Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1200/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə x xxxx 1981-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üçüncü qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2418/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 1(007)-509/2024 nömrəli hökmünə əsasən (hakim N.H.Mehdiyev) Məhkum - Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli 1(103)-2418/2024 nömrəli qərarı ilə (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), E.Ə.Mehdiyev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 1(007)-509/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 1 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında idarə etdiyi avtomobili saxlayıb taksi fəaliyyəti ilə məşğul olması il ə əlaqədar müştəri gözləyərkən həmin yerdə digər taksi sürücüsü Zərərçəkmiş şəxs növbədən kənar idarə etdiyi “Toyota Prius” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobilinə sərnişinlər mindirməsini görüb həmin sərnişinləri Zərərçəkmiş şəxs avtomobilindən düşürmüşdür. Bundan sonra Məhkum heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayd aları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs təhqir edib mübahisə edərək, qəsdən əli ilə bir-neçə dəfə sonuncunun baş və sifət nahiyələrindən vurmaqla, Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun çəpərinin əyilməsi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi və qançırı, sol qulaqarxası nahiyəsinin qançırı ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, törətmiş olduğu əməlin Azərbaycan Respublikası CM-in 221.1ci maddəsi ilə tövsif olunması düzgün deyil. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair nə təhqiqat orqanında araşdırma zamanı, nə də məhkəmə istintaqında heç bir sübut və dəlil əldə edilməmişdir. Həmin maddənin tələbinə görə təqsirləndirilən şəxsin məqsədi ancaq və ancaq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya zor tətbiq edilməsi hədəsi ilə vəs. hərəkətlərə yönəlməlidir. Ancaq iş materiallarından və məhkəmədə toplanmış sübu tların məcmusundan da görünür ki, hadisə səbəb zərərçəkmiş şəxsin taksi kimi xidmət zamanı onun növbəsinə girməsi olmuşdur. Əvvəllər də zərərçəkmiş şəxsə onun iş növbəsinə girməməsi barədə bildirmişdir. Lakin, zərərçəkmiş şəxsə qarşı hər hansı xuliqanlıq niyyəti olmamışdır. Hadisə günü də zərərçəkmiş şəxs onun növbəsinə girərək, müştəriləri öz avtomobilinə aparmış, buna görə də ona növbəni pozmamağı bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələrlə qarşılq vermiş, o isə buna görə təmkin nümayiş etdirmişdir. Hadisə onun əvvəldən tanıdığı şəxsə qarşı olmuş, ictimai qaydanı kobud şəkildə pozmağa yönəlməmişdir. Ona görə də hesab edir ki, törətmiş olduğu əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı və zərərçək miş şəxslə barışmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq m əsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində CM-in 221.1-ci maddəsi ilə olan cinayət işi üzrə əməlinin CM-in 128-ci maddəsinə tövsif olunması və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəz ərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə görə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmə klə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə ed ən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstə rilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhət ini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həm in cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanıma dığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin m övcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən kassasiya şikayəti dəlilləri ilə müqayisə etməklə yoxladıqda, Məhkum tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətinin araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında verilən şərhlər və Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun Qərarında verilən tövsiyələr ilə əlaqəli şəkildə dəyərləndirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağa ehtiyac görməsə də, bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum 1 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında idarə etdiyi avtomobili saxlayıb taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar müştəri gözləyərkən həmin yerdə digər taksi sürücüsü Zərərçəkmiş şəxs növbədən kənar idarə etdiyi “Toyota Prius” markalı, **-NL-*** dövlət nömrə nişanlı avtomobilinə sərnişinlər mindirməsini görüb həmin sərnişinləri Zərərçəkmiş şəxs avtomobilindən düşürmüşdür. Bundan sonra Məhkum heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qayday a əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs təhqir edib mübahisə edərək, qəsdən əli ilə bir-neçə dəfə sonuncunun baş və sifət nahiyələrindən vurmaqla, Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun çəpərinin əyilməsi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin şişkinlik halında əzilməsi və qançırı, sol qulaqarxası nahiyəsinin qançırı ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Zərərçəkmiş şəxs X3 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsindən ayd ın olur ki, o 1 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində avtomobilini “Koroğlu” metrosunun qarşısında saxlayıb metronun çıxışından müştəri götürüb avtomobilinə gəlmiş, bu zaman digər taksi sürücüsü tanışı Məhkum onun avtomobilinə yaxınlaşaraq müştəriləri avtomobildən düşürmüşdür ki, onun növbəsidir. O da Məhkumə bildirmişdir ki, nə növbə, müştəriləri o, gətirmişdir, hərənin öz ruzisi olduğunu demişdir. Lakin Məhkum onunla mübahisə etməyə başlamış, müştəriləri avtomobildən düşürmüşdür. Məhkumin bu hərəkətləri ona çox pis təsir göstərmişdir. Məhkum onunla mübahisə edən vaxt qəflətən əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirmiş, bu zaman ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar Nizami RPİ-nin 25-ci polis şöbəsinə müraciət etmişdir. Hadisə 01 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182 A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Hadisənin şahidi orada olan tanımadığı şəxslər olmuşdur. O, hadisə zamanı heç kəsi söyməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində əvvəlcədən tanıdığı Məhkum, X və tanımadığı taksi sürücüləri “Koroğlu” metrostansiyasının qarşısında avtomobilləri saxlayıb müştəri gözləmişlər. Bu zaman “Koroğlu” metrostansiyasının qarşısında dayanmış taksi sürücüsü Zərərçəkmiş şəxs digər taksi fəaliyyəti ilə məşğul olan Məhkum növbəsinə girərək müştərilər i öz avtomobilinə aparmışdır. Bundan sonra Məhkum Zərərçəkmiş şəxsə yaxınlaşıb öz iradını bildirərək, onun növbəsi olduğunu ona demiş və sərnişinləri Zərərçəkmiş şəxsin avtomobilindən düşürmüşdür. Məhkumlə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə baş vermiş, müştərilər avtomaşından düşüb getmişlər. Bu zaman onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxslə Məhkum arasında yaranmış dava-dalaş zamanı Məhkum əli ilə Zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir-neçə dəfə zərbə endirmişdir. O və digər üzdən tanıdığı şəxslər hadisənin şahidi olmuşlar, onlar tez həmin şəxsləri ayırmışlar, daha sonra Zərərçəkmiş şəxs avtomobili sürüb getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 1 avqust 2024-cü il tarix də, saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında dayanmışdır. Bu zaman əvvəlcədən tanıdığı Məhkum ilə orada sonradan tanıdığı Zərərçəkmiş şəxs arasında müştəri üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərinə nalayiq ifadələrlə söymüş, təhqir etməyə başlamışlar, həmin vaxt Məhkum əli ilə Zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Daha sonra o, eləcə də orada olan tanımadığı şəxslər, taksi sürücüləri köməkləşib onları ayırmışlar. Məhkəmə kollegiyası belə hesab edir ki, 1 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında hadisəsinin baş vermə səbəb i Məhkum ilə Zərərçəkmiş şəxs arasındakı şəxsi münasibətlər zəminində - zərərçəkmiş şəxsin Məhkum təhqir etməsindən qəzəblənərək zərərçəkmiş şəxsi vurması səbəbindən deyil, tərəflər arasında avtomobilə müştəri götürmələri ilə bağlı yaranan mübahisə sonradan genişlənərək ictimai qaydanın kobud şəkildə pozulmasına yönəlmiş, həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilində olan iki nəfər müştərinin təqsirləndirilən şəxs tərəfindən avtomobildən düşürülməsinə səbəb olmuş, oraya çoxlu sayda insanın toplaşmasına səbəb olmuşdur. Bundan başqa, hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmamış, əksinə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlamış, heç bir səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edib mübahisə edərək, qəsdən əli ilə bir-neçə dəfə sonuncunun baş və sifət nahiyələrindən vurmaqla Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, hadisə 1 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında, insanların, ictimai və şəxsi nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yolda baş vermişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üç ün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənl əri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Q ərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1200/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1200/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver