Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1200/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi R.R.Yusifbəyli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 2001-ci il tarixdə Cəlilabad rayonunun Göyt əpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2021-ci ilin əvvəllərində tanış olduğu İran İslam Respublikasının v ətəndaşı şəxsiyyəti məlum olmayan “Səccad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin narkotik vasitələri və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda - 4295,0 qram narkotik vasitə olan heroin, külli miqdarda 1230,0 qram psixotrop maddə olan metamfetamin, k ülli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranı və təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həblərin Bakı şəhəri, Binəqədi rayonunun ərazisində küçələrin birindəki zibil qutusunun yanında gizlədilməsi barədə ona məlumat verildikdən sonra o, həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb yataq otağında çarpayının (divanın) altında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 13 fevral 2021-ci il tarixdə, saat 02 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağındakı çarpayının (divanın) alt hissəsindən 1 ədəd sellofan torbada külli miqdarda - 4295,0 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda - 1230,0 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdə külli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranı, təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həbləri, habelə üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən veri lmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə) 5 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsumov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 26 aprel 2023-cü il tarixli qərarı ilə (anlaşılmazlığın həll edilməsinə dair 12 iyul 2023-cü il tarixli qərarla birlikdə) kassasiya şikayəti təmin edilmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum müdafiəçisi Ə.Ə.Əzimov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrarən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə) 8 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azad lıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) ayadək, CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, 66.3-cü maddəsinə əsasən isə həmin cəzaları qismən toplamaq yolu ilə ona məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti, Məhkum müdafiəçisi R.R.Yusifbəyli isə - kassasiya şikayəti verərək hər iki müəllifi müxtəlif dəlillərə əsaslanaraq həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya pro testində cəza təyin etmənin əsasları, şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Məhkum təqsirli bilindiyi ittihama və onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunmuş cəzaların yüngülləşdirilməsi barədə qərar qəbul edərkən hazırki iş üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarında əksini tapmış müddəalara, ha belə hökmdən verilmiş apellyasiya şikayətində Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi deyil, ona bəraət verilməsi barədə tələbin irəli sürülməsinə diqqət yetirməmiş və hər hansı sübutlarla təsdiq edilməyən hallara əsaslanaraq və qanunvericiliyin tələblərini nəzərə almayaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Halbuki, belə qərarın qəbul edilməsi üçün heç bir əsas olmamışdır ona görə ki, birinci instansiya məhkəməsi Məhkum barəsində cəza tədbirini seçərkən iş üzrə müəyyən olunmuş bütün halları, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almışdır. Kassasiya protestində daha geniş şəkildə təsvir edilmiş dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.H.Əsədov onun həmin protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, Məhkum qarşı irəli sürülmüş ittihama, bu ittiham üzrə sonuncunun birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinə, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi R.R.Yusifbəyli kassasiya şikayətini belə əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə, toplanmış və araşdırılmış sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Məhkum evindən aşkar olunması qeyd olunan narkotik vasitələrə, psixotrop maddəyə və elektron tərəzilərə onun heç bir aidiyyəti yoxdur, həmin narkotik vasitələr, psixotrop maddə və elektron tərəzilər məhz polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuş, o, isə fiziki və psixi təsirə məruz qaldığı üçün özünə qarşı ifadə verməklə, həmin əşyaların özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmələr isə bu halları tam, hərtərəfli və obyektiv araşdırmamış və Məhkum barəsində əsasını yolverilməz sübutlar təşkil edən qanunsuz məhkəmə aktları qəbul etmişlər. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri və təhsil aldığı məktəb üzrə müsb ət xarakterizə olunmasını, anasının ikinci dərəcəli əlil olmasını kifayət qədər nəzərə almamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi R.R.Yusifbəyli də onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayəti ilə yanaşı müdafiəçi R.R.Yusifbəyli həmin şikayətin dəlillərini təkrarlayan kassasiya protestinə yazılı etiraz da vermiş və həmin etirazında protestin təmin edilməməsini xahiş etmişdir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə və kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyərə k və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla kassasiya protestinin məzmununa görə, dövlət ittihamçısı İ.H.Əsədov həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi CM- in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların əsassız olaraq yüngülləşdirilməsini mübahisələndirilir və bununla bağlı həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi R.R.Yusifbəyli isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, Məhkum təqsiri sübuta yetirilmədiyi halda onun elan olunmuş ittiham üzrə qanunsuz və əsassız olaraq məhkum edilməsini, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yol verilməz sübutlar təşkil etdiyini, digər tərəfdən isə iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarıldıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini və müdafiəçi R.R.Yusifbəylinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci madd əsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azınd an həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə cavab olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərp asına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail o lunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifa də edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə tə sbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasına həmçinin təqsirkarın törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsi həll olunarkən də nəzərə alınmalı və bu zaman da bütün yaranmış şübhələr sonunucun xeyrinə həll edilməklə buna əsaslar müəyyən olunduqda CPM-in 318.1-ci maddəsinin tələblərinə əsasən onun əməlinin CM-in Xüsusi hissəsini n hər hansı maddəsindən bundan yüngül olan maddəsinə tövsif edilməsi, yaxud bu və ya digər epizodun və ya CM-in hansısa maddəsinin elan olunmuş ittihamdan xaric edilməsi, barədə qərar qəbul edilməlidir o şərtlə ki, belə qərar cinayət törətmiş şəxsin müdafiə və digər hüquqlarının pozulmasına gətirib çıxarmasın. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllə nin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətənda şın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstər ilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yek un nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsin də təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə fak tlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “A zərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmam ışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayət ləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dai r məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddə sinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmün təsviri-əsaslanedırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaş mayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ilkin sənədlərlə, bu məlumatın yoxlanılması üçün qanuna müvafiq qaydada həyata keçirilmiş əməliyyat-axtar ış tədbirlərinin nəticələri ilə, buna dair tərtib edilmiş sənədlərlə, telefon zənglərinin və yazışmaların aparılması haqqında məlumatlarla və başqa sübutlarla tam təsdiq edilir. Bu sübutların əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, yəni onun 2021-ci ilin əvvəllərində tanış olduğu İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti məlum olmayan “Səccad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəz arətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd verməsi, sonradan isə cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda - 4295,0 qram narkotik vasitə olan heroin, külli miqdarda -1230,0 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranı və təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həblərin Bakı şəhəri, Binəqədi rayonunun ərazisində küçələrin birindəki zibil qutusunun yanında gizlədilməsi barədə ona məlumat verildikdən sonra həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasi tələri və psixotrop maddəni satış məqsədilə götürərək saxlaması və daşması, onları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb yataq otağında çarpayının (divanın) altında gizlətməsi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı yataq otağındakı çarpayının (divanın) alt hissəsindən 1 ədəd sellofan torbada külli miqdarda - 4295,0 qram olan narkotik vasitə heroinin, 1 ədəd sellofan bükümdə külli miqdarda - 1230,0 qram psixotrop maddə olan metamfetaminin, 1 ədəd bükümdə külli miqdarda - 95,433 qram narkotik vasitə olan həşiş qətranının, təsiredici maddəsinin ümumi miqdarı 1,56 qram təşkil edən 39 ədəd narkotik vasitə olan metadon həblərinin, habelə üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzinin aşkar edilib göt ürülməsi həmin sübutlarla tam təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Müdafiəçi R.R.Yusifbəyli öz kassasiya şikayətində həmin sübutların qanunsuz yolla əldə edilməsini, məhkəməyədək icraat zamanı ifadələrini isə təsir, təhdid və hədə-qorxu altında verməsini, yəni ibtidai araşdırma orqanının CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsini iddia edərək yalnız Məhkum və onun valideynlərinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə istinad etsə də, onun bu iddiası ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə, həmçinin şahidlər Şahid1 İbadulla oğlunun, Şahid2, Şahid3 ifadələri, məhkəmədə tədqiq olunmuş 13 fevral 2021-ci il tarixli “baxış və götürmə aparılması ha qqında” protokolla, məhkəmə kimyəvi ekspertizasının 13 fevral 2021 il tarixli 19/133 saylı, məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2021-ci il tarixli 155 saylı rəyləri ilə, maddi sübutlarla təkzib olunmuş, onun iddialarını təsdiq edən hər hansı mötəbər sübut isə istər ibtidai istintaq zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə edilməmiş, belə sübutları istər Məhkum özü, istərsə də onun müdafiəçiləri məhkəmələrə təqdim etməmişlər. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu normasının mənasına görə, cinayət prosesinin hər hansı iştirakçısı, o cümlədən iş üzrə təqsirli bilinmiş şəxs və ya onun müdafiəç isi iş üzrə toplanmış sübutların qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilməsini və buna görə bu sübutların yolverilməz olmasını iddia etdikdə, belə iddianı sübut etmək vəzifəsi həmin iştirakçının üzərinə düşür. Hazırki iş üzrə məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçiləri, o cümlədən kassasiya şikayətinin müəllifi olan R.R.Yusifbəyli isə istər məhkəmə iclaslarında verdiyi ifadələrində, istərsə də kassasiya şikayətində öz iddialarını sübut edə bilməmiş və öz dəlillərinin əsaslı olmasına məhkəmələri, o cümlədən kassasiya kollegiyasını inandıra bilməmişlər. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməs inin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları mötəbər sübutlar kimi qiymətləndirməklə onlara istinad edib Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə, həmin cinayət əməllərinə aidiyyətinin və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına əsaslanmış və sonuncunun göstərilən maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmiş və eyni zamanda onun törətdiyi əməlləri yuxarıda göstərilən maddələrlə düzgün tövsif etmişlər. Kassasiya şikayətində Məhkum hər hansı cinayət əməlini törətməməsi, buna görə də onun əsassız olaraq CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılması iddia olunsa da, məhkəmə kollegiyası məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlinin sübuta yetirilməsi haqqında qənaəti ilə yanaşı onun bu əməllərinə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlayıb belə nəticəyə gəlmişdir ki, onun törətdiyi əməllərinin göstərilən maddələri ilə tövsif edilməsi həm cinayət işinin materiallarına, həm qanunvericiliyin tələblərinə, həm də Ali Məhkəmənin Plenumunun müvafiq Qərarlarında əksini tapmış izah və tövsiyələr uyğundur. Bununla bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur və bu cinayət qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə təqsirkarın əməlləri CM-in 234.4.3-cü maddəsi ilə yanaşı həmçinin CM-in 234.4.1-ci maddəsi ilə də tövsif edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin bu məsələ ilə bağlı gəldikləri nəticə düzgündür və qeyd edir ki, şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddələrlə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin mütləq sübuta yetirilməsi tələb olunur: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədi ilə etməli; - şəxs belə hərəkətləri qanunsuz və başqa şəxslə (şəxslərlə) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırkı iş üzrə məhkum olunmuş şəxsin təqsirliyi bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilmiş və bununla bağlı işin faktiki halları iş üzrə Məhkum qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri ilə və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən məhkəmələr tamamilə haqlı olaraq Məhkum külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməllərini məhz satış məqsədilə törətməsi barədə əsaslı nəticəyə gəlmiş və bu nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bu təcrübənin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən 4 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılm ası dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınm ası, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçirilməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan R espublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunm ası bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Məhkum yaşadığı ünvandan aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş və külli miqdar təşkil edən miqdarlarda olmuş, o, təqsirli bilindiyi əməlləri isə is tintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə və məhz satış məqsədilə törətmişdir ki, kassasiya kollegiyası da birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, məhkumun təhlil olunan cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda göstərilən miqdarlarda və növlərdə narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsini, yəni əldə edilməsini, saxlanı lmasını və daşınmasını həyata keçirmək məqsədilə həmin vasitələrin və maddənin qaçaqmalçılığının törədilməsində icraçı qismində bilavasitə iştirak etməsə də, dövriyyəsi qanunsuz olaraq qadağan edilmiş həmin əşyaların qaçaqmalçılıq yolu Azərbaycan Respublikasının ərazisinə başqa şəxs tərəfindən keçirilməzdən əvvəl onları əldə etməsi və lazım olan şəxslərə çatdırılması barədə istintaqla müəyyən edilməmiş şəxsə (“Səccad” adlı İran İslam Respublikasının vətəndaşına) vəd vermiş, göstərilən əşyalar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə naməlum şəxs tərəfindən gətirildikdən sonra isə onları Bakı şəhərinin Binəqədi rayonunun ərazisində qəbul edərək yaşadığı Cəlilabad rayonunun Göytəpə şəhərinə aparmış, lakin polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər i nəticəsində bu əşyalar 13 fevral 2021-ci il tarixdə onun yaşadığı evdə aşkar edilərək götürülmüşdür. İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığının törədilməsində köməkçi qismində iştirakı ilə bağlı CM-in aşağıdakı normalarının tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. Belə ki, CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmla kı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 206.2-ci maddəsində narkotik vasitələrin qaçaqmalçılığına, CM-in 206.3.2-ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-in 32.5 və 206.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməl başqa şəxs tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri və psixotrop maddələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-in 32.5 və 206.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə kömək etmiş, yəni istintaqla müəyyən edilməmiş şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitə və psixotrop maddəni qəbul etmək bar ədə İİR-ın vətəndaşı ilə əvvəlcədən razılaşmış və bu razılığa uyğun olaraq da həmin narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərinin Binəqədi rayonunun ərazisində əldə edib ona sərəncam verməyi nəzərdə tutmuşdur. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığı ilə bağlı heç bir cinayət əməli törətməməsi barədə də kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin onun təhlil olunan cinayət əməlini törətməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən onun həmin əməlinin CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır, digər tərə fdən isə belə nəticə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsife dici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutla rın Məhkum tərəfindən təqsirli bilindiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri di ndirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi R.R.Yusifbəylinin kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təs bit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Məhkum barəsində seçilmiş cəza tədbiri ilə bağlı həm kassasiya şikayətinin, həm də kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəy ərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdı r ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımam alıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Yuxarıda istinad olunmuş CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təs ir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı h ökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sit əm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qən aət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəl iliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid e dilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vas itələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin tə qsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Lənkəran Ağır Cinayətlər M əhkəməsi özünün 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum istər CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı-ayrılıqda (CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə - beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur), istərsə də CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə qənaətbəxş xasiyyətləndirilməsini, İİİ qrup əlil olmasını, habelə iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəz anı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona CM-in 32.5, 206.2-ci maddələri ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, işə hökmdən verilmiş apellyasiya şikayətinə əsasən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 5 noyabr 2021-ci il tarixdə qəbul etdiyi qərarında isə təhlil olunan məsələyə münasibət bildirərək digər nəticələrlə yanaşı cəza təyin etmə hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Şirvan Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 5 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması barədə 26 aprel 2023-cü il tarixli qərarı (anlaşılmazlığın həll edilməsinə dair 12 iyul 2023-cü il tarixli qərarla birlikdə) ona görə qəbul etmişdir ki, iş üzrə Məhkum barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilərkən belə ekspertizanın keçirilməsi qaydaları təsbit edilmiş prosessual qanunvericiliyinin tələbləri pozulmuşdu və buna görə məhkəmə kollegiyası iş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizasını zəruri hesab etmiş, lakin öz qərarında başqa məsələlər, o cümlədən Məhkum müvafiq cəzalarını təyin edi lməsi, bu zaman hansısa cəzanı yüngülləşdirən halların nəzərə alınıb-alınmaması məsələlərinə münasibət bildirməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrarən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi 8 dekabr 2023-cü il tarixli qərarı ilə Məhkum təyin olunmuş cəzaların yüngülləşdirilməli olması barədə nəticəyə gələrkən həmin qərarında əvvəla əsassız olaraq qeyd etmişdir ki, guya birinci instansiyası məhkəməsi bu məsələni həll edərkən cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkum təyin olunmuş cəzaların yüngülləşdirilməsi haqda nəticəyə gələrkən isə apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş xasiyyətnamələrə istinad etməklə Məhkum həm yaşayış yeri, həm də təhsil aldığı o rta məktəb üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, o cümlədən məktəbdə oxuduğu müddətdə öz səmimiliyi, mehribanlığı, dərslərinə olan ciddi məsuliyyəti ilə məktəbin müəllim və şagird kollektivinin hörmətini qazanması, hər zaman öz üzərində çalışan və fəal şagird olmasını, onun ailə üzvlərinin iki nəfərdən – atası-1959-cu il təvəllüdlü Məhkum Seyfulla oğlu və anası -1961ci il təvəllüdlü Bağırova Gülüstan Əli qızından ibarət olmasını, anasının ikinci dərəcəli əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ömrünün ahıl dövrünü yaşayan ikinci dərəcəli əlil anasının onun himayəsində olmasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib bu halları nəzərə aldığını qeyd etmişdir. Lakin, məhkəmə əvvəla Məhkum məktəbdə oxuduğu dövrdə müsbət cəhə tdən xasiyyətləndirilməsinin onun həmin məktəbi bitirdikdən kifayət qədər vaxt keçdikdən sonra - 2021-ci ildə törətdiyi cinayətin ictimai təhlükəliliyinin hansı şəkildə azaldılmasına təsir göstərməsini öz qərarında qanuna müvafiq qaydada əsaslandırmamış, ikinci qrup əlil olan anasının isə həqiqətən də onun himayəsində olmasına dair heç bir sübut əldə etməmiş (halbuki, CPM-in 139.0.5-ci maddəsinin tələbinə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müvafiq sübutlar vasitəsilə təsdiq olunmalıdır), digər tərəfdən isə nəzərə almamışdır ki, külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığında iştirak edərək onların qanunsuz dövriyyəsi ilə bağlı az ağır və ağır cinayətlər törətmiş şəxsin yaşayış yeri və təhsil müəssisəsi üzrə müsbət xasiyyətləndirilməsi heç də onun törət diyi cinayətlərinin ictimai təhlükəliliyini azaltmır və onun özünü müsbət cəhətlərə malik olan şəxs kimi dəyərləndirilməsi üçün əsas vermir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi ona da diqqət yetirməmişdir ki, işə məhkəmələrdə baxılarkən Məhkum ümumiyyətlə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, məhkəmələrdə digər sübutlarla uzlaşmayan izahat və ifadələr vermiş və peşmançılıq hissi keçirməyərək onun özünümüdafiə xarakterli ifadələrinə uyğun olan yekun məhkəmə aktlarının qəbul edilməsinə çalışmışdır. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzaların yüngülləşdirilməli olması barədə müdafiəçi R.R.Yusifbəylinin kassasiya şikayətinin dəlillərini qəbul edilməz, həmin cəzaların apellyasiya instansiyası m əhkəməsi tərəfindən əsassız olaraq yüngülləşdirilməsinə dair dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin dəlillərini isə qəbul edilən sayır və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən öz qərarında kifayət qədər əsaslandırma aparmadığından, digər tərəfdən isə müvafiq sübutlarla təsdiq olunmayan hallara istinad etdiyindən, nəticə etibarı ilə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyindən həmin məhkəmənin qəbul etdiyi 8 dekabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz və buna görə də yalnız kassasiya protesti təmin edilməklə həmin qərar ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini qəbul edilən, kassasiya şikayəti nin dəlillərini isə - qəbul edilməz sayıb kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə - təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin edilməsi barədə müdafiəçi R.R.Yusifbəylinin çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarı həmin protestə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və hə min maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməs ini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi R.R.Yusifbəylinin kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1200/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1200/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver