Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1199/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində altı azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)2203/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 1(002)19/2024 nömrəli hökmü ilə (hakim X2) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məh dudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 4 (dörd) il 5 (beş) ay azadlığın məhdudlaşdırması cəzası hazırkı cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş həbsdə olduğu 9 (doqquz) ay 5 (beş) gün və hazırkı iş üzrə həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 23 (iyirmi üç) gün, ümumilikdə 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində qəti ol araq 2 (iki) il 2 (iki) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2203/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 1(002)-19/2024 nömrəli hökmü dəyişdirilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş ev dustaqlığında və həbsdə olduğu 9 (doqquz) ay 5 (beş) gün və hazırkı iş üzrə həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün, cəmi 1 (bir) il 5 (beş) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 2 (iki) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 1(002)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilmiş 4 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası, ümumilikdə 3 (üç) il 2 (iki) ay ona təyin edilmiş 5 (beş) il müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq Məhkum üzərində 1 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt m agistral avtomobil yolunun 12-ci km-də, üzü şəhər istiqamətində, yolun sağ kənarında yerləşən təpənin hündürlüyünə gətirərək həmin hündürlükdəki Zərərçəkmiş şəxs ASC Bakı Su Kanal İdarəsinin balansında olan Qaradağ rayonu ərazisində yerləşən su nasos stansiyasından Badamdar su anbarına gedən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttini kəsmək üçün icazəsinin olduğunu bildirərək yanıltmaqla bir metrinin qiyməti 60 manat olmaqla, 8 mm qalınlığında, 426 mm diametrli ümumi uzunluğu 185 metr ölçüdə, ümumi dəyəri 11100 manat təşkil edən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttini kəsib hissələrə ayıraraq yığılmasına nail olmuş, lakin həmin ərazidə yaşayan vətəndaş Şahid2 onlara yaxınlaşaraq qanunsuz əməllərinə etiraz olaraq DİN-in 102 Zəng Xidmətinə zəng etdiyi ü çün öz iradəsindən asılı olmayan səbəbə cinayət əməlini başa çatdırmayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinin yenidən baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Protestdə qeyd edilir ki, məhkəmə Məhkum cəza təyin edərkən iş üzrə barışıq əldə olunmamasını və zərərçəkmiş şəxsin Məhkum şikayətçi olmasını, sonuncunun şəxsiyyətini, işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almayaraq cəzanın həddi ilə bağlı gəldiyi nəticəni hökmdə əsaslandırmamış və c əzanın məqsədini təmin etməyən ədalətsiz, yüngül cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə Məhkum cəza təyin edərkən CM-in 69.3-cü maddəsinə əsasən, onun tutulduğu və həbsdə olduğu müddəti 7 ay 23 gün müəyyən edərək təyin olunmuş cəzadan çıxmışdır. Bu zaman məhkəmə Məhkum xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddəti isə cəzaya hesablamışdır. Hazırkı işdə barəsində ev dustaqlığı qətimkan tədbiri olan şəxsin digər iş üzrə həbsə alınması ilə ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüşdür. Başqa sözlə xx.xx.2024-cü il tarixdən etibarən şəxsin həbsə alınması ilə ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə əməl edilməsi obyektiv olaraq mümkün olmamış, xx.xx.2024-cü il tarixdə isə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə hökm qanuni qüvvəyə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Deməli, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu qənaətinə gəlməklə həmin müddəti qəti cəzaya hesablamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kas sasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki hal ları deyil, Məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi və apelyasiya instansiya tərəfindən Məhkum təyin edilmiş cəzaların düzgün hesablanmaması məhkəmə mübahisə edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması v ə ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхs Məhkum cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məc əllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, tə yin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbə b olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ə dalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəri cisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunver icilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt magistral avtomobil yolunun 12-ci km-də, üzü şəhər istiqamətində, yolun sağ kənarında yerləşən təpənin hündürlüyünə gətirərək həmin hündürlükdəki Zərərçəkmiş şəxs ASC Bakı Su Kanal İdarəsinin balansında olan Qaradağ rayonu ərazisində yerləşən su nasos stansiyasından Badamdar su anbarına gedən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttini kəsmək üçün icazəsinin olduğunu bildirərək yanıltmaqla bir metrinin qiyməti 60 manat olmaqla, 8 mm qalınlığında, 426 mm diametrli ümumi uzunluğu 185 metr ölçüdə, ümumi dəyəri 11100 manat təşkil edən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttin i kəsib hissələrə ayıraraq yığılmasına nail olmuş, lakin həmin ərazidə yaşayan vətəndaş Şahid2 onlara yaxınlaşaraq qanunsuz əməllərinə etiraz olaraq DİN-in 102 Zəng Xidmətinə zəng etdiyi üçün öz iradəsindən asılı olmayan səbəbə cinayət əməlini başa çatdırmayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. İş materiallarına əlavə edilmiş məlumatlar görünür ki, Məhkum əvvəllər 3 dəfə: 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına; 2) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü ilə CMin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına; 3) Bakı şəhəri Nərimanov Rayon Məhkəməs inin 1 may 2024-cü il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum eyni xarakterli cinayət əməllərini törətdiyinə görə daha əvvəllər həm azadlıqdan məhrum etmə cəzasına, həm də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq bundan heç bir nəticə çıxarmamış, islah olunmamış, yenidən oğurluq etməyə cəhd etmiş, məhkəmələr isə bu xüsusatı nəzərə almamış və kifayət qədər əsaslandırma aparmadan ona yüngül cəza təyin etmiş və gəldikləri nəticələri kifayət qədər əsaslandırmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Kassasiya protestinin apelyasiya instansiya məhkəməsinin əsassız olaraq məhkumun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu qənaətinə gəlməklə həmin müddəti qəti cəzaya hesablaması ilə əlaqədar dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası CPM-nin 163.1-ci maddəsinə əsasən “Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyət dən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.” - Azərbaycan Respublikası CPM-nin 65.2.2-ci maddəsinə görə “qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında” qərar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi “Qaydaları”na əsasən: “2.2. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur... 4.1. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş v əzifələri yerinə yetirməsinə nəzarət məhkum edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən həyata keçirilir. 4.2. Yaşadığı yer üzrə yerli probasiya qurumuna və ya polis orqanına gəlmiş (gətirilmiş) nəzarət subyekti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemində qeydiyyata alınır və ona nəzarət subyektinin eyniləşdirmə nömrəsi verilir. 4.3. İcra məmuru (probasiya üzrə) və ya polis orqanı məhkəmənin qərarında göstərilən vəzifələrə əsasən tətbiq olunacaq elektron nəzarət vasitəsinin növünü müəyyən edir və elektron nəzarət sistemində yeni nəzarət subye ktinin fərdi identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum tarixini, eyniləşdirmə nömrəsini, quraşdırılacaq cihazların seriya nömrələrini, məhdudlaşdırma şərtlərini və onlardan asılı olaraq tələb olunan digər məlumatları elektron nəzarət sisteminə daxil edir. 4.4. İcra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nəzarət subyekti ilə birgə onun məhkəmənin qərarında göstərilən yaşayış yerinə gedərək, elektron nəzarət vasitəsini bu Qaydaların 5-ci hissəsinə əsasən quraşdırır və aktivləşdirilməsi üçün monitorinq mərkəzinə elektron sorğu göndərir.” İş materiallarında Məhkum barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hazırlıq iclası qərarında təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi il ə əlaqədar məhkəmə qərarının icraya yönəldilməsinə dair hər hansı bir sənəd mövcud deyildir. İş materiallarından görünür ki, məhkəmələr qanunvericiliyin yuxarıda istinad edilən normalarının yerinə yetirilib-yetirilmədiyini araşdırmadan hesab etmişlər ki, Məhkum barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hazırlıq iclası qərarı qəbul edilən andan icra olunmuş və həmin qətimkan tədbirinin icrası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli hökmündən sonra da davam etmişdir, halbuki məhkəmənin həmin hökmü ilə Məhkum barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, məhkəmələr yuxarıda qeyd olunan məsələyə formal yanaşmış, faktiki məhkəmə qərarının icra olub-olunmam ası ilə əlaqədar sənədləri tələb edib araşdırmamış və heç bir araşdırma aparmadan yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum barəsində cəza hesablanarkən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırlıq iclası qərarının icra olub-olunmaması ilə bağlı məsələlər araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunmalıdır. Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliy in tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərl iliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakter ini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-1199/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1199/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver