Məhkəmə qərarları › İş №1(102)-1199/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1199/2024

10.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1199/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏNETDİ: Lənk əran Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim A.E.Pənahov) Məhkum (xx xxxx 1993-cü ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 185.2.2, 326.2, 185.1-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qərarı ilə təqsirli bilindiyi oğurluq əməlləri Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək, üzərində qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, mə hkumluğu ödənilməmiş və götürülməmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 9 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli ilkin baxış iclasının qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər İ.H.Əhmədov və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələ ri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-242/2023 saylı, 19 iyul 2023cü il tarixli hökmü və 24 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işinin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə qaytarılması, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin birinci instansiya məhkəməsində hazırlıq iclası keçirilənədək dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti vermişdir. Lakin kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında müəyyən edilmişd ir ki, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmaqla kassasiya şikayəti vermişlər. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ilkin baxış iclasının qərarı 16 noyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3-cü maddəsində (CPM-in 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə (yəni azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə) həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətind ə verilir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin çıxardığı, CPM-in 391.3.7-ci maddəsi ilə nəzərdə tutulmuş qərar 16 noyabr 2023-cü ildə qəbul olunsa da, həmin qərarın mübahisələndirilməsinə dair kassasiya şikayəti 25 yanvar 2024-cü il tarixdə, yəni qərarın çıxarılmasından 2 ay 8 gün sonra tərtib edilmiş və 01 fevral 2024-cü ildə (mübahisələndirilən qərar çıxarıldıqdan 2 ay 14 gün sonra) Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin, CPM-in 410.1.1-ci maddəsində müəyyən edilmiş prosessual müddətin buraxılmasına baxmayaraq Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi buraxılmış müddətin bərpası barədə vəsatətlə müraciət etməmiş, apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayəti verilərkən CPM-in tələblərinə əməl olunub-olunmamas ını (kassasiya şikayətinin mümkünlüyü) məsələsini yoxlayarkən qeyd edilən halı nəzərindən qaçırtmış və müddət bərpa edilmədiyi (ümumiyyətlə buna dair vəsatət verilmədiyi) halda, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlərin etibarsız sayıldığını təsbit edən CPM-in 203.1-ci maddəsinin ziddinə olaraq cinayət işini kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Halbuki, CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qal dırmaq hüququna malikdirlər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Apellyasiya instansiy ası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023cü il tarixli ilkin baxış iclasının qərarından Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalı və kassasiya şikayətinin mümkünlüyü məsələsinə CPM-in tələblərinə müvafiq surətdə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli ilkin baxış iclasının qərarından Zərərçəkmiş şə xs2 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti baxışından çıxarılsın və Azərbaycan Respublikası CPM-nin 411, 415-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar