Məhkəmə qərarları › İş №1(102)-12/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-12/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-12/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs3 hüquqi varisi X2 nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Aslanov Emil Mustafa oğlunun iştirakları ilə xx xxxxx 1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2016-cı il tarixdən hesablanmaqla, cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi və habelə zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: N.Zərərçəkmiş şəxs1 (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zə rərçəkmiş şəxs1 «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə dəmir yolu xətlərində istifadə olunan Ukrayna istehsalı olan rezin detalları «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə satmaqla əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq, ondan xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin 20ci Polis bölməsinin qarşısında yerləşən «Paradayz» kafesində həmin dövrün məzənnəsi ilə 79.320 manat təşkil edən 100.000 ABŞ dolları, xx xxx 2011-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” dairəsinin yanında yerləşən Manejin arxasında həmin dövrün məzənnəsi ilə 253.184 manat təşkil edən 320.000 ABŞ dolları, xx xxxx 2011-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Çudo peçka» kafesinin qarşısında həmin dövrün məzənnəsi ilə 157.740 manat təşki l edən 200.000 ABŞ dolları, 2011-ci ilin avqust ayı ərzində Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” dairəsinin yanında yerləşən Manejin arxasında olan kafedə həmin dövrün məzənnəsi ilə 196.650 manat təşkil edən 250.000 ABŞ dollarını, 2012-ci ilin yanvar ayında həmin dövrün məzənnəsi ilə 157.300 manat təşkil edən 200.000 ABŞ dolları, xx xxxx 2012-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində həmin dövrün məzənnəsi ilə 275.205 manat təşkil edən 350.0 ABŞ dollarını, xx xxxx 2012-ci ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 275.205 manat təşkil edən 350.000 ABŞ dollarını, 2012-ci ilin may ayı ərzində həmin ünvanda həmin dövrün məzənnəsi ilə 235.860 manat təşkil edən 300.000 ABŞ dolları, xx xxxx 2012-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Korlar Cəmiyyətinin in zibati binasının yaxınlığında həmin dövrün məzənnəsi ilə 204.256 manat təşkil edən 260.000 ABŞ dollarını, xx xxxxxxxx 2012-ci ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 78.530 manat təşkil edən 100.000 ABŞ dolları, xx xxxxxx 2012-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində həmin dövrün məzənnəsi ilə 156.980 manat təşkil edən 200.0 ABŞ dollarını, xx xxxx 2013-cü ildə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 392.450 manat təşkil edən 500.000 ABŞ dollarını və sonuncu dəfə xx xxxx 2013-cü ildə həmin dövrün məzənnəsi ilə 509.925 manat təşkil edən 650.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 2.972.605 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ə lə keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasından Azərbaycan Respublikasına qazon örtüyü gətizdirərək satışını təşkil etməklə, eyni zamanda Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında və Rusiya Federasiyasının Vladivostok şəhərində satışını təşkil edilməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq, ondan 2012-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Dəyirman» restoranında həmin dövrün məzənnəsi ilə 1.572.800 manat təşkil edən 2.000.000 ABŞ dollarını və 2012-ci ilin fevral ayının axırlarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 1.572.800 manat təşkil edən 2.000.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs4 cə mi 3.145.600 manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs5 «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sifarişi İlə dəmir yolu xətlərində istifadə olunan rezin detalları «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə satmaqla əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan xx xxxxxx 2012-ci il tarixdə Tovuz rayonunda yerləşən «Zamin bank» filialı vasitəsilə 26.006 manat məbləğində pulu, 2013-cü ilin may ayında Tovuz rayonunda 10.000 manat məbləğində pulu və xx xxxx 2013-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda 20.000 manat məbləğində pulu ələ keçirə rək Zərərçəkmiş şəxs5 cəmi 56.006 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs5 qardaşı X3 Türkiyə Respublikasında qurduğu işə pul yatırıb gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2013-cü ilin mart ayında Tovuz rayonunda 26.000 manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs6 Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında sat ışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2014-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Platin” çay evində 10.000 manat məbləğində pulu, 2014-cü ilin iyul ayının axırlarında həmin ünvanda 10.000 manat məbləğində pulu, 2014-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayonda yerləşən Tennis Akademiyasının yanında 10.000 manat məbləğində pulu, 2014-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu, Nəsimi metro stansiyasının yanında “Sarı” marketin qarşısında 7.000 manat məbləğində pulu, 2014-cü ilin oktyabr ayının sonlarında həmin ünvanda 6.000 manat məbləğində pulu və 2014-cü ilin noyabr ayı ərzində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində «Spase» telekanalının inzibati binasının qarşısında hissə-hissə 8.000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs6 cəmi 51.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs3 Gürcüstandan izolyasiya materiallarını və Türkiyə Respublikasından qatqı materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan xx xxxxxx 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 94.104 manat t əşkil edən 120,000 ABŞ dolları, xx xxxxxx 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 23.532 manat təşkil edən 30.000 ABŞ dollarını, xx xxxxxxxx 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 94.116 manat təşkil edən 120.000 ABŞ dolları, xx xxxxxxx 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, xx xxxxxx 2014-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 15.688 manat təşkil edən 20.000 ABŞ dolları, xx xxxxxx 2014-cü ildə həmin yerdə həmin dövrün məzənnəsi ilə 15.688 mana t təşkil edən 20.000 ABŞ dolları, 2014-cü ilin noyabr ayı ərzində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 nömrəli binanın həyətində hissə-hissə həmin dövrün məzənnəsi ilə 9.414 manat təşkil edən 12.000 ABŞ dolları və 2015-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 nömrəli binanın həyətində həmin dövrün məzənnəsi ilə 105.020 manat təşkil edən 100.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs3 cəmi 436.002 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyət ilə əhatə olunmuş qəsdlə davamlı olaraq tanışı Zərərçəkmiş şəxs7 Türkiyə Respublikasından qatqı materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2014-cü ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 15 nömrəli binanın həyətində 30.000 manat məbləğində pulu, 2014-cü ilin noyabr ayının əvvəllərində həmin ünvanda 60.000 manat məbləğində pulu, 2014-cü ilin noyabr ayının sonlarında həmin ünvanda 15.000 manat məbləğində pulu, xx xxxxxx 2014-cü ildə həmin ünvanda 5000 manat məbləğində pulu və xx xxxxxx 2014-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində “Platin” çay evində həmin dövrün məzənnəsi ilə 1961 manat təşkil edən 2.500 ABŞ dolları dəyərində qızıl komplekti ələ keçirərək Zərərçəkmiş şəxs7 cəmi 111.961 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tə krarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə tanışı Zərərçəkmiş şəxs2 Gürcüstandan izolyasiya materiallarını alaraq Azərbaycan Respublikasında satışını təşkil etməklə əldə edilən qazancdan sonuncuya gəlir verəcəyini yalandan vəd verib inandıraraq ondan 2014-cü ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindəki «Star» yanacaqdoldurma məntəqəsinin qarşısında həmin dövrün məzənnəsi ilə 19.610 manat təşkil edən 25.000 ABŞ dollarını ələ keçirərək Zərərçəkmiş şəxs2 19.610 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018- ci il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, zərərçəkmiş şəxslərdən faizlə kommersiya məqsədilə pullar almış, kiminsə etibarından sui-istifadə etmək və aldatmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxslərdən aldığı pulları qaytarmış, lakin zərərçəkmiş şəxslər ondan əlavə olaraq faizlər tələb edirlər. İş materiallarına zərərçəkmiş şəxslərə pulların ödənilməsinə dair qəbzləri əlavə etsə də, məhkəmə həmin qəbzlərə məhəl qoymamış, ödənilmiş məbləğləri hesablamamış, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Xə ödənişlər barədə sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutları nəzərə almamışdır. Məhkum hesab edir ki, aşağı instansiya məhkəmələri zərə rçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini qərarlarında cəzanı yüngülləşdirən hal kimi qeyd etsələr də, ona həddindən artıq ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli və nümayəndə E.Aslanovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələ rindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Eyni zamanda məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslərdən faizlə kommersiya məqsədilə pullar aldığını, kiminsə etibarından sui-istifadə etmək və aldatmaq niyyəti olmadığını qeyd edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəf indən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesin də tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun leh inə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz b u sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayə t əməlinin törədilməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər X10, X11, X16, X20, X12, X13, X21, X18, X29, X14 və X6 ifadələri, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində elan edilmiş ittihamda təqsirliliyini mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini tör ədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkum cinayət əməlləri iş materiallarında olan özünün qismən etirafedici ifadələri, zərə rçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və A zərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, himayəsində iki uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məh kum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norm alarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onu n həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar