Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-120/2022 07.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 17 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gündüz Şirinov) 1(052)-04/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmü ilə xx xxxx 1975-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 09 iyun 2018-ci il tarixdə saat 20:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini pozaraq idarə etdiyi özünə məxsus VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naftalan-Safıkürd yolunun 1-ci kilometrliyində Naftalan şəhərindən Safıkürd kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, Qan unun həmin maddəsinin tələblərini pozmuş, ehtiyatsızlıqdan idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən piyada X4 vurmaqla, sonuncuya qarın nahiyəsinin küt travması, qaraciyərin geniş sahədə cırılmış yarası, daxili qanaxma geniş sahəli periton arxası hemotoma, ağır qapalı KBT beyin nahiyəsinin əzilməsi soporoz vəziyyət, sağ tərəfdə 7-ci qabırğanın sınığı hemotoraks sağ oturaq sümüyünü sınığı, qamış sümüyünün 1/3-nin yerini dəyişməmiş sınığı, travmatik hemorariqik sok 3-cü dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-248/2021 nömrəli 17 iyul 2021-ci il tarixli qərarı ilə Naftalan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Tural İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiə çi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin və Naftalan şəhər məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam, obyektiv qiymətləndirməmiş və cəzanı artırılarkən heç bir sübut növünə istinad etməmişdir. Məhkum hadisədən sonra uşağı Ədalət İsmayılovun maşınına qoyub Goranboy rayon Mərkəzi xəstəxanasına aparmış və uşağı oraya yerləşdirmiş, uşaq reanimasiya şöbəsində olarkən 100 manat xərci çıxmış və sonradan X3 əməliyyat olu nması üçün 1500 manat pulu uşağın babası X6 rayon Safkürd kənd sakini Goranboy rayon Mərkəzi xəstəxanasında X8 şöbəsinin sürücüsü Aydın adlı şəxsin iştirakı ilə vermişdir. İşdə olan yüngülləşdirici halların məcmusu, əməlində CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmaması, cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmağı, ziyanın yarısından çoxunu ödəməyi, cəzanın onun ailə şəraitinə təsirini nəzərə almadan barəsində olan hökmü dəyişdirib cəzasını artırmaqla CMin 8.1, 41.2, 58.3-cü maddələrində təsbit olunmuş tələblər kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çı xışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəl diyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1-1-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlı dəlili hökmlə Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən artırılmasının əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o c ümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə 1 (bir) il 6 (alt ı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, törətdiyi əməli etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, 1-ci Qarabağ Müharibəsi iştirakçısı və Veteranı olması, ziyanın yarısını ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hökmlə razılaşmayıb, hökmü dəyişdirmişdir. Qərara əsasən apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayəti ilə tam razı olmayaraq təyin olunmuş cəza növünü ədalətli hesab etmiş, lakin təyin olunmuş cəza növünün müddətini isə artırılmasını zərərçəkmiş şəxsə dəymiş ziya nın digər qalan qisminin ödənilməməsini əsas götürərək hökmlə təyin olunmuş əsas cəzanın müddətini 3 (üç) ilə artırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 1 il 6 aydan 3 ilədək artırılması əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 263.1-1-ci maddəsinin sanksiyasında 3 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza növü və müddəti müəyyən edərkən cinayət işi üzrə müəyyən edilmiş digər cəzanı yüngülləşdirən hallarla ya naşı məhkumun zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şıkayətinə əsasən baxaraq müəyyən etmişdir ki, cinayət nəticəsində dəymiş maddi ziyan tam ödənilməmiş və məhkum zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə alıb, məhkumun cəzasını yüngülləşdirən digər halların mövcud olması ilə əlaqədar Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə razılaşaraq, həmin cəzanın müddətinin 3 ilədək artırılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhk umun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli Məhkum haq qındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-120/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-120/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver