Məhkəmə qərarları › İş №1(102)-12/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-12/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-12/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayədəsi, vəkil Nəhmətov Fazil İld ır oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2tiki yaşamışdır. 2. 05 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a - “Azərbaycan Respublikası CM”) 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 03 dekabr 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, anası Şahid1 2010-cu ildən qarşılıqlı yaxınlıq münasibətlərində olduğu Zərərçəkmiş şəxs bir neçə dəfə həmin münasibətlərə son qoymasını tələb etməsinə baxmayaraq anasının mobil telefonunda onların bir-birilərinə göndərilmiş ismarıcları oxuduqdan sonra sonuncuların münasibətlərə son qoymadığını anlayıb qısqanclıq zəminində qisas alıb qəsdən Zərərç əkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 27 iyul 2021-ci il tarixdə zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən ümumi uzunluğu 199 mm, tiyəsinin uzunluğu 91 mm olan qatlanan tipli cib bıçağı və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi uzunluğu 100 mm olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilən beşbarmaqla silahlanaraq saat 22 radələrində Zərərçəkmiş şəxslə birlikdə Sumqayıt şəhəri, Çerkassı küçəsi, Sumqayıt Dəmiryol Vağzalının qarşısına gələrək münasibətlərini aydınlaşdırmağa başlamışlar, bu zəmində aralarında baş vermiş mübahisə zamanı aşkar surətdə əzab və işgəncə verdiyini dərk etməklə bunu arzulayaraq üzərində olan beşbarmaqla sonuncuya iki zərbə endirməklə ona alının sağ hissəsinin bir ədəd, üst göz qapağının bir ədəd qançırları ki mi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib müqavimətini qırdıqdan sonra üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirməklə ona sol kürək nahiyəsinin bir ədəd, sağ çiyin nahiyəsinin bir ədəd, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ədəd, sol budun aşağı 1/3nin ön səthinin bir ədəd, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd, sol saidin orta 1/3nin ön səthinin bir ədəd, sol saidin orta 1/3-nin iç səthinin bir ədəd, sol saidin aşağı 1/3-nin ön səthinin bir ədəd, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid olan 11 (on bir) ədəd, döş qəfəsinin arxa hissəsinin bir ədəd boşluğa nüfuz edən ağciyərin sağ aşağı payını zədələyən kəsilmişdeşilmiş yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid kəskin qanitirmədən ölümünə səbəb olan 1 (bir) ədəd, ümumilikdə isə 14 xəsarət yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddə si ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-24/2023 nömrəl i, 23 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzanın birinci insta nsiya məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Müdafiəçi3 kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini, həmçinin ona təyin edilən cəzanın ağır olduğunu iddia edib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi, həmin qərarın Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilməsini və cinayət işinin icraatına həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının 9 ilə endirilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etdiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.1ci maddəsinə qanunsuz və əsassız olaraq səhv tövsif edildiyini iddia edib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-24/2023 nömrəli, 23 fevral 2023cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

11. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.1-ci maddəsinə tövsif etməsində səhvə yol verdiyini iddia edib, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yal nız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi3 kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini, həmçinin sonuncuya təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-cı maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən eyni Məcəllənin 120.1ci maddəsinə səhv tövsif edildiyini iddia edib, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Dövlət ittihamçısı kassasiya protestində apell yasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə ist inad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

25. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində və dövlət ittihamçısının kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən əsasız olaraq eyni Məcəllənin 120.1-ci maddəsinə tövsif edildiyinə dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında məhkəmələrə verilən tövsiyələrə görə, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyə tinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər ("Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 3, § 8, 12 dekabr 2002-ci il).

26. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və kassasiya protestinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu hissədə gəldiyi nəticəsi ilə razılaşır.

27. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyindən müəyyən edilir ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən yalnız 1 (bir) ədədi (sol ağ ciyərin aşağı payının deşilmiş-kəsilmiş yarası) ölümlə birbaşa səbəbli əlaqəli olan xəsarət olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağ ciyərin aşağı payının deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Zərərçəkmiş şəxsdə olan digər xəsarətlər - sol kürək nahiyyəsinin, sağ çiyin nahiyyəsinin, sağ bazunun orta 1/3-nin arxa səthinin iki ə dəd, sol budun aşağı 1/3-nin ön səthinin, sol budun orta 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin iç səthinin, sol saidin aşağı 1/3 ön səthinin, sol əlin İV barmağının proksimal falanqasının ovuc səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yaraları isə adətən canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma, alının sağ hissəsinin və üst göz qapağının qançırları isə ölümlə səbəbli əlaqələri olmayan, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərdir, işin təkzibolunmaz bu cür faktiki halları təqsirləndirilən şəxsin niyyətinin birbaşa və ya dolayı qəsdlə zərərçəkmişə xüsusi iztirabların yetirilməsinə yönəlmədiyini təsdiq edir.

28. Həmçinin nəzərə alınmalıdır ki, yetirilmiş xəsarətlərin ümumi sayının 14 olması özlüyündə əməlin xüsusi amansızlıq əlaməti ilə qəsdən adam öldürmə kimi tövsif olunmasına səbəb ola bilməz. Müvafiq maddi hüquq normasının mənasına görə, xüsusi amansızlıq əlaməti ilə qəsdən adam öldürmə zamanı subyekt onun tərəfindən seçilən üsulun zərərçəkmişə xüsusi ağrılar verdiyini dərk edir və bunu arzu edir. Başqa sözlə, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilir. Burada söhbət hər hansı istənilən amansızlıqdan deyil, yalnız xüsusi amansızlıqdan gedir ona görə ki, qəsdən insanı həyatdan məhrum etmə özü-özlüyündə təqsirkarın müəyyən amansızlığını ifadə edir.

29. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında xüsusi amansızlıq anlayışının qətlin üsulu və tə qsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olması ilə yanaşı, həmçinin təqsirkarın qəsdinin istiqaməti də qeyd edilir. Bu isə qətlin xüsusi amansızlıqla törədilmiş kimi qiymətləndirilməsi üçün zərərçəkmiş şəxsin məhz xüsusi amansızlıqla həyatdan məhrum edilməsi halının təqsirkarın qəsdi ilə əhatə olunmasının müəyyən edilməsini tələb edir ki.

30. Qəsdin forması barədə hər hansı göstərişin olmaması ona dəlalət edir ki, bu zaman təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Azərbaycan Respublikası CM-nin 25-ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş he sab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

31. Baxılan cinayət işinin müəyyən edilmiş hallarından isə cinayət hadisəsinin qısqanclıq zəminində yaranmış cinayət əməli olduğu müəyyən edilir, məhkumun zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etmək niyyətində olmasını təsdiqləyən hər hansı sübut aşkarlanmır.

32. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ibtidai istintaq orqanı özü də baxılan cinayət işinin 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlamış, müstəntiq 28 iyul 202 1-ci il tarixdə meyitə baxış keçirərkən zərərçəkmiş şəxsin bədəni üzərində çoxsaylı xəsarətlərin olmasını müəyyən etsə də, xəsarətlərin çoxsaylı olmasının xüsusi amansızlığa dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işinin istintaqını Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə davam etmişdir. Məhkum 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, eyni gündə də qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələlərində, yəni 29 oktyabr 2021-ci il tarixdə sübutlar qiymətləndirilib Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə ittiham irəli sürülməsi qərarı qəbul edilənədək əməlin xüsusi amansı zlıqla törədilməsini, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayişini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır.

33. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qərara gəlmişdir ki, məhkum X2 əməli qəsdən adam öldürmənin ağırlaşdırıcı halı kimi nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmalıdır.

34. Müdafiəçi3 kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyinə dair iddialarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkumun, həmçinin onun anası olan Şahid1 ifadələrində qaz balonuna dair qeyd etdiyi halların Məhkum müdafiəsinə yönəldilmiş ifadələr kimi qiymətlə ndirməklə rədd olunmalı olduğu barədə qənaəti düzgün olmuşdur.

35. Belə ki, Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata birinci instansiya məhkəməsində baxılarkən verdiyi ifadələrində soyuq silah hesab edilən beşbarmağın ona aid olmayıb mərhumun maşınından götürərək üzərində saxlamasını, həmçinin mərhumun onun üzünə qaz balonunu püskürtməsini bildirməmiş, yalnız hadisədən 3 ay keçdikdən sonra, yəni 29 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən beşbarmaq və qaz balonu barədə ifadələrində, həmçinin birinci instansiya məhkəməsində ittihama mahiyyəti üzrə baxılarkən bildirmişdir.

36. Şahid1 isə nə ibtidai istintaq zamanı, nə də ki, işə mahiyyəti üzrə baxılarkən birinci ins tansiya məhkəməsində ifadələrində mərhum tərəfindən oğlunun üzünə qaz balonu püskürdülməsi və beşbarmaqla bağlı hər hansı bir ifadə verməmiş, bu ifadələri yalnız apellyasiya instansiyası məhkəməsində baxış dövründə bildirmiş, məhkəmə müvafiq apellyasiya şikayətinin beşbarmaq və qaz balonundan istifadə barədə dəlillərini iş materiallarında toplanılmış və birinci instansiya məhkəməsində araşdırılmaqla tədqiq edilmiş sübutlarla təkzib edilməsi qənaətinə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlər üzrə gəldiyi nəticələr, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə apellyasiya instansiyası məhkəməsinin müva fiq hissələrdə gəldiyi nəticəni təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

38. Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ağır cəza hesab etməsi ilə bağlı dəlilləri müzakirə edərək, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini bir daha araşdırıb, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi onun əvvəllər məhkum olunmadığını, həmçinin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

40. Öz növbəsində, məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsas müəyyən etmir.

41. Məhkəmə kollegiyası eyni zaman da qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

42. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

43. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(105)-24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tu taraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş kassasiya şikayətləri, dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(105)-24/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar