Məhkəmə qərarları › İş №1(102)-1201/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1201/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1201/2022 17.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) 25 may 2021 il tarixli hökmü ilə, xx xxxx 1961-ci il tarixdə Balakən rayonu, Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 127.1 -ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Məhkum izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə) 22 oktyabr 2021-ci il tarixli hökmü ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protest i tam təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin həmin maddənin 127.1 -ci maddəsinə tövsif edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm qəbul edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 19 noyabr 2020-ci il tarixdən 21 noyabr 2020-ci il tarixədək tutma altında saxlandığı 02 gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Məhkum barəsində "həbs” qismində qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İsti ntaq Təcridxanasına həvalə edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin qərar elan edildiyi gündən, yəni 22 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə irıli sürülmüş ittihama əsasən o, 23 avqust 2020-ci il tarixdə, saat 19:30 radələrində ünvan 3 ünvanında yerləşən “Uğur” kafesində qulluqçu işləyən tanışı Şahid1 ona zəng edərək kafedə olan müştərilərin hesabı ödəmədiyini bildirib ondan kömək istədikdən sonra o, həmin gün saat 20:00 radələrində spirtli içkinin təsirindən sərxoş vəziyyətdə ictimai yer hesab edilən həmin kafeyə gələrək orada müştəri qismində əyləşən Zərərçəkmiş şəxs1 yedikləri yeməyin hesabını ödə məsini tələb edib sonuncunu kafenin qarşısına çıxardaraq orada heç bir əsaslı səbəb olmadan münaqişənin yaranmasına səbəb olmaqla cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla yanaşı, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, yəni ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib zor tətbiq edərək masanın üzərindən götürdüyü, silah qismində istifadə etdiyi şüşə bakal ilə qəsdən başının arxa hissəsi ndən vurub yerə yıxaraq öz qanunazidd hərəkətlərini davam etdirib əl-ayaq zərbələri ilə, həmçinin silah qismində istifadə etdiyi şüşə bakal ilə Zərərçəkmiş şəxs1 baş, əl və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirib ona sol əlin İV barmağının 1 ədəd və V barmağının 1 ədəd olmaqla hər iki barmağın açıcı vətərlərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid və başın sol gicgah nahiyəsinin 1 ədəd, sağ əlin arxa səthinin 2 ədəd kəsilmiş yarası kimi ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt dava-dalaşa müdaxilə etmək üçün ona yaxınlaşan Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 qarşı da q anunsuz hərəkətlərini davam etdirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əlində olan silah qismində istifadə etdiyi şüşə bakal ilə zor tətbiq edərək VSalahovun üz nahiyəsindən vurub ona sağ almacıq yanaq nahiyəsinin kəsilmiş yarası, sol əlin V barmağının səthi kəsilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 notariat qaydasında təsdiq olunmuş ərizələri məhkəməyə təqdim edərək onunla barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadıqlarını, ona həbslə bağlı cəza verilməməsini xahiş etmişlər. Bindan başqa o, əvvəllər heç vaxt məhkum olunmamış, faydalı, xeyirxah işlərlə məşğul olmuşdur. 61 yaşı var, himayəsində 4 nəfər şəxs var, bir oğlu Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış, İİ qrup əlildir. Həyat yoldaşı ağır xəstədir, törətdiyi əməl artıq öz ictimai təhlükəlilik dərəcəsini itirmişdir. Zərərçəkmiş şəxsləri azərbaycanlı qadınları təhqir etdiyinə görə vurmuşdur, onlar öz səhvlərini etiraf etmiş və etdikləri hərəkətdən peşiman olmuşlar. Şərh olunan hüquqi əsaslar barəsində olan cəzanın şərti hesab olunmasını əhatə edən maddənin tam təsiri altına düşür. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilər ək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanın şərti hesab olunması və onun məhkəmə zalından azad olunması barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habe lə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin təl əblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obye ktindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3- cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təy in olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən isl ah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları, yəni Məhkum törətdiyi əməli qismən etiraf edib peşman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməklə, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs2 onunla barışmaqla, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və əvvəllər məhkum olunmamasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə a laraq onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir və onun cəzanı real çəkməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştl i forması kimi çıxış edir. Şərh olunanlara əsasən kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar