Məhkəmə qərarları › İş №1(102)-1198/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1198/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1198/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2232/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sülhanə Hacıyeva) 21 avqust 2024cü il tarixli, 1(011)-387/2024 nömrəli hökmü ilə xx xxxxxx 1988-ci ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququn dan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində və həbsdə olduğu cəmi 1 (bir) ay 21 (iyirmi bir) gün müddət ona təyin edilmiş cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X3 mülki yyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ümumi sahəsi 0.6 ha. olan torpaq sahəsinə 6.000 manata çıxarış alacağı və həmin torpaq sahəsində ev inşa edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 22 avqust 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 8.000 manat, 01 sentyabr 2020-ci il tarixdə Yasamal rayonu, X4 küçəsi 118-də yerləşən “Bravo” marketin qarşısında 2.000 manat, 04 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 5.000 manat, 06 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 1.000 manat 07 sentyabr 2020-ci il tarix də həmin ünvanda 7.000 manat, 16 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 2.000 manat, cəmi 25.000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 25.000 (iyirmi beş min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 girişli, 16 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 64.67 m2 olan bir otaqlı mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 7.540 manat, 14 fevral 2021-ci il tarixdə həmin ünvanda 8.000 manat, 29 mart 2021-ci il tarixdə həmin ünvanda 3.300 manat, cəmi 18.840 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs6 ümumilikdə 18.840 (on səkkiz min səkkiz yüz qırx) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncu nun mülkiyyətində olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən yarımçıq tikilidə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 15.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13:32-də ünvan 4 ünvanda yerləşən “OBA” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə Məhkum istifadəsində olan 523915.......4712 nömrəli “Kapital Bank” kart hesabına göndərdiyi 3.000 manat, 28 iyul 2022-ci il tarixdə saat 19:34-də həmin ünvandan ödəmə terminalı vasitəsi ilə Məhkum i stifadəsində olan 523915.......4712 nömrəli kart hesabına göndərdiyi 2.000 manat, 02 sentyabr 2022-ci il tarixdə Nərimanov rayonu, A.Aqarunov küçəsi 118A ünvanda yerləşən ofisdə 6.000 manat, cəmi 26.000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 26.000 (iyirmi altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Nar MMC”, 4-cü girişdə yerləşən 123 nömrəli mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 30 sentyabr 2022ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 2.100 manat, 04 oktyabr 2022-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospektində işdə olarkən mobil telefonunda olan tətbiq vasitəsi ilə Məhkum istifadəsində olan 523915.......4712 nömrəli “Kapital Bank” kart hesabına 500 manat, həmin tarixdə saat 16:00-da həmin ünvandan mobil tətbiqlə Məhkum ona bildirdiyi 409858...........0379 nömrəli kart hesabına 500 manat, 07 oktyabr 2022-ci il tarixdə həmin ünvanda mobil telefonunda olan tətbiq vasitəsi ilə Məhkum istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına 400 manat, cəmi 3.500 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, “Jasmin Park” yaşayış kompleksi, 7-ci giriş, 14-cü mərtəbədə yerləşən 121 nömrəli mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitin i qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC şirkətinin ofisində 3.500 manat, Zərərçəkmiş şəxs4 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə Məhkum istifadəsində olan 523915******4712 saylı “Kapital bank” kart hesabına göndərdiyi 1.000 manat, 20 oktyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1500 manat, 31 oktyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 02 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 16 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 700 manat, 27 noyabr 2022-ci il tarixdə həmin ünvanda ey ni qaydada 150 manat, 28 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 150 manat, 01 dekabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 08 dekabr 2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid pr. 17 ünvanda yerləşən “Araz” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə eyni qaydada 250 manat, 10 dekabr 2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Bravo” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə eyni qaydada 850 manat, cəmi 11.100 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 11.100 (on bir min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçis i olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun həyat yoldaşı Şahid3 mülkiyyətində olan ünvan 7 ünvanında 1-ci blok, 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 87.4 m2 olan mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin oktyabr ayının ortalarında Nərimanov rayonu, A.Aqarunov küçəsi 118A ünvanında yerləşən "xxxx" MMC şirkətinin ofisində 800 manat, 20 oktyabr 2022-ci iltarixdə həmin ünvanda 7.900 manat, 25 noyabr 2022-ci il tarixdə həmin ünvanda 13.080 manat, cəmi 21.780 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 21.780 (iyirmi bir min yeddi yüz səksən) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11-də yerləşən 54 saylı mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağı nda olmadan bu məqsədlə Zərərçəkmiş şəxs7 17 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvan 8 ünvanın qarşısında 2.000 manat, 22 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 10.000 manat, 20 oktyabr 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən “Sushi Azərbaycan” restoranın qarşısından İlyasın ona bildirdiyi Şahid2 adına qeydiiyyata alınmış 4169-7385-9841-1878 saylı “Kapital Bank” kart hesabına göndərdiyi 750 manat, 02 noyabr 2023-cü il tarixdə həmin ünvanda eyni qaydada 3.000 manat, 13 dekabr 2023-cü il tarixdə Suraxanırayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 54-də mobil tətbiq vasitəsi ilə Məhkum ona bildirdiyi 5243-7544-4038-2768 saylı “Unibank” kart hesabına 60 manat, 22 dekabr 2023-cü il tarixdə saat 18:34-də Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Bravo” hiperm arketin qarşısında eyni qaydada İlyasın ona bildirdiyi 416973............9757 nömrəli kart hesabına 36 manat, və həmin tarixdə saat 18:35-də eyni hesaba 120 manat, cəmi 15.966 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 15.966 (on beş min doqquz yüz altmış altı) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən), Cavid Hüseyn və Habil Məmmədov) 16 oktyabr 2024-cü il tarixli 1(103)2232/2024 nömrəli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 1(011)-387/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi işə apellyasiya protestinə əsasən baxıb 25 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 1(011)-387/2024 nömrəli hökmü məhkumun ibtidai istintaq zamanı həbsdə olduğu müddətin cəzaya hesablanması hissəsində dəyişdirmiş, Məhkum çəkilməsi üçün qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək ona daha humanist qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə xeyl i miqdarda ödəniş edilməsi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkum həmçinin ailəli olmasını, himayəsində 3 azyaşlı övladının yaşlı valideynlərinin himayəsində olmasını, ilk dəfə məhkum olması və cəza çəkdiyi müəssisənin təsərrüfat briqadasında çalışmasının cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materialla rına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun zərərçəkmiş şəxslərə xeyli miqdarda ödəniş etməsi və digər yüngülləşdirici halları nəzərə almadan o na ağır cəzanın təyin edilməsidir. Göründüyü kimi, məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024cü il tarixli, 1(011)-387/2024 nömrəli hökmündə edilmiş dəyişikliklərdən – xüsusilə ona təyin olunmuş cəzadan onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin düzgün hesablanmasından narazılıq etmir və həmin hissəni mübahisələndirmir. Kassasiya şikayətində məhkum yalnız Xətai Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzanın işin halları ilə adekvat olmamasını əsas gətirərək, həmin cəzanın dəyişdirilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə a lınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etm ə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi və əməlində cəzasını ağırlaşdıran halın olmamasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum təqsirli bilindiyi cinayət əməllərinin çoxsaylı zərərçəkmiş şəxslərə qarşı törədilməsi həmin əməlin daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnən hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə Məhkum təqsirli bilindiyi maddəndin sanksiya həddinə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə almışdır. Məhkəmə kollegiyasının qən aətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması, onun şəxsiyyətini və işin hallarını nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilə r. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət 16 oktyabr 2024-cü il tarixli 1(103)-2232/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-2232/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar