Məhkəmə qərarları › İş №1(102)-12/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-12/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-12/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X11 nümayəndəsi – X80nun vəkili X7, Məhkum müdafiəçiləri – X85nun vəkili Müdafiəçi2 və X9 0nun vəkili X12 oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarından Məhkumnın müdafiəçiləri Müdafiəçi2 və X12 oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər A.H.Hacıyev və M.Ə.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1999-cu ildə ünvan2ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan3-da qeydiyyatda olmaqla, ünvan4-da yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayə t Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X17 tərəfindən verilmiş apellyasi ya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarından Məhkumnın müdafiəçiləri Müdafiəçi2 və X12 oğlu kassasiya şikayəti vermişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 27 dekabr 2017-ci il tarixdə, saat 12 radələrində atası X13 ilə dayısı X4 bacısı XXX65nın əri ilə barışması və yenidən birlikdə yaşamalarına bacısının qayınatası X8 razı olmaması barədə söhbətini eşidib, bundan hiddətlənərək bacısının ailəsinin dağılmasına X8un səbəb olduğunu düşünüb ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan mənbədən 2017-ci ilin dekabr ayının əvvəllərində qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik, soyuq silah hesab edilən qatlanan ov tipli bıçağı əynindəki gödəkçənin sağ cibinə qoyub, həmin gün saat 13 radələrində sonuncunun yaşadığı ünvan5nə getmək üçününvan6nın qarşısından keçən “Mercedes” markalı sərnişin daşıyan mikroavtobusa mindikdə, X8u və arvadı X9 həmin mikroavtobusda görmüş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bir qədər hərəkət etdikdən sonra mikroavtobusu ünvan7ndə yerləşən XXXXX89 marketin qarşısında saxladaraq, mikroavtobusun içərisində üzərində olan həmin bıçaqla XXX15nın gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək X8un döş qəfəsinin sol yarısının ön səthinə bir dəfə zərbə endirib, yetirildiyi anda i nsan həyatı üçün təhlükəli olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət kəskin qanitirmə ilə nəticələnən ölümünə səbəb olan xəsarət yetirməklə X8u xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçiləri X12 oğlu və Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr sübutları düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə Məhkum zərərçəkmiş şəxs (dayısı və bacısının qaynatası olmuş) X1 ehtiyatsızlıqdan ölümünə səbəb olmaqla qəsdən ağır zərər vurma cinayətini törətməkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməli olduğu halda, əsassız və qanunsuz ola raq xüsusi amansızlıqla X8u qəsdən öldürməkdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, habelə qanunsuz olaraq soyuq silah gəzdirməkdə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinmiş və Məhkum əməlinə müvafiq olamayan həddindən artıq ağır cəzaya məhkum edilmişdir. Əməlin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hallar kimi müdafiəçi xüsusilə ona istinad etmişdir ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək məqsədi olmamış, o, müstəsna olaraq qorxutmaq məqsədi ilə X8u bıçaqla vurmuşdur. Həmçinin o, hadisə zamanı zərərçəkmiş şəxs X8la eyni mikroavtobusda gedən arvadı X10 və yaxud zərərçəkmiş şəxsin özünə xüsusi iztirab verdiyini nəinki dərk və arzu etmiş, ümumiyyətlə (başqa oturacaqda oturduğu üçün) XXX15nı görməmiş və XXX15 da ərinin bıçaql a vurulduğunu artıq hadisə baş verdikdən sonra bilmişdir. Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə əsassız olaraq təqsirli bilinməsi barədə iddialarını isə müdafiəçilər onunla izah edirlər ki, Məhkum üzərində olmuş bıçaq düzgün olmayaraq soyuq silah kimi qiymətləndirilmişdir. Cəzanın həddindən artıq olması barədə firkirlərini isə müdafiəçilər onunla əsaslandırmışlar ki, Məhkum gəncdir, müsbət xarakterizə olunur, könüllü olaraq polis orqanına gedib təqsirini boynuna almışdır. Müdafiəçilərə görə həmin hallar Məhkum barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqinə əsas verirlər. Müdafiəçilər kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntul ar kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 126.3-cü maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasının aşağı həddində olan cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini, Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində isə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsin in kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassa siya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə Məhkum əməli müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurma kimi) tövsif edilməli olduğu halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə (xüsusi amansızlqla qəsdən adam öldürmə və qanunsuz olaraq soyuq silah gəzdirmə kimi) tövsif olunduğunu, müvafiq olaraq da ona həqiqi əməlinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum əməlinin Cinayət Məcəlləsinin 120. 2.4-cü maddəsindən 126.3-cü maddəsinə tövsif edilməsi, ona həmin maddənin sanksiyasının aşağı həddində olan cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində isə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mür aciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiy ası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçilərin Məhkum əməlinə şamil edilməli olan cinayət-hüquqi norma olduğunu iddia etdikləri Azərbycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi zərərçəkmiş şəxsin ölməsi kimi ictimai-təhlükəli nəticənin təqsirkarın ehtiyatsızlığından baş verməsini, yəni təqsirkarın həmin nəticəni nəinki arzu etməməsini, hətta bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməməsini, yəni şüurunda belə nəticənin baş verə biləcəyini istisna etməsini ehtiva edir (onu əvvəlcədən görmədiyi üçün və yaxud görsə də, yüngülfikirliliklə onun baş verməyəcəyinə, qarşısını alacağına ümid bəslədiyi üçün). Məhkum törətdiyi (sadə tərkibi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş) qəsdən adam öldürmə cinayəti isə əksinə, qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini dərk etməklə yanaşı zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini (CM-in 25.2-ci maddəsində təsvir edilən birbaşa qəsd) və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, bununla belə həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməsini (CM-in 25.3-cü maddəsində təsvir edilən dolayı qəsd) ehtiva edir. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində isə (baxılan işin kontekstində) “xüsusi amansızlıqla adam öldürmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir ki, müdafiəçilər cinayəti ağırlaşdıran bu əlamətin də Məhkum aid edilməsini mübahisələndirmişlər. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaş a qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq hə mçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi halla ra (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki işin şərh edilən məsələ ilə əlqədar müəyyən olunmuş halları isə həm də aşağıdakılardan ibarətdir: Hadisə ərəfəsində Məhkum bacısı XXX45nin ailəsinin dağılmasına sonuncunun qayınatası X8un səbəb olduğunu düşündüyü üçün hiddətlənmiş və bu vəziyyədə X8la görüşməyə gedərkən özü ilə bıçaq götürmüşdür. Baxılan iş üzrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 yanvar 2018-ci il tarixli rəyi ilə Məhkum psixi cəhətdən sağlam olması, öz hətəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması müəyyən edilmiş, Məhkum öz hərəkətlərinin mənasını dərk etməsini, o cümlədən bıçağın xassələrini bilməsini, bıçaqla b ədənə vurulan zərbənin hansı nəticələr doğura biləcəyini anlamasını müdafiə tərəfi də bütöv proses boyu şübhə altına almamışdır. Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2017-ci il tarixli 25 saylı rəyinə görə X8un bədəni üzərindəki deşilmiş kəsilmiş yara onun həyati-əhəmiyyətli orqanlarının yerləşdiyi nahiyədə - döş qəfəsinin sol-ön səthində olmaqla daxilə nüfuz etmiş, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşayiət olunmuşdur. Məhz bu – Məhkum bir bıçaq zərbəsi ilə yetirdiyi həyat üçün təhlükəli olan xəsarətlər kəskin qanitirməyə gətirib çıxarmış və zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Sübutlara görə zərərçəkmiş Məhkum ünvan10ndə hərəkət edən “Mersedes” markalı mikroavtobusda X8u bıçaqla vurub mikroavtobusadan düşdükdən dərhal sonra X8 ünvan12na çatdırılsa da, ilkin yardım göstəri lməsinə baxmayaraq ölmüşdür. Məhkum özünün birinci instansiya məhkəməsində verdiyi ifdəyə görə o, mikroavtobusa mindikdə içəridə ayrı-ayrı oturacaqlarda X8un və onun arvadı XXX15nın oturduğunu görmüş və X8u vurduqdan sonra XXX15nın qışqırmasını eşitmiş, hətta bundan o qədər həyacanlanmışdır ki, bıçağı əlindən salmışdır. İstintaq hərəkətinin protokoluna görə Məhkum ibtidai istintaqda ifadəsi yerində yoxlanılarkən X8un və XXX15nın mikroavtobusda oturduqları yerləri sərbəst göstərmişdir. XXX15 da birinci instansiya məhkəməsində verdiyi ifadəsində Məhkum mikroavtobusun içərisində onun gözləri qarşında əri X8u qəsdən bıçaqla vurduğunu bildirmişdir. X2 da ifadəsində onu təsdiq etmişdir ki, hadisə zamanı X8la arvadı XXX15 mikroavtobusada olub bir-birinə yaxın (sol və sağ tərəfdəki) oturacaqlarda əyləşmişlər. Qeyd edilən halların və məlumatların fonunda müdafiəçilərin X8un ölümünün Məhkum ehtiyatsızlığından baş verməsi, yəni.X16 bıçaqla ürək nahiyəsindən vurarkən məqsədinin müstəsna olaraq sonuncunu qorxutmaq olub hərəkətinin X8un ölümü ilə nəticələnə biləcəyini qabaqcadan görməməsi və yaxud X8un həyatda qalacağına ümid bəsləməsi (şüurunda X8un həyatdan məhrum edilməsi kimi ictimai təhlükəli nəticəni istisna etməsi) barədə mülahizələri, eləcə də Məhkum zərərçəkmiş şəxsin arvadı XXX15nın mikroavtobusa olmasını, sonuncunun isə onun zərərçəkmişi bıçaqla vurmasını görməməsi, yəni XXX15nın hadisə anında iztirab keçirməməsi, özünün də bunu dərk etməməsi barədə iddiaları əsaslı, işin həqiqi hallarından və məhkəmədə baxılmış sübutlardan irəli gələn mülahizələr kimi qiymətləndirilə bilmə z. Əksinə, məhz məhkəmələr sübutlardan və yuxarıda təsvir edilən faktik hallarından düzgün nəticələr çıxarıb Məhkum zərərçəkmiş X8u xüsusi amansızlıqla qəsdən öldürməsi, onun bu əməlinin məhz Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində göstərilən cinayətin tərkibini yaratması barədə qənaətə gəlmişlər. Yuxarıda şərh olunan iddialar kimi müdafiəçilərin Məhkum əsassız olaraq soyuq silah gəzdirməyə görə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməsi haqqında iddiaları da sübutlarla uzlaşmır. Belə ki, Məhkum hadisə yerində (mikroavtobusda) əlindən saldığı, şahid XXX15un isə qaldırıb cinayət təqibi orqanına təhvil verdiyi açılıb-qatlanan bıçaq 27 dekabr 2017-ci il tarixli protokolla götürülüb işə əlavə edilmiş və 28 dekabr 2017-ci il tarxli “əşyanın tanınma ya təqdim edilməsi haqqında” protokola əsasən Məhkum tərəfindən hadisə günü evindən özü ilə götürüb hadisə yerinə (mikroavtobusa) gətirdiyi və orada X8u ürək nahiyəsindən vurduğu bıçaq kimi tanınmışdır. Həmin bıçağın və digər maddi sübutların tədqiqatı üzrə məhkəmə tibbi-kriminalistik ekspertizasının 05 fevral 2018-ci il tarixli rəyi ilə qeyd olunan bıçağın zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaq – deçici-kəsici xassəyə malik soyuq silah olması müəyyən edilmişdir. Müdafiəçilərin Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, məhkəmə kallegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifləri ilə razılaşmaq üçün əsas tapmır. İlk növbədə ona görə ki, müdafiəçilər cəzanın həddindən artıq ağır olduğunu iddia edərkən məhkumun əməlində Cinayət Məcəlləsi nin 120.2.4 və 228.4-cü maddələrində deyil, yalnız 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında əsassız dəlildən çıxış etmişlər. Digər tərəfindən, istər Məhkum Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə yuxarıda qeyd olunan cəzanı təyin edən birinci instansiya məhkəməsi, istərsə də həmin məsələ üzrə birinci instansiya məhkəməsinin çıxardığı nəticələri yoxlayıb cəzanı dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi) məsələlər üzrə müəyyən edilmiş halları birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirmiş, cəzanın təyini məsələsini tənzimləyən cinayət qanunu normalarının, o cümlədən ədalət prinsipinin (CM, maddə 8) tələblərini pozmamışlar. Kassasiya şikayəti müəlliflərinin iddialarının əksinə olaraqMəhkum könüllü gəlib təqsirini boynuna alması, yaşayış yerindən müsbət xarakterizə olunması da məhkəmələrin nəzərindən qaçmamış, həmin hallar Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Qeyd olunan səbəblərdən müdafiəçilərin məhkəmələrin sübutları düzgün qiymətləndirməmələri və Məhkum zərərçəkmiş X8un həyatdan məhrum edilməsində ifadə olunmuş əməlini Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif etməklə və onu Cin ayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilməklə Məhkum əməllərinin hüquqi tövsifində səhvə yol verib onu həddindən artıq ağır cəzaya məruz qoymaları, yəni baxılan işdə Cinayət-Prosessual Məcəllənin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş qanun pozuntularının olması barədə iddiaları əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçilərin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçiləri X12 oğlu və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumnın müdafiəçiləri Müdafiəçi2 və X12 oğlunun birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnın barəsində olan 12 iyul 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar