Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1199/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şəki Apelyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Bilal Məmmədov) 1(091)-162/2021 nömrəli 21 dekabr 2021ci il tarixli hökmü ilə xx xxx 1983-cü il tarixdə Qəbələ rayonu Laza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qəbələ rayonu Zalam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,144.2.3 və 29,144.2.5-ci maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən təyin olunan və çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası ilə tam birləşdirilməklə Məhkum qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək, məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, CM-in 177.2.3, 181.1, 185.3.3 və 317 -2.1-ci maddələri ilə məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxararaq islah olunmaq əvəzinə, qanunla müəyyən edilmiş qaydada məhkumluqları ödənilmədən təhlükəli residiv halında Qəbələ rayonu Zarağan kənd sakini Zərərçəkmiş şəxs onunla evlənməsi üçün iradəsinə zidd olaraq qaçırıb oğurlamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, bu məqsədlə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində idarə etdiyi, lakin kimə məxsusluğu və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan VAZ-2107 markalı avtomobillə Qəbələ rayonu Zarağan kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığındakı yola gəlib, ona həyat və ya sağlamlıq üçün təhlükəli olmayan, yəni sol saidin arxa 1/3-nin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirilməsinə səbəb olan fiziki zor tətbiq edərək iradəsi ziddinə oğurlamağa cəhd etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs işə gedərkən əvvəlcədən aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs qarşısını kəsmiş, sonuncu Məhkum və yanındakı şəxslərin onu qaçıracaqlarını hiss edib, arxaya dönərək gəldiyi istiqamətdə yolu geri qayıtmağa başlayarkən Məhkum avtomobili geriyə döndərərək Zərərçəkmiş şəxs arxasınca sürdükdə sonuncu yolun kənarındakı “Toplançay” çayının içərisinə tullanıb kənardan kömək çağırmaq üçün qışqıra-qışqıra evləri istiqamətində qaçmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs1 avtomobildə oturduğu ön oturacaqdan yerə düşüb çayın içərisi ilə Zərərçəkmiş şəxs arxasınca bir neçə metr qovub ona çataraq, q açmaması üçün bir əli ilə qolundan, qışqırıb kömək çağırmasına maneə olmaq üçün digər əli ilə ağzından tutmuş və qolundan tutub darta-darta onu çayın içərisindən çıxartdıqdan sonra avtomobildən düşüb çayın kənarında gözləyən Təqsirləndirilən şəxs2lə birlikdə yenidən qolundan darta-darta Məhkum idarə edərək Zərərçəkmiş şəxs çaydan çıxarıldığı hissədə yolda saxladığı VAZ-2107 markalı avtomobilə tərəf gətirib zorla mindirmək istədikdə Zərərçəkmiş şəxs özü, eləcə də kənardan görüb köməyə gəlmiş Zarağan kənd sakinləri Şahid1 və Şahid2 ora gəldikləri Şahid1 məxsus “Nissan” markalı avtomobili Məhkum idarə etdiyi avtomobilin arxasında saxlayıb yolunu kəsmiş, sonra hər ikisi avtomobildən düşərək fəal fiziki hərəkətlərlə, həmçinin Şahid1 çəpərdən ağac parçası, Şahid2 isə daş götürərək onların üzərin ə gedərək müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs onların əllərindən çıxıb Şahid1 məxsus avtomobilin arxa oturacağına əyləşdikdə Məhkum əlinə götürdüyü silah qismində istifadə etdiyi əşyanı, yəni elastik materialdan olan 40-50 sm uzunluğunda nazik ölçülü su borusu ilə Zərərçəkmiş şəxs, eləcə də ona köməyə gələrək qaçırılmasının qarşısını alan Şahid1 üstünə gedib həmin boru parçası ilə onları vuracağı ilə hədələməklə, həmçinin Şahid1 həmin boru ilə vurub fiziki ağrı yetirərək, ondan avtomobilini yoldan çəkərək onun avtomobilinə yol verməsini və Zərərçəkmiş şəxs həmin avtomobildən düşərək onunla birlikdə getməsini tələb etmiş, Zərərçəkmiş şəxs avtomobildən düşməyəcəyini bildirdikdə onun qolundan tutub dartaraq qaçırmaq üçün Şahid1 məxsus avtomobildən düşürmək istədikdə Zərərçəkmiş şəxs özü dartınmaqla ona müqavimət göstərərək və Şahid2 onun qarşısına keçərək buna imkan verməmiş, sonda Məhkum qabaqcadan əlbir olduğu tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs özünün müqavimət göstərməsi, eləcə də kənardan köməyə gəlmiş Şahid1 və Şahid2 onu əllərindən almaqla maneə olub gəldikləri avtomobilə mindirərək oradan uzaqlaşdırmaları kimi öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs onunla evlənməsinə nail olmaq üçün iradəsinə zidd qaçırmağa yönələn hərəkətlərini başa çatdıra bilməyib, adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi) Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-108/2022 nömrəli 10 mart 2022-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü Məhkum dair hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum, onun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi4 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlində cinayət tərkibi mövcud olmamışdır. O, məhkəmə istintaqı zamanı cinayət törətmək niyyətinin olmadığını bildirmiş, lakin məhkəmə onun ifadəsini nəzərə almamış və sübu tlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum həm məhkəmə istintaqı zamanı, həm də məhkəməyədək icraat dövründə verdiyi ifadələrdə məhkəmə hökmü ilə təqsirli bilindiyi CM-in 144-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini və törətmək niyyətinin olmadığını bildirmişdir. İşin faktiki halları ilə təsdiqlənmişdir ki, Məhkum zərərçəkmiş şəxs Nigar Rasulzadə ilə danışmaq niyyətində olmuş, sadəcə zərərçəkmişin daha sonra ifadəsində də bildirdiyi kimi sonuncunun səhv başa düşməsi nəticəsində zərərçəkmiş hüquq mühafizə orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs həm yazılı qaydada, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bununla belə məhkəmə bu hallara da hökmdə qiymət verməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı sərbəst ifadəsində təqsirləndirilən şəxslərin onu qaçırmaq niyyətlərinin olduğunu səhv başa düşdüyünü, məsələnin əsl mahiyyətinin ona sonradan məlum olduğunu təkrarən bildirmişdir. Qərarın qəbul edilməsinə digər iki təqsirləndirilən şəxsin - Təqsirləndirilən şəxs1 və X2 istintaq zamanı verdiyi ifadələri əsas kimi çıxış etmişdir. Məhkəməyədək icraat zamanı qeyd olunan şəxslər CM-in 144-cü maddəsinin tərkib əlamətlərini yaradan ‘'qız qaçırılması” əməlinin törədilməsi niyyətində olduqlarını bildirmiş, lakin məhkəmə istintaqı zamanı tamamilə əks ifadələr vermişlər. Onlar bu ziddiyyəti ibtidai istintaq zamanı bu formada ifadə vermələrinin onların xeyrinə olacağı ilə bağlı vəd verilməsi ilə əlaqələndirmiş və məhkəmə istintaqı z amanı verdikləri ifadələrin həqiqəti əks etdirdiyini və məhz bu ifadələrin nəzərə alınmasını xahiş etmişlər. Onlar məhkəmə istintaqı zamanı verdiklərini ifadələrində heç bir halda əvvəlcədən “qız qaçırtmaq” niyyətlərinin olmadığını, zərərçəkmiş şəxslə təsadüfən qarşılaşdıqlarını, onu yıxıldığı çaydan yardım etmək məqsədilə çıxardıqlarını bildirmişlər. Hər iki təqsirləndirilən şəxs məhkəmə iclası zamanı istintaqda sərbəst ifadə vermədiyini, müstəntiqin yazdıqlarını imzaladığını demişlər. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin təqsirli bilinməsi üçün yeganə əsas və sübut məhz bu iki ifadə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti “cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışırlar” kimi qiymətləndirməklə kifayətlənmiş, təqsirləndirilə n şəxs Məhkum ifadəsinə isə ümumiyyətlə qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı verilmiş bütün ifadələr - həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri üst-üstə düşür və bir-birini məntiqi uyğunluqla tamamlayır. Qeyd olunan ifadələrdən də aydın olur ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi qaçırmaq niyyəti olmamış, sadə bir anlaşılmazlıq belə arzuolunmaz nəticələrə səbəb olmuşdur. Məhkəmə qərar qəbul edərkən məhkəmə istintaqı zamanı verilmiş ifadələrə əsaslanmamış, onları nəzərə almamışdır. Məhkəmənin ən əsas vəzifəsi təqsirləndirilən şəxsin təqsirliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onların xeyrinə şərh edilməsidir. Bu səbəbdən hökmün ləğv edilməsi, işə yenidən baxılması və ədalətli qərar qəbul edilməsi üçü n yenidən məhkəmə istintaqı keçirilməsi zəruridir. Eyni zamanda məhkəmə qərarında əməlin bir qrup şəxs tərəfindən nə vaxt və harada planlaşdırılmasını, rol bölgüsünü, cinayətin hansı üsul və vasitələrlə həyata keçiriləcəyi və necə törədiləcəyi barədə qabaqcadan planlaşdırılması və bu plan barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxslərin bu məzmunda hər hansı ifadəsi yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxs kimi cəlb olunmuş şəxslərin heç vaxt birgə hərəkət edib cinayət törətmək niyyətləri olmamışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, məhkəmə kobud qanun pozuntusuna yol verərək iş üçün yeganə əhəmiyyətli sübut olan ifadələr arasında uyğunsuzluğu araşdırmamış və hüquqi qiymət verməmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittiham edildikləri əməli törətmələri ilə ba ğlı hər hansı əsaslı şübhədən kənar maddi və ya digər növdə sübut mövcud deyildir. Hadisə ilə bağlı bütün digər şahidlər hadisəni kənardan və sonradan görmüş, işin mahiyyəti ilə bağlı məlumatlı olmamışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş, Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsinə görə barəsində bəraət hökm ünün çıxarılmalı olduğu halda əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət tə qibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin və ş ahidlərin ifadələri, ekspertiza rəyi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun Məhku m əməlində Azərbaycan Respublikası CM-in 29,144.2.3 və 29, 144.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,144.2.3 və 29, 144.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusu na yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı irəli sürülmüş sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirilməsinə səbəb olan fiziki zor tətbiq edərək Zərərçəkmiş şəxs iradəsi ziddinə oğurlamaqla bağlı ittiham birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən i şin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 29,144.2.3 və 29,144.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göst ərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci in stansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və ka ssasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apelyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41. 2, 58.3 və 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3 və 29,144.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1199/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1199/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver