Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-12/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 23 fevral 2021-ci il tarixli, 1(106)-231/2021 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 21 oktyabr 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fak tiki hallarına görə, Məhkum 23 iyul 2020-ci il tarixdə, saat 20 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olan idarə etdiyi “Mercedes Benz 250D minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Lənkəran avtomobil yolunun Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində, Masallı istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, onun idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkətdə olan, əvvəllər tanıdığı, Masallı rayonu Boradigah qəsəbə sakini, Zülfüqarov Elnur Nəhmət oğlunun idarə etdiyi “Orion 1100” markalı velosiped onun hərəkətdə olduğu yola çıxdıqdan sonra, avtomobilin ön tərəfi ehtiyatsızlıqdan Elnur Zülfüqarovun idarə etdiyi velosipedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun açıq kəllə-beyin travması, sol gicgah və ənsə sümüyünün sınığı, kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasına və qişalarına qansızma, başın sol gicgah-ənsə-təpə nahiyəsinin əzilmiş yarası, boyun, sol çiyin, sol bazu və sol said nahiyəsinin, döş qəfəsinin sol yan hissəsinin, sol ayağın içəri topuq və üst hissəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, hadisə yerində ölümünə, həmçinin mə rhum Zülfüqarov Elnur Nəhmət oğluna məxsus velosipedə 28 manat maddi zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir.
4. Masallı Rayon Məhkəməsinin 1(050)-219/2020 №-li 23 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun ondan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, hökmün icrasının Məhkum qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir.
5. Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 1(050)-219/2020 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sadaladığı yüngülləşdirici halların dairəsi normadan artıq olmuşdur. Birincisi Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi x üsusatı tamamilə yanlışdır. Çünki baş vermiş cinayət Məhkum sürət həddini aşması ilə müşayiət olunan kobud qayda pozuntusu ilə bağlı olmuşdur. Belə ki, iş materiallarından məlum olur ki, hadisə yerindəki sürət limiti 50 km/saat olsa da, Məhkum idarə etdiyi avtomobilin sürəti təqribən 80-90 km/saat olmuşdur. Yəni hadisə təsadüflə yox, hədsiz etinasızlıqla bağlı olmuşdur. İkincisi məhkəmə qeyd etmişdir ki, Məhkum cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmişdir. Bu da tam əsassız mövqedir, çünki, belə bir tibbi yardım göstərilməmiş, təqsirləndirilən şəxs mərhumu xəstəxanaya vaxtında çatdıra bilməmiş və bu səbəbdən də zərərçəkmiş dünyasını dəyişmişdir. Məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamamışdır və ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində - 5 il 6 ay cəza təyin olunmasını xahiş etmişdir.
6. Hökmdən həmçinin dövlət ittihamçısı apelyasiya protesti vermişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, sonuncu özü də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum bağışlamır, bu səbəbdən də, təqsirləndirilən şəxs barəsində daha sərt cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanı, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi kontekstində mənəvi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları nı nəzərə almamış, hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə Məhkum islah olunması qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini hökmdə əsaslandıra bilməmişdir. Məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması, təqsirləndirilən şəxsin əməllərinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nətic ələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə təqsirləndirilən Mahiz Vəlizadəyə cəza təyin edərkən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsini, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşay ış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallardan bir qismi məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bütün bunlarla yanaşı hazırki hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomobillə xəstəxanaya çatdırmasını Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını da, əsas tutaraq Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin etmiş və belə hesab etmişdir ki, konkret iş üzrə qeyd olunan yüngülləşdirici hal olduğundan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 60.1-c i maddəsində göstərildiyi kimi, yəni bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəza təyin etmişdir. Lakin qeyd olunan halı məhkəmə yüngülləşdirici hal kimi nəzərə almaqda haqlı olmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsində yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq və başqa vəzifələr qoyulmuşdur. Həmçinin məhkəmə ümumiyyətlə nəzərə almamışdır ki, istintaq orqanı ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin məhz hadisə yerində ölməsi qənaətinə gəlmiş, həmin hal ittihamın məzmununda da göstərilməklə ittiham aktının nəticəvi hissəsində öz əksini tapmış və məhkəmə özü də həmin halları müəyyən edərək hökmündə göstərmişdir. Bundan başqa hazırkı işdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması halı mövcud olmamış, zərərçəkmiş şəxsin həyatına artıq zərər dəymiş və nəticədə də o, ölmüşdür. Beləliklə də, məhkəmə yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünün həddini müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli, 1(106)-231/2021 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apelyasiya protesti təmin olunmuş, Masallı Rayon Məhkəməsinin 1(050)-219/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) il, 02 (iki) aya qədər artırılmış və Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarından məhkumun müdafiəçiləri M üdafiəçi1 və Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsində və hətta apellyasiya məhkəməsində Məhkum özünü təqsirli bilmiş olsa belə, onu ittiham olunduğu bu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilmək olmaz. Müdafiəçinin səriştəsizliyindən və bu səbəbdən də müdafiəçisi olduğu şəxsə keyfiyyətli hüquqi yardım göstərə bilməməsindən istifadə edərək, birinci instansiya məhkəməsi əməlində cinayət tərkibi olmayan və cinayət tərkibinin olmadığı açıq-aydın görünən şəxs barəsində bilərəkdən ittiham hökmü çıxararaq, onu uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Təqsirləndirilən şəxs isə öz təqsirsizliyini savadsızlığı və təcrübəsizliyi səbəbindən dərk etməmiş və buna görə də açıq-aşkar qanunsuz hökmdən apellyasiya şikayəti verməmişdir. Hökmdə məhz Məhkum təqsirliliyinin sübutu kimi hadisənin necə baş verməsini görməyən hüquqi varisinin ifadəsinə, polis əməkdaşlarının, hadisənin necə baş verməsini birbaşa görməmiş şahidlərin ifadələrinə, hətta məhkumluq arayışına belə istinad olunur. Lakin iş üzrə ən mühüm və ən təkzibolunmaz sübutun üzərindən isə ittiham aktında bir cümlə ilə keçilir. Bu sübut, hadisənin necə baş verməsini çox aydın göstərən, istintaq və məhkəmə orqanının açıq-aşkar qanunsuz, özbaşına əməllərini ifşa edən video görüntüdür. Həmin video görüntüdə olanlar istintaq orqanının elan etdiyi ittihamda və məhkəmə hökmündə yazılanların tam əksi, hadisə mexaniz minin təhrif edilməsinin sübutudur. İstintaq və məhkəmə orqanının Məhkum şərləmək yox, obyektiv araşdırma aparmaq məqsədləri var idisə, onlar video görüntüyə tam əsaslanan mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və alınan nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idilər. Müdafiə tərəfi olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə həmin məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-231/2021 nömrəli cinayət işi üzrə 23 fevral 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişlər.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Res publikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətinin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 92.11.1-ci maddəsi ilə şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsinin bütün qanuni üsullarla həyata keçirilməsi; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlərin verilməsi və müdafiə tərəfinin seçdiyi mövqe üzrə hərəkət edilməsi müdafiəçinin vəzifələri olaraq müəyyən edilmişdir.
16. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində i stinad edilən 23 iyul 2018-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində baş vermiş avtomobil qəzası ilə bağlı hadisənin görüntüsünü əks edən “Dəmir sexi” adlanan mağazanın müşahidə kamerasının video yazısı, Masallı RPŞ-nin istintaq bölməsinin müstəntiqinin “Götürmə aparılması haqqında” qərarına əsasən mağazanın sahibi Abdullayev Nazim İbrahim oğlundan götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. 17. 13 avqust 2020-ci il tarixdə Masallı RPŞ-nin istintaq bölməsinin müstəntiqinin “Maddi sübutun tanınması haqqında” qərarına əsasən “Dəmir sexi” adlanan mağazanın müşahidə kamerasından götürülmüş video yazı CD diskə köçürülmüş və iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınıb, cinayət işinə əlavə edilmişdir. 18. 14 avqust 2020-ci il tarixdə Masallı RPŞ-n in istintaq bölməsinin müstəntiqinin qərarına əsasən cinayət işi üzrə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş, ekspert qarşısında müvafiq suallar qoyulmuş və cinayət işi (hazırki kassasiya şikayətində istinad edilən video görüntüsünü əks edən CD disk daxil olmaqla) ekspertə təqdim edilmişdir. 19. 2 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzi tərəfindən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyi tərtib edilmişdir. Həmin rəy tərtib edilərkən, cinayət işinin materiallarında olmuş video görüntüsünü əks edən CD diskdən istifadə edilməmiş, eyni zamanda velosipedçinin hərəkətlərinin tədqiqinin yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. 20. 10 oktyabr 2020-ci il tarixdə Masa llı RPŞ-nin istintaq bölməsinin müstəntiqinin “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyi və Abdullayev Nazim İbrahim oğlundan götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş video görüntüsünü əks edən CD cinayət işi üzrə sübut kimi qiymətləndirilmişlər. 21. 12 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi ekspert rəyi ilə tanış olmuş, bu barədə tərtib edilmiş müvafiq protokol onlar tərəfindən imzaları ilə təsdiq edilmişdir. 22. 12 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış edilmiş və 21 oktyabr 2020-ci il tarixdə Məhkum onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı elan edilmişdir.
23. Bu məqamda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 287.1, 287.2, 287.3 və 287.4-cü maddələrinin ümumi məzmununa görə cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi va xtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Məhkəməyə göndərilmiş iş üzrə vəsatətin rədd edilməsinə dair şikayətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən rədd edilməsi həmin vəsatətin məhkəmə qarşısında qaldırılmasına mane olmur.
24. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 267.1-ci maddəsinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır.
25. Lakin, Məhkum və ya onun müdafiəçisi Məhkəmə ekspertiza mərkəzinin tərtib etdiyi yol-nəqliyyat hadisələrinin məhk əmə ekspertizasının rəyi ilə razı olmadıqlarını bildirməmiş, müstəntiq qarşısında əlavə ekspertizanın keçirilməsi haqda vəsatət qaldırmamışlar.
26. Qeyd edilənlərlə yanaşı, Məhkum və ya onun müdafiəçisi cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi ilə razı olmadıqlarını həmçinin işə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinə bildirməmiş və, eyni ilə, məhkəmələr qarşısında əlavə ekspertizanın keçirilməsi haqda vəsatət qaldırmamışlar.
27. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istər Məhkum, istərsə də müdafiəçisi onun məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməmiş, nəticə etibarilə məhkəmənin onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutula n cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda gəldiyi nəticəsi ilə razılaşmışlar.
28. Bütün bunlara baxmayaraq, hazırki kassasiya şikayətinin müəllifi Məhkum edilməsinin səbəbini istintaq orqanının hadisənin başvermə mexanizminin qəsdən saxtalaşdırmasında və aşağı instansiyaları məhkəmələrinin bu saxtakarlığa məqsədyönlü şəkildə göz yummasında görür.
29. Kassasiya şikayətinin müəllifinin yuxarıdakı iddiaları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 25.3, 32.1, 32.2.2 və 32.2.4-cü maddələrinin ümumi məzmununa görə, Azərbaycan Respublikasında cinayət mühakimə icraatının başlıca prinsiplərindən birisi onun ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsidir. Bu zaman hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digə r materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir. Cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamın təkzib edilməsi vəzifəsi müdafiə tərəfinin üzərindədir və məhz müdafiə tərəfi cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya onun cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb etməli və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməlidir.
30. Belə olan halda, cinayət mühakimə icraatının bütün mərhələrində cinayət işinin materiallarında m övcud olmuş sübutlara dair hər hansı irad və ya təklifin nə istintaqı aparan müstəntiqin, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, nə də ki işə baxan aşağı instansiya məhkəmələrinin nəzərinə çatdırılmaması, əksinə, həmin sübutlara dair təhrifin işin hallarını araşdırmayan və mövcud sübutlara hüquqi qiymət verməyən kassasiya instansiyası məhkəməsi qarşında qaldırılması, müdafiə tərifinin səhvi kimi qiymətləndirilməli və yolverilməz hesab edilməlidir.
31. Məhkəmə kollegiyasının belə qənaəti milli cinayət-prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə də uyğundur. Belə ki, Avropa Məhkəməsi çoxsaylı, o cümlədən Azərbaycana qarşı verilmiş şikayətlərlə bağlı q əbul etdiyi qərarlarında qeyd etmişdir ki, hüquqşünas peşəsinin Dövlətdən müstəqilliyi onunla nəticələnir ki, hüquqi yardım göstərilməsi hesabına yaxud öz seçimi ilə təyin edilməsindən asılı olmayaraq, müdafiənin təşkili və həyata keçirilməsi müdafiə edilən şəxsin və onun vəkili arasında tənzimlənən məsələdir və Dövlət müdafiəçinin buraxdığı nöqsanlara görə cavabdehlik daşıya bilməz (məsələn, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 32, 26 yanvar 2017; Qaloviç Xorvatiyaya qarşı, № 45512/11, § 83, 31 avqust 2021).
32. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qaldırılmış məsələ mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas götürülə bilməz.
33. Məhkum edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrə ke çdikdə məhkəmə kollegiyası qeyd edir ki, onun təqsiri ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Məhkum tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə təsdiq edilmişdir.
34. Məhkum təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
35. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsi nə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
36. Təsvir edilən cinayət-hüquqi normalarının müddəalarına əsaslanmaqla, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxs Məhkum cəza təyini ilə əlaqədar mövqeyini əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilməməsi və bunun da nəticəsində təyin olunmuş cəzanın müddətinin törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddətini 5 (beş) il, 02 (iki) aya artırmış, Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və bu zaman Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmiş, məhkumun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmamasını müəyyən etməyində haqlı olmuşdur.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndiri lmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun əsaslı hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəza təyini ilə bağlı hissədə dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinməsinə və təyin olunmuş cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual cina yət hüququ normalarına uyğun qəbul edilmişdir.
39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 fevral 2021-ci il tarixli, 1(106)-231/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 fevral 2021-ci il tarixli, 1(106)-231/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.