Məhkəmə qərarları › İş №1(102)-120/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-120/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-120/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Müdafiəçilər – Məhkum1 müdafiəçisi X14, Məhkum2 müdafiəçisi Müdafiəçi5 Manaf oğlunun və Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkumun müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və M əhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin R.Əliyev (sədrlik edən), X16 (məruzəçi) və X11 ibarət tərkibdə) 30 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxxx 1966-cı ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, X27 təsərrüfatı mərkəzinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olmaqla hazırda X8 cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum1 Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3cü maddələri ilə cinayət təqibinə xitam v erilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dö rd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alınaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum1 təyin edilmiş əlavə cəza olan 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx xxxxxx 1968-ci ildə Xocalı rayonu Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Oğuz Meşəbəyliyində meşəbəyi işləmiş, Xocalı rayonu Qarag əv kəndində qeydiyyatda olan, hazırda X8 cəza çəkən, Məhkum3 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum3 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum3 təyin edilmiş əlavə cəza olan 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və ye rli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx xxxxxx 1977-ci ildə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Oğuz rayonu Xaçmaz-Qışlaq Meşəbəyliyində meşəbəyi vəzifəsində işləmiş, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində qeydiyyatda olan, hazırda X8 cəza çəkən, Seyidəliyev Bakıxan Zahir oğlu Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 308.1 və 314.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 731.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi, Cinayət Məcəlləsinin 308.1-c i maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum2 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Məhkum2 təyin edilmiş hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 1 (bir) günü 4 (dörd) gün hesabı ilə hesablanmaqla həmin hökmlə ona təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə hər ay qazancından 20% dövlət nəfinə tutularaq 1 (bir) il islah işləri cəzası hazırki hökmlə təyin edilən cəzalarla qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilməsi, Məhkum2 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4(dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum2 təyin edilmiş əlavə cəza olan 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Məhkum3 və müdafiəçilər Müdafiəçi2, Müdafiəçi5 Manaf oğlu isə apelyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Eyvazov Akif Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X17 və X2 ibarət tərkibdə) 2021-ci il 3 noyabr tarixli 1(107)- 399/2021 nömrəli qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi, Seyidəliyev Bakıxan Zahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 314.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31 4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 03 noyabr tarixli 1(107)-399/2021 nömrəli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti və Məhkum3, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs1, Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və İlkin Rəcəbovdan ibarət tərkibdə) 2022-ci il 20 sentyabr tarixli 1(102)-985/2022 nömrəli qərarı ilə Kas sasiya protesti tam, məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti isə qismən təmin Edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3-cü maddləri ilə cinayət məsuliyyətindən azad edilməsi və CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum3 CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum2 CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və CM-nin 308.1 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs2 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Təqsirləndirilən şəxs1 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X23 sədrliyi və məruzəsi ilə, hakimlər Ələddin Məcidov və Elçin Mehdiyevdən ibarət tərkibdə) 2023-cü il 7 dekabr tarixli 1(107)-15/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum1, müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Məhkum3 və Məhkum2 müdasfiəçisi Müdafiəçi5 Manaf oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1 (091)-76 2021 nömrəli hö kmü məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs2, Məhkum3 və Məhkum2 münasibətdə ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alınaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alınsın və həmin müddət hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özün ü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və madd i məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Məhkum3 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 7 (yeddi) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 1 (bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 münasibətdə Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1 (091)-76 2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 -ci maddəsi ilə 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 mart 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək, yəni 1 (bir) il 10 (on) ay 22 (iyirmi üç) gün həbsdə, ev dustaqlığında olması və azadlıqdan məhrumetmə növündə cəzanı çəkməsi nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası artıq çəkilmiş hesab olunsun və icraya yönəldilməmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası icraya yönəldilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlu və müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və Məhkum3 özü tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1225/2024 nömrəli, 2024-cü il 21 iyun tarixli Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlunun müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və Məhkum3 özü tərəfindən verilmiş kassasiya şikayətləri məhkumların müraciətlərinə əsasən geri qaytarılmı şdır. X15 Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlunun müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və Məhkum3 tərəfindən təkrar kassasiya şikayətləri verilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair niyyətlə bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatl ar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etməklə talamışdır. Belə ki, o xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X27 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının xx.xx.1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 43 saylı qərarına əsasən X4 Şura İclasının xx.xx.1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan R espublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin xx.xx.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/Ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş X27 X1 əsasən, meşələrin yanğından qorunması və meşə qaydalarının pozulmasına görə bütün tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət və rəhbərlik etməyə, meşə qaydalarının pozulması və yanğınları haqqında məlumatları aidiyyəti üzrə məhkəməyə, polisə və prok urorluğa göndərməyə, həmçinin mülki iddiaları məhkəməyə təqdim etməyə, meşə təsərrüfatının yerləşdiyi rayonda meşələrin qorunmasına və meşədən düzgün istifadəyə nəzarəti təşkil etməyə və müəyyən edilmiş pozuntuları aradan qaldırmaq üçün xüsusi tədbirlər görməyə, mərkəzin fəaliyyətinin təşkil edilməsinə, ona rəhbərlik edilməsinə, mərkəzin xidməti ərazisində meşələrin vəziyyəti, istifadəsi və qorunmasına məsul təşkilatisərəncamverici və inzibatitəsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş Xaçmaz meşəbəyliyinin tabeliyində olan 1 saylı dolayında yerləşən meşədən 2018-ci il ərzində naməlum şəxslər tərəfindən kəsilərək yerində qaldığından müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 34 ədəd, həcmi 37,32 m3, dəyəri 587,30 manat olan fıstıq ağaclarını, o cümlədən 2019-cu il ərzində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz kəsilmiş, lakin meşədən çıxarıla bilmədiyindən müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 18 ədəd həcmi 28,82 m3, dəyəri 673,63 manat olan fıstıq ağaclarını meşə məhsullarını buraxılış orderi əsasında satmalı olduğu halda, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Xaçmaz meşəbəyliyinin meşəbiyi vəzifəsində işləyən Məhkum2 ilə birlikdə Xaçmaz kənd sakini Şahid11 verərək meşə fonduna mədaxil edilməli olan ümumilikdə 1260,93 (bir min iki yüz altmış manat doxsan üç qəpik) manat pulu vahid niyyətlə israf etməklə talamışdır. Bundan başqa, o xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X27 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının xx.xx.1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 43 saylı qərarına əsasən X4 Şura İclasının xx.xx.1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin xx.xx.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğaları nın verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/Üsaylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş X27 X1 əsasən, meşələrin yanğından qorunması və meşə qaydalarının pozulmasına görə bütün tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət və rəhbərlik etməyə, meşə qaydalarının pozulması və yanğınları haqqında məlumatları aidiyyəti üzrə məhkəməyə, polisə və prokurorluğa göndərməyə, həmçinin mülki iddiaları məhkəməyə təqdim etməyə, meşə təsərrüfatının yerləşdiyi rayonda meşələrin qorunmasına və meşədən düzgün istifadəyə nəzarəti təşkil etməyə və müəyyən edilmiş pozuntuları aradan qaldırmaq üçün xüsusi tədbirlər görməyə, mərkəzin fəaliyyətinin təşkil edilməsinə, ona rəhbərlik edilməsinə, mərkəzin xidməti ərazisində meşələrin vəziyyəti, istifadəsi və qorunmasına məsul təşkilatisərəncamverici və inzibatitəsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin Oğuz meşəbəyliyinin meşəbəyisi Məhkum3 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş şəxslərin Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin ərazisindən qanunsuz ağac kəsmələrinə şərait yaratmaq üçün meşəbəyliyin dolayılarında cinayətdən xəbərsiz gözətçilərə həmin şəxslərin qanunsuz ağac kəsdiyi vaxtlarda müvafiq ərazilə rə getməmələrini tapşıraraq istintaqla müəyyən olunmayan şəxslərin 2019-cu ilin may, iyun və iyul ayları ərzində Oğuz Meşəbəyliyinin 9 saylı dolayısından cəmi 129 ədəd qovaq ağaclarının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 13.419 manat, onlara müraciət etmiş Oğuz rayon sakini Şahid2 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2019-cu ilin avqust ayında 1 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 110,10 manat, onlara müraciət etmiş Şahid16 verilməsi üçün Şahid5 tərəfindən 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısından cəmi 20 ədəd, həcmi 25,11 m3 olan palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 463 manat, onlara müraciət etmiş Şahid10 Oğuz meşəbəyliyinin 3 saylı dolayısından 202 0-ci ilin yanvar ayında cəmi 7 ədəd, həcmi 6,054 m3 olan palıd ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 232,30 manat, onlara müraciət etmiş istintaqla müəyyən olunmayan şəxslərin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2020-ci ilin yanvar, fevral aylarında ümumilikdə 32 ədəd, həcmi 32,990 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsi nəticəsində meşə fonduna 127,66 manat, Oğuz rayon sakini Şahid22 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 4 saylı meşə dolayısından 01 ədəd və 07 saylı meşə dolayısından 01 ədəd olmaqla cəmi 2 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 92,11 manat, ümumilikdə isə 191 ədəd müxtəlif cinsli ağacların qanunsuz kəsilməsinə şərait yaradaraq meşə fonduna vahid niyyətlə cəm i 14.444.17 (on dörd min dörd yüz qırx dörd manat on yeddi qəpik) manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin Xaçmaz meşəbəyliyinin meşəbəyi Məh kum2 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş X7 Mərkəzin tabeliyində olan Xaçmaz meşəbəyliyinin 3 saylı dolayısında qanunsuz ağac kəsməsinə şərait yaratmaq üçün sonuncunun qanunsuz ağac kəsdiyi vaxtlarda cinayətdən xəbərsiz meşə gözətcisi Şahid42 müvafiq əraziyə getməməsini tapşıraraq 2019-cu ilin sonlarında 3 saylı meşə dolayısında Sarvan İbrahimovun cəmi 7 ədəd, həcmi 7,36 m3 olan fıstıq ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 156,36 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, tə biətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən p ozaraq Qəbələ rayon sakini Şahid27 mərkəzin Bu meşəbəyliyinin ərazisindən 2020- ci ilin yanvar və fevral aylarında cəmi 61 ədəd, həcmi 48,436 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsinə şərait yaradaraq meşə fonduna 4330,28 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs ol duğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X27 Təsərrüfatı Mərkəzinin adından fərdi qaydada yaşıllaşdırma xidməti göstərək 2020-ci ilin yanvar ayında müxtəlif yerlərdən əldə etdiyi ağac və ağac məmulatlarının satılması, ağacların doğranması, tinglərin təminatla əkilməsi və daşınması müqabilində maddi nemət olan 49.700 manat pul vəsaitini xidməti otağında özü üçün şəxsən X3 istəyərək, satdığı ağac və ağac məmulatları, o cümlədən xx.xx.2020-ci il tarixli 027334 saylı meşə məhsullarının buraxılış orderinə 12 m3 palıd ağacının, xx.xx.2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderinə isə 15 m3 fıstıq ağacının satılması, habelə onların doğranması və daşınması, tinglərin təminatla əkilməsi müqabilində Bahəddin Xəlilovd an şəxsən 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pinkhause” restoranında 8.400 manat, 6 fevral 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 təsərrüfatı mərkəzində öz xidməti otağında 5.000 manat, 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Zəfəran” restoranında 6.300 manat, 9 mart 2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Abqora” restoranında 10.000 manat və 10 mart 2020-ci il tarixdə cəmi 20.000 manat pul vəsaitini Qəbələ şəhəri, Nəsimi küçəsi 65də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 təsərrüfatı mərkəzində öz xidməti otağında şəxsən almaqla vahid niyyətlə dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siy asətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə baş mühasib Təqsirləndirilən şəxs2 rəsmi sənəd olan xx.xx.2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderinin tərtib edilməsi barədə göstəriş verib, həmin orderə gözətçi tərəfindən imzalanması barədə yalan məlumatların daxil edildiyini bildiyi halda idarənin möhürü ilə möhürləyərək, həyata keçirdiyi işlərin tezləşdirilməsi kimi sair niyyətlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdır. Həmin hərəkətləri ilə də Məhkum1 CM-in 179.2.1, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkum3 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X27 X12 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyərkən hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının xx.xx.1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 43 saylı qərarına əsasən X9 Şura İclasının xx.xx.1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin xx.xx.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, “Meşə məhsullarının buraxılış orderi”nin forma və rekvizitləri və onlardan istifadə qaydalarına, Azər baycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/Üsaylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş X27 X1 əsasən, Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəssisəyə və ya hüquq-mühafizə orqanlarına göndərilməsinə və digər tədbirlər görməyə məsul təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin direktoru Məhkum1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş şəxslərin Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin ərazisindən qanunsuz ağac kəsmələrinə şərait yaratmaq üçün meşəbəyliyin dolayılarında cinayətdən xəbərsiz gözətçilərə həmin şəxslərin qanunsuz ağac kəsdiyi vaxtlarda müvafiq ərazilərə getməmələrini tapşıraraq istintaqla müəy yən olunmayan şəxslərin 2019-cu ilin may, iyun və iyul ayları ərzində Oğuz Meşəbəyliyinin 9 saylı dolayısından cəmi 129 ədəd qovaq ağaclarının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 13.419 manat, onlara müraciət etmiş Oğuz rayon sakini Şahid2 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2019-cu ilin avqust ayında 1 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 110,10 manat, onlara müraciət etmiş Şahid16 verilməsi üçün Şahid5 tərəfindən 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısından cəmi 20 ədəd, həcmi 25,11 m3 olan palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 463 manat, onlara müraciət etmiş Şahid10 Oğuz meşəbəyliyinin 3 saylı dolayısından 2020-ci ilin yanvar ayında cəmi 7 ədəd, həcmi 6,054 m3 olan palıd ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 232,30 manat, onlara müraciət etmiş istintaqla müəyyən olunmayan şəxslərin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2020-ci ilin yanvar, fevral aylarında ümumilikdə 32 ədəd, həcmi 32,990 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsi nəticəsində meşə fonduna 127,66 manat, Oğuz rayon sakini Şahid22 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 4 saylı meşə dolayısından 01 ədəd və 07 saylı meşə dolayısından 01 ədəd olmaqla cəmi 2 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 92,11 manat, ümumilikdə isə 191 ədəd müxtəlif cinsli ağacların qanunsuz kəsilməsinə şərait yaradaraq meşə fonduna vahid niyyətlə cəmi 14.444.17 (on dörd min dörd yüz qırx dö rd manat on yeddi qəpik) manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hərəkətləri ilə də Məhkum3 CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkum2 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etmiş, vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özunün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X27 X10 meşəbəyliyinin meşəbəyi vəzifəsində işləyərkən hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının xx.xx.1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 43 saylı qərarına əsasən X4 Şura İclasının xx.xx.1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin xx.xx.2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, “Meşə məhsullarının buraxılış orderi”nin forma və rekvizitləri və onlardan istifadə qaydalarına, Azərbaycan Respu blikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/Üsaylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş X27 X1 əsasən, Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəssisəyə və ya hüquq-mühafizə orqanlarına göndərilməsinə və digər tədbi rlər görməyə, o cümlədən meşə məhsullarının buraxılışına məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş Xaçmaz meşəbəyliyinin tabeliyində olan 1 saylı dolayında yerləşən meşədən 2018-ci il ərzində naməlum şəxslər tərəfindən kəsilərək yerində qaldığından müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 34 ədəd, həcmi 37,32 m3, dəyəri 587,30 manat olan fıstıq ağaclarını, o cümlədən 2019-cu il ərzində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz kəsilmiş, lakin meşədən çıxarıla bilmədiyindən müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 18 ədəd həcmi 28,82 m3, dəyəri 673,63 manat olan 11/60 fıstıq ağaclarını meşə məhsullarını buraxılış orderi əsasında satmalı olduğu halda, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi X27 Təsərrüfatı Mərkəzinin direktoru Məhkum1 ilə birlikdə Xaçmaz kənd sakini Şahid11 verərək meşə fonduna mədaxil edilməli olan ümumilikdə 1260,93 (bir min iki yüz altmış manat doxsan üç qəpik) manat pulu vahid niyyətlə israf etməklə talamışdır. Bundan başqa o, yuxarıda göstərilən normativ hüquqi aktlar üzrə Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, m eşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəssisəyə və ya hüquq mühafizə orqanlarına göndərilməsinə və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, Xaçmaz meşəbəyliyinin 11 saylı dolayında 2020-ci ilin yanvar-fevral aylarında 08-112 sm diametrində qoz, qızılağac, ağcaqayın, qovaq və yalanqoz cinsindən olmaqla 192 ədəd ağacın kənar şəxslər tərəfindən davamlı şəkildə qanunsuz kəsilməsinə baxmayaraq həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması, meşə pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər görməyərək nəticədə qeyd olunan döv rdə X27 X10 meşəbəyliyinin 11 saylı dolayında ümumilikdə 3.445 AZN (üç min dörd yüz qırx beş manat) nırx dəyərində 192 ədəd müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da, meşə fonduna 3.445 AZN (üç min dörd yüz qırx beş manat) ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Bundan başqa o, yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin direktoru Məhkum1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş X7 Mərkəzin tabeliyində olan Xaçmaz meşəbəyliyinin 3 saylı dolayısında qanunsuz ağac kəsməsinə şərait yaratmaq üçün sonuncunun qanunsuz ağac kəsdiyi vaxtlarda cinayətdən xəbərsiz meşə gözətcisi Şahid42 müvafiq əraziyə getməməsini tapşıraraq 2019-cu ilin sonlarında 3 saylı meşə dolayısında Sarvan İbrahimovun cəmi 7 ədəd, həcmi 7,36 m3 olan fıstıq ağaclarını qanunsuz kəsməsi n əticəsində meşə fonduna 156,36 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hərəkətləri ilə də Məhkum2 CM-in 179.2.1, 179.2.3, 308.1 və 314.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli 1(107)15/2023 nömrəli qərarının Seyidəliyev Bakıxan Zahir oğluna aid hissədə ləğv edilməsini və onun barəsində bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, meşə gözətçisi S.Seydəliyevin ifadəsi obyektiv olmadan, ifadələrində yanlışlıqlara yol vermiş və ifadələri bir neçə dəfə dəyişmişdir. Məhkəmə tərəfindən ağacların kəsilməsinə görə tərtib edilmiş aktları yoxlanılmamış, onlar sübut kimi qiymətləndirilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstəriş və tövsiyyələrinə əməl etməmiş, qanunun tələbini pozaraq sübutları araşdırmamış, onlara düzgün qiymət vermədən əsassız qərar qəbul etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli 1(107)15/2023 nömrəli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini, Məhkum1 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, X18 Qəribov arasında üzləşdirmədə dindirmə istintaq hərəkətləri aparılmamış, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş bir neçə şəxsin heç yerdə işləmədiyini bildirmələrinə baxmayaraq, xırda sahibkarlıqla məşğul olmuşlar. X21 Mərkəzinin 2020-2021-ci illərdə verilmiş bir neçə arayışla müəyyən edilir ki, qeyd edilən ölçülərdə xan çinarı ağacının Mərkəzin xidməti ərazisində mövcud olması müəyyən edilməmişdir, 70 ədəd palıd ağaclarının kökündən çıxarılması hal ları aşkar edilməmişdir. Məhkum1 barəsində Ali Məhkəmənin göstəriş və tövsiyyələrinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl edilməmişdir. Apellyasiya məhkəməsi “Xan çinarı” ağacı ilə bağlı sövdələşmənin olmadığını müəyyən etdiyini göstərməsinə baxmayaraq, ağacların və oduncağın dəyərini hesablayan zaman öz dediklərini təkzib edərək Xan çinarı ağaclarının qiymətini toplam qiymətə hesablamamışdır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli 1(107)-15/2023 nömrəli qərarının Məhkum1 aid hissədə ləğv edilməsini, Məhkum1 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfində n verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun əsaslanmışdır. Məhkum3 Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli 1(107)-15/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum3 Tahir oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində verilmiş bəzi şahid ifadələri hökmdə öz əksini tapmamışdır, məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərə düzgün qiymət verməmiş, ittiham aktı ilə sənədlər arasında olan ziddiyyəti düzgün araşdırmamışdır. Oğuz meşəbəyliyində 20 ədəd palıd ağacının kəsilmədiyi bir neçə rəsmi sənədlə təsdiqlənsə də, məhkəmə bunu nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların müdafiəçiləri Müdafiəçi5 Manaf oğlu və Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı X6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, süb utların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi xahiş olu nur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ gö rə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökm də müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzal andırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin dispozisiyalarından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumların əməllərində Cinayət Məcəlləsinin qeyd edilən madd əsində nəzərdə tutulmuş cinayətin tərkiblərinin olması, bu maddə ilə onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Mə hkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə tövsif edilməsi və onların bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilmə miş, sübutlar CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməli CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 əməli 311.2-ci maddəsi ilə, Məhkum3 əməlləri düzgün olaraq 308.1 və 311.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiy a instansiyası məhkəməsi Məhkum1, Məhkum2 və Məhkum3 əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri v ə mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum1, Məhkum2 və Məhkum3 istinad edilən cinayət əməllərini törətmələri aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumların cinayət əməllərini törətmələri barədə işin fakt iki hallarına uygun nəticəyə gəlinmiş, Məhkum1 əməli CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 əməli 311.2-ci maddəsi ilə, Məhkum3 əməlləri düzgün olaraq 308.1 və 311.2-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Lakin məhkəmə kollegiyası Məhkum1, Məhkum2 və Məhkum3 təyin edilmiş cəzalar ilə razılaşmır və bununla bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət ü zrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi”nə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinə əsasən “vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsinə əsasən “bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər külli miq darda törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, hə m də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunv ericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. İş materiallarından görünür ki, Məhkum1 təqsirli bilindiyi cinayətlər üzrə vurulmuş maddi ziyanı tam ödəmiş və ilk dəfə az ağır cinayət törətmişdir, Bakıxan Seyidəliyevin himayəsində bir azyaşlı uşağı mövcuddur, təqsirli bilindiyi cinayətlər üzrə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və ilk dəfə az ağır c inayət törətmişdir, Məhkum3 təqsirli bilindiyi cinayətlər üzrə vurulmuş maddi ziyanı tam ödəmiş, məcburi köçkündür və ilk dəfə az ağır cinayət törətmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onların cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhk um etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8 -ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, məhkumlar Məhkum1 CM-in 311.3.3-cü maddəsi ilə, Məhkum2 311.2-ci maddəsi ilə, Məhkum3 308.1 və 311.2-ci maddələri ilə təyin olunmuş cəzaların yüngülləşdirilməsini və onların barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həya ta keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum1 4 (dörd) il, Məhkum2 5 (beş) il, Məhkum3 3 (üç) il sınaq müddətinin təyin edilməsini və üzərilərinə sınaq müddəti ərzində onların davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 barələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum1 Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə əsas cəza kimi təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 4 (dörd) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Məhkum1 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Sınaq müddəti ərzində Məhkum1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarı n icrası Məhkum1 yaşadığı ərazi üzrə Qəbələ Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Məhkum2 Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Məhkum2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Sınaq müddəti ərzində Məhkum2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası Məhkum2 yaşadığı ərazi üzrə Oğuz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Məhkum3 Şəki Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 308.1-ci maddələri ilə əsas cəza kimi təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Məhkum3 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Sınaq müddəti ərzində Məhkum3 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası Məhkum3 yaşadığı ərazi üzrə Oğuz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təyin edilmiş əlavə cəzalar icra edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar