Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1200/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarından Məhkum Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1995-ci il tarixdə Tovuz rayonu, Qaraxanlı kəndində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamışdır. 2. 26 fevral 2021-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.4, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin aprel ayının sonlarında Şahid4 özbaşına özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib özü barəsində onda inam yaradaraq Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi kimi təqdim etdiyi "Elçin” adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin münasibətlərindən istifadə edərək sonuncu vasitəsi ilə Şahid4 əleyhinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 2(102)-7960/19 nömrəli qərarını ləğv ediləcəyinə dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün “Elçin” adlı şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncunu aldatmaqla bildirib, öz ü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla birinci dəfə 2020-ci ilin may ayının sonlarında ünvan 3 ünvanında yerləşən “1inci” marketdə 2.000 (iki min) manat, həmin ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşısında 3.000 (üç min) manat, iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Baku Electronics” mağazasının qarşısında 4.000 (dörd min) manat olmaqla, ümumilikdə 9.000 (doqquz min) manat pul vəsaitini Şahid4 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus 9.000 (doqquz min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, Şahid4 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Şahid4 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, həmin hərəkətləri ilə prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə po zulmasına səbəb olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin sentyabr ayının əvvəllərində tanışı Şahid1 özbaşına özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib özü barəsində onda inam yaradaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin əməkdaşı kimi təqdim etdiyi “Nurəddin” adlı şəxslə yaxın münasibətinin olduğunu, həmin münasibətlərindən istifadə edərək onun vasitəsi ilə sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün “Nurəddin” adlı şəxsə xidməti vəzifəsinin (səlahiyyətlər inin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncunu aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin inzibati binasının qarşısında Şahid1 həmin pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus 5.000 (beş min) manat pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, həmin hərəkətləri ilə prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olaraq təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1(101)887/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM -nin 310-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4,312,2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 23 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
5. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası CM-nin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə bəraət verilməsini, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə isə sanksiyada nəzərdə tutulmuş daha yüngül cəzanın - azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum məsuliyyətini yüngülləşdirən çoxsaylı hallar mövcuddur. Belə ki, Məhkum gəncdir, əvvəllər məhkumluğu olmamış, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, atası rəhmətə getmiş, yaşlı anası ilə evdə yalnız o yaşayır, günəmuzd işlərlə məşğul olaraq əldə etdiyi qazancla anasına baxır və ailəni yeqanə dolandıracaq şəxsdir. Özü çoxsaylı xəstəliklərdən əziyyət çəkir (səhhətində olan problemlərə görə hərbi xidmətə belə aparılmamış), himayəsində olan yaşlı anası da xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda Məhkum özünü təqsirli bildiyi əməllərə görə səmimi peşimandır. Göstərdikləri çoxsaylı yüngülləşdirici hallar olsa da, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağrılaşdıran heç bir hal mövcud deyil.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəli lləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəliqərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşki l etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmadığını qeyd edərək ona həmin maddələrə aid hissədə bəraət verilməsini, həmçinin Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
17. Müdafiəçinin Məhkum qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu, o cümlədən digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi Hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhk əməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət hüququ normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası hər iki aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsv ir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.
20. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum təyin edilmiş cəzanın ağırlığına dair hissəsində müdafiəçinin qaldırdığı dəlillərlə razılaşır və qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsin in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülmə si və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsəd ləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Qeyd edilən maddi cinayət hüququ normalarının və məhkəmə praktikasını tənzimləyən müddəaların tələblərinə əsaslanaq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı cəza təyini ilə əlaqədar hissədə ümumilikdə cinayət qanunvericiliyinin tələblərinə uyğun qəbul edilsə də, yekun cəza təyin edilərkən məhkumun şəxsiyyətini səciyyələndirən və onun cəzasını yüngülləşdirən hallar tam nəzərə alınmamış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində təsbit edilən məqsədlərə yetərli dərəcədə riayət edilməmişdir. Bu baxımından kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum hökm lə təyin edilmiş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəzanın yüngülləşdirilməsinə əsas yaradan məqamların mövcud olduğu müəyyən edilir.
24. Belə ki, cinayət işinin materiallarında olan 14 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Şahid1 İmamverdi oğlu istintaqa müraciət edərək Məhkum tərəfindən ona vurulmuş 5.000 (beş min) manat məbləğində ziyanın qismən, yəni 3.000 (üç min) manat ödənildiyini, onun Məhkum barəsində hər hansı bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin hökmdən görünür ki, başa çatmış dələduzluq cinayət əməlinə münasibətdə cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi müəyyən edilsə də, məhkəmələr həmin halı Məhkum cəzasına təsir edən hal kimi kifayət qədər dərəcədə nəzərə almamışlar.
25. Eyni zamanda, məhkəmə kollegiyasının fikrincə, məhkəmələr Məhkum olduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyalarında qanunvericinin azadlıqdan məhrumetmə cəzası ilə yanaşı həmçinin bu növ cəzaya alternativ olan cəzaları müəyyən etməklə, məhkəmələr üzərinə azadlıqdan məhrumetmə cəzasını təyin edərkən qərarlarının əsaslandrımasına daha ciddi məsuliyyətlə yanaşması vəzifəsini qoymasına baxmayaraq, bu istiqamətdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində qeyd edilən tövsiyyələrinə riayət etməyərək, məhkuma cəza təyin edərkən həddindən artıq sərt mövqedə olmuşlar.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1(101)-887/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.4-cü maddələri təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il müddətinə qədər endirilməli, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə qədər endirilməli, Azərbaycan Respublikası CM-nin 32.4,312,2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə qədər endirilməli, həmin cəzalar Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və cinayətlərin məcmusu üzrə qəti olaraq Məhkum 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
27. Məhkəmə kollegiyası hesab edir ki, bu həddə cəza ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
28. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1(101)-887/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 04 (dörd) il müddətinə a zadlıqdan məhrumetmə cəzası 3 (üç) il müddətinə qədər endirilsin, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə qədər endirilsin, Azərbaycan Respublikası CM-nin 32.4,312,2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə qədər endirilsin, həmin cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılsın və cinayətlərin məcmusu üzrə qəti olaraq Məhkum 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli, 1(103)-692/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.