Məhkəmə qərarları › İş №1(102)-1199/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1199/2019

05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1199/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 07 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.M.Əliyev (sədrlik edən və məruzəçi), R.İ.Hüseynov və C.C.Ramazanovdan ibarət tərkibdə) 1(091)-151/2018 nömrəli 26 dekabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1982-ci ildə Qəbələ rayonunun Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qəbələ rayonunun Tikanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikasının CM-in 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2018 ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs də təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs 2008-ci ildən sonuncu qeyri-rəsmi nikah münasibətlərində olduğu, mütəmadi ailə münaqişəsi yaratmaqla, spirtli içki alüdəçisi olan əri, 09.03.1986-cı il təvəllüdlü X3 25 mart 2018-ci ildə, saat 21:30 radələrində Qəbələ rayonunun Tikanlı kəndində yaşadıqları 1 mərtəbəli 1 otaq və dəhlizdən ibarət çiy kərpicdən tikilmiş evə sərxoş vəziyyətdə gələrək, yemək tələb edib münaqişə yaratmaqla onu döyərək boğan zaman, əvvəllər də sonuncunun onu mütəmadi olaraq döyməsinə görə X8i qisas niyyəti ilə qəsdən öldürmək məqsədi ilə döşəmədən götürdüyü qırmızı rəngli bişmiş kərpiclə onun başının sağ və sol h issələrindən 2 dəfə zərbələr vuraraq, başın sağ gicgah nahiyəsinin yumşaq toxumasının əziyi - dərialtı hematomasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, başın sol gicgah nahiyəsində yumşaq toxumanın əziyi - dərialtı hemotoması və baş beynin sərt qişası altının hematoması, baş beynin qişalarına və toxumasına qansızmadan ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirmiş, bu vaxt həmin həyətdə ailəsi ilə birlikdə yaşadığı evdən səs-küy eşidərək onların münaqişə etdikləri yerə gəlmiş və əri X8in baş nahiyəsindən kərpiclə zərbə vurub xəsarət yetirməsini görən qayını Məhkum ilə bir qrup şəxs halında, spirtli içki aludəçisi olan qardaşı X8in əvvəllər də mütəmadi ailə münaqişəsi yaratmasından, tez-tez həyat yoldaşı və onunla dava-dalaş salmasından, onu və digər ailə üzvlərini nalayiq şəkildə təhqir edərək hədələməsindən bezdiyinə görə, cinayətkar niyyətlərini başa çatdırıb sonuncunu qisas niyyəti ilə qəsdən öldürmək məqsədi ilə evin divar barısının aşağı hissəsindən çıxarıb götürdüyü ağımtıl rəngli oda davamlı kərpic parçası ilə, dizi üstə yerdə başı aşağı vəziyyətdə xırıldayan qardaşı X8in başının arxasından bir dəfə zərbə ilə vuraraq, başın arxa ənsə təpə nahiyyəsində başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beynin qişalarına və toxumasına qansızmadan ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, qabaqcadan razılıq olmadan bir qrup şəxs halında X3 baş beyin toxumasının ağır dərəcədə əzilməsi ilə nəticələnən, ölümünə səbəb olmaqla, sonuncunu həyatdan məhrum edərək qəsdən öldürdükdən sonra birlikdə törətdikləri ağır cinayətin izlərini itirmək və gizlətmək məqsədilə, X8in meyitini sürüyüb həyətyanı sahədə yerləşən tualetin quyusuna ataraq, üstünü torpaqla basdırmışlar. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 1(107)-82/2019 nömrəli 07 may 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından nar azı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, o, özünü ona elan olunmuş ittihamda təqsirli bilmir və qardaşı X8in qətlində heç bir əli olmamış, bu hadisədən xəbəri olmamışdır. Bundan başqa o, kassasiya şikayətində ibtidai istintaq zamanı ona qarşı fiziki zorakılıq tətbiq olunduğunu bildirir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçıların çıxışlarını dinləyib hesa b edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq ka ssasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və nəticədə əsassız olaraq təqsirli bilinməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də onun həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr ilə yanaşı, iş üzrə digər Təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizaların rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya sı məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Həmçinin kassasiya şikayətinin digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında Məhkum ibtidai istintaq zamanı zorakılığa məruz qalmasını sübut edən heç bir dəlil aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar ı tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelly asiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar