Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-120/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixl i qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.V.Salmanov, hakimlər M.A.Bayramov və A.K.Orucovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxx 1985-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan3-də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.1, 182.2.3 və 145.2.4-cü maddələrilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 dekabr 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X3 da məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və V.K.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti (əlavəsi ilə birlikdə) təmin edilməmiş, Bakı Ağır Ci nayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü Təqsirləndirilən şəxsa aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxsqabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həmçinin özgənin əmlakını açıq talamaq məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında, adam oğurluğu ilə bağlı olmayan qan unsuz azadlıqdan məhrum etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X3 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 18 dekabr 2015-ci il tarixdə, saat 01 radələrində X80nun icarəyə götürüb işlətdiyi - ünvan4 ünvanda yerləşən ofisə gəlib, qapının jalüzünün qıfılını sındırıb içəri daxil olaraq sonuncuya zəng vurub ora gəlməsini tələb etmiş, X80 saat 02 radələrində ofisə gəldikdə onu ofisdə girişdən ikinci otağa salıb hədə-qorxu gəlməklə ondan 500 manat pul verməsini tələb etmiş, sonuncu bundan imtina etdiyindən o, üstündə gəzdirdiyi istintaqa məlum olmayan bıçağı sonuncunun iradəsini qırmaq üçün bədəninin müxtəlif nahiyələrinə dirəmiş, həmçinin hər ikisi X80un bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vurub, həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki ağrılar yetirməklə kifayətlənməyərək, tələb etdikləri məbləğdə pulu verməyəcəyi təqdirdə ona zor göstərməkdə davam etdirəcəklərini diqqətinə çatdırıb 500 manat pul verməsini israrla tələb etməklə, qabaqcadan əlbir olduğu X90la birlikdə bir qrup şəxs halında hədə-qorxu ilə özgə əmlakını tələb etmiş, X90la birlikdə Zərərçəkmiş şəxs əllərini mobil telefon aparatını elektrik cərəyanı ilə qidalandıran naqillə sinəsinə çarpaz vəziyyətdə bağlayıb stula əyləşdirməklə, onu sərbəst hərəkət edərək özünü müdafiə etməkdən məhrum etmiş, bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr vurub həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki ağrılar yetirməklə, 200 manat dəyərindəki “İphone 5” markalı mobil telefon aparatını soyğunçuluq yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar açıq talamış, Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq məcburi qaydada saat 07:30 radələrinə kimi ofisdə saxlayıb, sonuncunu qabaqcadan əlbir olan bir qrup şəxs halında, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində ittiham hökmü çıxarılmışdır. Kassasiya şikayətinin digər dəlili isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 182.2.1, 182.2.3 və 145.2.4cü maddələrilə və cinayətlərin məcmusu üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə dəyişdir ilmədən saxlanılmış cəzaların mübahisələndirilməsinə həsr olunmuşdur. Təqsirləndirilən şəxs iddia edir ki, ona cəza təyin edilərkən və apellyasiya qaydasında cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində xəstə anasının olması, yeni ailə qurması, hərbi xidmətdə olarkən bir çox əməliyyatlarda iştirak etməsi nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərinlənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017-ci il tarixli qərarının ləğv edilməsini, ona daha yüngül cəzanın təyin edilməsi barədə qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hü dudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində ittiham hökmünün çıxarıldığını və həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.11 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid o lan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2017ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs ünvan 2 ünvanındakı “ofisdə” iradəsinin ziddinə olaraq saxlayıb qanunsuz azadlıqdan məhrum etmələri və orada Zərərçəkmiş şəxs hədə-qorxu ilə 500 manat tələb etmələri, eləcə də həmin əməllərlə yanaşı Zərərçəkmiş şəxs “iphone 5” markalı mobil telefonunu təkrərən, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib açıq talamaqla ona qarşı soyğu nçuluq etmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiası) apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxslər X3un və Təqsirləndirilən şəxs ibtidai istintaqda verdikləri etirafedici ifadələri, Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, maddi sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin faktik məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini (o cümlədən, əməllərin Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 182.2.1, 182.2.3, 145.2.4-cü maddələri ilə tövsifini) şübhə altına almaq üçün əsas görmür. Təqsirləndirilə n şəxs zərərçəkmiş şəxsin mobil telefonunun ələ keçirilməsində ifadə olunmuş soyğunçuluq əməlinə Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin (qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin) şamil edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən soyğunçuluq kimi CM-in 180.2.1-ci maddəsi ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinay ət hesab olunur”. Bu maddədə iki və ya daha çox şəxsin “qabaqcadan razılaşması” dedikdə, onların əvvəlcədən, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsinə başlayana qədər (cinayətə hazırlıq mərhələsində) cinayətin birgə törədilməsi barədə razılığa gəlmələri başa düşülür. Belə (qabaqcadan) razılaşmanın olmadığı iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət isə Cinayət Məcəlləsinin 34.1-ci maddəsində “bir qrup şəxs” tərəfindən törədilmiş cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində təsbit edilmiş soyğunçuluq cinayətinin tövsifedici əlaməti “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” bu cinayətin törədilməsi kimi formulə edilmişdir. Hazırki işin hallarından isə görünür ki, Təqsirləndirilən şəxsla X90 arasınd a qabaqcadan razılaşma hədə-qorxu ilə tələb etmə cinayəti və onun həyata keçirilməsini təmin edən vasitələrdən biri kimi çıxış edən zərərçəkmiş şəxsi qanunsuz azadlıqdan məhrum etmə cinayəti barədə olmuşdur. Zərərçəkmiş şəxs mobil telefonunun həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməklə ələ keçirilməsi isə əvvəl qeyd olunan cinayətlərin icrası zamanı təsadüfən Zərərçəkmiş şəxs mobil telefonunın zəng çalması və bunu X90un eşitməsi səbəbindən törədilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsinə görə X95 və X90 otaqda onu stula otuzdurub döyməklə və hədələməklə 500 manat tələb etdikləri vaxt onun cibində olan “İphone 5” markalı mobil telefona mesaj gəlmiş, “bu zaman telefonun səsini eşidən X90 telefonu ona verməsini tələb etmiş, o da telefonu çıxarıb X90ə vermiş”dir. Bundan so nra isə X90 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saat 7.30 rədələrinə kimi “ofisdə” qanunsuz azadlıqdan məhrum etdikləri müddətdə və Zərərçəkmiş şəxs onlardan qurtulmağa müvəffəq olduqdan sonra birgə hərəkətləri ilə mobil telefonun onlarda qalmasını təmin etmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs və X90 birgə hərəkət edən icraçılar kimi soyğunçuluq cinayətini qrup halında törətsələr də, bu cinayətin törədilməsi barədə onların arasında qabaqcadan razılaşma olmamışdır. Odur ki, soyğunçuluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti və bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi Təqsirləndirilən şəxs hökmlə isnad edilən maddələrin sırasından xaric edilməli və sözügedən əməlin bu şəkildə (cinayəti ağırlaşdıran əlamətlərdən biri nin xaric edilməsi hesabına) yüngülləşdirilməsi Təqsirləndirilən şəxs soyğunçuluq cinayətinə görə, habelə cinayətlərin məcmusu üzrə (qəti olaraq) təyin olunmuş cəzada özünü göstərməli, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi məsələlər üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, cinayətlərin məcmusu üzrə isə həmin cəza Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddə tə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 23 may 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15-ci maddəsində göstərilən əsasla yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsində olan 23 may 2017-ci il tarixli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin qərarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü m addəsinə əsasən hazırki qərarla Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-120/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-120/2019
27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver