Məhkəmə qərarları › İş №1(102)-1201/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1201/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1201/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlə r Məhkəməsinin (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Xamməd Nuriyev və Oruc Cəlilovdan ibarət tərkibdə) 1(099)-511/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli hökmü ilə 01 dekabr 1998-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhr umetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 14 avqust 2020-ci il tarixdə, saat 01 radələrində Biləsuvar rayonu, Nəsimi kəndinin yaxınlığında, əkin sahəsində şəxsi münasibətlər zəminində, yəni əkin sahəsinin suvarılması üçün su bölgüsü ilə bağlı aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Zərərçəkmiş şəxs yumruq və təpiklə dəfələrlə vurmaqla döyüb ona sol gicgah sümüyünün yerini dəyişən basılmış sınığı ilə müşayiət olunan sol gicgah nahiyəsinin dərialtı hematoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sol göz almasına qa nsızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, burunun şişkinliyi, qançırı, sıyrığı, alın və sağ almacıq nahiyəsinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərərvurma cinayətini törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rafiq Cəfərov, hakimlər Etibar Camalov və Müşfiq Həsənovdan ibarət tərkibdə) 1(106)-248/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum CM-in 126.1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrumetmə cəzasının müddətinə onun 18 avqust 2020-ci il tarixdən 20 av qust 2020-ci il tarixə və 19 noyabr 2020-ci il tarixdən 26 fevral 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 (üç) ay 10 (on) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmış və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilməklə, şərti hesab edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarını n ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair hissədə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə təsir edə biləcək bütün halları araşdırmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də məhkumun şəxsiyyətinə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası həyat üçün təhlükəli olan qəsdən zərərçəkmişin sağlamlığına ağır zərərvurma cinayətinin ağır cinayətlər kateqoriyasına aid olmasını, həmin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan CM-in 70-ci maddəsinə əsasən öz yüngüllüyünə görə açıq aydın ədalətsiz şərti tətbiq etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, bu da cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, apellyasiya instasiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təy ini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi CM-in 70-ci maddəsinə əsasən Məhkum barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini müvafiq olaraq CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünlüyünə dəlalət edən heç bir halın olm amasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan əlavə işin halından da görünür ki, Məhkum əkin sahəsinin suvarılması üçün su bölgüsü ilə bağlı aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Zərərçəkmiş şəxs yumruq və təpiklə dəfələrlə vurmaqla döyüb, qəsdən sağlamlığına ağır zərərvurma cinayətini törətmişdir. Ona görə də, işin halları və hadisənin baş vermə şəraiti (gecə vaxtı əkin sahəsinin suvarılması üçün su bölgüsü ilə bağlı aralarında yaranmış mübahisə zamanı üstünlüyünü nümayiş etmək məqsədilə), Zərərçəkmiş şəxslə aralarında olan bu mübahisəni başqa üsullardan istifadə etməklə həll etmək əvəzinə, sonuncuya hücum edərədək, onu yumruq və təpiklə döyərək sağlamlığına ağır zərər vurması onu deməyə əsas verir ki, Məhkum sərti cəzanın tətbiq edilməsi məqsədəmüvafiq he sab edilə bilməz. Göründüyü kimi, ibtidai istintaq və məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş Məhkum davranışı ilə islah olunma yolunda olduğunu göstərməmişdir, belə olan halda məhkəmə tərəfindən əsassız olaraq onun cəza çəkmədən islah olunması mümkün sayılaraq onların barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Halbuki, CM-nin 70.1-ci maddəsinin tələbindən göründüyü kimi, qanunvericilik şərti məhkum etmə institutunun tətbiqini o halda mümkün hesab edir ki, məhkəmə təqsirkar şəxsin ona təyin olunmuş cəzanı çəkmədən islah olunacağı nəticəsinə gəlir. Lakin məhkəmə kollegiyası məhkumun cəza çəkmədən islah olunması mümkünlüyü ilə yuxarıda qeyd edilən yüngülləşdirici hallar arasında nə kimi əlaqənin olmasını, həmin halların məhkumların cəza çəkmədən islah olunmasına təsirini əsaslandırmamışdır. Sadalananlardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və Məhkum şəxsiyyətini, onun törətdiyi cinayətin başa çatmış cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli törədən Məhkum azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8.1, 41.2 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin tövsiyələrini nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə inst itutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər t ərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Mə cəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum et mə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum edilməsini və əməlini etiraf edib səmimi peşimançılıq çəkməsini isə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini müvafiq olaraq Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin məhkəmələr təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması müəyyən etmişlər. Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1. 14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alma bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən və qərardan görünür ki, iş üzrə təqsir ləndirilən şəxsə cəza təyin edilərkən onun cinayəti səmimi etirafı, əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı tələb və iddiasının olmaması kimi halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar cinayət təqibi üzrə icraat zamanı sübut edilməli halların siyahısına daxil edilmişdir və məhkəmələr sübut edilməli halları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq şəkildə tədqiq etməlidirlər. Şərti məhkum etmənin tətbiqi zamanı cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin düzgün nəzərə alınmaması barədə kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, törədilmiş cin ayətin ictimai təhlükəlilik dərəcəsi qiymətləndirilərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticələrə səbəb olması kompleks halda qiymətləndirilməlidir. Belə ki, birinci instasniya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin halı bir daha nəzərə alıb həmin halı məhz nəyə görə əlavə nəzərə alınaraq məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqində mühüm rol oynayacağını əsaslandırmamışdır. Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsinin düzgün müəyyən edilməsi üçün əhəmiyyətli olan hallar ın nəzərə alınmaması səbəbindən təqsirləndirilən şəxsin şəxsiyyətinin və onun törətdiyi əməlin ictimai-təhlükəlik dərəcəsi düzgün qiymətləndirilməmiş, nəticə etibarı apellyasiya məhkəməsı kifayət qədər əsaslar olmadığı halda onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzanı çəkmədən də islah oluna biləcəyi barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyətə malik halları nəzərdən qaçırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən ş əxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məq sədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum barəsində şərti məhkum etmənin tətbiqi barədə mövqeyini kifayət qədər əsaslandırılmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apellyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiya sının 26 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar