Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-12/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Müdafiəçi – Müdafiəçi3, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1 iştirakrları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X14) 1(060)50/2023 saylı, 10 mart 2023-cü il tarixli hökmü ilə xx.xx.1982-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38a, mənzil 71də qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin olunan cəzaların cinayətlərin məcmusu üzrə qismən toplanılması və Məhkum qəti olaraq 02 il 06 (al tı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 22 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi cəzanın qəti olaraq 02 il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhrum edilməklə 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbi rinin seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, iş üzrə mülki iddianın qismən təmin edilməsi və Məhkum vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərər görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumu 135 (bir yüz otuz beş) manat pul tutulub zərərçəkmiş şəxsin hüquqi varisi X2 ödənilməsi hökm edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəşi), X8 və X5 ibarət tərkibdə) 1(105)-10/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-50/2023 saylı, 10 mart 2023-cü il tarixli hökm ü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, 16 fevral 2021- ci il tarixdə, saat 24:00 radələrində AC 223425 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 33021» markalı, bortlu tentli **-DU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 14 nömrəli tam orta məktəblə üzbəüz olan yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daima dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hər əkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsizlik yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda, buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq yolun sol kənarında dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin bortunun sol tərəfi ilə vuraraq sonuncuya daxili qanaxma, ağ ciyərlərin cırılması, qabırğaların müxtəlif anatomik xəttlər üzrə çoxsaylı sınıqları, bas-beyinə qansızma, sol bazu sümüyünün və burun sümüklərinin sınıqları, burun kökünün açıq yarası, sifətin sol yarısın ın, alnın sağ yarısının, alnın sol yarısının, sol burun büküşünün, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağı nahiyəsinin iç səthinin, bel nahiyəsinin sıyrıqları, hər diz oynağı nahiyənin ön səthlərinin, sol yuxarı ətrafın, bazunun yuxarı 1\3-nin qançırları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs ağ ciyərlərinin cırılması nəticəsində baş vermiş daxili qanaxmadan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, baş vermiş yol nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərməli olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, mənim iş üzrə əsaslı ehtimallarım və fikirlərim ondan ibarətdir ki, ortada zərərçəkən Zərərçəkmiş şəxs qəsdən və vəhşicəsinə öldürülməsi faktı olmuşdur. Bu cinayət işini açmağa, təqsirkarları müəyyən etməyə belə çıxır ki, savadı, elmi potensialı və iş təcrübəsi kifayət etməyən Sumqayıt şəhərinin Prokuroluq və Polis əməkdaşları şəhərin "boynunda" "bağlı" ağır cinayət işi qalmasın deyə, öz aləmlərində böyük bir dırnaqarası ustalıqla bu qəsdən törədilmiş ölüm cinayətini tədricən, fikrimcə, min bir saxtakarlıqla yol nəqliyyat hadisəsinə çevirirlər və ciddi qohuməqrabası, ətrafı olmayan, bu səbəbdən də özünü yüksək səviyyədə müdafiə etmək iqtidarında olmayan, sürücü Məhkum tapırlar, sonra onu şərl əyib yolnəqliyyat hadisəsi törətməkdə ittiham edərək, cinayət işini onun barəsində Məhkəməyə göndərirlər və bununla da "bağlı” qalmalı olan qəsdən adam öldürmə cinayətindən yaxalarını qurtarmış olurlar. Bu müdafiəçi kimi mənim fərziyyəm, fikirlərimdir. İndi cinayət işinin materiallarını analiz edərək, görək mən öz materiallarına: fikirlərimdə nə qədər haqlıyam. Beləliklə də keçək cinayət işinin Həmin cinayət işi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri cənab Müqəddəs Sultanov tərəfindən Sumqayıt şəhəri, 4cü mikrorayon, 41 nömrəli baxçanın yaxınlığında Zərərçəkmiş şəxs meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasınınm Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanaraq, həmin tarixdə Sumqayıt şəhər Prokur orluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Fərid Qarakişiyevin icraatına qəbul edilməklə, istintaq aparılmışdır. Əvvəlcə qeyd edək ki, Sumqayıt şəhəri kimi böyük bir şəhərdə məhkəmə tibbi ekspertiza bürosunda çoxsaylı ekspertlərin olmasına baxamayaraq, təcrübəli, general rütbəli Sumqayıt şəhər Prokuroru öz böyük köməkçisi Samir Məmmədovun hal şahidlərin və s. şəxslərin iştirakları ilə üzərində zorakılıq əlamətləri aşkar edilmiş meyitə və ətraf əraziyə cəmi 1 satın ərzində yəni, 8:00-dan 9:00dək baxış keçirir və bu zaman qeyd etdiyim kimi meyitə baxış zamanı məhkəmə tibbi ekspertin iştirakın təmin etmir. Baxış zamanı Sumqayıt şəhər Prokurorunun hadisə yerində müəyyən etdiyi isə yalnız torpaq örtüklü yolda qana bənzər ləkənin aşkar olunduğu qeyd edilir. 2 Bir daha qeyd edim ki, özündə ağı r cinayətin törədilməsini ehtimal etməyə əsas verən xəsarətlərlə aşkar edilmiş kişi meyitinə və ətraf əraziyə baxış protokolunun şərh hissəsi cəmi 18 sətirdən ibarətdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, hadisə yerində meyitin şəkilləri çəkilsə də, cəmi bir neçə sözlə alın nahiyyəsində xəsarətlərin olması vurğulansa da, meyitin əynindəki paltarlarla, bədəninin başqa yerlərində olan xəsarətlərlə bağlı protokolda heç bir məlumat yoxdur. Sanki bu hadisə ilə baxış protokolunu ucqar kənddə bir nənənin hinindən bir toyuğun oğurlanması ilə bağlı heç bir təcrübəsi olmayan sahə müvəkkili tərtib etmişdir. Həm Prokuror, həm müstəntiq, həm də polis orqanının əməkdaşları çox yaxşı başa düşürlər ki, hadisə yerində foto şəkili çəkilmiş meyitin iki gözləri arasındakı burun üstü hissəsində və alın hissəsi ndə ciddi zədələr vardırsa, onlar isə mövcuddur və zədələri gizlətmək mümkün deyil, belə olan halda meyitin sifətində də kifayət qədеr qan izləri və qan ləkələri olmalıdır. Belə ləkələr isə yoxdur. Göstərilən bu ziddiyət aşkar edilmiş meyitin avtomaşınla vurulması ehtimalı ilə açıq-aşkar ziddiyyət təşkil edir və bunu ittiham orqanı heç cür əsaslandıra bilməz. Ona görə də, fikrimcə, istintaq orqanı bunu başa düşür və göstərilən bu xəsarətləri daha əvvəlki tarixlərdə yetirilməsi barədə dirnaqarası sübutlar toplamaqla, zərərsizləşdirməyə çalışırlar. Bu məqsədlə müstəntiq elə həmin gün mərhum Zərərçəkmiş şəxs dostu X9 şahid qismində dindirir və fikrimcə məqsədyönlü şəkildə onun ifadəsində oturdur ki, guya "Şakir ona demişdir ki, hadisədən bir gün əvvəl onlardan ayrıldıqdan sonra piyada evə ged ən zaman 4-cü mikrorayon ərazisində olanda üzünü görmədiyi naməlum şəxs onun boynundan vurmuş, nəticədə başının divara dəydiyini bundan sonra yerə yıxılaraq burnundan qan açıldığını və həmin naməlum şəxsin arxadan yaxınlaşaraq, onun "nokia" markalı mobil telefonu, dəftərçəsini, qələmini, siqaretini və alışqanını götürüb qaçdığını demişdir. Şakir həmçinin ona həmin şəxsin üzünü görmədiyini və neçə nəfər olduqlarını bilmədiyini demişdir". Əgər mərhum Şakir düzünə gedirdisə, arxadan boynuna vurulan zərbədən onun alını və burnu qarşısında olan divara necə dəymişdir? Məgər onun burnunun və alının qarşısında onunla eyni sürətdə hər hansı bir divar da gedirdi? Yox, əgər mərhum divarın dibi ilə gedirdisə, arxadan vurulan zərbə onu üzü üstə yerə yıxmalı idi. Onda divarın bura nə aidiyyatı var?! Y ox, əgər zərbə yandan divar istiqamətində olmuşdursa, niyə başın yangicgah təpə səthlərinin birində heç bir zədə izləri yoxdur. Bu qarışıq fikirlərini istintaqçı necə əsaslandıra bilər. Guya mərhum Zərərçəkmiş şəxs sifətindəki xəsarətlərin əvvəllər yetirilməsini və onun ölüm faktı ilə heç bir əlaqəsinin olmamasını isbat etmək üçün müstəntiq səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə X3 şahid qismində dindirir və çox ehtimal ki, həmin şahiddən Zərərçəkmiş şəxs əvvəlcədən sifət və alın nahiyyəsində xəsarətlərin olması barədə ifadə qopara bilməyərək, hər bir halda onunda ifadəsində yazır: "bildirmək istəyirəm ki, mən həmin gündə Şakirin sifət nahiyyəsində xəsarət olubolmamasına fikir verməmişəm, ola bilsin, onun sifətində xəsarət olmuşdur, lakin mən fikir verməmişəm, mən onlarla oturub spirtli içki qəbul etməmişəm, ancaq onlara qulluq etdiyimdən, onun xəsarəti olub-olmaması yadımda deyil". Gəlin bir fikir verək: X10 yalan ifadə ala bilməsə də, onun ifadəsinə oturda bilir ki, "ola bilsin onun, sifətində xəsarət olmuşdur" müstəntiq bununla şahid Kamil Quliyevdən aldığı yalan ifadəyə bir növ dayaq 3 verməyə çalışır. Lakin, bir xeyli qabağa qaçaraq bəri başdan qeyd edim ki, müstəntiqin bütün bu səyləri sonda öz əhəmiyyətini tamamilə itirir. Ona görə ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş bütün xəsarətlər eyni vaxtda yetirilmişdir. Şərh olunanlara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-10/2024 saylı, 10 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam veril məsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq i məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya ins tansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəc əsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tə dqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbin ə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sa dalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 263.2 və 264-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməli ndə Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiy a instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiy a şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçması Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qəra r çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək İlqar Mütəllibovun Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İlqar Mütəllibov həm in cinayət əməlini törətməsini, cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellya siya instansiyası məhkəməsi Məhkum yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğ un olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndi rilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubi yyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X13 Avropa Konvensiyasının 5, 6, 8 və 18-cı maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X13 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitu siyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olun ub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılm ış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin c inayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə sə lahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263.2 və 264-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassa siya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarı n dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-12/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-12/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver