Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1198/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 no yabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən Vaqif Həsənov) 25 avqust 2022-ci il tarixli, 1(012)-350/2022 nömrəli hökmü ilə xx xxxxxx 1993-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Aydmbəyov küçəsi, Döngə 1, ev 55, mənzil 50-də qeydiyyatda olan və Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 21 saylı evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncu ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə köhnə bazar adlanan yerin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus telefon mağazasının şüşəsini daşla sındırmaqla qanunsuz içəri daxil olaraq kassadan 800 manata nağd pul vəsaitini, 195 manat dəyərində 01 ədəd Samsung J5 Pro markalı mobil telefonu, 265 manat dəyərindən 01 ədəd Mi8 Lihti, 175 manat dəyərində 02 ədəd Samsung J2 Pro 2018 markalı mobil telefon, 175 manat dəyərində 01 ədəd Samsung J3 Pro 2018 markalı mobil telefonu, 240 manat dəyərində 01 ədəd Samsung A 01 markalı mobil telefonu, 105 manat dəyərində 01 ədəd Black Bery 9900 markalı mobil telefonu, 135 manat dəyərində 01 ədəd LG markalı mobil telefonu, 145 manat dəyərində 01 ədəd işlənmiş İphone 5S markalı mobil telefonu, 165 manat dəyərində 01 ədəd işlənmiş İphone 6 markalı mobil telefonu, 95 manat dəyərində 01 ədəd Samsung J2 Prime markalı mobil telefonu, 115 manat dəyərində 01 ədəd Samsung Note 3 markalı mobil telefonu, 722 manat dəyərində 01 ədəd HP markalı noutbuke, 47 manat dəyərində 02 ədəd Fli F196 markalı mobil telefonu, 45 manat dəyərində 02 ədəd KJT markalı mobil telefonu, 35 manat dəyərində 03 ədəd KJTL 105 markalı mobil telefonu. 35 manat dəyərində 04 ədəd KJTL 106 markalı mobil telefonu. 35 manat dəyərində 02 ədəd KJTL 1280 markalı mobil telefonu, 43 manat dəyərində 02 ədəd KJTL X202 markalı mobil telefonu, 55 manat dəyərində 02 ədəd KJTL B360 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL 1200 markalı mobil telefonu, 35 manat dəyərində 01 ədəd KJTL Bİ 10 markalı mobil telefonu, 107 manat dəyərində 02 ədəd Nokia 125 markalı mobil telefonu, 75 manat dəyərində 02 ədəd Nokia 106 markalı mobil telefonu, 65 manat dəyərində 02 ədəd Nokia 105 markalı mobil telefonu, 85 manat dəyərində Samsung V 310 E markalı mobil telefonu, 110 manat dəyərində 01 ədəd Nokia 150 markalı mobil telefon, ümumilikdə 300 manat dəyərində Sim, Nar, Cin konturlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4439 manat ziyan vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vidadi Cəfərov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 22 noyabr 2022-ci il tarixli, 1(105)-497/2022 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 25 avqust 2022ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması nəzərə alınmamışdır. Kassator məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, onun himayəsində 2 azyaşlı övladı vardır, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir, zərərçəkmişlə barışıq əldə etmiş və vurulmuş ziyanı tamamilə ödəmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya inst ansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən h ansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübah isələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçiril məsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində zərərçəkmiş şəxslə barışıq əldə olunması, o cümlədən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və hə min Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin e dilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. İş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2017-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 67.1, 68.2-ci maddələrinə əsasən 03 il 09 ay azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə CM-nə dəyişiklik olduğundan CM-in 177.2.4-cü maddəsindən xaric olunmuş, cəzası endirilərək 02 il azadlıqdan məhrum etmə, CM 67.1, 68.2-ci maddələrinə əsasən 4000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhər Xəzər Ray on Məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 noyabr 2018-ci il tarixdə cəzasının müddəti başa çatmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli qərarı 4000 manat cərimə cəzası 268 saat ictimai işlər cəzası ilə əvəz olunmuş, Gəncə şəhər Məhkəməsinin 15 fevral 2020-ci il tarixli qərarı ilə ictimai işlər cəzası CM-in 47.3 maddəsinə əsasən 33 gün azadlıqdan mərhum etmə cəzası ilə əvəz edilmiş, 11 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müd dəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cin ayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum əməli cinayətlərin residivini yaradır və CM-in 65.2-ci maddəsinə əsasən ona cəza təy in etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 42.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəza həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbu l edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kolle giyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1198/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1198/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver