Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1200/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli qər arından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1982-ci ildə Lənkəran rayonunun Türkəncil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonunun Türkəncil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Təqsirləndirilən şəxsyla əvvəlcədən əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2020-ci ilin noyabr ayında Məhkum arvadı Şahid5 digər şəxslə münasibət saxlaması barədə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı kənddə şaiyələr yayıldığını və bu barədə deyilənləri həmkəndlisi Şahid2 eşitdiyini öyrəndikdən sonra arvadı haqqında yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs və Şahid2la söhbət etmək məqsədi ilə 2020-ci ilin dekabr ayında həmin şəxsləri Təqsirləndirilən şəxslə birlikdə sonuncunun qeyri-rəsmi münasibət saxladığı Şahid8 yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə dəvət edib söhbət edərkən Məhkum arvadı haqqında şaiyələri Zərərçəkmiş şəxs yaydığı qənaətinə gələrək Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs əynindəki paltarları çıxarmasını tələb etmiş, sonra Məhkum tapşırığı ilə Təqsirləndirilən şəxs mobil telefondan istifadə etməklə onun bir neçə fotoşəkillərini çəkdikdən sonra, onlar Zərərçəkmiş şəxs belə yalan şaiyələr yaymamasını və fotoşəkillərinin çəkilməsini heç kimə bildirməməsini tapşırmış, həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs fo toşəkillərini yayacaqları ilə hədələyib pul alaraq qazanc əldə etməklə bağlı Məhkum və Təqsirləndirilən şəxs danışaraq razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq onlar istifadələrində olan mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla bir neçə dəfə əlaqə saxlayıb fotoşəkillərini və haqqında rüsvayedici məlumatları kənd sakinləri və yaxın qohumları arasında yayacaqları ilə hədələyərək ondan vahid niyyətlə hədə-qorxu ilə 20 manat məbləğində pul tələb edib, əsl niyyətlərindən xəbərsiz olan Şahid8 "xxxx"ASC-dən adına verilmiş 4169 7413 07455087 hesab nömrəli plastik kartın fotoşəklini onların tələbi ilə razılaşan Zərərçəkmiş şəxs göndərərək, haqqında rüsvayedici məlumatlar yaymamaları müqabilində sonuncu tərəfindən 31 dekabr 2020-ci il tarixdə saat 17 radələrində 20 manat məbləğində pul vəsaitinin həmin plastik karta yüklənməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə 20 manat məbləğində pul tələb etmişlər. Bundan başqa, 2021-ci ilin yanvar ayının əvvəllərində onlar təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq Lənkəran rayonunda istifadələrində olan mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla bir neçə dəfə əlaqə saxlayaraq onun fotoşəkillərini və haqqında rüsvayedici məlumatları kənd sakinləri və yaxın qohumları arasında yayacaqları ilə hədələyərək ondan vahid niyyətlə təkrarən hədə-qorxu ilə 70 manat məbləğində pul tələb edib, həmin vəsaiti əsl niyyətlərindən xəbərsiz olan Şahid8 "xxxx" ASC-dən adına verilmiş **********45 5087 hesab nömrəli plastik karta göndərilməsini onların tələbi ilə razılaşan Zərərçəkmiş şəxs tapşıraraq, haqqında rüsvayedici məlumatlar yaymamaları müqabilində sonuncu tərəfindən 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrində 30 manat məbləğində pul vəsaitinin həmin plastik karta yüklənməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs təkrar hədə-qorxu ilə 70 manat məbləğində pul tələb etmişlər. Bundan əlavə, onlar təkrarən, qabaqcadan əlbir o lan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayının 5-dən etibarən Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq Lənkəran rayonunda istifadələrində olan mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla bir neçə dəfə əlaqə saxlayaraq fotoşəkillərini və haqqında rüsvayedici məlumatları kənd sakinləri və yaxın qohumları arasında yayacaqları ilə hədələyərək ondan vahid niyyətlə təkrarən hədə-qorxu ilə 50 manat məbləğində pul tələb edib, həmin vəsaiti Məhkum adına "xxxx" MMC-nin Lənkəran filialına göndərilməsini tələbləri ilə razılaşan Zərərçəkmiş şəxs tapşıraraq, haqqında rüsvayedici məlumatlar yaymamaları müqabilində sonuncu tərəfindən 21 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində 50 manat məbləğində pul vəsaitini Məhkum göndərilməsinə nail olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs təkrarən hədə-qorxu ilə 50 manat məbləğində pul tələb etmişlər. Bundan başqa, onlar təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayının 21-dən etibarən Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq Lənkəran rayonunda istifadələrində olan mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla dəfələrlə əlaqə saxlayaraq fotoşəkillərini və haqqında rüsvayedici məlumatları kənd sakinləri və yaxın qohumları arasında yayacaqları ilə hədələyərək ondan vahid niyyətlə 2021-ci ilin mart ayının əvvəllərinədək olan müd dət ərzində təkrarən hədə-qorxu ilə 180 manat məbləğində pul tələb edib, həmin vəsaiti 2021-ci ilin yanvar ayının sonlarından mart ayının əvvələrinədək olan müddət ərzində dörd dəfəyə Lənkəran rayonunda tələbləri ilə razılaşan Zərərçəkmiş şəxs Məhkum şəxsən qəbul etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs təkrarən hədə-qorxu ilə 180 manat məbləğində pul tələb etmişlər. Həmçinin, onlar təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının əvvəllərindən etibarən Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq Lənkəran rayonunda istifadələrində olan mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla dəfələrlə əlaqə saxlayara q onun fotoşəkillərini və haqqında rüsvayedici məlumatları kənd sakinləri və yaxın qohumları arasında yayacaqları ilə hədələyərək, həmin vaxtdan 17 mart 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə 70 manat məbləğində pul tələb etmişlər.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət tərkibdə) 20 dekabr 2021-ci il tarixli 1(099)-631/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən Məhkum apellyasiya şikayəti vermiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli hö kmünün ləğv edilməsini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.H.Əhmədov, hakimlər K.S.Bəşirov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 16 avqust 2022-ci il tarixli, 1(106)-508/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 1(099)631/2021 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum kassasiya şikayətində qeyd edir ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən onun ail ənin yeganə qazanc gətirən şəxsi olmasını və himayəsində 2 (iki) azyaşlı övladının olması faktları yüngülləşdirici hal qismində nəzərə alınmamış, bu səbəbdən, daha aşağı hədd çərçivəsində cəza təyin edilməsi mümkün olduğu halda məhkəmə tərəfindən 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin müəllifi tərəfindən istintaq zamanı real faktlara müdaxilə olunması və saxta şahid ifadələrinə istinad edilməsi vurğulanmışdır. Bunları nəzərə alaraq Məhkum Ağabəy oğlu kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində daha yüngül və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətləri nə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Qanunun bu tələbindən göründüyü kimi, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
12. Məhkum tərəfindən ve rilmiş kassasiya şikayətində ona daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli, 1(106)-508/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Kassasiya məhkəməsi qeyd edir ki, işin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsi məhkəmə istintaqı bütün sübutları ətraflı, müqayisəli şəkildə və qanun normalarına uyğun tədqiq edərək düzgün nəticəyə gəlmişdir.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanun normalarına uyğun araşdırmış, lakin heç bir maddi və prosessual normalarının pozulmasını aşkar etməmişdir.
16. Kassasiya məhkəməsi kassasiiya şikayəti üzrə istər birinci, istərsə də apelyasiya məhkəməsinin gəldiyi nəticələri şübhə altına alan heç bir pozuntu aşkar etməmişdir.
17. Birinci instansiya və apelyasiya məhkəmələri gəldikləri nəticəni tədqiq edilən sübutlar üzrə kifayət qədər əsaslandırmış, kassiya şikayətində apelyasiya şikayətindən fərqlənə n əlavə dəlil və pozuntular qeyd edilmədiyindən kassasiya məhkəməsi əlavə şərhə ehtiyac görmür.
18. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir.
19. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinay ət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəz anı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlə dən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə cəza təyini i lə bağlı maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir.
25. Birinci instansiya məhkəməsi Məhkum ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində iki azyaşlı övladının olması hallarını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir.
26. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələrinin sansiyasının aşağı həddi 8 il azadlıqdan məhrumetmə cəzasıdır.
27. Təyin edilmiş bu cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün Azərbaycan Respublikası CM-in-62 və 70-ci maddələrinin tətbiq edilməsi zərurəridir.
28. Lakin kassasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqi üçün kifayət qədər əsaslar görmür.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli, 1(106)508/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.