Məhkəmə qərarları › İş №1(102)-1199/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1199/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1199/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər F.Z.Hümbətov (sədrlik edən və məruzəçi), H.S.Əliyev və A.T.Rzayevadan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilərək ona CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müddəti müəyən edilməklə şərti olaraq tətbiq edilmiş,hesab edilmiş, 16 dekabr 2019-cu il tarixdə sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də faktiki yaşamış, CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hə min Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, 17 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri "20 Yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes-Benz C220» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək 15 manat xidmət haqqı müqabilində Sumqayıt şəhəri Novxanı bağlar ərazisinə aparmasını əvvəlcədən danışmaqla Zərərçəkmiş şəxsla razılaşmış və sonuncunu onu həmin əraziyə aparmış, saat 21 radələrində orada Zərərçəkmiş şəxs xidmət haqqını vermədən özgənin əmlakını ələ keçirmə məq sədi ilə silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirib ona qarşı zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək Zərərçəkmiş şəxs 60 manat pulunu ələ keçirərək quldurluq etmişdir. Hökmdən dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər E.M.Əhmədov (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) 28 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: CM-nin cəza təyini ilə bağlı bir sıra nomalarına istinad edən dövlət ittihamçısı S.K.Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum zərər çəkmiş şəxslə barışmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla barəsində CM-nin 62-ci maddəsinin tətbiqini əsaslı hesab edərkən nəzərə almamışdır ki, Məhkum ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməklə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib ona təyin ediləcək cəza təhdidi altında zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdı r ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal kimi CM-nin 62-ci maddəsinin deyil, CM-nin 60-cı maddəsinin tətbiqini şərtləndirir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi hökmdə “cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir” müddəasını qeyd etmiş, lakin yekunda cəzanı yüngülləşdirən halları əsassız və qanunsuz müstəsna hal hesab edərək qanunsuz olaraq təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etmişdir. Yəni, birinci instansiya məhkəməsi hökmdə həm təqsirləndirilən şəxs barəsində CM-nin 60-cı maddəsini, ey ni zamanda da yekunda CM-nin 62-ci maddəsini tətbiq etməklə qeyri-müəyyənlik yaratmış, apellyasiya instansiyası məhkəməsi də həmin qeyri-müəyyənliyi aradan qaldırmamış və cəza təyini ilə bağlı əsassız və qanunsuz hökmü qüvvədə saxlamışdır. Bundan başqa məhkəmə kollegiyası yekun qərarda “cinayətdən peşimançılıq çəkməsi” kimi halı cinayətin ictimai təhlükəliliyini əhəmiyyıtli dərəcədə azaldan mütəsna hal hesab edərək CM-nin 62-ci maddəsinin tətbiqini əsaslandırmada bir daha səhvə yol vermişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya protestinin müəllifi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestin ə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxs 1un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinə baxılanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı H.B.İmranov vəsatətlə məhkəməyə müraciət edərək Məhkumin CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından apellyasiya instansiyası məhkəməsində apelyasiya protestinə baxılmasında iştirak etmiş dövlət ittihamçısı S.K.Sadıqov tərəfindən veri lmiş kassasiya protestini geri götürdüyünü bildirmiş və həmin protestin baxışdan çıxarılmasını xahiş etmişdir. Bu vəsatətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.2-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Qanunvericiliyin tələblərinə və mənasına görə, belə olan halda kassasiya instansiyası məhkəməsi kassasiya protestinin geri qaytarılması və həmin protest üzrə kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edir (CPM-nin 414.8-ci madd əsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısı H.B.İmranovun vəsatətini nəzərdən keçirib və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkumin CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı S.K.Sadıqov tərəfindən verilmiş kassasiya protesti geri qaytarılmalı, bu protest üzrə kassasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun vəsatəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı S.K.Sadıqov tərəfindən verilmiş kassasiya protesti geri qaytarılsın və həmin kassasiya protesti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar