və təzyiqə məruz qalmış, sənədləşdirmədən əvvəl polisin təzyiqi altında saxlanılmış və verdiyi ifadələr də məhz həmin təzyiqlər altında olmuşdur. Eyni zamanda, Məhkum cinayət işi materiallarında olan maddi sübut olan narkotik vasitə ilə tanış edilməmiş və bununla bağlı onun müdafiə hüquqları pozulmuşdur. Cinayət işi materiallarında olan cinayət işi materiallarını təqdim etmə barədə protokoldakı saat formal yazılmışdır. Həmin vaxt onun yanında nə vəkil olmuş, nə müstəntiq. Maddi sübutla tanış olmamağı isə protokolun məzmunundan da görünür. Qeyd olunanlara əsasən, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərar ının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qə rarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplə ri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı say ıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktını n əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması ba rədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum narkotik vasitələr satmadığını bildirsə də bu şahid ifadələri, ekspert rəyi və məhkəmə baxışında toplanmış sübutlarla öz təstiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 narkotik vasitə olan qurudulmuş marixuananı Məhkum almasını birbaşa göstərmişdir. Məhkum bunu etiraf etməsə də özünündə ifadəsində bildirdiyi kimi Şahid4la hər hansı bir ədavəti olmamasına baxmayaraq Şahid4 polis əməkdaşları tərəfindən saxlanıldığı zaman narkotik vasitəni Məhkum almasını bildirməsi və heç bir təzyiq olmadan məhkəmədə bunu bir daha təstiq etməsi məhkumun həqiqətən də Şahid4 narkotik vasitə satmasına dəlalət edir. Bundan başqa, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019cu il tarixli, 887 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkumun müdafiəçisi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apell yasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidi r. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144- cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyin dən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisinin kassasiya şikayətində apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəli lləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, A.Rüstəmovun bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində (iş üzrə müəyyən olunmuş faktiki hallarından fərqli hallara istinad etməklə) kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edil məsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlil lər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respu blikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Kərimli Ruhiyə Nemət qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2021ci il tarixli qərarı məhkumun müdafiəçisi Kərimli Ruhiyə Nemət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar