Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1198/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(099)-192/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 14 sentyabr 2023-cü il tarixli, 1(099)-192/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-836/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X7 və X3 ibarət məhkəmə tərkibində) 12 aprel 2022-ci il tari xli, 1(099)-192/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək ona CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)192/2022 saylı, 12 aprel 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(099)-192/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)192/2022 nömrəli, 15 mart 2023-cü il tarixli qərarından apel lyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət və apellyasiya şikayəti vermiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-192/2022 nömrəli, 15 mart 2023- cü il tarixli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-192/2022 nömrəli, 14 sentyabr 2023- cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum vəsatəti təmin edilməmişdir Məhkum olunmuş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)192/2022 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verərək apellyasiya şikayətinin bərpa olunmasını, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual mü ddətin bərpasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 14 dekabr 2023-cü il tarixli, 1(106)836/2023 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 1(099)192/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-836/2023 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlilləri qismində şikayət vermə müddətini üzürlü səbəbdən, yəni hüquqi savadı olmaması, xəst ə olması səbəbindən ötürdüyünü bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim t ərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(099)-192/2022 nömrəli hökmü elan olunarkən Məhkum Bakı İstintaq Təcridxanasının inzibati binasında yerləşən videokonfrans zalında, onun müdafiəçisi isə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(099)-192/2022 nömrəli hökmünün surəti xx.xx.2022-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatət i təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, məhkum edilmiş şəxs Məhkum məhkəmənin hökmü elan ediləndən 20 gün müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq, həmçinin, sonuncu apellyasiya şikayətində imtina etdiyi vaxtdan 12 aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermiş, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə qərardan da apellyasiya şikayəti verəmk üçün prosessual müddəti buraxmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 12 aydan artıq müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi əlaqədar hər hansı üzrül hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(099)-192/2022 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müd dətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsin də çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokr atik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)-836/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(099)-192/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 14 sentyabr 2023-cü il tarixli, 1(099)-192/2022 qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 1(106)836/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1198/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1198/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver